Ana səhifə

Potensial” Sumqayıt Mütəxəssislər Birliyi Hüquqi Yardım və Təlim Mərkəzi


Yüklə 10.79 Kb.
tarix22.06.2016
ölçüsü10.79 Kb.


Potensial” Sumqayıt Mütəxəssislər Birliyi Hüquqi Yardım və Təlim Mərkəzi

Ünvan: Sumqayıt şəhəri

12-ci m/rn, Koroğlu prospekti 27a

Tel:(018) 646 58 26; (012) 418 41 60

Faks: (018) 646 58 26

E-mail : potensial_smb@yahoo.com

Web: http://pss.aznet.org
____________________________________________________________________________________________________________________

PRESS RELİZ

21 iyun, 2007-cı il


Bütün yollar KİV-dən keçir


Potensial Sumqayıt Mütəxəssislər Birliyi (Potensial SMB) Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində iyun ayının 20-21-də Sumqayıt şəhərində “Xarici Əlaqələr: Media və PR” mövzusunda təlim keçirib.

Təlimin keçirilməsində məqsəd yerli QHT-lərin ictimaiyyətlə əlaqələr sahəsində bilik və bacarıqlarının artırılması, onların media ilə əlaqələrinin düzgün qurulmasına yardım etmək idi.

Əvvəlcə təlimi giriş sözü ilə Potensial SMB-nin sədri Sahib Fərzəliyev açaraq iştirakçıları salamlayıb və ictimaiyyətlə əlaqələr termininin yeni bir anlayış olduğu üçün bu cür təlimin keçirilməsinin zəruriliyindən söhbət açıb. Təlimdə müşahidəçi qismində Counterpart İnternational təşkilatının İctimaiyyətlə əlaqələr üzrə müşaviri Aytən Əliyeva da iştirak edib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimin birinci günündə ictimaiyyətlə əlaqələr nədir, press reliz nə cür yazılmalıdır, jurnalistlər qrupunun yaradılması, mətbuat konfranslarının təşkili, TV müsahibələrə hazırlıq, ikinci günündə isə əlaqələrin qurulması və hədəf qrupunun müəyyən edilməsi, bir səhifəlik təqdimat vərəqələrinin, uğur-nailiyyət hekayələrinin yazılma qaydaları və s. mövzulara toxunulub və iştirakçılar 2 qrupa bölünərək praktiki şəkildə mətbuat konfransı keçirilib.

20-ə qədər QHT (“Sağlam Düşüncə Gənclər Təşkilatı” İctimai Birliyi, Sumqayıt Hüquqşünaslar Birliyi, “Demokratik Gənclər” İctimai Birliyi, Regional Təlimçilər mərkəzi, “Mübariz Gənclər Birliyi”, Mülki Cəmiyyətə Doğru Mərkəz, və s.), eləcə də media (İnternews, “Yüksəliş naminə” qəzeti) nümayəndələri qrup işləri zamanı daha fəal iştirak ediblər.

Iki günlük təlimin sonunda iştirakçılar tərəfindən təlimin qiymətləndirilməsi aparılıb və sertifikatlar paylanıb.


Onu da qeyd edək ki, Vətəndaş Cəmiyyəti Layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən beş illik təşəbbüsdür. Bu layihə Urban İnstitutu, Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz və seçilmiş səkkiz Dəstək QHT ilə tərəfdaşlıq edərək Counterpart İnternational təşkilatı tərəfindən həyata keçirilir.
Pоtеnsiаl SMB-nin mеdiа üzrə кооrdinаtоru və ictimаiyyətlə əlаqələndiricisi: Аynur Qəhrəmаnоvа

E-mail: a_gahramanova@yahoo.com





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət