Ana səhifə

Tunban bağı


Yüklə 10.91 Kb.
tarix14.06.2016
ölçüsü10.91 Kb.
tunban bağı”
Sömürgeçilik boyunduruğunda yaşayan, eritmeçiliye uğrayan toplumların sıradan olan insanları her ne qeder yozlaşsalar da vaxtı gelende géne öz kökleri üzerinde durmağı başarırlar, ancaq nedense sömürge tuzağında özlerine "aydın" adı qoyanlar pişik asqırığı ile héşderxan(hind toyuğu) kimi qılıq deyişdirib, qulluqdan el çekmezler. İran adlandırılan yérde biz Günéy Türklerinin başına gelenler dédiklerimizin açıq örneyi olub, bu olqu(fakt) özünü özellikle köhne quşaqda daha qabarıq biçimde gösterir! Olsun, şah-şéyxin bunlara yédirtdiyi béyin yémleri yaqşı alınıb, bunlardan istenilen "aydınları" bécerib, yada bunların çantalarında héç neleri olmadığından géçmişde bağladıqları şeleni çiyinlerinden atsalar boşa çıxacaqlarından qorxub, éle buna göre de qabağa baxmağı yansılayırken dalı-dalı gétmekdedirler. Déyesen obir dünyadaki dostlarının yanına eli boş gétmekden utanırlar!

Bunlar ulusal dévinime qoşulmaqdan çekinib, ancaq ara-sıra qaş-göz étmeyi unudmurlar. Başqa déyişle farslar ile qolboyun gezib, bizlerin de herden bir çayını içmeye iltifat buyurub, ağız dolduran -démokrasi, insan haqları, farslarla qardaşlığımız- kimi sözlerden danışmaqla özleri övünürken bizleri de sévindirdiklerini sanırlar! Bu cergede olanlar artıq géçmişdeki kimi qan gruplarının gereyi sağ-sola bölünmeyib, düşüncelerinden asılı olmayaraq ortalıqda öksüz(yétim) qalan éski yada éle "komunistler" ile de suları bir arxa axdığından bir-birlerine ürek-direk olurken övündürücü şişirdmeli sözleri qarşılıqlı xeşlemekden de çekinmirler. Başqa déyimle, birisi xemir olanda obirisi tez çörekyapan yada çörekyapan olanda obirisi tez xemir olur. Çıxan çörek ise ancaq farsların süfrelerine qonulmalı olduğundan bunlar da anamayalarının(kapitalarının) çoxalmasının qıvancını yaşayırlar.

Bu “aydınlar”ın çoxunluğu artıq debden düşdüyü üçün özlerini “komunist” yox, “sol” sayıb, ancaq nedense iran adlandırılan yérin adı gelende dünya solunun tersine gédirler. Adı çekilen yérde 10. cumhur başqanlığı adı altında yürüdülen şovdan sonra bunlar dünya solunun tersine sağ “imperyalist” güclerin yanında “Yaşıl Dalqa” adı vérilen qarşıt(muxalif) cergede yér almaları “démokrasi” uğurunda deriden-qabıqdan çıxmaları héç neyi deyişdirmese de göz qamaşdırıcıdır! Bu davranış, bu kesimin sol anlayışdan da héç ne anlamadıqlarını yada onu menimsemediklerini aydınlaşdırırken iran adlandırılan yérin, ancaq, kebeleri olduğunu da bir daha gösterdi. Déyesen bunlar ömür boyu “iranbaycanlı yada farsbaycanlı” olduqlarından, yaşları da artıq géçdiyinden, başqa yol da tanımadıqlarından tutduqları yoldan géri dönmeyi bacarmayırlar yada üstde vurquladığımız kimi çantalarında héç neleri olmadığından obir dünyaya eliboş gédmekden qorxurlar. Bu üzden özlerinden başqa kimse ile paylaşmaq istemedikleri “démokrat” yüklemi ile fars qulluqçuluğunda Azerbaycan adı ile şaxséy gédib, özlerini ınandırıcı göstermek üçün ara-sıra ağıllarına batan töhmetleri de Ulusal Dévinimin yolcularına yağdırmaqdan çekinmirler. Bunların düşünce bağları fars cığırlarından beslendiyi üçün zeherlenmiş béyinlerinden pırtlayan ürünleri de eskiklik kompléksi ile aşılanıb, bu üzden de Türk xalqının özgürlük isteyinin yolunu sapdırmaqdan başqa işlevleri yoxdur.

Bu qonu ile ilgili irili-xırdalı bir sürü örnek vérmek olar. Burda ise iki örnek yéterlidir. 1- Séyid Hesen Şerietmedari, tacir, işadamı; Ayetullah Séyid Kazim Şerietmedarinin oğlu 2- Reza Beraheni, yazar, biliyurd üstadı; bu iki adam kişilik(şexsiyet) baxımından çox deyişik insanlardırsalar da ortaq bağları da az sayılmaz. İkisi de çıxar adamı olub, ikisi de ün(şöhret) péşindedirler. Birisi atasının adı ile obirisi de azerbaycanlı olaraq fars yazınına(edebiyatına) qulluq étmekle. Bunların ikisi de unların eleyib eleklerin de asmış sayılırlar, ancaq nedense iran adlandırılan yérin tilisminden qurtulmaq istememişler. Birisi azerbaycanlı Türkleri atasının köhne borcuna qenim tutur, obirisi de Xuméyni sayağı yazın üretmekle dünenki eli qanlı, qeddar falanj Hizbullahçını –Ekber Genci’ni- “yorulmaz mucahid” adlandıraraq suçlarından(günahlarından) arındırıb, onu qahramanlaşdırmaqla yétinmeyib özü de onun sırasında séyid hamayılı boynunda şaxséy géderek farsnişan elemi altında azerbaycanlıları da dalısıca çekmek isteyir.

Gelelim baş-qonumz Tunban Bağına, bildiyimiz kimi kéşden(réyzinden, lastikden) olan tunban bağları elden qurtulunca qaçıb, yazıq yiyelerini ağır duruma salarlar. Bizim de bu fars vurmuş “aydınlarımız” ellerine tüşen gireveni qullanıb, xalqımızı faslara satarlar. Ay xalq siz déyin bu durumda biz ne étmeliyik?

Riza Beraheni Parisdemi, Qumdamı, Niyu Yorkdamı?


O çiyinde olan yaşıl hamayıl bir az sürçüb béle yanaşsa, başdakı şapqanın qıraqları da bir az yuvarlansa, saqqal da bir az çoxalsa kime benzer bu üstde görünen bey efendi?!

Hilal


30.07.2009

Kanada, Vancouver şeheri


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət