Ana səhifə

Potensial” Sumqayıt Mütəxəssislər Birliyi Hüquqi Yardım və Təlim Mərkəzi


Yüklə 9.52 Kb.
tarix10.06.2016
ölçüsü9.52 Kb.


Potensial” Sumqayıt Mütəxəssislər Birliyi Hüquqi Yardım və Təlim Mərkəzi

Ünvan: Sumqayıt şəhəri

12-ci m/rn, Koroğlu prospekti 27a

Tel:(018) 646 58 26; (012) 418 41 60

Faks: (018) 646 58 26

E-mail : potensial_smb@yahoo.com

Web: http://pss.aznet.org
____________________________________________________________________________________________________________________

PRESS RELİZ

18 iyul 2007-ci il


Qadın hüquqlari ilə bağlı seminar keçirildi.

Potensial Sumqayıt Mütəxəssislər Birliyi (Potensial SMB) iyul ayının 18-də Norveç səfirliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Qаdınlаrı hər cür zоrаkılıqdаn və diskriminаsiyаdаn qоrumаq məqsədi ilə hüquqi müdаfiə və mааrifçilik tədbirlərinin təşkili" layihəsi çərçivəsində “Azərbaycan qanunvericiliyində qadın hüquqlarının təminatı” mövzusunda Birliyin konfrans zalında seminar təşkil etmişdir.

Seminarın keçirilməsində əsas məqsəd mövcud qanunvericilikdə qadınların hüquqları və maraqlarının qorunmasına xidmət edən normalarla bağlı ümumtəhsil müəssisələrinin qadın işçilərinin bilgilərini artırmaq idi.

15-ə yaxın ümumtəhsil məktəbinin qadın əməkdaşlarının iştirak etdiyi seminarı giriş sözü ilə Birliyin sədri Sahib Fərzəliyev açdı. O, Norveç səfirliyi tərəfindən maliyyələşdirilən cari və bundan əvvəlki layihədən, layihə və seminarın məqsədindən, qadın hüquqlarının təminatında QHT-lərin rolundan söhbət açdı. Məruzəçi, Potensial SMB-nin hüquqşünası Fariz Namazov "Azərbaycan qanunvericiliyində qadınların hüquqlarının və mənafelərinin qorunması normaları", “Qadın hüquqlarının təminatı sahəsində problemlər və qanunvericilikdəki boşluqlar” barədə iştirakçılara məlumat verdi.

Seminar iştirakçıları məruzələr ətrafında fəal müzakirələr apardılar, mövzu ilə bağlı məruzəçiyə çoxsaylı suallarla müraciət etdilər, belə seminarların vaxtaşırı keçirilməsinin vacibliyini qeyd etdilər.

Qeyd edək ki, Potensial SMB layihə çərçivəsində hər ay təhsil və səhiyyə müəssisələrinin qadın əməkdaşları üçün bu mövzuda seminarlar təşkil edir.



Pоtеnsiаl SMB-nin mətbuat xidmətinin rəhbəri Aynur Qəhrəmanova

e-mail: a_gahramanova@yahoo.com









Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət