Ana səhifə

Press-Reliz Bakı şəhəri, 25 aprel 2012 Qubad İbadoğlu Dublində atəT-in Forumunda iştirak edib


Yüklə 7.07 Kb.
tarix09.06.2016
ölçüsü7.07 Kb.




Press-Reliz

Bakı şəhəri, 25 aprel 2012

Qubad İbadoğlu Dublində ATƏT-in Forumunda iştirak edib
Tədbir ogurlanmış pulların müəyyənləşdirilməsi və geri qaytarılması məsələlərinin müzakirəsi ilə başa çatıb
İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Qubad İbadoğlu aprelin 23-24-də İrlandiyanın paytaxtı Dublin şəhərində ATƏT-in 20-ci İqtisadi-ekoloji forumunda iştirak edib. Q.İbadoğlunun verdiyi məlumata görə, beynəlxalq Forum ATƏT-ə üzv ölkələrdə yaxşı idarəetmənin tətbiqi yolu ilə sabitliyin və təhlükəsizliyin artırılmasına yardım məqsədilə təşkil olunub. Forumun əsas mövzusu “Sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə korrupsiya ilə mübarizənin gücləndirilməsinə və idarəetmənin yaxşılaşdırılmasına dəstək”dir.
Dünyanın 60-dək ölkəsindən 250-dək hökumət və qeyri-hökumət nümayəndələrinin, eləcə də aparıcı beynəlxalq təşkilatların 50-dək təmsilçisinin iştirak etdiyi Forumda İrlandiyanın dövlət naziri, ABŞ ticarət nazirinin müavini, Avropa Komissiyasının və ATƏT-in yüksək vəzifəli şəxsləri iştirak edib. Aprelin 23-də başlayan konfransın ilk günündə korrupsiya ilə mübarizə sahəsində təşəbbüslər, tətbiq olunan beynəlxalq və regional alətlər və nailiyyətlər, eləcə də dövlət büdcəsi vəsaitlərindən rasional istifadə, dövlət idarəetməsində etik davranış məsələləri müzakirə olunub. Tədbirin ikinci günü korrupsiya ilə hərətərəfli və səmərəli mübarizənin formalaşmasında vətəndaş çəmiyyətinin və işguzar dairələrin iştirakının əhəmiyyəti barədə müzakirələr aparılıb. Çıxışlarda korrupsiya ilə mübarizədə vətəndaş cəmiyyətinin əhəmiyyətli rolu dəfələrlə vurğulanıb və bu sahədə yaxşı nümunələr təqdim olunub. Forum dövlətdən korrupsiya yolu ilə ogurlanmış pulların müəyyənləşdirilməsi və geri qaytarılması məsələlərinin müzakirəsi ilə başa çatıb.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident yanında Korrupsiya ilə Mübarizə Komissiyasının üzvü, millət vəkili Bəxtiyar Əliyev, Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf“ departamentinin direktor müavini Hüsniyə Məmmədova və Şəffaflıq Azərbaycan təşkilatının icracı direktoru Rəna Səfərliyeva də iştirak edib.


İTM İctimaiyyətlə əlaqələr departamenti



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət