Ana səhifə

Mövzu 2: Klassik menecmentin nəzəriyyələri İnsani münasibətlər və ya psixologiya konsepsiyası ilk dəfə olaraq idarəetməyə «başqa şəxslərin köməyilə işlərin yerinə yetirilməsinin təmin edilməsi»


Yüklə 13.92 Kb.
tarix22.06.2016
ölçüsü13.92 Kb.
Mövzu 2: Klassik menecmentin nəzəriyyələri

İnsani münasibətlər və ya psixologiya konsepsiyası ilk dəfə olaraq idarəetməyə «başqa şəxslərin köməyilə işlərin yerinə yetirilməsinin təmin edilməsi» kimi baxmışdır. Amerika psixoloqu A. Maslounun apardığı tədqiqatlara görə adamların hərəkətlərinin əsas motivi elmi idarəetmə konsepsiyası tərəfdarlarının fikirləşdiyi kimi təkcə iqtisadi qüvvələr deyil, pul ifadəsində təmin olunması qeyri-mümkün olan müxtəlif tələbatlardır. Yəni fəhlələrin əmək məhsuldarlığının artırılması təkcə əmək haqqının artırılması ilə deyil, fəhlələrlə rəhbərlər arasındakı münasibətlərin dəyişilməsi, fəhlələrin öz əməyindən razılığının artması və kollektivdəki münasibətlərin yaxşılaşması nəticəsində baş verir. Bu konsepsiya XX əsrin 30-50-ci illərində daha geniş yayılmışdı. A. Maslou göstərirdi ki, işçilərin öz əməyinin nəticələrindən razılıq dərəcəsinin yüksəldilməsi üçün şəxsiyyətlərarası münasibətlərin idarə edilməsi fəndlərinin tətbiqi onların əmək məhsuldarlığının yüksəldilməsinin əsasını təşkil edir.

bürokratiyasının sistemləşdirilmiş təhlilini verən ilk alim alman sosioloqu Maks Veber olmuşdur. Veberin təhlili Almaniya bürokratik modelinə əsaslansa da, işlənib hazırlanmış prinsiplər kifayət qədər universaldır və hər yerdə tətbiq oluna bilər:


  • inzibati (dövlət) təsisatları iyerarxik təşkil olunub;

  • hər bir təsisat özünəməxsus səlahiyyət sahəsinə malikdir;

  • dövlət qulluqçuları diplomlarda qeyd olunduğu kimi və ya imtahanların nəticəsi olaraq profesionallıq əsasında seçilmirlər, onlar təyin olunurlar;

  • dövlət qulluqçuları rütbələrinə uyğun olaraq əmək haqqı alırlar;

  • dövlət qulluqçusu üçün iş onun peşəsi və ya əsas fəaliyyət sahəsi hesab olunur;

  • dövlət qulluqçusu nizam-intizama tabedir və nəzarət altında olur;

  • vəzifədən kənarlaşma yuxarıda duran instansiyanın qərarı əsasında həyata keçirilir.

M. Veberin özü sərt bürokratik prinsiplər əsasında qurulmuş dövlət idarəçiliyini ideal hesab edirdi: qərar qəbul edən və tabeçilikdə olanlara tapşırıqlar verən və onların icrasına nəzarət edən rəhbərin avtoritar hakimiyyəti.

Qərb ölkələrində M. Veber, V. Vilson və F. Qudnau ideyaları dövlət idarəçilik nəzəriyyəsinin inkişafına çox böyük təsir göstərmişdir. Bu alimləri bir çox ədəbiyyatlarda “sələflər nəsli” adlandırırlar. Onların işlərində dövlət idarəçilik nəzəriyyyəsinin iki elmi əsası işlənib hazırlanmışdır:



  1. idarəetmə aparatını yenidən qurmaq (islahatlar aparmaq) üçün onu yaxşı tanımaq, yəni elmi tərəfdən öyrənmək lazımdır;

  2. dövlət idarəçilik aparatı siyasi fəaliyyət sferasından ayrılmalıdır.

Bir çox müasir tədqiqatçılar fikirləşirlər ki, M. Veber, V. Vilson və F. Qudnaunun həyata keçirdiyi işlərin nəticəsi olaraq dövlət idarəçiliyi müstəqil bir elm kimi formalaşmağa başlamışdır. Bu da dövlət idarəçilik elminin inkişafının birinci mərhələsi hesab olunur.

XX əsrin əvvəllərində ABŞ-da inkişaf etmiş və onun əsasını əməyin elmi təşkili ideyası təşkil etmişdir. Bu məktəbin banisi F. Teylordur. Onun təlimi menecmentin müasir konsepsiyalarının əsas nəzəri mənbələrini təşkil edir. F. Teylorun “Elmi menecmentin prinsipləri” əsəri menecmentin bir elm və müstəqil tədqiqat sahəsi kimi qəbul edilməsinin başlanğıcı olmuşdur.

F. Teylor hesab edirdi ki, menecment dəqiq qanunların, qaydaların planlaşdırmanın işin faktiki yerinə yetirilməsindən ayrılması prinsiplərinin əsasında duran bir elmdir. O, belə bir nəticəyə gəlmişdir ki, idarəetmə üzrə iş müəyyən ixtisasdır və təşkilat o halda uğur qazanır ki, hər bir işçi qrupu daha uğurla yerinə yetirdiyi işlə məşğul olsun.

Elmi idarəetmə konsepsiyası nəticəsində menecment elmi tədqiqatların müstəqil sahəsi kimi qəbul edilmiş və sübut olunmuşdur ki, elm və texnikada tətbiq edilən metodlar müəssisə və təşkilatların fəaliyyətində də səmərəli surətdə istifadə oluna bilər.

Elmi yanaşma konsepsiyasının müəllifləri tədqiqatlarını əsas etibarilə istehsalın idarə edilməsi problemlərinə, o cümlədən istehsalın səmərəliliyinin yüksəldilməsi məsələlərinə həsr etmişlər.

Klassik və ya inzibati idarəetmə məktəbi bütünlükdə təşkilatın idarə edilməsinin ümumi problemlərinin və prinsiplərinin hazırlanmasına yönəldilmişdir. Bu konsepsiya hədlərində XX əsrin 20-ci illərində firmanın təşkilat strukturu, müəyyən iyerarxiyaya malik qarşılıqlı əlaqələr sistemi kimi ifadə edilmişdir. Bu halda təşkilata qapalı sistem kimi baxılırdı. Onun fəaliyyətinin yaxşılaşdırılması xarici mühitin təsiri nəzərə alınmadan firmadaxili səmərəli fəaliyyətlə təmin edilirdi. Eyni zamanda aydın oldu ki, məqsədə daha səmərəli surətdə çatmaq üçün təşkilatı sistemləşdirilmiş qaydada idarə etmək olar. Bu konsepsiya həm də idarəetmənin klassik nəzəriyyəsi adlandırılır.

İdarəetmənin klassik (inzibati) məktəbinin nümayəndələrindən biri olan A. Fayolun konsepsiyasına görə «idarəetmə - öncəgörmə, təşkiletmə, sərəncamvermə, razılaşdırma və nəzarətetmə» deməkdir. Alimin bu fikri 1923-cü ilə aiddir. O dövrdə idarəetmə nəzəriyyəsi yenicə inkişaf etməyə başlamışdı. A. Fayol idarəetməyə (onun təbirincə inzibatçılıq) firmanın ehtiyatlarından və imkanlarından daha səmərəli və optimal istifadə etməklə sahibkarlıq fəaliyyətinə yönəldilmiş prinsiplərin, qaydaların və fəndlərin məcmusu kimi baxırdı.

İdarəetmə nəzəriyyəsinə A. Fayolun başlıca töhfəsi ondan ibarət olmuşdur ki, o, idarəetməyə planlaşdırma, təşkil və nəzarət kimi bir neçə qarşılıqlı əlaqədar funksiyalardan ibarət olan universal proses kimi baxırdı. Eyni zamanda istehsalın təşkili və idarə edilməsinin strukturunun qurulması prinsiplərini də A. Fayol hazırlamışdır.








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət