Ana səhifə

Ünvan: Azərbaycan, Bakı, az 1007, Vaqif prospekti 3/156 Faks: (994 12) 596 22 94


Yüklə 13.67 Kb.
tarix15.06.2016
ölçüsü13.67 Kb.

Ünvan: Azərbaycan, Bakı, AZ 1007, Vaqif prospekti 3/156

Faks: (994 12) 596 22 94;

Tel: (994 12) 596 22 94;

E-mail: emc.az2001@gmail.com ; aspyo@yahoo.com







Bakı, Azərbaycan 26 fevral, 2010-cu il

Press reliz
SMDT “Seçki Məcəlləsinə əlavələr və dəyişiklikər edilməsi haqqında” qanun layihəsinin dair Vətəndaş Forumları keçirir.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycan seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılmasıi, habelə müvafiq seçki qanununun yerli ictimaiyyətin, Avropa Şurası Venesiya Komissiyası (AŞ/VK)və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) təklifləri əsasında təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir.

Bu məqsədlə “Azərbaycanda seçki islahatlarının təşkilinə yardım” proqramını həyata keçirərək, bu proqram çərçivəsində “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsi hazırlayıb.

SMDT hazırda təqdim olunan qanun layihəsində 6 əsas istiqamət üzrə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilmsəini təklif edir; (1) Seçki anlayışlarının sadələşdirilməsi (2) Seçki komissiyaların tərkibinin formalaşdırılması, (3) Yerli müşahidəçilərin qeydiyyatı və hüquqları, (4) Seçkiqabağı təşviqat kampaniyası, (5) Seçki şikayətlərə baxılması qaydaları və (6) Milli Məclisə və Bələdiyyələrə keçirilən seçkilərlə bağlı bəzi qaydalar. Ümumilikdə 63 maddənin 117 bəndinə əlavə və dəyişiklik təklif edilir.
Fevralın 25-də Mingəçevirdə keçirilən Vətəndaş Forumunda “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsi ətrafında müzakirələr aparılıb. SMDT-nin hüquqşünası Azər Qasımov layihənin istiqamətləri barədə məlumat verib.

Musavat Partiyasinın numayəndəsi Nizam Əhmədov məntəqə seçki komissiyası üzvlərinin layihədə göstərildiyi kimi formalaşdirilmasın tam effekt verəcəyini düşünmür: “Çünki hakimiyyətdə azliq təşkil edən partiyaları hüquqi cəhətdən müəyyən etmək mumkun deyil. Bəzi partiyalar hüquqi cəhətdən hakimiyyətdə azlıq təşkil etsələrdə, əslində hakim partiyanin mənafeyi ucun işləyirlər. Buna görə də hazirki vaxtda proporsional seçki sisteminin tətbiqini vacib hesab edirəm”.

VIP-in numayendesi Natiq Huseynov qanun layihəsində bələdiyyə sədrinin birbaşa seçki əsasinda seçilməsi təklifinin təqdirəlayiq oldugunu qeyd edib.
Fevralın 26-də Gəncədə keçirilən Vətəndaş Forumunda Ümid Partiyasinin qərb bölgəsi üzrə numayəndəsi Salman İmanlı qanun layihəsini ümumilikdə müsbət qiymətləndib: ”Ancaq komissiyaların tərkibində Parlamentdə azliq təşkil edən partiyaların hüquqi cəhətdən deyil, əvvəlcə siyasi cəhətdən müəyyən olunmasinin vacibdir”.

Müstəqil Hüquqşünas Zabil Qəhrəmanov Ekspert Qruplarının komissiyalarin tərkibində deyil, kənarda yaradilmasin və üzvlərinin sayinin artirilmasinin vacib oldugunu bildirib.

"Kamil vətəndaş" İctimai Birliyinin sədri Həsən Hüseynli qanun layihesinin demokratik və ədalətli seçkilərin keçirilməsi üçun əhəmiyyətli olduğunu bildirib. Həmçinin qeydə alinmiş namizədlərə məhdudiyyətsiz efir vaxtinin verilməsini layihəyə daxil edilməsini təklif edib.

Musavat Partiyasinin nümayəndəsi Etibar Hüseynov demokratik seçkilərin keçirilməsi uçün proporsional seçki sisteminin tətbiqinin vacib oldugunu bildirib. 



“Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsinə dair SMDT bütün təklif və rəyləri nəzərə almaqla 2010-cu ilin aprel ayında Azərbaycan Respublikası Milli Məclisinə son variantı təqdim edəcək.
Qeyd edək ki, SMDT bu proqramı Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirir.
Xatırladaq ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) dövlət qeydiyyatı 14 may 2008-ci ildə Xətai Rayon Məhkəməsi tərəfindən ləğv edilən Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri tərəfindən təsis edilib.

Media və İctimaiyyətlə Əlaqələr Departamenti

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi


SMDT seçki sisteminin inkişafı və demokratik dəyərlərin müdafiəsi yönündə çalışan milli qeyri-hökumət təşkilatıdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət