Ana səhifə

Press reli z


Yüklə 6.61 Kb.
tarix04.06.2016
ölçüsü6.61 Kb.


P R E S S – R E L I Z
Norveç Humanitar Müəssisəsi “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində “Xəzər Qayğıkeşlik Layihəsi” və “Humanitar Mərhəmət Xidməti” beynəlxalq təşkilatının mütəxəssislərinin iştirakı ilə Şəki Qarışıq Tipli İnternat Məktəbi və Qarışıq Tipli Uşaq evindən və eləcə də kasıb, aztəminatlı və məcburi köçkün ailələrdən olan uşaqlar stomatoloji müayinə və müalicəyə cəlb ediləcəkdir. Eyni zamanda layihə çərçivəsində həmin uşaqlar “Colgate – Palmolive Azərbaycan” şirkəti tərəfindən pulsuz olaraq diş pastası və fırçaları ilə təmin olunacaqlar.

Layihə çərçivəsində 24 – 25 fevral 2011 – ci il tarixdə “Ümid Evi” Şəki Peşə Təlimi Mərkəzində “Humanitar Mərhəmət Xidməti” beynəlxalq təşkilatının stomatoloqu Seok - Jin Liu tərəfindən Şəki Qarışıq Tipli İnternat Məktəbi və Qarışıq Tipli Uşaq evindən olan 7 – 16 yaşlı 32 oğlan və qız müayinə və müalicə edilmışdir. Bu məqsədlə mərkəzin binasında ayrıca otaq hazırlanmış və stomatoloq Seok - Jin Liu tərəfindən gətirilən avadanlıq və s. ləvazimatlarla təchiz edilmişdir. 2 gün ərzində uşaqlar müayinə və müalicə olunmaqla yanaşı müxtəlif oyunlar oynamış, ağız boşluğu və dişlər haqqında ilkin biliklər almışlar. Aparılan müayinə və müalicə prosesində stomatoloqa Norveç Humanitar Müəssisəsi və “Ümid Evi” Şəki Peşə Təlimi Mərkəzin heyəti, xüsusilə İradə Lətifova, Tünzalə Əhmədova, Aygün İbrahimova və Loğman Müstafayev yaxından kömək etmişdir. Planlaşdırıldığı kimi yaxın aylarda yuxarıda qeyd olunan qrupa daxil olan daha çox uşaq və gənclər pulsuz olaraq müayinə və müalicə prosesinə cəlb ediləcək.
Qeyd edək ki, fəaliyyət Norveç Humanitar Müəssisəsinin maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.
“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi

Şəki Nizami 6 AZ5500

Tel: +994 177 4 45 46

Faks: +994 177 4 45 46

Mob: 050 6738670

E-mail: yaddash_sheki@yahoo.com



www.yaddash.org



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət