Ana səhifə

Münaqişələr, insan hüquqları və gender məsələləri mövzusunda yazan jurnalistlər və hüquq müdafiə təşkilatı nümayəndələri, üçün master klass


Yüklə 11.63 Kb.
tarix14.06.2016
ölçüsü11.63 Kb.


Jurnalistlər üçün master klass
Münaqişələr, insan hüquqları və gender məsələləri mövzusunda yazan jurnalistlər və hüquq müdafiə təşkilatı nümayəndələri, üçün master klass
Azərbaycanda insan hüquqları, münaqişələr və siyasət jurnalistlərin ən çox müraciət etdiyi və çox zaman təzadlarla dolu olan mövzulardır. Jurnalist üçün münaqişəni olduğu kimi təsvir etmək, onu cəmiyyətin içərisindən keçirərək yenidən oxucuya çatdırmaq imkanları hər zaman açıq olduğu qədər də acı nəticəli olur. Cəmiyyət tərəfindən həvəslə oxunan jurnalist materiallarının arxasında bəzən onun öz professional borcunu yerinə yteridiyi zaman qarşılaşdığı risq oxucu tərəfindən sezilmir. Tədbirin keçirilməsində bizim əsas məqsədimiz jurnalistlərin göstərilən mövzular ətrafında fikir mübadiləsi aparması və bu kimi risqlərin aradan qaldırılmasında malik olan təcrübənin bölüşdürülməsinə yardımçı olmaqdan ibartdir.
Nə üçün master klass?

Sizlərin həmişə həmsöhbət olduğunuz insanların fikirləri əsasında formalaşacaq bu təcrübə mübadiləsi hər hansı normativlərə deyil, həmsöhbətlərinizin şəxsi təcrübəsinə və mülahizəsinə əsaslanacaq. Adı çəkilən mövzular istiqamətində Azərbaycanın insan hüqüqları, münaqişələrin həlli və gender münasibətləri istiqamətində tanınmış mütəxəssislərin toplaqları bilgi və təcrübə tədbir iştirakçılarına çatdırılacaq.


Tədbirdə münaqişəyə həsr olunmuş bir neçə filmin, jurnal və layihələrin təqdimatı keçiriləcək. Eyni zamanda tədbirdə iştirak etmək arzusunda olanların iştirakçısı olduğu və yaxud təşkil etdikləri layihə və ideyaların təqdimatına da imkan yaradılacaq. Tanınmış politoloqların iştirakı ilə jurnalistlər üçün tədris brifinq keçiriləcək.
Kimlər iştirak edə bilər:

İki günlük tədbirdə əsasən aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur:




Tədirin vaxtı:

Tədbir 2006-cı ilin Dekabr ayında keçiriləcəkdir.

Təkliflərin qəbulu üçün son müddət 30 noyabr 2006-cı il.
Yaş həddi və balans:

MK iştirak etmək üçün 18-40 yaşına qədər jurnalistlər və QHT təmsilçiləri dəvət olunarlar. İştirakçıların seçimi zamanı gender balansın gözlənilməsi əsas şərtlərdən biridir.


İştirak etmək üçün lazım olan sənədlər:

Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təşkilatçının ünvanına göndərməlidirlər:



  1. tərcümeyi hal

  2. nəzərdə tutulan mövzulara aid dərc olunmuş yazısının mətni və yaxud mətnin yerləşdiyi internet ünvan.

İştirak etmək arzusında olanlar sənədlərini avazyh@yahoo.com ünvanına göndərə bilərlər. Əlavə məlumat əldə etmək üçün 050 3202534 nömrəli telefona zəng edin.


Humanitar Tədqiqatlar Cəmiyyəti

(Henrix Böll Fondunun Cənubi Qafqaz Regional Bürosunın dəstəyi ilə)


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət