Ana səhifə

Qrup 400 bazarin öZÜNÜ TƏNZİMLƏMƏ mexaniZMİ


Yüklə 21.95 Kb.
tarix11.06.2016
ölçüsü21.95 Kb.
HASANZADE YUSİF

QRUP 400


BAZARIN ÖZÜNÜ TƏNZİMLƏMƏ MEXANİZMİ

Bazarin özünü tənzimləməsi – Dövlətin müdaxiləsi olmadan bazar mexanizminin əmtəələrin və xidmətlərin əldə edilməsi zamanı istehlakçıların xeyiri ilə mənfəətin maksimum olmasında sahibkarların iqtisadi maraqlarının əlaqələndirilməsini təmin etmək, bazarın inkişafını optimallaşdırmaq qabiliyyətidir. Bazarın özünü tənzimləməsi xüsusi mülkiyyətin və ona oxşar olan təsərrüfatçılıq formalarının üstün olmasına əsaslanır, rəqabət, tələb və təklif, qiymət mexanizminin köməyilə baş verir.

Bazar özünütənzimləməsinin üstünlüyünün tərəfdarı A.Smit olmuşdur. Azad sahibkarlıq şəraitində şbirmənalı olaraq bazar özünütənzimləməsi uğrunda çıxış edərək o, hesab edirdi ki, bazarın «görünməz əli» dövlətin hər hansı bir müdaxiləsi olmadan istehlakçıların və cəmiyyətin mənafeləri naminə istehsalçılarını əmtəə istehsal etməyə məcbur edir. Bu nöqteyi-nəzər azad rəqabət şəraitində müəyyən əsasa malik idi, çünki bazar mexanizmi bu dövrdə öz tənzimləyici funksiyasını daha səmərəli yerinə yetirirdi. Bunu təbii anlamaq olar. Məhz azad rəqabət sistemi iştirakçıların çoxlu sayını, azad sahibkarlığı, kapitalın, iş qüvvəsinin və əmtəələrin yığcam hərəkətini, bazarda qiymət qoyma sərbəstliyini, alıcıların və satıcıların sərbəst seçimini, inhisarçılığın yoxluğunu və s. tələb edir. Lakin həyatda xalis formada abstrakt (mücərrəd) iqtisadiyyat və ona uyğun bazar özünütənzimləməsi yoxdur. Bazar özünütənzimləməsinin bu ümumiləşdirilmiş modeli müasir bazar iqtisadiyyatının tarixi sələfi olan iqtisadi ukladı əks etdirir. Baxmayaraq ki, Smitin mövqeyi inhisarçılığın müasir şərtlərinə uyğun gəlmir, bir sıra liberal ideyalar və praktiki təkliflər monetarizmin müasir iqtisadi siyasətində, o cümlədən radikal (köklü) iqtisadi islahatların gedişində post sosialist ölkələrində istifadə olunur.

Azad bazar iqtisadiyyatı kapitalizminin inhisarların hökmranlığı ilə əvəz edilməsi bazar özünütənzimləməsi nəzəriyyəsinə və təcrübəsinə prinsipial dəyişikliklər gətirmişdir. İstehsalın və satışın ictimailəşməsinin yüksək səviyyəsi, inhisarların inkişafı bütün bunlar dövlətin iqtisadiyyata təsirini gücləndirdi, bazarı təkrar istehsal proporsiyalarının vahid tənzimləyicidən məhrum etdi. Bazar özünütənzimləməsi ilə əlaqələndirmədə həyata keçirilən iqtisadiyyatın dövlət tənzimləməsi daha böyük əhəmiyyət kəsb etdi. Bununla belə bazar iqtisadiyyatında dövlətin funksiyası onun birbaşa təsərrüfat fəaliyyətinə müdaxiləsi demək deyil, hər şeydən əvvəl iqtisadi artımın stimullaşdırılması, cəmiyyətin sosial-iqtisadi vəzifələrinin həlli üçün iqtisadi, təşkilati, hüquqi və digər qanunverici şərtlərin hazırlanmasında və müəyyən edilməsindədir.

Bazar iqtisadiyyatı iqtisadi sistemlərin təsiri altında formalaşır. Ümumiyyətlə, bazar dedikdə, əmtəə bazarı ilə bərabər, həm də pul bazarı, kredit bazarı, valyuta bazarı, iş qüvvəsi bazarı və s. nəzərdə tutulur. Lakin bazarı zəruri edən ilk xarakterik xüsusiyyət əmtəə istehsalının həyata keçirilməsidir. Bazar mexanizminə pul və pul kütləsinin əmtəə ilə təmin olunması, qiymətlər və onların təsir dairəsi, kredit, gömrük rüsumu, valyuta məzənnəsi, əmtəələrin tələb və təklifi və s. aiddir. Bazar mexanizmi əmtəə mübadiləsinə xidmət edir və istehsalçılara təsir göstərmək üçün istifadə olunur
İqtisadiyyata dövlət müdaxiləsinin tarixi əmtəə–pul təsərrüfatının formalaşması, natural təsərrüfatı sıxışdırması ilə (XI əsrdən) başlamışdır. XIX əsrdən etibarən dövlət iqtisadiyyata nəzarət və onun tənzimləmə funksiyasını daha çox yerinə yetirməyə başladı. Dövlətin iqtisadiyyata müdaxiləsi Birinci Dünya Müharibəsindən sonra daha da güclənir. Belə ki, dünya iqtisadiyyatı 1929–1933–cü illərdə böhran keçirdiyi dövrdə, dünya iqtiasdiyyatı “Böyük durğunluğa” məruz qaldı ki, bu dövrdə vəziyyətdən çıxmaq üçün dövlət çox böyük iqtisadi funksiyaları öz üzərinə götürməli oldu. Bu dövrdən 1970–ci ilə kimi dünya iqtisadiyyatında sosial yönümlü iqtisadiyyat daha da gücləndi.

Bu dövrdən klassik iqtisadçıların təlimlərinin zəif cəhətləri üzə çıxdı. Belə nəticəyə gəlindi ki, tənzimləmədə bazarın “görünməyən əli” ilə dövlətin görünən əli tamamlanmalıdır. Məhşur Amerika iqtisadçısı Pol Samuelson bazar və dövlət kimi tərəflərdən hər hansı biri olmadan iqtisadiyyatın idarə edilməsini bir əllə əl çalmaq cəhdi kimi qiymətləndirir.


Uzun müddət iqtisadiyyatın idarə olunması və tənzimlənməsi sahəsində A.Smitin nəzəriyyəsi əsas götürülmüşdür. "Görünməyən əl” təlimi kimi məhşurlaşmış olan bu nəzəriyyəyə görə, bazar iqtisadiyyatı öz–özünü avtomatik tənzimləyən bir sistemdir. Klassik istiqamət uzun müddət 1929–1933–cü illər böhranına qədər iqtisadi inkişafda hakim olmuşdur. “Sey qanunu”na əsaslanaraq göstərildi ki, bazar rəqabəti sistemi tələb və təklif tarazlığını avtomatik tənzimləyir və bu halda dərin iqtisadi böhran ola bilməz. C.B.Sey (1766–1832) Fransa Vulqar siyasi iqtisadının banilərindəndir. Əsas müddəası məhsulun dəyərinin onun faydalılığı ilə yəni onun istehlak dəyərində olmasını göstərməkdir.

Bunun üçün gətirilən arqument ondan ibarətdir ki, bazar şəraitində qiymət, əmək haqqı və faiz stavkası daha çevik olub tələb və təklifin təsiri altında dəyişilərək, bazarın yeni vəziyyətə tez uyğunlaşırlar. Klassiklər qiymət, əmək haqqı və faiz stavkasının qısa müddətdə çevikliyini qeyd edərək göstərirdilər ki, məcmu təklif şaquli xəttdə yerləşib. Klassiklərdən fərqli olaraq Kensçilər qiymət, əmək haqqı və faiz stavkasının qısa müddətdə, hətta orta müddətdə də dəyişməzliyini göstərirdilər.

Ümumi Milli Məhsul (ÜMM) mötəməl həcmini əks etdirir. Daha doğrusu qiymət və əmək haqqı yuxarı–aşağı sərbəst hərəkət edərək tələblə təklif arasında balanslılığı ifadə edə bilər. Qiymətin aşağı salınması əmək haqqının azalmasına səbəb olduğu halda belə, tam məşğulluğu təmin etmək olar. Tələbin azalmasına görə qiymət səviyyəsinin aşağı düşməsi Ümumi Milli Məhsulun azalması demək deyil. Yəni istehsal olunan bütün məhsul başqa qiymətlə olsa da satılacaqdır. Beləliklə, məcmu tələbin azalması, məşğulluğun və Ümumi Milli Məhsulun azalması yox, ancaq qiymətin aşağı düşməsinə səbəb ola bilər.

Klassik istiqamət tərəfdarlarının əsas çatışmazlığı kimi C.M.Keyns göstərirdi ki, onlar işsizliyin hansı yolla azaldılmasını iqtisadi cəhətdən əsaslandıra bilmirlər. C.M.Keyns makroiqtisadi tənzimləmənin mahiyyətini qiymət və əmək haqqına nisbətən çevik olan gəlirlərin dəyişilməsi şəraitində xərclərin idarə edilməsinin dövlət tənzimində görürdü. Qiymət və əmək haqqının qeyri–çevikliyini C.M.Keyns belə izah edir: Həmkarların inkişafı 3 illik kollektiv müqavilələrin bağlanmasına gətirib çıxarmışdır. Həmkarların həmin müqavilələrdə həyat səviyyəsinin yüksəlməsi ilə əlaqədar olaraq əmək haqqı stavkasının dəyişilməsi razılaşdırılır. Bu prosesə dövlət müdaxilə edərək yaşayış minimumunu müəyyənləşdirir, gəlirlərin indeksləşməsini aparır. Bəzi qiymət növlərinin dövlət tərəfindən tənzimlənməsi də onların çevikliyini azaldır. Müəssisələr də bir–birinə uzun müddətli müqavilələrlə bağlıdırlar və bazar situasiyasının dəyişilməsi ilə qiymət səviyyəsinin çevikliyi üst–üstə düşmür. Bəzi firmalar dövlət güzəştlərinə malik olduqları üçün bazar situasiyasının dəyişilməsi onlarda da qiymətin çevikliyini gecikdirirlər.

Lakin XXəsrin sonlarında inhisarçı kapitalın meydana gəlməsi və onun təbü proseselərə təsiri klassiklərin nəzərdə tutduqları makroiqtisadi tarazlığın pozulması, dövlətin qiymətin əmələ gəlməsinə tez–tez müdaxiləsini zəruriləşdirdi.

Belə məlum oldu ki, tələbin təklifə uyğun gəlməsi (klassik yanaşma) ümumiyyətlə mifdir, əfsanədir. Çünki cəmiyyət həmişə iqtisadi artıma can atır. Deməli, onun yığımı olmalıdır. C.M.Keyns bunun səbəbini iqtisadi cəhətdən belə izah edirdi ki, cəmiyyət həmişə əmanət yığmağa meyllidir. Buna görə də o, istehsal etdiyi dəyərin müəyyən hissəsini əmanət kimi saxlayır, deməli istehlak dövriyyəsindən pulu çıxardır. İstehlak dövriyyəsindən pulun çıxarılması isə tələbi azaldır. Tələbin azalması isə öz növbəsində ödənilməmiş təklif (satılmamış məhsul) formasında qalır ki, bu da ifrat istehsal deməkdir. İfrat istehsal isə böhrandır. Buna görə də C.M.Keyns ümumi tələbin tənzimlənməsi tezisini irəli sürür və bunu iqtisaiyyatın dövlət tənzimlənməsinin başlanğıc nöqtəsi kimi qəbul edir.



Neoklassik yönümlü cərəyanlardan biri neoliberalizmdir. Bu cərəyan XX əsrdə bütünlükdə neoklassizmi təmsil etmişdir. Neoliberalizmin əsası A.Smit tərəfindən qoyulmuşdur. Neoliberalizm iqtisadiyyatı əlavə nizamlamadan, onun azad, öz–özünə tənzim olunması ideyasını müdafiə etməklə, iqtisadi liberalizmin prinsiplərini əsas götürərək özündə London (F.Hayek), Frayburq (V.Oyken, L.Erxard), Çikaqo (M.Fridmen) məktəblərini birləşdirir. Bütün bu məktəblərin nəzəri əsasında azad sahibkarlıq ideyası durur.

Monetarizm neoliberalizmin ABŞ qolu kimi formalaşmışdır. Bu məktəbin banisi Çikaqo məktəbinin yaradıcısı M.Fridmendir. O öz nəzəriyyəsi ilə kəmiyyət nəzəriyyəsinin Kembric variantını inkişaf etdirmişdir. Onlar pulu yalnız iqtisadi amil kimi deyil, təsərrüfat sisteminin baş mərkəzi elementi kimi qiymətləndirirdilər. Bu element iqtisadi konyukturanın vəziyyətini və bütün təkrar istehsal prosesiinin gedişini müəyyən edir. Monetaristlər dövlətin vəzifəsini real sahəyə qarşılıqlı münasbətdə, pul sferasını neytrallaşdırmaqda, bazar mexanizminin əlverişli şəraitini təmin etməkdə, əmtəə bazarını zəruri miqdarda pulla təchiz etməkdə görürdülər. Onların fikrincə bazar sisteminə dövlət müdaxiləsi qısa müddətə müsbət nəticə verə bilər və ona görə də dövlət bazar münasibətlərinə mümkün qədər az və ehtiyyatla müdaxilə elməlidir.



Bu istiqamətlərdən hansının düzgün olmasını qəti söyləmək olmaz. Çünki hər ikisinin müsbət və mənfi cəhətləri var. Məsələn, bazarın öz–özünü atomatik tənzimləmə mexanizminin olub olmaması hələ də mübahisəlidir. Ümumiyyətlə iqtisadiyyata dövlət müdaxiləsinin mərkəzləşmişdirlimiş idarə edilməsi də mümükun deyildir. Dövlətin iqtisadiyyatı tənzimləməsinin sərhəddi haradan başlayıb, harada qurtarçışdır və s. C.M.Keyns göstərmişdir ki, dövlət bazar iqtisadiyyatına təsir göstərə bilər, bunun üçün onun əlində kifayət qədər iqtisadi alət vardır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət