Ana səhifə

Press-Relİz Bakı şəhəri, 08 noyabr 2012


Yüklə 9.02 Kb.
tarix23.06.2016
ölçüsü9.02 Kb.




Press-Relİz

Bakı şəhəri, 08 noyabr 2012

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının(GİZ) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın şimal bölgəsinin 10 bələdiyyəsində strateji planlaşdırma, büdcə tərtibi və maliyyə idarəçiliyində şəffaflığı və hesabatlılığı yaxşılaşdırmaq” layihəsi çərçivəsində təcrübə mübadiləsi məqsədilə Qubada və Xaçmazda yerləşən tərəfdaş bələdiyyələrin nümayəndələrinin Qərb rayonlarının bələdiyyələri ilə Gəncədə görüşü təşkil edilib. Görüşdə Xaçmaz bələdiyyələrini Ləcət Bələdiyyəsinin sədri Mirzə Şahbazov, Qımılqışlaq Bələdiyyəsinin sədri Ceyhun Mustafayev, Aşağı Zeyid Bələdiyyəsinin sədri Nazim Osmanov, Quba bələdiyyələrini Digah-Xucbala Bələdiyyəsinin sədri Qızxanım Həmzəyeva, İqrığ Bələdiyyəsinin sədri Nəcəfqulu Əzizov və Vəlvələ Bələdiyyəsinin sədr müavini Cavid Mirzəyev təmsil ediblər.

Qeyd edək ki, qarşı tərəfdən görüşdə iştirak edən bələdiyyələr GİZ-in "Azərbaycanın  Qərb  regionu və Gürcüstanla sərhəd ərazilərdə bələdiyyələrin xidmət  göstərmə imkanlarının və bələdiyyələr arasında əməkdaşlığın gücləndirilməsi" layihəsi çərçivəsində əməkdaşlıq etdiyi bələdiyyələr olub. Bunlar Şəmkir rayonu Kür Bələdiyyəsinin sədri Rafiq Məmmədov, Könüllü Bələdiyyəsinin sədri Alif Hüseynov, Tovuz rayonu Əlimərdanlı Bələdiyyəsinin sədri Abbas İbrahimov, Girzan Bələdiyyəsinin sədri Əyyub Əhmədov, Ağstafa Rayonu Vurğun Bələdiyyəsinin sədri Adil Əliyev, Böyükkəsik Bələdiyyəsinin sədri Rövşən Əhmədov, Qazax Şəhər Bələdiyyəsinin sədri Oqtay Heydərov, bələdiyyə üzvləri Sabir Məhərrəmov, Vüsal İsmayılov və 2-ci Şıxlı Bələdiyyəsinin sədri Fikrət Talıbov olublar. Adıçəkilən bələdiyyələrdə GİZ tərəfindən strateji planlaşdırma aləti tətbiq olunur.

Görüşdə öncə “Azərbaycanın şimal bölgəsinin 10 bələdiyyəsində strateji planlaşdırma, büdcə tərtibi və maliyyə idarəçiliyində şəffaflığı və hesabatlılığı yaxşılaşdırmaq” layihəsinin əlaqələndiricisi Qalib Toğrul və layihə asissenti Rəcəb İmanov Quba və Xaçmazın10 bələdiyyəsi ilə əməkdaşlıq etdikləri 2 il müddətində gördükləri işlərdən və perspektiv planlardan danışıblar, adları çəkilən bələdiyyələrdə tətbiq edil’n İTM-in məhsulu olan “Şəffaf Büdcə” proqramı haqqında geniş məlumat veriblər. Qeyd ediblər ki, Quba və Xaçmazın 10 tərəfdaş bələdiyyəsində Vətəndaşın Rəy Kartı əsasında sorğular keçirilib, sorğunun nəticələri büdcə dinləmələrində müzakirə edilib, hər bir bələdiyyəyə sayt yaradılıb, saytlara bələdiyyələrin son 4 illik büdcələri, ərazisi, əhalisi, məşğuliyyəti, infrastrukturu haqqında məlumatlar qoyulub, elektron bələdiyyə vergi kalkulyatoru yerləşdirilib və on-line ödəmə üçün imkanlar yaradılıb.

Sonra "Azərbaycanın  Qərb  regionu və Gürcüstanla sərhəd ərazilərdə bələdiyyələrin xidmət  göstərmə imkanlarının və bələdiyyələr arasında əməkdaşlığın gücləndirilməsi" layihəsinin Gəncə nümayəndəsi Fariz Qarayev həyata keçirdikləri layihə haqqında geniş məlumat verib, hər bir bələdiyyə üçün yaratdıqları kataloqdan danışıb, bələdiyyələr üçün kiçik qrantlar ayırmağa hazırlaşdıqlarını bildirib.

Daha sonra hər iki regionun bələdiyyələri öz təcrübələri barədə danışıblar.


İTM İctimaiyyətlə əlaqələr departamenti




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət