Ana səhifə

Sərbəst iş №9 Kimyəvi zəhərlənmə ocaqlarında xilasedici və digər təxirə salınmaz işlərin təşkili və görülməsi


Yüklə 11.69 Kb.
tarix13.06.2016
ölçüsü11.69 Kb.
ALLAHQULUZADƏ TƏBRİZ QRUP_41

Sərbəst iş №9

Kimyəvi zəhərlənmə ocaqlarında xilasedici və digər

təxirə salınmaz işlərin təşkili və görülməsi
Kimyəvi zəhərlənmə ocağı bu xüsusiyyətlərlə xarakterizə edilir: zəhərləyici maddələrlə insanların və heyvanların zədələnməsi; su hovuzlarının, su mənbələrinin, ərzaq məhsullarının, bitkilərin zəhərlənməsi; ərazinin, qurğuların, nəqliyyat vasitələrinin, texnikanın və paltarların zəhərlənməsi.

Zəhərlənmə ocağının böyüklüyü və xarakteri zəhərli maddələrin zəhərlilik dərəcəsindən, onların təsirinin davamlılığından, zəhərli maddələrin tətbiq edilməsi üsulundan, yerin relyefindən, meteoroloji şəraitdən və başqa amillərdən asılıdır.

Bunların sayəsində kimyəvi zəhərlənmə ocaqlarının iki növü ola bilər:

a)iprit tipli zəhərli maddələrin yaratdığı zəhərlənmə ocağı.Belə hallarda zəhərlənmiş sahə nisbətən balaca olacaq, buxarların yayılması zonası isə bilavasitə zəhərlənmiş zonadan 4-5 dəfə böyük olacaqdır;

b)zarin tipli güclü zəhərli maddələrin yaratdığı zəhərlənmə ocağı.Belə hallarda bilavasitə zəhərlənmə şəhərin ərazisinin 20 faizini əhatə edə bilər, bundan əlavə şəhər ərazisinin 50-70 faizi də zəhərli maddələrin buxarları ilə zəhərlənər.

Kimyəvi silahın tətbiq edildiyini göstərən zahiri əlamətlər bunlardır:kimyəvi təyyarə bombalarının boğuq səslə partlaması; partlayış yerlərində küləyin təsirindən tez dağılan, azacıq rəngli bulud görünməsi, torpağın, binaların və başqa əşyaların üzərində zəhərli maddələrin damcılarının olması.

Zəhərli maddələr təyyarədən çiləndikdə təyyarənin ardınca havada tünd maye zolağı görünə bilər.

Kimyəvi bomba partlayarkən əmələ gələn zəhərli maddələrin buxarı


və dumanı havada zəhərli buluda çevirilir.Bu bulud, öz döyüş zəhərləyici xassəsini saxlamaqla, meteoroloji şəraitdən asılı olaraq külək vasitəsi ilə 1 km-dən 4 km-dək, əlverişli şəraitdə isə 10-15 km-dək məsafəyə yayıla bilər.

Kimyəvi zəhərlənmə ocağının xarakterinə və böyüklüyünə yerin relyefi və meteoroloji şərait əhəmiyyətli dərəcədə təsir göstərir.Məsələn, zəhərləyici maddələr isti havada tez buxarlanır, külək zəhərli maddələrin uzaq məsafəyə yayılmasına və onun zəhərləyici təsirinin zəifləməsinə kömək edir, yağmur zəhərli maddələrin havadakı konsentasiyasını xeyli azaldır.

Zəhərli maddə açıq yerlərə nisbətən meşələrdə və sıx tikinti olan yerlərdə daha

çox qalır.Zəhərli maddələr xüsusən dərələrdə, çalalarda, yarğanlarda, dalan və həyətlərdə uzun müddət qalır.



Kimyəvi zəhərlənmə ocağında davranış qaydaları belədir: Mülki Müdafiə qərargahının xüsusi göstərişi olmadan sığınacaqdan çıxmaq, sığınacağın kipliyi pozulan hallarda fərdi aptekçədan antidot dərman qəbul edəndən sonra əleyhqaz taxmaq, dərini qoruyan paltar geymək və ancaq mülki müdafiə işçilərinin göstərişi üzrə mühafizə qurğusunu tərk etmək; açıq yerlərdə (qurğudan kənarda) qalan hallarda dərhal əleyhqaz taxmaq; xüsusi qoruyucu paltarlar olmadıqda dərhal köynəyin və pencəyin ətəklərini şalvarın içinə salmaq, şalvarın balaqlarını topuqda, köynəyin qollarını biləkdə qaytanla bağlayıb kipləşdirmək, əllərə əlcək, ayaqlara rezin ayaqqabı geymək, başı başlıq və ya yaylıqla kip örtmək, üstdən sintetik və ya rezinli parçadan (balon tipli) plaş geymək, yaxalığı qaldırıb üstdən şərf bağlamaq; kimyəvi zəhərlənmə ocağından çıxmayınca fərdi mühafizə vasitələrini əyindən çıxarmamaq, bədənin dərisi üzərinə və paltara zəhərləyici maddə damcıları düşən hallarda bu damcıları fərdi kimyəvi paketdəki məhlulda və ya naşatır spirtində isladılmış tamponla təmizləmək lazımdır; zəhərli sahələrdən çıxandan sonra tibbi müayinədən və tam sanitariya təmizlənməsindən keçmək lazımdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət