Ana səhifə

Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyi təsis etdiyi “Xəzər Panoraması”


Yüklə 7.01 Kb.
tarix10.06.2016
ölçüsü7.01 Kb.
Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyi təsis etdiyi “Xəzər Panoraması” ictimai siyasi jurnalı çərçivəsində “Qarabağ: keçmişimiz və gələcəyimizdir” mövzusunda inşa müsabiqəsi elan edir. Qeyd edək ki, bu jurnalın ikinci buraxılışı Birləşmiş Millətlər Təşkilatının 60 illik tarixi fəaliyyətinə həsr edilmişdir. 2006-cı il Qarabağ münaqişəsinin həlli ili kimi bəyan edildikdən sonra isə qərara alınmışdır ki, “Xəzər Panoraması” jurnalının növbəti buraxılışı məhz işğal edilmiş torpaqlarımıza həsr olunsun. Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərimizin Qarabağ barəsində nə düşündüklərini öyrənmək və onları ictimaiyyətə çatdırmaqdır. Bundan savayı biz gənclərdən Qarabağ probleminin həllinin alternativ variantlarının təhlilini və öz şəxsi mülahizələrini də gözləyirik. Xahiş olunur ki, xüsusilə diqqət Dağlıq Qarabağ probleminin həllinin hüquqi cəhətdən əsaslandırılması və Ermənistanın iddia etdikləri bəzi faktların hüquqi cəhətdən təkzib edilməsinə yönəldilsin, problem beynəlxalq hüquqi normalar çərçivəsində təhlil edilsin.

Mövzunun bu cür adlandırılmasına səbəb isə bir daha keçmişimizi təhlil edərək gələcəyi gənclərin gözü ilə görməkdir. Qeyd edək ki, jurnalın redaksiya heyəti mövzuya uyğun olan məqalələri nəinki tələbələrdən, həmçinin bu problemə biganə qalmayan hər bir şəxsdən qəbul edəcək. İnşaların qiymətləndirilməsi “Xəzər Panoraması” Jurnalının redaksiya heyəti tərəfindən aparılacaqdır və maraq kəsb edən inşa yazıları “Xəzər Panoraması” ictimai-siyasi jurnalının xüsusi buraxılışında yerləşdiriləcəkdir.

Qarabağ probleminin həll edilməsi bizim və gələcək nəslin çiyinlərinə düşən böyük bir vəzifədir. Keçmişimizi bilmək və tariximizi unutmamaq bizə gələcəyimizi düzgün müəyyənləşdirməyə və qurmağa yardımçı olacaq. Layihə çərçivəsində biz təkcə Qarabağ münaqişəsinin tarixi və həlli yolları deyil, eləcə də bu mövzu ilə birbaşa əlaqəli olan qaçqınlar və məcburi köçkünlərin statusu, durumu, Dağlıq Qarabağ və işğal edilmiş rayonlarımızın ekoloji durumu, tarixi abidələrimizin vəhşicəsinə dağıdılması, erməni lobbilərinin xaricdə fəaliyyəti, azərbaycan diasporasının bu sahədə gördüyü işlər və s. mövzularda işlər qəbul edilir.

Təşkilatımız və eləcə də “Xəzər Panoraması” ictimai-siyasi jurnalının birinci və ikinci nömrələrinin elektron variantını saytımızdan əldə edə bilərsiniz: www.cpf-az.org



İnşalar elektron variantda aşağıdakı ünvana təqdim edilməlidir:

farid.aliyev@cpf-az.org


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət