Ana səhifə

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova Təsdiq edirəm


Yüklə 66.37 Kb.
tarix11.06.2016
ölçüsü66.37 Kb.
Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________

Ümumi məlumat

Fakültə,Fənnin adı, kodu və kreditlərin sayı

Humanitar və Sosial Elmlər fakültəsi, Avropa ölkələrinin müasir tarixi, HIST401, 3kredit

Departament

Tarix və arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız 2015

Fənni tədris edən müəllim (lər)

PhD Araz Aslanlı

E-mail:

aslanly@yahoo.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

11, Məhsəti küç.(Neftçilər Kampusu). , bazar ertəsi 18:00,19:20

Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtlarda

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər:* işarəsi ilə verilən ədəbiyyatlar cədvəldə göstərilmişdir.

  1. *Mühazirə mətnləri

  2. *Musa Qasımlı, Avropa və Amerika ölkələrinin müasir tarixi, II cild, Bakı 2008.

  3. Fahir Armaoğlu, XX Yüzyılın Siyasi Tarihi, Ankara 1991.

  4. *Məqalələr (müəllim tərəfindən veriləcək).

  5. Amerika tarixinin əsas cəhətləri.


Əlavə mənbələr:

İnternet saytları



  1. http://www.fpri.org

  2. http://www.ces.fas.harvard.edu

  3. http://www.councilforeuropeanstudies.org

  4. http://www.ies.be

  5. http://europa.eu

  6. http://ec.europa.eu

  7. http://www.coe.az/AZ/




Tədris metodları

Mühazirə

Tədris metodları

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:



  • mühazirələr

  • mövzu ətrafında müzakirələr

  • xəritələr, bilgisayar, video və digər əyani vəsaitlərdən istifadə

  • bəzi mövzularda alim və mütəxəssislərin dərslərə dəvət edilməsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Noyabr

(sentyabr və oktyabr ay­la­rın­da keçirilən dərslər əsasında imtahan verilir.)



30 bal

Praktiki məsələ







Davamiyyət




5 bal

Fəallıq

Dərslərdə, diskussiyalarda, prezintasiyalarda və elmi seminarlarda iştirak etmək

5 bal

Tapşırıq və testlər






Kurs işi (Layihə)

Esse və təqdimat

(dərs müddətində müəllim tərəfindən verilir)



15 bal

Prezentasiya/Qrup müzakirə







Final imtahanı

Yanvar

(noyabr və dekabr ay­la­rın­da keçirilən mövzular əsa­sında final imtahan verilir.)



45 bal

Digər







Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

Fənnin məqsədi

Avropanın müasir tarixi əsasən Fransa inqilabından sonrakı dövrü əhatə edir. Bu tədris proqramında Avropanın tarixinin ən qədim dövrdən Fransa inqilabına qədərki mərhələsi haqqında ümumi giriş veriləcək, vacib proseslərin səbəb və nəticələri üzərində durulacaqdır. Fransa inqilabı və İkinci Dünya Müharibəsi arasındakı hadisələrə nisbətən daha geniş yer ayrılacaq, amma əsasən İkinci Dünya Müharibəsindən sonra həm ayrı-ayrılıqda Avropa ölkələrinin daxili və xarici siyasətləri, həm də ümumlikdə Avropanın bütövləşməsi ilə bağlı proseslər keçiləcək və müasir Avropanın mənzərəsi ortaya qoyulacaqdır. Eyni zamanda Avropa ölkələrinin və Avropa Birliyinin Cənubi Qafqaz və xüsusilə Azərbaycan ilə bağlı siyasətləri də öyrəniləcəkdir.



Tədrisin (öyrənmənin) nəticələri

Fənnin Tədrisinin nəticəsi

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:



  • Avropanın tarixi haqqında ümumi məlumat yaranacaq,

  • Avropanın coğrafiyası və geopolitikası da müəyyən dərəcədə öyrənilərək tarixi proseslərin daha yaxşı dərk olunması təmin ediləcək,

  • Avropada baş verən proseslərin səbəb və nəticələri öyrənilmiş olacaq,

  • Avropa ölkələrirnin İkinci Dünya Müharibəsindən sonrakı dövrdəki ümumi tarixləri, daxili və xarici siyasətləri, müəyyən dərəcədə Cənubi Qafqaz və xüsusilə Azərbaycan ilə münasibətlər öyrənilmiş olacaq,

  • Avropanın bütövləşməsi təşəbbüsləri, Avropa Birliyinin strukturu, AB-nin enerji, xarici siyasət və təhlükəsizlik siyasəti öyrənilmiş olacaqdır.

Qazanılmış təcrübə

  • tarixi hadisələrin analizi

  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma

  • Avropa tarixinin araşdırılması və müasir Avropanın dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi.

Qaydalar (Tədris siyasəti və davranış)

Qaydalar

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.






Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)


Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



4

21.09.2015


Mövzu 1. “Avropa Ölkələrinin Müasir Tarixi” fənninə giriş. Dərslə və dərs planıyla ümumi tanışlıq

1; 4



4

28.09.2015


Mövzu 2. Avropanın ümumi coğrafiyası, Avropanın geopolitikası

1; 4



4

05.10.2015


Mövzu 3. Avropanın ümumi tarixi (ən qədim dövrdən İkinci Dünya Müharibəsi sonuna qədər)

1; 4



4

12.10.2015


Mövzu 4. İkinci Dünya Müharibəsindən sonra Avropanın ümumi mənzərəsi. Böyük Britaniyanın yaxın (İkinci Dünya Müharibəsindən sonrakı) tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)

2, səh. 60-98





4

19.10.2015


Mövzu 5. Fransanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)

2, səh. 98-128



4

26.10.2015


Mövzu 6. Almaniyanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)

Aralıq imtahanı


2, səh. 129-152



4

02.11.2015


Mövzu 7. İtaliyanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)

2, səh. 153-171




4

Mövzu 8. İspaniyanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)


2, səh. 172-189



4

16.11.2015


Mövzu 9. Yunanıstanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)

1; 4



4

23.11.2015


Mövzu 10. Türkiyənin yaxın tarixi, daxili və xarici siyasət

1; 4



4

30.11.2015


Mövzu 11. Benelüks, Skandinaviya və Baltıkyanı ölkələrin yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)

1; 4



4

07.12.2015


Mövzu 12. Mərkəzi və Şərqi Avropa ölkələrinin yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)

2, səh. 190-232



4

14.12.2015


Mövzu 13. Avropalaşma və Avropanın bütünləşməsi prosesi, Avropadakı dövlətlərarası qurumlar

1; 4



4

21.12.2015


Mövzu 14. Avropa Birliyi (formalaşması, strukturları, ortaq xarici siyasət və təhlükəsizlik siyasəti planı, xarici siyasəti, enerji siyasəti)

1; 4



4

28.12.2015


Mövzu 15. Avropa Birliyinin genişləmə siyasəti, yaxın qonşuluq siyasəti, Rusiya Federasiyası, Türkiyə Respublikası, İran, Çin və Qafqazla bağlı siyasət.

1; 4







Final imtahanı





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət