Ana səhifə

Ramazanov protokol №05 2 oktyabr 2012-ci IL tarixi ilə


Yüklə 28.72 Kb.
tarix09.06.2016
ölçüsü28.72 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ
Təsdiq edirəm

Fizika fakültəsinin

Elmi şurasının sədri prof. M.Ə.RAMAZANOV
Protokol № 05

2 oktyabr 2012-ci il tarixi ilə
01.04.04. “Fiziki elektronika” ixtisası üzrə fənn
PROQRAMI
Bakı Dövlət Universitetinin fizika fakültəsinin

Elmi Şurası tövsiyə etmişdir

Bakı 2012

  1. MEXANIKA

Maddi nöqtənin və bərk cismin kinetikası. Dinamikanın əsasları və mexanikada saxlanma qanunları. Qüvvə və impuls momenti. Fırlanan cismin kinetik enerjisi. Ümumdünya cazibə qanunu. Çəkisizlik. Harmonik rəqs. Rəqsin enerjisi və rəqslərin toplanması. Sönən və məcburi rəqslər. Rezonans. Dalğa. Hyügens prinsipi. Dalğanın tənliyi, enerjisi. Qrup və faza sürətləri. Dalğaların interferensiyası və difraksiyası


2. MOLEKULYAR FİZİKA
Maye və qazlarda təzyiq. Bernulli tənliyi. Molekulyar kinetik nəzəriyyənin əsas tənliyi. İdeal qazın hal tənliyi. Maksvell və Bolsman paylanmaları. Qazlarda daşınma hadisələri. Mayelərdə səth hadisələri. Real qazlar, Van-der-Vaals tənliyi. Real qazların daxili enerjisi. Bərk cisimlərin istilik tutumu. Ərimə. Coul-Tomson eflekti
3. ELEKTRİK VƏ MAQNETİZM
Elektrik sahəsi. Elektrik yüklərinin qarşılıqlı təsiri. Ostroqradski-Qauss teoremi və Puasson tənliyi. Elektrostatik sahədə görülən iş, potensiallar fərqi, Laplas tənliyi. Elektrik tutumu, yüklənmiş kondensatorun və elektrik sahəsinin enerjisi. Elektrik dipolu, dipol xarici elektrik sahəsində. Dielektriklər, dielektriklərin polyarlaşması. Seqnetoelektriklər. Sabit elektrik cərəyanı - Om qanunu, Kirxhof qaydaları. Cərəyanın işi və gücü, Coul- Lents qanunu. Metalların elektrik keçiriciliyinin klassik və kvant nəzəriyyələri. Termoelektrik hadisələri - Zeyebek, Peltye və Tomson effektləri. Cərəyanların maqnit qarşılıqlı təsiri. Cərəyanlı kontur maqnit sahəsində. Maqnit sahəsinin gərginliyi. Maqnit sahəsində görülən iş. Maqnit seli. Hərəkətdə olan yükün maqnit sahəsi. Lorens qüvvəsi. Maqnetiklər. Dia, para və ferromaqnitlər. Dəyişən cərəyan dövrəsi üçün Om qanunu. Dəyişən cərəyanın işi və gücü. Maksvell tənlikləri.
4. OPTİKA
Fotometrik kəmiyyətlər. İşığın ikili təbiəti. İşığın sınması və qayıtması, tam daxilə qayıtma. İşığın interferensiyası. Nyuton həlqələri. Hüygens-Frenel prinsipi. Difraksiya qəfəsi. Həndəsi optikanın elementləri. Mərkəzləşmiş optik sistem, linza. Optik anizotrop mühitlər və işığın polyarlaşması. İşığın dispersiyası və səpilməsi. Fotoelastiklik: elektro-, maqnito- və akustooptik effektlər. İstilik şüalanması. İşığın udulması - bərk cisimlərdə udulmanın növ və mexanizmləri . Optik şüalanma - lüminessensiya, onun mexanizmləri, növləri, qanunları
5. ATOM VƏ NÜVƏ FİZİKASI
Atomun quruluşu, maqnit momenti və Şredinger tənliyi. Fotoeffekt hadisəsi. Atomun Bor nəzəriyyəsi. Tomson və Rezorford atom modelləri. Bor postulatları. Frank-Hers təcrübəsi. Kvant ədədləri. Seçmə qaydaları. Normal və anomal Zeyeman effektləri. Atom nüvəsinin quruluşu və rabitə enerjisi. Radioaktivlik.  və - parçalanmalar, - şüalanma. Yüklü zərrəciklərin və - şüalanmanın maddə ilə təsiri. Nüvənin bölünməsi. Zəncirvarı reaksiya. Elementar zərrəciklər: təsnifatı və xarakteristikaları
6. RADİOFİZİKA
Radiodalğalar, radiodalğaların mühitlə yayılması və «radiopəncərə». Radioelektron dövrələrinin aktiv və passiv elementləri. Rəqs konturu. Konturda sərbəst və məcburi rəqslər. Elektrik rəqslərinin çevrilməsi - modulyasiya və detektəetmə.
7. VAKUUM TEXNİKASI VƏ EMİSSİYANIN ƏSASLARI
Yüksək vakuum, qazların xassələrinin vakuumun dərəcəsindən asılılığı. Vakuumun alınması və saxlanılması. Aşağı təzyiqlərin ölçülməsi. Elektron emissiyası: termo-, avto-, ikinci elektron-, zərbələrlə elektron emissiyası. Səthdə ionlaşma. Saxa-Lengmür tənliyi. Qaz boşalmasında baş verən elementar proseslər: Ambipolyar diffuziya və rekombinasiya. Qazlarda elektrik boşalması. İon cihazları. Qaz boşalması plazması

Vakuumda elektrik cərəyanı. Elektrovakuum cihazları - diod. triod. çoxelektrodlu lampalar


8. BƏRK CİSİM FİZİKASI
Bərk cisimlərin kristal quruluşu. Kristallarda kimyəvi rabitənin növləri. Bərk cisimlərin kristal quruluşu. Bərk cisimlərdə defektlər. Kristallarda elastiki rəqslər - akustik və optik fononlar. Bərk cisimlərdə statistik paylanma funksiyaları. Cırlaşmış elektron qazı. Metalların elektrik keçiriciliyi - klassik və kvant nəzəriyyəsi. Yarımkeçiricilərin elektrik keçiriciliyi. Holl effekti. Bərk cisimlərin fotoelektrik xassələri - daxili və xarici fotoeffekt.
9. BƏRK CİSİM ELEKTRONİKASI VƏ SXEM TEXNİKASI
p-n keçidlərin yaranma mexanizmi. p-n keçidin əsas növləri. p-n keçidin eni. p-n keçidi tutumları. p-n keçidin deşilməsi. p-n keçidin doyma cərəyanı və potensial çəpərin hündürlüyü. Düzləndirici diod. Termistor. Kanal tranzistoru. Stabilitron. Holl qeydedicisi. Bipolyar tranzistor. Tunel diodu. Varikap. Heterokeçidlər. Metal-yarimkeçirici kontaktları
10. OPTOELEKTRONİKA
Optik transparantlar. Optronlar. Lazerlər - elementləri, iş prinsipi, xüsusiyyətləri. Fotorezistor.
11. MİKRO- VƏ NANOELEKTRONİKANIN ƏSASLARI
Nazik təbəqəli strukturlarda fiziki proses və hadisələr. Kvant keçiriciləri. İnteqral mikrosxemlər və yaddaş elementləri
ƏDƏBİYYAT

  1. Əliyev B.D., Həsənov Q.F. Ümumi fizika. Bakı, Çaşıoğlu, 2004.

  2. Davudov B.B., Daşdəmirov K.M. Radioelektronikanın əsasları, Bakı, BDU, 1992

  3. Əsgərov Ş.Q., Sadıxzadə G.M., Ağayev M.N. Vakuum texnikasının əsasları. Bakı. BDU, 2007.

  4. Eyvazov E.Ə. Bərk cisimlər fizikası. Bakı, Təhsil, 2003

  5. Hümbətov R.T. Elektronika. Bakı, Maarif, 2002

  6. Abdinov Ə.Ş., Məmmədov H.M. Bərk cisim elektronikası. Bakı. Təhsil, 2004

  7. Abdinov Ə.Ş., Mehdiyev N.M. Optoelektronika, Bakı, Maarif. 2005

  8. Talıblı M.Ə., Hacıyev H.C., Qəribov M.Q. Mikroelektronika, Bakı, Elnı, 1976

  9. Məhərrəmov A.M., Ramazanov M., Rəhimova L. Nanotexnologiya, Bakı, Çaşıoğlu, 2007

  10. Pənahov M.M., Kərəməliyev R.Ə. Kvant elektronikasının əsasları. Bakı, BDU, 1991


Fizika fakültəsinin dekanı: prof.M.Ə.Ramazanov
Kafedra müdiri: prof.Ə.Ş.Abdinov
Tədris-metodik

Şuranın sədri: prof.M.Ş.Məmmədov

Bileti tərtib edənlər: dos.R.F.Mehdiyev

dos.H.M.Məmmədov


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət