Ana səhifə

Orxan futbola harda başlamısan, hansı komandanın yetirməsisən? İlk məşqçi kim olub?


Yüklə 8.16 Kb.
tarix13.06.2016
ölçüsü8.16 Kb.
Orxan Sadıqlı
- Orxan futbola harda başlamısan, hansı komandanın yetirməsisən? İlk məşqçi kim olub?

- Futbola Cəlilabadda başlamışam, ilk məşqçim Cavid Quliyev olub, bu yerə kimi gəlib çatmağıma görə ona minnətdarlığımı bildirirəm. Cəlilabad futbol məktəbinin yetirməsiyəm və Cavid müəllimlə yanaşı, Elçin Əsgərovun da əməyi böyük olub.

- Səhv etmirəmsə, bu, sənin Premyer Liqada debüt oyunun idi...

- Bəli, ilk oyunum idi.

- Hansı hissləri keçirdin?

- Sevindirici haldı ki, “Xəzər Lənkəran”ın heyətində ilk oyunuma çıxdım, 19 yaşım var və bu mənim üçün çox təsiredici haldı.

- Orxan Kamran Ağayevin komandadan gedişi sənə necə təsir etdi?

- Bir az pis oldum. Amma Kamranın komandadan getməsi rəhbərliyin qərar idi, buna hörmətlə yanaşıram. Bunu da deyim ki, bəlkə Kamran Ağayevin getməsi mənim üçün bir şans ola bilər.

- Ümumiyyətlə, Yunis Hüseynovun komandaya gəlişindən sonra "Xəzər Lənkəran"da nə dəyişib?

- Onu deyə bilərəm ki, Yunis Hüseynov bir məşçqinin eləmədiyinin eləyib. İndiyə kimi “Xəzər Lənkəran”ın heyətində 5-6 və yaxud daha çox yerli futbolçu oynamayıb. Mənə ilk şansı da elə Yunis Hüseynov verib.

- Oyundan öncə Hüseynovla danışığın oldumu? Yəni sənə hər hansı bir tapşırıq verdi?

- Hər bir məşqçi öz oyunçusuna tapşırığını verir, eləcə də qapıçılarla işləyən məşqçi. Oyundan öncə Yunis Hüseynov mənə dedi ki, sakit oynamağa çalış və öz oyununu göstər, heç nədən qorxma. Həmçinin, qapıçılarla işləyən Hafiz Əliyev də mənə öz tapşırıqlarını verdi.

- Səncə, "Xəzər Lənkəran"ın "Rəvan"ı məğlub etməyi üçün meydanda nə çatmadı?

- Xeyli qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. Həmişə birinci oyunlar ağır keçir, rəqibi tanımırdıq, analiz eləməmişdik. İnşallah, bundan sonra hamı meydanda daha yaxşı təsir bağışlayan “Xəzər Lənkəran”ı görəcək.

- Səncə hazırda Premyer Liqada "Xəzər Lənkəran"a güc gələ biləcək komanda hansıdı?

- Hal-hazırda elə bir rəqibimiz yoxdu ki, bizi məğlub etsin. Biz hamıdan güclüyük.

- Komandada Kamal Bayramov kimi də təcrübəli qapıçı var.Onunla uzun marafonda mübarizə aparmağa hazırsan?

- Kamal güclü qapıçıdı, bunu hamı bilir. Amma mən rəqabətdən qorxmuram. Əgər qorxsaydım qapıçı olmazdım, rəqabətə tam hazıram.

- Lənkəran azarkeşlərinin nə qədər tələbkar olduğunu bilirsən və sənin hər hansı bir səhvin səni onların gözündən sala bilər. Özünü bu ağır yükü götüməyə hazır hiss edirsən?

- Belə azarkeşlər qarşısında oynamağa hazıram. Düzdü, Azərbaycanda “Xəzər Lənkəran” azarkeşlərinin tayı-bərabəri yoxdu, onlar qarşısında oynamağa hazıram. Amma unutmayaq ki, səhvsiz insan və ya futbolçu yoxdu.

- Kamran Ağayev müsahibəsində deyib ki, "Xəzər Lənkəran"da qapıçılarla işləyən məşqçi bacarığı aşağıdı. Deyir ona görə mənim formam aşağı düşmüşdü. Doğrudanmı Hafiz Əliyevin məşqçi bacarığı aşağıdı?

- Bəlkə mən belə suallara cavab verməyim...

- Orxan suala cavab verməmək sənin haqqındı. Ancaq maraqlıdı, bu tipli suallara cavab verəndə futbolçulara hər hansı təsir göstərilir?

- Təsir?


- Bəli.

- Yox, heç bir təsir göstərilmir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət