Ana səhifə

Mürşüd Fərəcov Pedaqoqika üzrə fəlsəfə doktoru, dosent Sevda Axundova


Yüklə 88.34 Kb.
tarix22.06.2016
ölçüsü88.34 Kb.

Kimya məktəbdə




KIMYƏVI REAKSIYALARIN TƏSNIFATINA, SURƏTINƏ VƏ KIMYƏVI TARAZLIĞA AID MÖVZULARIN TƏDRISINDƏ INTEQRATIV VƏ INTERAKTIV TƏLIMIN TƏTBIQI TƏCRÜBƏSINDƏN
Mürşüd Fərəcov

Pedaqoqika üzrə fəlsəfə doktoru, dosent

Sevda Axundova

Səbail.r-nu,49 saylı məktəbin kimya müəllimi

Gültəkin Qayayeva

Nəsimi r-nu 18 saylı məktəbin kimya müəllimi

Vaqif Əsgərov

Lənkəran Dövlət Universitetində baş müəllim

Orta ümumtəhsil məktəblərin kimya proqmlarının kimyəvi reaksiyalara aid bölməsində göstərilən mövzuların tədrisini və bununla bağlı şagirdlərin bilik və bacarıqlarını müəyyən etmək məqsədi ilə Bakı şəhərində və respublikanın bir neçə rayonlarında fənn müəllimləri ilə fikir mübadiləsi aparılmışdır. Bu məqsədlə aşağıdakı suallarla kimya müəllimlərinə müraciət edilmişdir

1.Kimyəvi reaksiyalara aid dərslərin hansında təcrübələrdən istifadə etmisiniz?

2.Kimyəvi teaksiyaların tiplərinə aid dərsdə nə kimi əyani vasitədən istifadə etmisiniz?

3.Kimyəvi reaksiyalara aid marerialların tədrisindən sonra şagirdlərin bilik və bacarıqlarının necə inkişaf etdiyini müəyyən edə bilmisinizmi?

Bu suallar ətrafında anket sorğusu aparmaqla yanaşı bir qrup kimya müəlliminə VIII sinfin sonunda və IX sinfin əvvəllərində şagirdlərlə aşağıdakı suallar əsasında sorğunun keçirilməsi və cavabların təhlil edilməsi işi aparılmışdır.

1.Kimyəvi reaksiyalar hansı əlamətlərinə görə təsnif edilir?

2.Kimyəvi reaksiyaların tiplərinə görə təsnifatı hansı əsasa görə aparılmışdır?

3.Mübadilə reaksiyasına aid iki reaksiya tənliyi tərtib edin.

4. Fəallaşma enerjisi nəyə deyilir?

5.Kimyəvi reaksiyanın sürəti nələrdən asılıdır?

6.Tarazlıq sabiti nəyə deyilir?

7.Kimyəvi reaksiyalara aid dərslərdə hansı təcrübələri aparmısınız?

8.Birləşmə və parçalanma reaksiyasının fərqini müvafiq reaksiya tənlikləri ilə göstərin.

9.A +2B =AB2 tənliyi ilə gedən reaksiyada A maddəsiin ilkin qatılığı 0,15 mol/l, B maddəsinin ilkin qatılığı isə 0,25 mol/l –dir.Reaksiyanın başlanğıc sürətini və A maddəsinin qatılığı 0,1 mol/l azaldıqdan sonrakı anda sürətini hesablayın (k=0,4-dür.)

10 .I. 3Fe(b)+ 4H2O(q) = Fe3O4(b)+ 4H2(q)

II.C(b)+CO2(q)= 2CO(q)

III. HCOOH(m)+ NaOH(m)= HCOONa(m)+H2O(m)

IV.CO(q) +2H2(q) = 2 CH3OH(m)

Hansı reaksiyalarda təzyiqin dəyişməsi tarazlığın yerdəyişməsinə təsir etmir?

A) I,II B) II,III C) II, IV D) I, IV E) I, III.

Bunlarla yanaşı kimya müəllimləri ilə ixtisas artırma kurslarında mövzunun tədrisi ilə bağlı iş təcrübəsinin və keçirdiyimiz sorğularla bağlı fikir mübadiləsindən də məlum oldu ki, həqiqətən kimyəvi reaksiyalara aid dərslərdə təcrübələrin aparılması çox halda mümkün olmadığından, bəzi mövzuların məzmununun çətin başa düşülməsindən, çalışmaların yerinə yetirilməsində şagirdlərin çətinlik çəkdiklərindən şagirdlər verilən suallara aşağı səviyyədə cavab vermişlər. Bununla yanaşı kimya kabinetlərində resursların çatışmamazlığından və metodik baxımdan çətinliklərinin olması ilə bağlı fikirlərini bildirmişlər.

Göstərilən araşdırmalara, qabaqçıl kimya müəllimlərinin iş təcrübəsinə və uzun illik elmi-metodik araşdırmalarımıza əsaslanaraq “ Kimyəvi reaksiyaların əlamətləri, kimyəvi reaksiyaların sürəti və kimyəvi tarazlıq “ tədris vahidinə aid planlaşmanı və bir neçə dərs nümunəsini nəzərdən keçirək.





Tədris

vahidi


Mövzular

saat

Təlim üsulu və forması

Inteqrasiya

Resurslar

Təq-vim


Evə tapşı-

rıq

Kimyəvi reaksiyaların gedişi qanunauyğunluqları

Kimyəvi reaksiya-ların təsnifatı.



1

Təlim üsulu: problemli şərh, beyin həmləsi, BİBO, kiçik qruplarla



fiziki və kimyəvi hadisələr, oksigen, hidrogen, su. məhlullar.

Qeyri-üzvi birləşmələrin mühüm sinifləri.



Fe, S, Mq, C, J, H2O,

H2SO4, HCl,

CaO, NaOH,

CuSO4,

BaCl2








Kimyəvi reaksiyaların gedişi qanunauy- ğunluqları

Kimyəvi reaksi-yaların sürəti


1

Təlim üsulu:

problemli şərh,

müstəqil işlər,

BİBİO təlim

Forması,qruplala iş














Kimyəvi reaksiyaların gedişi qanunauy-ğunluqları

Kimyəvi reaksi-yaların sürətinə təsir edən amillər

1

Təlim üsulu:

problemli şərh,

müstəqil işlər,

BİBO təlim forması,qruplala iş



Oksigen, hid-

rogen, suyun kimyəvi xassələri,

Q/üzvi birləşmələrin mühüm sinifləri


Kompyuter, proyektor,

elektron lövhə, sınaq şüşələri,

spirt lampası,

ştativ,H2O2, Mg, Zn, təbaşir (parça və toz), HCl turşusu









Kimyəvi reaksiyaların gedişi qanunauyğunluqları

Katali-zatorlar və katalitik reaksiya-lar

1

Təlim üsulu:problemli şərh, beyin həmləsi, BİBO

təlim forması, qruplarla iş

















Kimyəvi tarazlıq

1

Müsahibəli şərh,

qruplala iş






Fe,S,Mg, C,J,H2O,

H2SO4,

HCl, CaO,

NaOH, CuSO4,

BaCl2








Tədris vahidində göstərilən mövzulardan bir neçəsinin təlim prosesini nəzərdən keçirək.



Mövzu: Kimyəvi reaksiyaların təsnifatı

Məqsəd: 1.Kimyəvi reaksiyalarla əlaqədar şagirdlərin bilik və bacarıqlarını yada salmaq,

2.Kimyəvi reaksiyaların təsnifatını təcrübələr və reaksiya tənlikləri ilə əsaslandırmaq.



Təlim üsulu: Problemli şərh, müsahibəli şərh, BİBO, klaster

Təlim forması: siniflə iş:

Resurslar: Fe, S, Mg, C, J2, H2O, H2SO4, HCl, CaO, NaOH, CuSO4 BaCl2, su, sınaq şüşələri

Dərsin gedişi. Müəllim yeni mövzunun daha əhatəli və məzmunlu mənimsənilməsini təmin etmək məqsədi ilə keçən dərsdə keçilmiş və evə tapşırıq olaraq verilmiş materialların təkrarını aparır. Müəllim və şagirdlərin müsahibəli şərhini aşağıdakı formada əks etdirək.

M. Bu günə kimi keçdiyiniz dərslərdə kimyəvi reaksiyalar, onların adi şəraitdə və müəyyən təsirlərin göstərilməsi ilə getməsini, götürülən və alınan maddələrin sayına əsaslanaraq onların müxtəliflini öyrənmisiniz. Bu məlumatları bilməli olduğunuzu nəzərə alaraq aşagıdakı sualları cavablandırmalısınız.

1.Kimyəvi reaksiya nəyə deyilir?

2.Oksigenin alınmasına aid 2-3 reaksiya tənliyini tərtib edin.

3.Maqnezium, kükürd və karbonun oksigendə yanma reaksiyasının tənliyini tərtib edin.

4.Hidrogeni alınmaq üçün sulfat turşusu ilə dəmirin, xlorid turşusu ilə sinkin qarşılıqlı reaksiya tənliyini tərtib edin.

5.Metal oksidi ilə turşu, qeyri-metal oksidi ilə qələvi arasında gedə bilən reaksiyanın tənliklərini tərtib edin.

6.Duzlarla turşular arasında gedə bilən iki reaksiyanın tənliyini yazın.

7.Duzla duz arasında gedən bilən iki reaksiya tənliyi yazın.

Dərsin gedişində BİBO cədvəlində verilən sualları da cavablandırın.


Bilirəm

Bilmək istəyirəm

Öyrəndim










M. İkinci sualın cavabında göstərilən reaksiya tənliklərinə əsaslanaraq kimyəvi reaksiyaları necə qrupa bölmək olar?

Şagirdlər qeyd edirlər ki,bu reaksiya tənliklərində bir maddə götürülmüş və nəticədə iki maddə alınmışdır. Nümunə olaraq bertole duzu və hidrogen peroksid maddəsi götürülmüşdür. Deməli,bir mürəkkəb maddədən iki və artıq maddənin əmələ gəlməsi ilə gedən reaksiyalara parçalanma reaksiyaları deyilir.



M. Üçüncü sualın cavaçı haqqında fikirləşin.

Şagirdlər hər üç maddənin tozundan az miqdarda kimya qaşığına töküb spirt lampasının alovu üzərində tutmaqla yandırırlar, və müvafiq reaksiyaların tənliklərini tərtib edirlər. Müəyyən edirlər ki, aparılan təcrübənin gedişində iki maddə reaksiyaya daxil olmuş və nəticədə bir mürəkkəb maddə əmələ gəlmişdir. Şübhəsiz ki, belə reaksiyalara birləşmə reaksiyaları deyilir.



M. Hidrogenin alınması və suyun kimyəvi xassələrinə aid təcrübələri və müvafiq reaksiyaların tənliklərini yadınıza salın və hər birinə aid iki reaksiyanın tənliyini tərtib edin. Şagirdlər sinklə xlorid və sulfat turşusu arasında gedən reaksiyaların tənliklərini yazırlar

Sonra natrium və kalsiumun su ilə reaksiyasının tənliklərini yazırlar, bu reaksiyaların hər birində hidrogenin alınması görünür. Reaksiya tənliklərindən göründüyü kimi metal atomları götürülən mürəkkəb maddələrin tərkibindəki hidrogeni əvəz edirlər, ona görədə belə reaksiyalara əvəzetmə reaksiyaları deyilir.



M. 6- və 7-ci sualların hər birinə aid iki reaksiyanın tənliyin yazın. Şagirdlər 6-cı sualın cavabı olaraq barium xlorid duzunun sulfat turşusu ilə və gümüş nitrat duzunun xlorid turşusu ilə reaksiyasının tənliklərini yazırlar.

7-ci sualın cavabı olaraq barium xloridə natrium sulfat və gümüş nitrat duzu ilə natrium xlorid arasında gedən reaksiyaların tənliklərini tərtib edirlər. Bu reaksiya tənliklərinin hər birində duzlarla turşular və duzlarla duzlar arasında ionlar mübadilə olunub. Ona görə də belə reaksiyalara mübadilə reaksiyaları deyilir.


Birləşmə reaksiyası





Əvəzetmə reaksiya

Mübadilə reaksiyası
Parçalanma reaksiyası

Mövzu: Kimyəvi reaksiyaların sürəti və ona təsir edən amillər

Məqsəd: 1Şagird kimyəvi reaksiyanın sürətinə təsir edən amilləri öyrənir və

reaksiyaları idarə edir.

2. Əldə etdikləri biliklərdən təcrübələrin yerinə yetirilməsində istifadə edirlər

Resurslar:sınaq şüşələri, spirt lampası, ştativ, hidrogen peroksid, maqnezium, sing, təbaşir (parça və toz) xlorid turşusu

İş foması: qrupla iş.

Təlim üsulu: Problemli şərh, Müstəqil işlər.

Dərsin gedişi: Sinfin təşkili. Şagirdlər 4 kiçik qruplara bölünür və hər bir qrupun qarşısında nəzərdə tutulan resurslar təmin edilir.

Motivasiya:Kimyəvi reaksiyaların sürətini maddələrin quruluşundan başqa daha hansı təsirlərlə əlaqələndirmək olar?

Dərsin gedişi: Sinfin təşkilindən sonra müəllim fəal təlimin mərhələlərinin əsasında dərsini təşkil etmək məqsədi ilə birinci mərhələnin tədqiqat suallarını kiçik qruplara paylayır.


  1. Qrup-Molekul: Mg və Zn metallarının iki sınaq şüşəsində olan xlorid turşusu ilə reaksiyasının Mg tozu ilə daha sürətlə getməsinin səbəbini izah edin.

  2. Qrup-Qatılıq: Sink metalının iki sınaq şüşəsində olan xlorid turşusunun qatısı ilə daha sürətlə getməsinin sədədini izah edin.

  3. Qrup-Temperatur:İki sınaq şüşəsində olan eyni qatılıqda HCl turşusuna Zn parçası əlavə edilmişdir. Sınaq şüşəsinin birini spirt lampası ilə tədricən qızdırdıqda reaksiyanın getməsini müşahidə etmək olur.

  4. Qrup-Katalizator: Bertole duzundan və hidrogen peroksiddən oksigenin alınmasında manqan -4 oksiddən, maqnezium və yod tozunun qarışığına su əlavə etdikdə reaksiyanın sürətlə getməsiniin səbəbini izah edin

Kiçik qruplarda şagirdlər tədqiqat sualları ətrafında fəaliyyətlərini davam etdirirlər.Bu məqsədlə şagirdlər təcrübələri yerinə yetirməklə sualların cavabını öyrənmək məqsədi ilə dərslikdən istifadə edirlər.

Qruplarda əldə edilmiş bilik və bacarıqların müzakirəsi başa çatdıqdan sonra müəllim ardıcıl olaraq qrupların liderlərini tədqiqat suallarını cavablandırmaq üçün lövhəyə dəvət edir.



Molekul qrupunun lideri məlumat verir ki, xlorid turşusuna sink və maqnezium metalı ilə təsir etdik. Maqnezium metalı xlorid turşusu ilə daha sürətlə reaksiyaya girdi, ona görə ki, bu metalın quruluşunda hissəciklərin arasında cazidə qüvvəsi zəifdir. Bunu fizika dərsindən bilirik. Müvafiq reaksiyanın tənliyini şagird lövhədə yazır. Bu qaydada dinlənilən cavablar və müvafiq reaksiyaların necə getməsi qeyd olunur və lazımi reaksiya tənlikləri lövhədə qeyd olunur.

Müəllim şagirdlərin məlumatlarını ümumiləşdirir və nəticəyə gəlir ki, kimyəvi reaksiyaların sürəti aşağıdakı təsirlərdən asılıdır: Reaksiyaya daxil olan maddələrin təbiətindən, yəni onun molekul quruluşundan və digər fiziki xassələrindən. Bununla yanaşı hər bir kimyəvi reaksiyanın sürəti reaksiyaya daxil olan maddənin qatılığından, toxunma səthinin böyüklüyündən, tempraturdan, katalizatordan,alınan maddələrin fiziki halından asılıdır. Şagirdlərin əldə etdikləri bilik və bacarıqları bir daha möhkəmləndirmək üçün müəllim onlara belə bir tapşırığın yerinə yetirilməsini tapşırır.



Misal: Qarşılıqlı təsirdə olan maddələrdən birinin başlanğıc qatılığı 1,2 mol/l, 50 dəqiqədən sonra 0,3 mol/l olmuşdur.Reaksiyanın sürətini hesablayın

ΔC

Həlli:istənilən.reaksiyanın.sürət.tənliyi.belədir: V=------

Δt

ΔC =C2-C1= ( 1,2- 0,3) mol/l= 0,9 mol/l

0,9


Δt = 50 dəq. Onda v = ── mol/l.dəq = 0,018 mol/l.dəq.

50


Kimyəvi reaksiyalara aid nəzərdə tutulan mövzuların tədrisində həmi praktiki baxımdan və həmi də nəzəri cəhətdən müəllim və şagirdlər üçün çətinlik törədən kimyəvi tarazlıq mövzusudur. Ona görə ki, təcrübələrin aparılması ilə kimyəvi tarazlığı müşahidə etmək olmur. Lakin təcrübəli kimya müəllimi bu anlayışı kimyəvi reaksiyaları nümayiş etdirməklə müşahidə prosesini təmin edir. Bunu dərsin gedişində əhatə etməyə çalışacağıq.
Mövzu: Kimyəvi tarazlıq.

Məqsəd: Şagird : 1.istiqamətinə görə kimyəvi reaksiyaların təsnifatını aparırr.

2.kimyəvi reaksiyalarda tarazlıq halının yaranmasını və ona təsir

edən amilləri izah edir..

Resurslar: Barium xlorid, kalium sulfat,kalsium karbonat,sulfat turşusu, xlorid turşusu, natrium hidroksid, sınaq şüşəsi, indikatorlar, distillə suyu

Təlim üsulu: müsahibəli şərh, BİBİO üsulu, təlim forması, kiçik qruplarda iş.



Dərsin gedişi: Sinfin təşkilindən sonra müəllim tədqiqatın aparılması məqsədi ilə aşağıdakı məzmunda iş vərəqlərini kiçik qruplara verir.

Qrup-I Parçalanma reaksiyası

1.Parçalanma reaksiyasına aid bir reaksiyanın təcrübəsini aparın və tənliyini yazın.

2. BaCl2+ H2SO4 = reaksiyanın tənliyini tamamlayın.

3.N2O4(q) ↔ 2NO2 (q) – Q

N2 + O2 ↔ 2NO – Q

Hər iki reaksiyada temperaturu və reaksiya məhsulunun qatılığını necə dəyişmək lazımdır ki, tarazılıq yerini sağ tərəfə dəyişsin?



Qrup-II Birləşmə reaksiyası

1.HCl + Ca ( OH)2 = təcrübəni aparın və reaksiyanın tənliyini tamamlayın.

2.Birləşmə reaksiyasına aid bir reaksiyanın tənliyini tərtib edin.

3. Xlorid turşusu ilə kalsium hidroksidin arasında gedən reaksiyanı əksinə aparmaq üçün hansı təsirlərdən istifadə etmək olar?



Qrup-III Əvəzetmə reaksiyası.

1.CaCO3 + HCl = təcrübəni aparın və reaksiyanın tənliyini tamamlayın

2.Əvəzetmə reaksiyasına aid iki reaksiya tənliyini tərtib edin.

3. 3Fe (b) + 4H2O ↔ Fe3O4(b) + 4H2 (q)

3CO + Fe2O3 (b) ↔ 3CO2 + 2Fe (b)

Hər iki reaksiyada təzyiqin dəyişməsi kimyəvi tarazlığa necə təsir göştərər?



Qrup-IV Mübadilə reaksiyası.

1. Alüminium xloridlə sulfat turşusunun reaksiyasını aparın və tənliyni tərtib edin.

2. Mübadilə reaksiyasına aid iki reaksiya tənliyini tərtib edin

3. Mübadilə reaksiyasının düzünə və əksinə getməsini atom -molekul təlimi əsasında izah edin.

Şagirdlərin diqqətini apardıqları tədqiqata istiqamətləndirmək məqsədi ilə düşündürücü və istiqamətləndirici sualla onlara müraciət edirəm

Motivasiya: Kimyəvi reaksiyalarda kimyəvi tarazlıq vəziyyətini necə başa düşmək olar? Kimyəvi reaksiyalarda tarazlıq halını düzünə və əksinə dəyişdirmək olarmı?

Şagirdlər fəal təlimin mərhələrinə əsaslanaraq tədqiqatlarını davam etdirirlər. Müəllim şagirdlərin cavablarının qruplarda və qruplar arasında müzakirəsini təşkil edir, ardıcıl olaraq qruplarda hazırlanan müvafiq reaksiya tənliklərini lövhədə hər qrupun liderinə yazdırır.

Lakin qruplarda üçüncü sualın cavabını hazırlamaqda şagirdlər çətinlik çəkdiklərini bildirirlər. Bunu nəzərə alan müəllim sualı cavabandırır.

Fizikadan və kimyadan da bilirsiniz ki, hər bir bəsit və mürəkkəb maddə molekullardan, molekullar isə atomlardan ibarətdir. Hər bir kimyəvi reaksiyada məddələr molekullara, onlar da atomlara parçalanır. Kimyəvi reaksiyalada baş verən çevrilmələr şübhəsiz ki, atomlar arasında baş verir. Kimyəvi tarazlıq halında bərabərliyin sol və sağ tərəfində atomların sayı bərabər olur. Bu vəziyyəti dəyişmək üçün temperaturdan, qatılıqdan (molekulların sayının artırılması və ya azaldılması), kimyəvi reaksiyaya daxil olan və alınan maddələr qaz halında olarsa təzyiqdən istifadə etmək lazımdır.

Kimyəvi reaksiyalara aid dərslərin gedişində təcrübələrin aparılması üçün təchizat olmadıqda internetdən müvafiq reaksiyaların elektron versiyasından istifadə etmək olar.

İstifadə edilmiş ədəbiyyat:


1. Kimya 8-ci sinif üçün dərslik, “Azpoliqraf”,Bakı,2010

2.R.Y.Əliyev, Ə.T.Əzizov,kimyanın tədrisi metodikası, Bakı “Universitet Nəşriyyatı”-2005

3. Mетодика преподавания химии, Москва «просвещение» 1984

4. Н.С.Ахметов, Неорганическая химия. Москва «высшая школа» 1975

5. Б. А. Павлов, А.П. Терентъев, Курс органической химии, Москва 1958.

6. В.Г. Жиряков, Органическая химия, Москва, издателъство «химия» 1974.

7. Открытие химических элементов, Москва «просвешение» ,1980.

8.M.S. Fərəcov. Ş.Ə. Əliyeva, Kimyanın tədrisində müasir təlim texnologiyası. Bakı, “Nurlan” 2008.

N.A.Verdizadə və b. Kimyadan məsələ və çalışmalar, Bakı, Mütərcim, 1998


Использование рациональных методов интегративного

и интерактивного преподaвания в обучении тем классификация,

скорость химических реакций и химическое равновесие
М.Фараджов, САхундова, К.Гаяуева, В.Аскеров
АННОТАЦИЯ
В статье дается информация об организации уроков с использованием рациональных методов интегративного и интерактивного обучения.

В планировании главы по темам химических реакцияй были учтены и отдельно по темам указаны возможные внутрипредметные и межпредметные связи, методы обучения, требуемые реактивы и другие оборудования. Все уроки, описанные в статье, организованны в виде групп - по требованиям активного обучения. На уроках используя межпредметные и внутрипредметные связи повторяются пройденные темы. Розданные по группам рабочие листы вдохновляют учеников к самостоятельной работе.

Данную статью можно считать пролезным, так как образцы уроков, описанные в статье, организованы на основе методов активного обучения.

The usage of integrative and interactive training methods in teaching the themes on classification of chemical reactions, their speed and chemical balance

SUMMARY

M.Faradjov, S. Ahundova, G.Qayayeva, V.Asgerov
The article is mainly about the arrangement of the lessons using integrative and interactive training methods in teaching the themes on classification of chemical reactions, their speed and chemical balance.

The inter-subject and intra-subject connection possibilities of each theme is clearly shown in this article. Ways and forms of training, needed reagents and other facilities are also mentioned in planning the lessons. Classes based on the stages of active training are formed in groups. Each lesson planning is based on interview-commentary and discussions on inter-subject and intra-subject connection passibilities of the theme. The article is mainly based on the planning of modern and active teaching methods.



The given article may be considered to be a useful example. This way of teaching encourages the pupils to work without any assistance.

Açar sözlər: kimyəvi reaksiyalar, təsnifat, reaksiyaların sürəti, kimyəvi tarazlıq, termokimyəvi reaksiyalar,istilik effekti, dönən reaksiya, düzünə reaksiya,tarazlıq halı, tarazlıq sabiti , qatılıq, temperatur, təzyiq, katalizator,katalitik,reaksiya tənliyi, bərabərlik, fəndaxili, fənlərarası, fəal dərs.

Ключевые слова: химические реакции, скорость реакции, химическое равновесие, термохимические реакции, тепловой эффект, обратимые реакции, состояние равновесия, постоянное равновесия,концентрация, температура, давление, катализатор, уравнение реакции, внутрипредметная интеграция, межпредметная интеграция, активный урок.

Key words: chemical reactions, speed and classification of reactions, chemical balance, thermo-chemical reactions, catalizator, intersubject, intrasubject, active classes.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət