Ana səhifə

Turşu-əsas təsnifatına görə II qrup analitik kationlarına Pb


Yüklə 47.94 Kb.
tarix13.06.2016
ölçüsü47.94 Kb.
Turşu-əsas təsnifatına görə II qrup analitik kationlarına Pb2+, Hg22+, Ag+, aiddir. Bu kationların qrup reaktivi HCl-dur. Bu zaman pambıqvari ağ çöküntü əmələ gəlir. Xloridlərdən PbCl2 isti suda həll olur. Ümumiyyətlə, qrupdakı kationlar yalnız nitrat ionu ilə suda həll olan duzlar əmələ gətirir.

Pb2+ ionunun təyini üsulları:

1) Kalium yodidin qurğuşun(+2) duzlarına təsirindən sarı rəngli çöküntü alınır ki, o da reaktivin artığında həll olaraq rəngsiz kompleks birləşmə əmələ gətirir:
2KI + Pb(NO3)2 → PbI2↓+ 2KNO3
PbI2 + 2KI → K2[PbI4]
PbI2 qızdırıldıqda suda və CH3COOH-da həll olur, məhlul soyudulduqda yenidən çökür. Reaksiya Pb2+ ionu üçün spesifikdir.
2) Natrium-sulfidin qurğuşun(+2) duzlarına təsirindən qara rəngli çöküntü alınır:
Na2S + Pb(NO3)2 → PbS↓ + 2NaNO3
PbS qızdırıldıqda duru nitrat turşusunda həll olur:
PbS + HNO3 → Pb(NO3)2 (bərk) + S + H2O + NO(qaz)
3) Kalium xromatın (K2CrO4) qurğuşun(+2) duzlarına təsirindən sarı rəngli çöküntü alınır. Reaksiya zəif turşu (CH3COOH) mühitində aparılır:
CH3COOH

Pb(NO3)2 + K2CrO4 -----------→ PbCrO4↓ + KNO3


Çöküntü qələvilərdə həll olur.
PbCrO4 + NaOH → Na2CrO4 + Na2[Pb(OH)4] və ya PbCrO4 (bərk) + 4OH- → PbO22- + CrO42- + 2H2O
Reaksiya gedişatına Ba2+ , Hg2+ , Bi3+ və s. ionlar mane olur.
4) Xlorid ionunu qurğuşun(+2) ionuna təsirindən ağ rəngli çöküntü alınır. Çöküntü isti suda asan həll olur.
2NaCl + Pb(NO3)2 → 2NaNO3 + PbCl2
5) Ditizonun (Şəkilə bax) Xloroformda məhlulunun qurğuşun(+2) ionuna təsirindən xloroform qatını qırmızı rəngə boyayan kompleks birləşmə əmələ gəlir. Həssaslıq 0,04 mkq:
6) Duru sulfat turşusu və həll olan sulfatların qurğuşun(+2) duzlarına təsirindən ağ rəngli çöküntü alınır:
Pb(NO3)2 + H2SO4 → PbSO4↓ + 2HNO3
Çöküntü qələvilərdə həll olur.
PbSO4 + NaOH → Na2SO4 + Na2[Pb(OH)4]
7) Qələvilərin (NaOH və KOH) qurğuşun(+2) duzlarına təsirindən ağ rəngli amfoter çöküntü alınır:
Pb(NO3)2 + 2NaOH → NaNO3 + Pb(OH)2
Çöküntü duru HNO3 , CH3COOH, və qələvi artığında həll olur.
Pb(OH)2 + 2NaOH → Na2[Pb(OH)4]
8) Natrium rodizonatın qurğuşun(+2) duzlarına təsirindən filtr kağızında göy-bənövşəyi rəngli kompleks birləşmə əmələ gəlir:

+ Pb(NO3)2 → 4NaNO3 +

Kompleks turş mühitdə (pH=2,8) tartrat turşusunun təsirindən qırmızı kompleksə keçir:


-----→

Reaksiyanın həssaslığı 0,1 mkq. Reaksiyanın gedişatına Qələvi-torpaq metallarının ionları mane olur.


Hg22+ ionunun təyini üsulları:

1) Xlorid ionunun civə(+) duzlarına təsirindən ağ kristallik çöküntü əmələ gəlir:
Hg2(NO3)2 + HCl → Hg2Cl2 + HNO3



Hg2Cl2 → Hg + HgCl2


Hg2Cl2 AgCl-dan fərqli olaraq NH4OH-da həll olmur, NH4OH la reaksiyaya girərək sərbəst civə əmələ gətirir. Buna görə də çöküntü qaralır:
Hg2Cl2 + 2NH4OH → [Hg2NH2]Cl + NH4Cl + 2H2O
[Hg2NH2]Cl → Hg↓ + [HgNH2]Cl
Bu reaksiyanın köməyi ilə Hg22+ ionunu Pb2+, Ag+ ionlarından çöküntüdə ayırmaq olar
2) Reduksiyaedicilərin təsirindən (Cu, SnCl2) civə(+) duzlarından metallik civə ayrılır (qara rəngdə):
Hg2Cl2 + SnCl2 → Hg + SnCl4
Hg2(NO3)2 + Cu → 2Hg↓ + Cu(NO3)2
3) Hidroksidlərin təsirindən Civə(+) duzlarından civə(+) oksid alınır (qara rəngli):
Hg2(NO3)2 + NaOH → 2Hg2O↓ + NaNO3
Çöküntü duru HNO3-də və NH4OH-da həll olur. NH4OH-da kompleks birləşmə və sərbəst civə əmələ gətirir.
Hg2O + 4NH4OH → [Hg(NH3)4](OH)2 + Hg↓ + 3H2O
4) Hidrogen Yodid təsirindən bulanıq-yaşıl çöküntü alınır:
Hg2(NO3)2 + 2KI → Hg2I2↓ + 2KNO3
Çöküntü reaktivin artığında həll olur:
2KI + Hg2I2 → K2[HgI4] + Hg↓
5) Kalium Xromatın civə(+) duzlarına təsirindən kərpici qırmızı-qonur çöküntü alınır, çöküntü nitrat turşusunda həll olur:
Hg2(NO3)2 + K2CrO4 → Hg2CrO4↓ + KNO3
6) Suda həllolan sulfidlərin təsirindən qara rəngli civə və civə(+) çöküntüsü ayrılır.
Hg2(NO3)2 + 2K2S → Hg2S + KNO3
Hg2S → HgS↓ + Hg↓
HgS yalnız çar arağında həll olur:
3HgS + 12HCl + 2HNO3 → 3H2[HgCl4] + 3S + 2NO + 4H2O
Ag+ ionunun təyini üsulları:

1) Xlorid turşusunun gümüş(+) duzlarına təsirindən ağ rəngli çöküntü alınır:
AgNO3 + HCl → AgCl↓ + HNO3
İşıqda AgCl parçalanaraq qara rəngli metallik gümüş əmələ gətirir.
Çöküntü duru turşularda və qələvilərdə həll olmur, qatı xlorid turşusunda, ammonyak artığında və NH4OH-da həll olaraq kompleks birləşmə əmələ gətirir:
AgCl + HCl → H[AgCl]2
AgCl + 2NH4OH → [Ag(NH3)2]Cl + 2H2O
AgCl + 2NH3 → [Ag(NH3)2]Cl
Alınan diammingümüş(+1) xlorid HNO3-lə reaksiyaya girərək yenidən AgCl yaradır:
[Ag(NH3)2]Cl + 2 HNO3 → AgCl↓ + 2NH4NO3
Diammingümüş(+1) xlorid KI təsirindən də parçalanır. Bu zaman sarı rəngli AgI yaranır:
[Ag(NH3)2]Cl + KI → AgI↓ + KCl + NH3
2) Kalium Xromatın gümüş(+) duzlarına təsirindən kərpici-qırmızı çöküntü alınır, çöküntü nitrat turşusunda və ammonyakda həll olur:
AgNO3 + K2CrO4 → Ag2CrO4 + KNO3
Ag2CrO4 + 4NH4OH → [Ag(NH3)2]2CrO4 + 4H2O
Ag2CrO4 + HNO3 → H2Cr2O7 + H2O + AgNO3
3) Yodid ionu təsirindən açıq-sarı rəngli çöküntü alınır:
AgNO3 + KI → AgI↓ + KNO3
Çöküntü NH4OH-da həll olmur, reaktivin artıq miqdarında və Na2S2O3-da həll olur:

KI + AgI → K[AgI2]


Na2S2O3 + AgI → Na3[Ag(S2O3)2] + NaI
4) Reduksiyaedici təsirindən (formaldehid,Mn2+) gümüş(+) duzları gümüşə qədər reduksiya olunur:
2AgNO3 + 2NH4OH + HCOH → 2Ag + HCOOH + 2NH4NO3 + H2O
SnCl2 + 2AgNO3 + 2NaOH → 2Ag + 2NaCl + 2NaNO3 + Na2[Sn(OH)6]
5) Ditizonla (Şəkilə bax) gümüş(+) sarı kompleks birləşmə əmələ gətirir.
6) Na2S2O3-ilə ağ rəngli çöküntü əmələ gətirir:
Na2S2O3 + AgNO3 → Ag2S2O3↓ + NaNO3
Çöküntü tədricən qaralır:
Ag2S2O3 + H2O → Ag2S + H2SO4
7) Həllolan Sulfidlərin gümüş(+) duzlarına təsirindən qara rəngli çöküntü alınır. Çöküntü qızdırıldıqda HNO3-də həll olur:
AgNO3 + K2S → Ag2S↓ + KNO3
3Ag2S + 8HNO3 → 6AgNO3 + 3S + 2NO + 4H2O
8) Natrium Hidrofosfat neytral mühitdə gümüş(+) duzları ilə sarı rəngli çöküntü verir. Çöküntü HNO3-də və NH4OH-da həll olur:

AgNO3 + Na2HPO4 → Ag3PO4↓ + NaNO3 + H2O


Ag3PO4↓ + 6NH4OH → 6H2O + [Ag(NH3)2]3PO4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət