Ana səhifə

MİLLİ aviASİya akademiyasi əhmədov Elşən 318a


Yüklə 232.15 Kb.
səhifə1/4
tarix09.06.2016
ölçüsü232.15 Kb.
  1   2   3   4
MİLLİ AVİASİYA AKADEMİYASI

Əhmədov Elşən 318a
1.İdarəetmənin metodları anlayışı

2.İdarəetmə mexanizmi və metodları

3.İdarəetmə metodlarının təsnifatı və qarşılıqlı əlaqəsi

4.İqtisadi metodun mahiyyəti.

5.Firmadaxili təsərrüfat hesabı iqtisadi metod kimi.

6.Əmək haqqı və mükafatlandırma iqtisadi vasitə kimi

7.Əməyin stimullaşdırıcı amilləri və onun funksiyaları.

8. Mənfəət və rentabellik mühüm iqtisadi vasitədir.

9. Qiymət və kredit mühüm iqtisadi metoddur.

10.İqtisadi təhlil metodu.


İDARƏETMƏNİN İQTİSADİ METODLARI
Müasir dövrün ən başlıca vəzifəsi sosial-iqtisadi inkişafı təmin etməkdən, iqtisadi potensialı möhkəmləndirməkdən ibarətdir.

Həmin vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi idarəetmə fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsini, idarəetmə sahəsində ümumi və xüsusi metodlardan şüurlu, məqsədəuyğun bir halda istifadə edilməsini tələb edir.

İdarəetmə metodları təsərrüfatçılığın həyata keçirilməsinə xidmət edir və kompleks idarəçilik funksiyalarının icrası ilə əlaqədardır. Ona görə də əslində idarəetmə metodu – idarəçilik fəaliyyətinin icra edilməsi vasitəsidir.

İdarəetmə metodları çoxcəhətli və müxtəlifdir. Həmin metodlar qlobal və lokal məzmuna malik olmaqla öz konkret məzmununa, onların idarəetmə obyektinə, adamlara təsiretmə xarakterinə, təşkilati formalarına və s. görə fərqlənirlər.

İdarəetmənin metodlarının, xüsusilə iqtisadi, normativ-sərəncam və sosial-psixoloji metodların konkret təsərrüfatçılıq, idarəetmə fəaliyyəti üçün mühüm əhəmiyyəti vardır. Bu metodlar sistemi təsərrüfatçılıq fəaliyyətində başlıca yer tutur və idarəetmə elminin öyrənilməsində vacibdir.
1.İdarəetmənin metodları anlayışı
İdarəetməyə müxtəlif tərəflərdən yanaşmaq olar. Məsələn, istehsalın idarəedilməsi dedikdə, optimal texniki-iqtisadi nəticələr əldə etmək üçün müxtəlif üsullar (iqtisadi, inzibati-təşkilati, ictimai-psixoloji və tərbiyəvi) və vasitələrin köməyi ilə həyata keçirilən fasiləsiz məqsədəuyğun ictimai-iqtisadi və təşkilati-texniki proseslər sistemi başa düşülür.

İdarəetmə metodları, birinci növbədə strateji inkişaf vəzifələrinin, iqtisadi qanunların tələblərinin həyata keçirilməsi metodudur. İstər iqtisadi, istərsə də digər qanunların tələbləri avtomatik olaraq həyata keçirilmir; bu, iqtisadiyyatın dinamik vəziyyət alması, xüsusilə planauyğun fəaliyyət göstərməsi obyektiv olaraq, müəyyən təsiredici vasitələr sisteminin işə salınmasını tələb edir.

İdarəetmə metodları həmçinin qanun və prinsiplərdən istifadə olunma formasıdır. Burada prinsip metoda nisbətən çıxış nöqtəsini təşkil edir və istiqamətverici rola malik olur. İdarəetmənin elmilik, sosial və təsərrüfat rəhbərliyinin vəhdətliyi prinsipləri və digərləri müəyyən, müvafiq metodların seçilməsi və tətbiqini tələb edir. Metodların seçilməsi və tətbiqi idarə olunan obyekt və proseslərin, hadisələrin xarakterindən, məzmunundan asılıdır. Məsələn, maliyyə, kredit, iqtisadi əlaqələr, mənafelər və s. ilə əlaqədar olaraq iqtisadi metodlar tətbiq olunur. Həm də bu metodlar mərkəzləşdirilmiş, direktiv və qeyri-mərkəzləşdirilmiş qaydada icra edilir. əmək kollektivlərinin formalaşması, dövlət intizamının təmin edilməsi üçün isə digər metodlar tətbiq edilir.

İdarəetmə qarşıya müəyyən bir məqsədin qoyulması ilə başlayır və praktiki nəticə əldə olunması ilə başa çatır. Bir məqsədə nail olduqdan sonra yeni məqsədlər meydana çıxır. Bu proses idarəedilən sistemin vəziyyəti və sistemlər arasında qarşılıqlı münasibətlərdən doğan arzu, imkan, zərurət, icra və nəticənin əldə edilməsini əhatə edir. İdarəetmə prosesi müəyyən fəaliyyət növünün məcmusundan ibarətdir və daima təkrar olunur. Bu prosesi aşağıdakı qrafiki formada təsvir etmək olar (sxem 1).



Sxem 1

İdarəetmənin məqsədyönlülüyü


İdarəetmənin məqsədi (məqsədyönlülüyü)




İstehsal prosesi

(İstehsalın vəziyyəti)






İdarəetmə prosesi və sistemi

(əməliyyatlar və sistemlər)






İstehsalın nəticəsi, nəticənin qiymətləndirilməsi

İdarəetmənin məqsədi müəyyən məqsədyönlü təyinat olub, bitmiş fəaliyyətin məcmusundan ibarətdir. İdarəetmənin məqsədi öz məzmununa görə obyektiv xarakter daşıyır. Lakin subyektiv idarəetmə məqsədlərinə də təsadüf etmək olar. Ona görə də ən başlıca məsələ məqsədin düzgün müəyyən edilməsi və yüksək səviyyədə əsaslandırılması-dır. Məqsəd ayrı-ayrı adamlar, idarə orqanları tərəfindən mövcud resursları, imkanları, habelə perspektiv inkişaf dövrünün vəzifələri nəzərə alınaraq elmi səviyyədə müəyyən edilməlidir. Məqsədlər öz məzmununa, icra edilmə müddətinə və səviyyəsinə görə fərqlənirlər. Məsələn, məqsəd istehsal, iqtisadi, sosial xarakterli, müəssisə, sahə, xalq təsərrüfatı səviyyəli, cari, orta müddətli və uzunmüddətli ola bilir.

Müxtəlif idarəetmə mərhələlərində müxtəlif aspektli məqsədlərin düzgün formalaşması dövlətin iqtisadi strategiyası üçün mühüm əhəmiyyətə malikdir. İrəli sürülmüş məqsədlərin icra edilməsi ona nail olma vasitələrini, metodlarını tələb edir. Burada idarəetmə proseslərinə məqsədli yanaşma prinsipial əhəmiyyətə malikdir. Məqsədli yanaşma özü də bir metod formasıdır. O idarəetmə məqsədlərinin elmi cəhətdən əsaslandırılmasını, onun ardıcıl olaraq həyata keçirilməsini, həmin sosial-iqtisadi, elmi-texniki məqsədlərin xalq təsərrüfatının son nəticələri ilə əlaqələndirilməsini tələb edir. Bu fəaliyyətin həyata keçirilməsi müəyyən metodların (üsulların) köməyi ilə edilir. İstehsalı idarəetmə metodları idarə aparatı işçilərinin idarəetmə prosesində baş verən işlərin hansı üsullarla, vasitələrlə və qaydalarla yerinə yetirməyi nəzərdə tutur. Konkret desək idarəetmə metodu – idarəetmə subyektinin müəyyən məqsədi təmin etmək, ona nail olmaq və təsir göstərmək vasitələrinin, imkanlarının, fəndlərinin, girəvələrinin məcmusundan ibarətdir. İdarəetmə metodları istehsalı idarəedənlərin işgüzar fəaliyyət vasitəsi – fəndləri və məqsədə çatmaq arzusu, imkanıdır. Metod – istehsal kollektivinə və ya onun hər hansı bir üzvünə məqsədyönlü təsir edilməsinə deyilir.

Anlayış etibarilə metod – fənd, girəvə, priyom və ya hər hansı idarəetmədə insan fəaliyyətinin fəndlərinin məcmusu, hər hansı məqsədə çatmaq imkanı, hər hansı vəzifənin, tapşırığın, sərəncamın, göstərişin, təlimatın həlli yolları və onların yerinə yetirilməsi vasitəsidir. Bu vasitə ilə müəyyən məqsədə çatmaq üçün adamları fəallaşdırmaq, istiqamətləndirmək, tənzim etmək, təşkil etmək mümkündür. Daha doğrusu, müəyyən bir məqsədi qarşıya qoyduqdan sonra onun yerinə yetirilməsinin daha yaxşı, sərfəli, səmərəli vasitələrini, yollarını, geniş mənada üsullarını axtarmaq lazımdır və bu özü-özlüyündə bir zərurətdir. Bu, birinci növbədə, idarəetmənin mürəkkəb və dinamiki vəziyyətində, digər tərəfdən, hər hansı bir məqsədin müəyyən bir təsirə, vasitəyə, vasitəçiyə möhtac olmasından irəli gəlir. Heç də təsadüfi deyil ki, idarəetmə metodlarını idarəetmə prosesinin əsas ünsürü adlandırırlar. İdarəetmə metodları və onlardan istifadə edilməsi idarəetmənin təşkilinə, istehsalın ahəngdarlığına və səmərəliliyinə çox böyük təsir edir. Metodlar idarəetməyə və istehsala, onu həyata keçirən kollektivin fəaliyyətinə, onların yaradıcılıq, işgüzarlıq, səriştəlik fəallığının yüksəlməsinə, səfərbəyliyinə, qarşıya qoyulmuş müəyyən fəaliyyət proqramının vaxtlı-vaxtında yerinə yetirilməsinə kömək edir.

İdarəolunan obyektə təsir vasitəsi olan metodlar sistemi idarəetmə vəzifələrinin necə və hansı vasitələrlə, yollarla yerinə yetirilməsini müəyyən edir.

Ümumiyyətlə, hər hansı proseslərin idarəedilməsi müxtəlif metodların köməyi ilə həyata keçirilir. Odur ki, idarəetmə metodları başqa metodlardan texniki, texnoloji, bioloji metodlar prinsipcə fərqlənir və insanların istehsalat-təsərrüfat və birgə əmək fəaliyyətinə təsir etməklə bu və ya digər vəzifənin yerinə yetirilməsində kompleks istifadə olunur. İdarəetmənin ən başlıca əhəmiyyəti idarəetmə proseslərinin dəqiq və düzgün təşkili üçün müasir texnikadan, texnologiyadan, istehsalın və əməyin mütərəqqi formalarından istifadə edilməsinə şərait yaratmaqdan, qarşıya qoyulmuş məqsədi yerinə yetirmək üçün maksimum fəallıq göstərməyi təmin etməkdən ibarətdir. Demək olar ki, metodlar mahiyyətinə görə idarəetmə fəaliyyətinin mühüm vasitəsi hesab olunur, idarəetmənin subyekt tərəfini daimi əks etdirir, onlar müəyyən olunmuş qaydalar və prinsiplər üzrə praktikada istifadə edilir.


2.İdarəetmə mexanizmi və metodları

İstehsalatda müəyyən münasibətlər baş verir. Ən çox iqtisadi, təşkilati və sosial-psixoloji münasibət olur ki, bu da idarəetmə aparatında müxtəlif təsiretmə, təşkiletmə, nizamlaşdırma, uzlaşdırma, fəallaşdırma, tənzimetmə və başqa vasitələrin tətbiq edilməsini tələb edir. İdarəetmə mexanizmi idarəetmənin ümumi prinsipləri, qanunları, idarəetmə məqsədləri, idarəetmə funksiyaları və metodları ilə bağlıdır. Onların bir-birilə əlaqələndirilməsi qaydası, sistem halında tətbiq edilməsi idarəetmə mexanizminin fəaliyyəti üçün mühüm əhəmiyyətə malikdir. Ən vacib problemlərdən biri də təsərrüfat mexanizmi ilə idarəetmə mexanizminin bir-birilə əlaqələndirilməsi və onları əmələ gətirən komponentlərin planlı halda idarə oluna bilməsidir. Burada əksliklərin vəhdəti və mübarizəsi dialektik qanununun həmin sahədə təzahüretmə və istifadə edilməsi mexanizminin öyrənilməsi mühüm əhəmiyyətə malikdir.

İdarəetmə metodları idarəetmə nəzəriyyəsinin əsas kateqoriyası, obyektiv iqtisadi və iadrəetmə qanunlarının, qanunauyğunluqlarının tələblərinin idarəetmə təcrübəsində qarşılıqlı surətdə həyata keçirilməsinin forması və daşıyıcısıdır. Eyni zamanda idarəetmə funksiyalarının prinsiplərinin əməli təzahürünün təsir vasitəsi və mexanizmidir. Bu mexanizm ilə idarəetmənin planauyğun həyata keçirilməsi baş verir. Bəzi müəlliflər ayrı-ayrı metodlara mütləq üstünlük verilməsini irəli sürürlər. Əslində isə idarəetmə metodlarına ayrı-ayrılıqda mütləq üstünlük vermək düzgün deyildir. Məsələn, iqtisadi metodlar təsərrüfat fəaliyyətinin maddi cəhətdən, inzibati metod, təşkiletmə və nizamlaşdırma vasitəsilə, mənəvi metodlar insanların ictimai fəaliyyətini və fəallığını artırmağa, hüquqi metodlar isə təsərrüfat və ictimai fəaliyyəti tənzim etmək, müəyyən qayda-qanunlar vasitəsilə təsir edir. Göründüyü kimi, iqtisadi metodlar vasitəsilə maddi həvəsləndirmə və məsuliyyət, planlaşdırma və başqa vasitələri həyata keçirir. İnzibati metod onların yerinə yetirilməsini təşkil edir, uzlaşdırır və uyğunlaşdırır. Birgə əmək prosesində bir sıra sosial-psixoloji məsələlər meydana çıxır ki, bu da idarəetmənin sosial-psixoloji metodlarının köməyi ilə həyata keçirilir.
3.İdarəetmə metodlarının təsnifatı və qarşılıqlı əlaqəsi
İdarəetmənin üç əsas metodu vardır. Bunlar normativ-sərəncam, iqtisadi və sosioloji-psixoloji metodlardır. Bu metodlar sistemində əsas yeri iqtisadi və inzibati metodlar tutur. Lakin bu iki metod arasında iqtisadi metodların rolu və fəaliyyət dairəsi bir qədər genişdir. Belə ki, idarəetmə prosesində əsas rolu cəmiyyətin iqtisadi münasibətləri tutur. Başqa sözlə desək, cəmiyyətin inkişafı insanların iqtisadi münasibətlərindən asılıdır. Bu fikirdən aydın görmək olar ki, istehsalın idarə edilməsinin iqtisadi metodu cəmiyyətin inkişafı üçün bazis rolunu oynayır. Göründüyü kimi, hər bir cəmiyyətin iqtisadi münasibətləri, hər şeydən əvvəl, mənafelər kimi təzahür edir.

Ona görə də müəyyən idarəetmə məqsədlərinə nail olmaq üçün cəmiyyətin iqtisadi qanunlarından istifadə edilməsi və obyektiv iqtisadi mənafelərin nəzərə alınması əsasında təsərrüfatın aparılması metodlarına idarəetmənin iqtisadi metodu deyilir. İdarəetmənin iqtisadi metoduna digər bir tərif də vermək olar. Bunu bəzən siyasi-iqtisad aspektli tərif kimi də qiymətləndirmək olar. Əmtəə-pul münasibətlərinin geniş inkişafından və iqtisadi vasitələr – təsərrüfat hesabı, əmək haqqı, qiymət, kredit, mənfəət, maddi həvəsləndirmə və s. ibarət olan iqtisadi mexanizmlərdən istifadə istehsalı idarəetmənin iqtisadi metodları adlanır. Bu iqtisadi vasitələrdən hər hansı biri ləng yerinə yetirilsə, iqtisadi mexanizmin mütənasibliyi pozular və iqtisadi metodların tətbiqinin özünün səmərəliliyi aşağı düşə bilər. Lakin idarəetmənin iqtisadi metodu bütövlükdə idarəetmə işlərini tamamilə əhatə edə bilmir. Başlıcası isə plan proqram vəzifələrin yerinə yetirilməsini birbaşa təmin etmir. İdarəetmədə iqtisadi metodlar necə təşkil edilirsə edilsin nizamlayıcı, bölüşdürücü, sərəncamedici fəaliyyət göstərə bilmir və ondan heç də bu fəaliyyət tələb olunmur.

Göstərilən bu metod sistemi idarəetmə obyektinin müəyyən tərəfinə, cəhətinə, istehsalın nizama salınmasına, kollektivin və onun üzvlərinin maddi, mənəvi marağına, onların mütəşəkkilliyinə, qarşılıqlı münasibətlərinə təsir edir, istehsalın ahəngdar olmasına xidmət göstərir.

İdarəetmənin məqsədəuyğun fəaliyyəti həmişə təşkiletmə prosesindən asılı olmuşdur. “Təşkiletmə” sözü hər hansı bir proses və ya müəyyən hadisənin qaydaya, nizama salınmasını, müəyyən bir hala, sistemə çevrilməsini ifadə edir. Demək olar ki, idarəetmə “təşkiletmə” məfhumunda daha geniş məna kəsb edir. Lakin bir sıra ədəbiyyatlarda idarəetmənin bu metodunun terminologiyasında bir sıra qüsurlar və qarışıqlıqlar vardır. Ona görə də bu metodun özü sistemləşdirilməli və bəzi dolaşıqlar aradan qaldırılmalıdır.

Bəzən ədəbiyyatlarda bu metodun adı “təşkiletmə” metodu, “təşkilati”, “inzibati”, “təşkilati-inzibati”, “inzibati-sərəncam”, “inzibati-bölüşdürücü” və s. formalarda verilir. Son fənn proqramlarında isə “inzibati” metod kimi işlənir. Lakin bizə belə gəlir ki, bu anlayışlar “inzibati” metodun mənasını aça bilmir. Bizcə bu metod daha geniş mənanı ifadə edir. Daha yaxşı olardı ki, bu metod ayrı-ayrılıqda inzibati, sərəncam və təşkilati metodlar şəklində, yaxud birlikdə işlənmiş olsun. Bu metod ayrı-ayrılıqda daha çox yaxşı səsləşir və məsələnin həllini konkretləşdirir. Onlar öyrənilərkən istər-istəməz qarışdırılır və lazımınca mənimsənilmir. İdarəetmənin inzibati metodu bəzi hallarda idarəetmənin müstəqim direktiv metodu kimi izah edilir. Onlar məna etibarilə yaxın olsalar da, anlayış etibarilə müstəqillik təşkil edirlər. İdarəetmənin müstəqim direktiv metodları ondan ibarətdir ki, yuxarı orqanlar, yaxud rəhbər özlərinə tabe olanlara ən müxtəlif iqtisadi planlaşdırma və istehsal məsələlərinə aid olan lazımi tapşırıqlar müəyyənləşdirirlər. Bu tapşırıqlar, tabe olanın nə edəcəyini dürüstləşdirir, məqsəd, vəzifə müstəqim, bilavasitə müəyyən edilir. Buna görə də işçiyə, müəssisə kollektivinə bu cür təsirə müstəqim təsir deyilir. Tapşırıqlar mahiyyətcə əmr gücünə malikdir. Onlar hökmən yerinə yetirilməlidir. Burada tabe olana: etməlidir, yaxud etməməlidir – variantını seçməyə icazə verilmir. Buna görə də idarəetmənin belə metodları direktiv metodlar adlanır.

Müstəqim direktiv idarəetməni inzibati idarəetmə adlandırırlar. Bu ona görə belə adlandırılır ki, direktiv idarəetmə həmişə idarəetmənin yuxarı orqanının, yaxud rəhbərin inzibatçılıq hakimiyyətindən istifadə etməklə əlaqədardır.

İdarəetmədə hüquqi metodlardan geniş istifadə edilir. Bu metodların köməyi ilə dövlət və onun müvafiq orqanları (ümumi dövlət, sahə, sahələrarası, respublika, yerli orqanları) bütün istehsal prosesləri, ictimai-iqtisadi həyata nüfuz edir, onu tənzimləyir. Hüquqi metodlar hüquq elminin ayrı-ayrı sahələri vasitəsilə həyata keçirilir. Hüquqi metodlar aşağıdakı kimi təsnifata ayrılır (sxem 2):

Hər bir hüquq sahələrinin özzünəməxsus xüsusi təsiretmə metodları vardır. Məsələn, əmək hüququ ilə inzibati, cinayət hüququnun metodları eyni ola bilməz.

Sxem 2
İdarəetmənin metodları


Hüquqi metod




Hüquqi təsir vasitəsi




İnzibati – hüquq




Mülki – hüquqi




Əmək – hüquqi




Maliyyə- hüquqi və s.

İdarəetmə metodları arasında mənəvi təsir metodlarının rolu da az deyildir. Bu təsir metodunu bir sıra metodlara ayırmaq olar: 1) mənəvi, 2) sosial, 3)psixoloji.

İdarəetmədə qismən təsir metodları vardır ki, bu metodların köməyi ilə idarəetmə fəaliyyətini canlandırmaq olar. Onlar yalnız idarəetməyə dolayı yolla, müxtəlif əlaqə və vasitələrlə təsir edir. Burada idarəetmənin praktiki öyrənilmə üsulu kimi də onlardan istifadə olunur.

Yuxarıda göstərilən metodlar qismən təsir metodlarının tamamlanması formaları deyildir. Zaman və məkandan, işin konkret məzmunundan, xarakterindən asılı olaraq bu metoddan kompleks və qismən istifadə oluna bilər. Bütövlükdə idarəetmənin öyrənilməsində qismən təsir metodları ilə yanaşı, idarəetməni öyrənmək üçün bir sıra spesifik metodlardan da istifadə edilir.

Ümumiyyətlə idarəetmə metodlarının xarakteristikası idarəetmə metodları haqqında ümumi təsəvvür yaradır. Aşağıda isə hər bir metodun mahiyyəti, məzmunu, təsir dairəsi və spesifik cəhətləri ayrıca olaraq verilir (sxem 3). Sxemdə idarəetmə metodlarının təsnifatının xarakteristikası verilmişdir: Metodların xarakteristikası göstərir ki, idarəetmə metodları idarəetməyə müəyyən mexanizmlərin, qanun, norma və normativlərin və başqa vasitəsi təsir edir, onun daha ahəngdar olmasına şərait yaradır.

Aşağıda göstərilən metodlar qrupu konkret məzmunlarından asılı olmayaraq, hər biri idarəetmə obyektinə təsiretmə gücünə malikdirlər. Lakin burada təsiretmə xarakteri və qaydası müxtəlifdir.




Sxem 3




Makroiqtisadi metod




İndikativ iqtisadi

hesablama metodu





Qiymətqoyma

metodu ilə





Resursların

idarəedilməsi metodu





Maliyyə-vergi

idarəetmənin metodları





Normativ göstəricilər vasitəsilə



resurslardan

istifadəyə müstəqim təsir metodu







Digər idarəetmə

metodları



4.İqtisadi metodun mahiyyəti.
İdarəetmənin iqtisadi metodları istehsal münasibətlərinin, obyektiv iqtisadi qanunların, kateqoriyaların dərindən başa düşülməsi, onlardan geniş istifadə olunması və ümumxalq, kolektiv və şəxsi marağın vahid sisteminin təmin edilməsinə əsasən həyata keçirilir. Bu metodun köməyi ilə planlaşdırma, təsərrüfat hesabı, əmək haqqı, qiymət, kredit, maddi həvəsləndirmə və başqa mexanizmlər məqsədyönlü təsirə çevrilir.

Təsərrüfatın iqtisadi mexanizmi olan əmək haqqı, qiymət, kredit, mənfəət, maliyyələşmə, mükafatlandırma iqtisadi metodun mexanizminə daxildir. Bu sistemə daxil olan iqtisadi vasitələrlə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində kollektivin və onun ayrı-ayrı üzvləri arasında maddi həvəs yaratmaq, istehsalın səmərəliliyini artırmaq imkanı əldə edilir.


İdarəetmənin iqtisadi metodları
İqtisadi metodlar bazar sistemində aparıcıl mövqeyə malikdir. Bu metodlar vasitəsilə firmaların fəaliyyətinə təsir göstərilir və onlar üçün əlverişli şərait yaradılır. Burada kommersiya hesabı metodu mühüm yer tutur. Kommersiya hesabı metodu xərclərin azaldılması, mənfəətin artırılması, mənfəətə təsir edən amillərin nəzərə alınması, maliyyələşdirmə və kreditləşmə, qiymətin əmələ gəlməsi, təchizat, satış, rəqabət qabiliyyətli məhsul buraxılışı, əməyə qənaət və s. kimi mühüm problemlərlə hesabı firmadaxili hesab metodu ilə üzvü şəkildə əlaqələndirilir. Çünki Kommersiya hesabı ilə firmadaxili hesab göstəriciləri onların bir-birilə əlaqələndirilməsi və bir-birini tamamlaması vacibdir. Belə əlaqələndirmə həm də firmadaxili və firma üzrə (xüsusilə transmilli şirkətlər üzrə) vahid iqtisadi siyasət yeritməyə imkan verir. Məsələn, böyük şirkətlərdə qiymətin əmələ gəlməsi mexanizmi ilə rəqabət mexanizmi optimal halda əlaqələndirilir, hətta dəyər qanunu və tələb və təklif qanunlarının tələbləri məhdudlaşdırıla bilir. Bu isə şirkətlər, firmalar əlverişli üçün əlverişli bazar şəraitinin yaranmasına imkan verir. Burada marketinq funksiyaları, son məhsullara qiymətqoymada nəzərə alınır. Qiymətlərin səviyyəsi müəyyənləşən zaman bir qayda olaraq möhkəm qeydə alınmış qiymətləri və yaxud dərc edilmiş qiymətlər (preysturant qiymətləri, qiymət haqqında məlumatlar-sorğular, faktiki sövdələşmə qiymətləri, birja kotirovka qiymətləri) və hesablama qiymətləri (avadanlıqlar və s.-yə mal göndərənlərin qiymətləri) nəzərə alınır. Firmadaxili hesab metodunun həyata keçirilməsində, xüsusilə firmadaxili planlaşdırma, nəzarət, istehsalın ixtisaslaşması, kooperasiyası, istehsal əlaqələrinin müəyyən edilməsində transfert qiymətlərdən istifadə edilir. İstər kommersiya hesabı və istərsə də transfert qiymətlər şirkətlərin vahid, həm də çevik iqtisadi siyasəti üzrə müəyyənləşir. Siyasətin özü isə bir çox amilləri ( iqtisadi qanunçuluğu, idxal kvotaları, gömrük rüsumlarını, dividentlərin səviyyəsini, vergi dərəcələrini, bazarda inflyasiya səviyyəsini və s.) nəzərə almaqla formalaşır. Həm də burada istehsalçının qiymətləri (preyskurant, kontrakt, hesablaşma), bazar qiymətləri (dünya, inhisar, kartel, təklifin qiyməti, tələbin qiyməti), alıcılar üçün qiymətlər (istehsal qiyməti, topdansatış, pərakəndə, məlumat qiymətləri ), statistik qiymətlər (orta statistik idxal, ixrac, cari, dəyişilməz), yeni və yaxud təkmilləşmiş məhsullar üçün qiymət siyasəti (artırılmış, azaldılmış) bir-birilə əlaqələndirilir və nəzərə alınır.

İqtisadi metoda müxtəlif baxışlardan yanaşanlar da vardır. Bu baxışlarda iqtisadi metodların rolunu sırf təsərrüfat hesabı metodları kimi məhdudlaşdırmaq yaxud sərəncam-normativ metodlara qarşı qoymaq kimi ziddiyyətli fikirlər irəli sürülür. Lakin iqtisadi metod bütün iyerarxiya səviyyəsində idarəetmə münasibətlərini, onun spesifik mənafeyini və bu mənafeyə, məqsədə səmərəli təsir göstərən vasitələri əhatə edir.

İdarəetmə planlaşdırma, təsərrüfat hesabı, əmək haqqı, maya dəyəri, mənfəət, gəlir, qiymət, rentabellik, kredit, həvəsləndirmə kimi vasitələrdən geniş istifadə olunur. Belə təsir vasitələri idarəetmə obyektinə mühüm təsir göstərir, onun vəziyyətini müəyyənləşdirir. Sözün geniş mənasında, iqtisadi metodlar bu vasitələrlə müəssisənin təsərrüfat fəaliyyətini yüksəltməklə az xərclərlə yüksək nəticənin əldə edilməsini təmin edir, idarəetmə obyektinə bilavasitə təsir göstərir və nəticədə müəyyən iqtisadi münasibətlər formalaşır. Demək olar ki, bu vasitələri tətbiq etmədən iqtisadi baxımdan istehsal prosesləri baş verə bilməz və hətta baş vermiş olsa belə axıra kimi davam etməz.

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət