Ana səhifə

QƏDİM ŞƏrq tariXİ 1


Yüklə 100.26 Kb.
tarix09.06.2016
ölçüsü100.26 Kb.
QƏDİM ŞƏRQ TARİXİ - 1

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

HIST210, Qədim Şərq tarixi-1, (3 kredit)

Departament

Tarix və Arxeologiya” departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2013

Fənni tədris edən müəllim (lər)

Roza Arazova

E-mail:

rarazova@khazar.org

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

314 (O), I gün – 12:00-13:20, V gün – 12:00-13:20

Məsləhət saatları

III gün – 12:00-13:20

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər:

* Şəklində işarələnmiş kitablar cədvəldə göstərilmişdir.

  1. *Yusifov Yusif. Qədim Şərq tarixi. Bakı, “Şərq-qərb”, 2007 (və başqa nəşrlər).

  2. История Древнего Востока. Под ред. А.Г.Бокщанина, Москва, 1982

  3. История Древнего Востока. Под ред. В.И.Кузищина. Москва, Высшая школа, 1988 və

başqa nəşrlər.

  1. *Древние цивилизации. Под ред. Г.M.Бонгард – Левин, Москва, 1989.

  2. Mühazirə mətnləri.


Əlavə ədəbiyyat

  1. Tofiq Mustafazadə. Ümumi tarix. I kitab, Bakı, 2009, s. 43-149.

  2. Cəlil Nağıyev. Qədim Şərq ədəbiyyatı tarixi. Bakı, Asiya nəşriyyatı, 2004.

  3. *Tərlan Novruzov. Qədim Şərq ədəbiyyatı. I hissə, Bakı, Adiloğlu, 2007.

  4. *Solmaz Qaşqay. Ön Asiyada miqrasiya proseslərinə dair. Bakı, 2009

10. *S.Kramer. Tarix şumerdən başlanır. Bakı 2009

11. Хрестоматия по истории древнего Востока. “Под ред. М.А. Коростовцева” и др., часть I. Москва 1980



Kursun vebsaytı




Tədris metodları

Mühazirə

- Mühazirələr

- Mövzu ətrafında interaktiv müzakirələr və yoxlama işləri

- Mühazirələrin əsas tezisləri yazılı olaraq tələbələrə veriləcəkdir

- Xəritələr, video və digər əyani vəsaitlərdən istifadə

- Mövzularla əlaqədar olaraq, Azərbaycan Tarix muzeyi, İncəsənət muzeyinə, Qobustana ekskursiyanın təşkil edilməsi


Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Fevral-mart aylarında keçirilən mövzular əsasında tələbələrin biliyini yoxlamaq üçün 2 yazı işləri (quiz) keçirilir. Hər quiz 20 bal.

40 bal

Praktiki məsələ







Fəallıq

Dərslərdə, diskussiyalarda, prezintasiyalarda və elmi seminarlarda iştirak etmək (semestr ərzində)


5 bal

Tapşırıq və testlər


Yoxlama yazı işləri

(semestr ərzində)



10 bal

Kurs işi (Layihə)

Təklif olunan - S.Kramer “Tarix Şumerdən başlanır” (Bakı 2009) və Solmaz Qaşqay “Ön Asiyada miqrasiya proseslərinə dair” (Bakı, 2009) kitablardan birini oxumaq, annotasiya (xülasə) yazmaq və müzakirələrində iştirak etmək.

Annotasiyanın həcmi 3-5 komputer səhifəsi. İşlər tələbələrlə razılaşdırılan vaxtda təhvil verilir.
Yazı işinə aid qaydalar:

1. İş ayrıca vərəqlərdə yazılmalıdır.

2. Vərəqin bir üzü yazılmalı, vərəqin kənarında sahələr qoyulmalıdır.

3. İş aydın yazılmalı, fikirlərin abzaslara bölünməsi məntiqi olmalıdır, hər yeni fikirdə abzasdan istifadə edilməlidir. İşin girişi və nəticəsi olmalıdır.

4. İş savadlı yazılmalı, lazım gəldikdə orfoqrafik lüğətdən istifadə edilməlidir.

5. Sonda istifadə olunmuş mənbələrin və ədəbiyyatın siyahısı əlavə edilməlidir.

6. İşin titul vərəqi olmalıdır: mövzunun adı, tələbənin adı, soyadı, fakultəsi, işin yerinə yetirildiyi department göstərilməlidir.



5 bal

Prezentasiya/Qrup müzakirə







Final imtahanı

Aprel-may aylarında keçirilən mövzular əsasında iyun ayında final imtahanı keçirilir.


40 bal

Digər







Yekun





100 bal


Kursun təsviri

Qədim Şərq tarixi qədim dünya tarixinin tərkib hissəsidir. Qədim Şərq tarixi fənnin əsasını dövlətlərin yaranması, inkişafı, yüksəlişi və tənəzzülü prosesi təşkil edir.

Kursun məqsədləri

Şərq ölkələrin siyasi və ictimai- iqtisadi problemlərinin, mədəniyyət və etnik məsələlərinin öyrənilməsi bu ölkələrin ayrı- ayrılıqda tarixi, ümumi, fərdi və özünəməxsus cəhətləri barədə təsəvvür yaratmağa imkan verir.

Tədrisin (öyrənmənin) nəticələri

Kursun ümumi tədrisi prosesində tələbələr tərəfindən:

  • Qədim Şərq tarixi haqqında ümumi məlumat

  • Qədim Şərq tarixinin bəşəriyyət tarixinin başlanğıcı olmasını

  • Qədim Şərq ölkələrinin dövlət quruluşları, iqtisadi və mədəni əlaqələri, xarici siyasəti

  • Qədim Şərq mədəniyyətinin müxtəlif sahələrdə inkişafı və onun dünya mədəniyyətinə

mühüm təsiri

öyrəniləcəkdir.


Qaydalar (Tədris siyasəti və davranış)

Dəvamiyyət

Bütün tələbələr dərslərdə iştirak etməyə borcludurlar. Üzrlü səbəbləri (xəstəlik, ailə vəziyyəti və s. ) olanlar

dəvamiyyətsizliyinin səbəbini dekanlığa bildirməlidir. 20% dən artıq dərs buraxan tələbələr imtahana

buraxılmır.


Gecikmələr

Tələbə dərsə 5 dəqiqədən gec gələrsə, o, dərsə buraxılmır. Ancaq o, sonrakı saatlara girə bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə

yoxlama işini növbəti həftədə yaza bilər.
İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur. Suallar dərs mövzuları əsasında hazırlanacaq. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.


İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanında tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürmə qadağandır. H­əmin h­alda tələbənin imtahan işi ləğv olunur və tə­ləbə 0 (sıfır) qiym­əti ilə im­tahandan kənarlaşdırılır.


Fənni bitirmə qaydası:

Fənn ciddi olaraq Universitetin qiymətləndirmə siyasətinə riayət edir. Buna görə də bir qayda olaraq, fənni uğurla keçmək üçün ümumi qiymətin 60%- ni toplamalıdır. Qeyri- müvəffəq qiymət alan tələbə digər semestr və ya növbəti il fənni yenidən götürə bilər.


Tələbələrin davranış qaydaları.

Dərs zamanı dərs gedişini pozmaq, icazəsiz müzakirə, mobil telefonlardan istifadə və ya qeyri- etik hərəkətlər etmək qadağandır. Fənni uğurla bitirmək üçün tələbələr dərsdə fəal olmalı və digərlərini də iştiraka cəlb etməlidirlər.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



11.02.2013
15.02.2013


Giriş. Tələbələri Qə­dim Şərq tarixi fənninin proqramı ilə, həmçinin onların qarş­ısında duran vəzifələrlə tanış etmək.

Qədim Şər­q siviliz­asiya anlay­ışı, onun co­ğrafi və xronoloji çərçivəsi. Q­ədim Şərq ölkələrinin tarix­i ink­işaf xüsusiy­yətləri.


[1, Fəsil I, səh. 5-49]

[4, s.12-34]

[9, s.5-25]





18.02.2013

23.02.2013


Qədim Misir. Təbii şəraiti, coğrafi mövqeyi və əhalisi.

Mənbələr. Tarixşünaslıq.


Erkən Şahlıq dövrü və onun səciyyəvi cəhətləri.

Qədim Şahlıq dövrü. III-VI sülalərin hakimiyyəti.

[1, Fəsil VI, səh. 163-173]
[1, Fəsil VII,səh. 174-179]



25.02.2013
01.03.2013


Misir Orta Şahlıq dövründə.
Misir Yeni şahlıq dövründə. XVIII- XIX sülalə fironlarının daxili və xarici siyasəti. İşğalçı müharibələrin genişlənməsi.

Dini- siyasi islahat və onun mahiyyəti.



Misir b.e.ə. I minilliklərdə: yadellilərin hakimiyyəti və Sais inti­bahı. Misirin iranlılar tərəfindən işğalı.

[1, Fəsil VIII,səh.180-192]
[1, Fəsil IX, səh.193-219; 1, Fəsil X, səh. 220-227]




04.03.2013

11.03.2013

(seminar)



Qədim Misir mədəniyyəti. Yazı və on­un səciyy­əvi cəhətləri. Qədim Misir ədəbi­yyatı. Elmi biliklər. Din. Məbədlər və kahinlə­r. Təsviri i­nc­əsənət və memarlıq.

Dün­ya mədən­iyyətinin inkişafın­da Q­­ədim Misir mədəniyyətinin yeri və əhəmiy­yə­ti.



[1, Fəsil XI, səh.228-238];

[8, səh. 90-115]










Aralıq imtahanı yoxlaması – 1







15.03.2013
18.03.2013

Qədim Mesopotamiya (İkiçayarası). Coğrafi mühiti və əhalisi.

Mənbələr. Mesopotamiya tarixinin öyrənilməsi.

Cənubi Mesopotamiya (Şumer) b.e.ə. III minilliyin birinci yarısında ölkənin iqtisadi, siyasi və mədəni həyatının inkişaf mərkəzidir. Şumer şəhər- dövlətlərinin siyasi quruluşu və siyasi tarixi. Cənubi İkiçayarasının Akkad hakimiyyəti altında birləşdirməsi. Sarqonidlərin daxili və xarici siyasəti. Qutilərin basqını və Akkad şahlığının süqutu. III Ur süla­ləsinin haki­miyyəti dövründə müstəbid hakimiyyət, idarə üsulu və ordu.

Şumer-Akkad şahlığının zəifləməsi və dağılması.



[1, Fəsil II, III

səh.50-104]
[4, s.88-96]
[9, s.26-35]




29.03.2013

01.04.2013



Mesopotamiya b.e.ə. II minillikdə. Babilin yüksəlməsinin səbəbləri. I Ba­bil sülaləsi. Hammur­apinin qanunları. Babilista­nın iqtis­adiyyatı, ictim­ai və siya­si quruluşu.

Babilistan kassı sülaləsinin hakimiyyəti altında.



[1, Fəsil IV,səh.105-124]
[4, s.97-103]



05.04.2013
08.04.2013


Mesopotamiya b.e.ə. I minillikdə. Assuriya və Yeni Babil dövlətləri. Ass­uriya tarixi­nin dövrü təsnifatı. Qədim Assur şahlığ­ı. Orta Assur şahlı­ğı. Assuriy­anın ­gücl­ən­məsi. Y­eni A­ssur dövrü­­ndə As­suriyanın iqt­isadi və hərbi- siyasi yüks­əli­şi. Sarqonidlər sülaləsi hökmdarlarının hərbi yürüşləri. Assuri­ya dövlə­t­inin süqut­u.

Babili­stanın (e.ə. II min. sonu- I min. əvvəllərində) müstə­qillik uğr­unda El­am v­ə As­ssuriya ­ilə mübarizəsi. Yeni Babil dövlətinin yaranması, daxi­li və xa­rici siyasət. Ölkə­nin farslar tərəfi­ndən işğal olunması.




[1, Fəsil XIV, səh.278-304]
[1, Fəsil XVI, səh.318-329]
[4, s.102-108]








12.04.2013
15.04.2013


Qədim Mesopotam­iya (İkiçayarası) xalqları­nın mədəniyyəti. Qədim Mesopotam­iya mədəniyyətinin for­mal­aşması və onun inkişaf şərt­ləri. Mix­i yazının yar­anması və in­kişafı. Ədəbiyyat və onun janrları. Təh­sil sis­te­mi. Elm­i-təcrübi b­iliklərin yaran­ma­sı. Dini gör­ü­şlər ­və əsas ina­ml­ar. Mem­arlıq, heykə­ltaraşlıq. Q­ədim Mesopot­am­iya mədəni­­yy­­ətinin Yaxı­n Şərq xalqları mə­dəniyyə­tinə tə­sir­i.

[1, Fəsil V, səh.125-162]
[8, səh.50-82]
[4, səh.108-117]

[10]









Aralıq imtahanı yoxlaması – 2







19.04.2013

22.04.2013


Het şa­hlığı. C­oğ­rafi ­m­övqe­yi və əhalisi. Mənbələr. Arxeoloji tədqiqatl­ar. Het yazısının oxun­ması.

H­et t­arixinin dövrü təsnif­atı. Qəd­im H­et şahlı­ğı­nın yara­nması. Y­eni Het dövründə H­et şahl­ı­ğının dirç­­əlişi. Het­lərin ­Mitanni, Babilistan, Ass­uriya və Mi­sirl­ə münas­ibətləri. Het dövlətinin dağ­ılması.



Het mədəniyyəti. Di­ni görüşlər ­və əyanlə­r. He­t əs­atirləri və ədəbiyy­atı. Het qanu­nları. Elmi-təcrübi biliklər. Het memarlığı, heykəltəraşlığı.

[1, Fəsil XIII,səh.254-275]
[1, Fəsil XIII,səh.268-277]
[4, səh.118-132]
[8, səh. 116-121]

[9, səh. 58-66]





26.04.2013

29.04.2013



Suriya, Finikiya və Fələstin.

Şərqi Aralıq dənizinin coğrafi mövqeyi və əhalisi. Mənbələr. B.e.ə. III-II minillikdə Şərqi Aralıq dənizində erkən dövlətlərin yaranm­ası (Bibl, Ebla və s.) və siy­asi qur­uluş. M­isir və Aral­ıq də­nizin­in d­igər vila­yətləri il­ə münas­ibətlər. Finik­iya məskun­­laşm­ası. Finikiya mədəniyyəti.

E.ə. II minillikdə Suriyanın daha güclü qonşulara tabe edilməsi. E.ə. I min­illikdə Suriya dövlətləri. Yeni Babil şah­lığının və İranın hakimiy­yəti altınd­a.

B.e.ə. II mi­nilliyin s­onu- I minill­iyin əvvəlllə­rində İsrail- İudey şahlığının yaranması. X­arici siya­sət. İsr­ail çarlı­ğının İs­rail və Yəhu­di padşahlı­ğına parçala­nması. P­eyğəmbərlik hərə­katı. İsraili­n Assuriy­a tərəfin­dən işğ­alı. Ba­bil əsa­rətinin başlan-

m­a­sı.

Qədim Fələstinin mədəniyyəti.


[1, Fəsil XII, səh.239-253]
[9, səh. 66-75]

[8, səh. 252-265]





03.05.2013

06.05.2013


Van şah­lığı (Urartu). C­oğrafi ­m­övqeyi və əhalisi. Mənbələr. Mad­di mədəniy­yət abidələri. Urartu kitabələri. Urartu tarixinin öyrən­ilməsi.
Urart­u dö­vlətinin- Van çarlığın­ın yaranması. Siy­asi və ictimai- qu­ruluş­u­. X­ari­c­i siyas­ət­i. Ur­artu dövl­ətin­in tənəzz­ülü və məhv­i.

Urar­tu məd­əniyyəti. M­e­marlıq. Heykə­ltaraşlıq. Bədi­i sənətk­ar-

l­ıq. Din­i e­tiqad­­lar.


[1, Fəsil XV, səh.305-317]

[9, səh.49-58]


[4, səh.164-176]



10.05.2013

13.05.2013


Qədim İran.Təbii şərait. Əhali. Mənbələr. İran ərazisində ən qədim dövlətlər. Elam.
Midiya. Qəbilə ittifaqı və Assuriya təcavüzünə qarşı mübarizə. Midiya şahlığının yaranması. Midiyanın xarici siyasəti.

II Kirin (Kuruş) hakimiyyətə gəlməsi və Əhəməni İran döv­lətinin yara­nması. Onun i­şğalçılıq siyasəti. İran Kamb­izin dövründə. Qaum­­atın üsy­­anı. Siya­­si bö­hra­n. I D­ar­anın hakimiy-yəti ələ keçirm­əsi. O­nun islahatları (hərbi, inzibati-maliyyə). Daranın xarici siyas­əti. Daranın xələfləri zamanı İranın zəif-ləməsi.


Qədim İran mədəniyyəti. Din. Qədim allahl­ar. Z­ərdüştlük. “Avest­a”. Yazı sis­temi. Me­marlıq, heykəltər­aşlıq, b­ədii sənət. Elmi b­iliklər.

[1, Fəsil XVII,səh330-362]
[1, Fəsil XVII,səh389-420]
[1, Fəsil XVII,səh420-450]

[4, səh.134-162]

[9, səh.75-89]

[8, səh. 18-49]





17.05.2013

20.05.2013
(Seminar və yoxlama iş)

Het padşahlığı. Suriya, Finikiya və Fələstin.

Van şahlığı (Urartu). Qədim İran.



[ 1, Fəsil XII,səh.239-253]



24.05.2013
27.05.2013


Qədim Hindistan. Təbii şəraiti və ən qədim əhalisi. Hind mədəniyyətinin yaranması. Mohenco-Daro və Harappa. Hind mədəniyyətinin süqutu.

Arilər. İqtisadi və ictimai mübasibətlər. Qanq vadisində ilk sinifli cəmiyyətlərin və dövlətlərin meydana gəlməsi. Varnalar sistemi. Brahmanizm. Makedoniya işğalları ilə mübarizə. Hindistanın Maurilər sülaləsi hakimiyyəti altında birləşdirilməsi. Aşokinin xarici, daxili və dini siyasəti. Buddizm.

Maurilər dövlətinin zəifləməsi və dağıdılması.

Qədim Hind­istan məd­əniyy­əti. Y­a­zı. Ədəbi­yyat. Di­ni etiqadla­rın növ­l­əri. Təsviri inc­­əsənət, me­­marlıq, heykəlt­­araşlıq. El­mi bili­klər.


[1, Fəsil XVIII,səh.451-468]

[1, Fəsil XVIII,səh.468-476]


[4, səh.218-238]

[8, səh.189-198]





31.05.2013

Qədim Çin. Təbii şəraiti və əhalisi. Mənbələr

Xuanxe çayı vadisində dövlətin əmələ gəlməsi. Çin Şan-İn dövründə. Çin Çjou dövründə. Birləşmiş dövlətin yaradılması.

Sin knyazlığının yüksə­lişi. Şa­n Yanı­n islahatları. Çinin Sin hakimiyyəti altında birləş­di­rilməsi. Sin Şi­xuan və o­nun islahatla­rı və xarici siya­səti. Sin sü­laləsinin devri­lməsi.

B.e.ə. III əsrdə siyasi d­ağınığlığın aradan qaldırılması və Xan imperiyasının əsasının qoyu­lması. Çin Erkən və ya Böyük­ Xan sülaləsinin hakimiyyəti dövrü­ndə. Çin Son-ya Kiçik X­an sülaləsi dövründə.



Qədim Çin mədəniyyəti. Əsatir və din. Fəlsəfi və dini sistem­lər. Konfusicilik. Yazı. Ədə­biyyat və onun janrları. İncəsə­nət.

[1, Fəsil XIX,səh.477-494]
[1, Fəsil XIX,səh.494-495]

[4, səh.250-278]









Final imtahan





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət