Ana səhifə

Mərkəzi bankın təşkili formaları


Yüklə 7.63 Kb.
tarix10.06.2016
ölçüsü7.63 Kb.






Mərkəzi bankın təşkili formaları

Bank sisteminin inkişafina təsir edən amillərdən biri də ölkənin iqtisadi siyasətindəki dəyişikliklər iqtisadi inkişafın səviyyəsi və dövlətin cari iqtisadi siyasətidir. Dövlətin iqtisadi siyasətinin həyata keçirilməsini təmin edən orqanlardan biri də Mərkəzi Bankdır. Mərkəzi banklar dövlətin iqtisadi siyasətində baş verən istiqamət dəyişiklikləri ilə əlaqədar dərhal öz strukturlarında dəyişiklik edir. Qanunvericilik əsasında Mərkəzi banklar təkcə ayrı-ayrılıqda kommersiya banklarına deyil, eyni zamanda bütövlükdə bank sisteminə təsir edə bilir. Bank sistemi fəaliyyətinin sabitləşməsini həyata keçirərək Mərkəzi banklar kommersiya banklarında öz ehtiyatlarını artırmağı, kreditlər verilməsini tələb edən, mərkəzləşdirilmiş kredit ehtiyatlarından istifadəyə görə faiz dərəcələrini dəyişə bilər .

Bütün ölklərin bank sistemlərinin əsas hissəsini mərkəzi banklar təşkil edir. Ayrı-ayrı ölkələrdə isə bu banklar müxtəlif cür adlandırılır: Milli Bank, Xalq Bankı, Dövlət Bankı, Ehtiyat Bankı, Emissiya Bankı, Federal Ehtiyat Sistemi. Bəzi ölkələrdə isə sadəcə ölkələrin adı ilə bağlı olaraq , məsələn, İtalya Bankı, Yaponiya Bankı və.s. adlandırılır.

Kapital baxımından mərkəzi banklar aşağıdakı hissələrə bölünür:



aid səhmdar cəmiyyətlər (Yaponiyanın,Belçikanın mərkəzi bankları)

Əlbəttə ki,ölkə hakimiyyəti mərkəzi bankın ölkənin kredit sistemindəki rolunun əhəmiyyətinə görə onun etibarlığında maraqlıdır.Lakin dövlətin mərkəzi bankla sız əlaqəsi onun mərkəzi bankın siyasətinə sərhədsiz təsiri demək deyildir.Kapital quruluşundan asılı olmayaraq mərkəzi bank hüquqi cəhətdən sərbəstdir və ölkənin qanunverici orqanına yaxud da parlament tərəfindən təşkil olunmuş sosial bank siteminə hüsabat verir.



Mərkəzi bankın hüquqi sərbəstliyi onun fəaliyyətinin effektivliyinin əsas şərtidir ki,əksər hallarda bu hakimiyyətin qısamüddətli məqsədləri ilə ziddiyyət təşkil edir.Eyni zamanda mərkəzi bankın hakimiyyətdən qeyri asılılığı nisbi xarakter daşıyır,belə ki,uzunmüddətli planda mərkəzi bankın siyasəti dövlətin makroiqtisadi kursu ilə müəyyənləşir.

Beləliklə mərkəzi bank,ilk növbədə dövlətlə iqtisadiyyat arasında vasitəçidir və vasitəçi kimi qanunvericiliklə təsdiqlənmiş alətlər vasitəsilə pul və kredit axınını tənzimləyən bir təşkilatdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət