Ana səhifə

"Yaddaş" Maarifçi Gənclər İctimai Birliyi Azərbaycan, Şəki, az5500, Nizami, 6 Tel: (0177) 4 45 56


Yüklə 17.63 Kb.
tarix22.06.2016
ölçüsü17.63 Kb.
“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi

Azərbaycan, Şəki, AZ5500, Nizami, 6 Tel: (0177) 4 45 56

mob: 050 673 86 70, mob: (055) 672 53 48, E-mail: yaddash_sheki @yahoo.com



Şəki, Azərbaycan
“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyinin

2010 – il I yarımillik hesabatı

“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyinin “Ümid Evi” Şəki Peşə Təlimi Mərkəzi 2010 – cu ildə də öz fəaliyyətini uğurla davam etdirməkdədir. 2010 – cu ilin I yarısında “Ümid Evi” Şəki Peşə Təlimi Mərkəzində 5 kurs - kompüter, ingilis dili, xalçaçılıq, dülgərlik və rəssamlıq fəaliyyət göstərir. Kurslara Şəki qarışıq tipli uşaq evi və internatdan olan 12 - 18 yaşlı uşaqlarla bərabər kasıb və aztəminatlı ailələrdən olan uşaqlar da cəlb olunmuşlar. Umumilikdə isə təkcə 40 - dan çox uşaq, yeniyetmə və gənc Şəki qarışıq tipli uşaq evi və internatdan peşə kurslarına cəlb edilmişdir.

İlin ilk günlərindən başlayaraq “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Ümid Evi” Şəki Peşə Təlimi Mərkəzi layihəsi çərçivəsində Şəki qarışıq tipli uşaq evindən olan uşaqlar üçün Yeni il şənliyi təşkil etmişdir. Tədbirdə iştirak edən Şaxta baba və səsləndirilən şən musiqilər uşaqların xüsusilə böyük sevincinə səbəb olmuşdur. Uşaqlar şerler söyləmiş, tapmacalar demiş və muxtəlif maraqlı oyunlarda iştirak etmişlər. Sonda uşaqlara hədiyyələr paylanmışdır.

Eləcə də milli bayramlarımızdan olan Novruz bayramında da Mərkəzimiz uşaqları diqqətdən kənarda qoymamışdır. Bu bayramda da Şəki qarışıq tipli uşaq evində şənlik təşkil edilmişdir. Tədbirdə Novruz bayramının məhşur atributlarından olan Keçəl və Kosa uşaqların sevincinə qoşulmuşdur. Bu bayram tədbirində də uşaqlara müxtəlif hədiyyələr verilmişdir.

Biz fəaliyyətimizi daha da effektli qurmaq üçün həm də dövlət, həm də beynəlxalq təşkilatlar ilə əməkdaşlığımızı gücləndirməyə çalışırırıq. Bu məqsədlə müxtəlif layihələr hazırlayır və həyata keçiririk.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə yerli Məşğulluq İdarəsi ilə əməkdaşlıq yaradılmış və “Ümid Evi” Şəki Peşə Təlimi Mərkəzində kursların təşkili və gələcəkdə sosial sifarişlərin – müxtəlif peşələr üzrə təlimlərin keçirilməsi ilə əlaqədar danışıqlar aparılmışdır. Bu danışıqlar uğurla başa çatmışdır və 2 aylıq “Kompüter istifadəçisi” kursu həyata keçirilmişdir. Aprel – may aylarında kurs təşkil olunmuşdur. May ayında Şəki Məşğulluq İdarəsinin əməkdaşları və Mərkəzin müəllimlərinin iştirak etdiyi komissiya ilə “Kompüter istifadəçisi” kursunun iştirakçıları üçün test imtahanı keçirmişdir. Test imtahanından uğurla keçən müdavimlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Baş Məşğulluq İdarəsi tərəfindən təqdim edilən şəhadətnamələri ilə təltif edilmişdir. Qeyd etmək lazımdır ki, bütün müdavimlər Şəki Məşğulluq İdarəsində qeydiyyata alınmışdır ki, bu da onların gələcəkdə işlə təmin olunması sahəsində mühüm bir addımdır.

Təşkilatımız eləcədə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 6 iyun tarixində “Mustafabəy”istirahət mərkəzində Şəki qarışıq tipli uşaq evi və internat məktəbdən olan uşaq, yeniyetmə və gənclərə 1 günlük düşərgə təşkil etmişdir. Tədbirdə həm Şəki Qarışıq tipli uşaq evi, həm də internat məktəbində təhsil alan 40 - dan çox uşaq, yeniyetmə və gənclər iştirak etmişlər. Bu tədbirdə qonaq kimi həm də Norveç Humanitar Müəssisəsindən Liv Yerdə və Kari Aashamar da iştirak etmişdir.

Ümumilikdə 2009 – 2010 tərdis ilində Şəki qarışıq tipli uşaq evi və internatdan 50 – dən çox 12 - 18 yaşlı uşaqlar mərkəzdə fəaliyyət göstərən kurslara cəlb olunmuşdur. Bu tədris ilində Mərkəzdə yeni kurs – rəssamlıq da fəaliyyətə başladı. Kurslarda uşaqlar tərəfində hazırlanan çoxsaylı əl işləri bir çox sərgilərdə uğurla nümayiş etdirilmişdir.

2010 – cu ilin I yarısında mərkəzdə aztəminatlı və köçkün ailələrdən olan 10 nəfər uşaq üçün ödənişsiz kurslar da təşkil olunmuşdur. Bu kursları keçən şagirdlər muvafiq peşələrə yiyələnərək gələcəkdə həm özləri üçün iş tapa biləcəklər, həm də cəmiyyətə daha tez və effektli uyğunlaşa biləcəklər.

Aprel ayından başlayaraq təşkilatımız “Uşaqların xilası” (Save the Children) təşkilatı ilə əməkdaşlığa başlamışdır. Əməkdaşlıq çərçivəsində “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Yeniyetmələrin məşğulluq imkanlarının artırılması” proqramında partnyor kimi iştirak edəcək. Proqram çərçivəsində Şəki qarışıq tipli uşaq evi və internat məktəbdən olan yeniyetmə və gənclərin həyat bacarıqlarının artırılmasına yönələn təlimlər həyata keciriləcək. Birgə əməkdaşlıq çərçivəsində Şəki İcra hakimiyyətinin məsul nümayəndələri, qarışıq tipli uşaq evi və İnternat məktəbi və eləcə də müxtəlix müəssisələrdə işgüzar göruşlər keçirilmiş və gənclərin məşğulluq probleminin həllində səyləri birləşdirərək daha geniş şəkildə əməkdaşlıq haqqında razılıq əldə edilmişdir. Qeyd etmək lazımdır ki, əməkdaşlığın uğurlu ilk addımı kimi “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyinin və “Ümid Evi” Şəki Peşə Təlimi Mərkəzinin proqram üzrə digər partnyoru “Ümidli Gələcək” təşkilatı tərəfindən beynəlxalq standartlara uyğun qiymətləndirmə və monitorinqi keçirilmişdir.

Həmçinin “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi 2010 – cu ildə ABŞ səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramına da layihə təqdim etmişdir. Seçim prosesində təşkilatımızın təqdim etdiyi layihə bəyənildikdən sonra “Fotojurnalistika vasitəsilə gənclərin vətəndaş iştirakçılğı”adlı bu layihənin icrasına başlamışdır. Layihə Azərbaycanın Şəki-Zaqatala regionuna daxil olan 6 rayonu (Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən) əhatə edir.

Layihənin məqsədi 15-20 yaş arası gənclərə foto jurnalistika sahəsində bilik və bacarıqlar vermək, onlarda foto vasitəsilə icmalarında olan məsələlərə yaradıcı yanaşmanı formalaşdırmaq, müasir informasiya vasitələrindən istifadə etməklə gələcəkdə hazırlayacaqları foto layihələri geniş ictimaiyyətin diqqətinə çatdırmaqda yardım etməkdən ibarətdir.

2010 - cı ilin I yarısında mərkəzdə ictimayyət, KİV, dövlət orqanları, beynəlxalq təşkilatların nümayəndələri və bələdiyyə üzvləri olmuş və fəaliyyətimizlə tanış olmuşlar.

“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi olaraq gələcək fəaliyyətində dövlət, QHT və KİV – lə birgə əməkdaşlıq çərçivəsində gənclərin cəmiyyətdə baş verən proseslərə fəal qoşulmasına imkan yaradan yeni layihələrin hazırlayaraq həyata keçirilməsini qarşısına məqsəd kimi qoymuşdur.

“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyinin



Ictimaiyyətlə Əlaqələr Departamenti


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət