Ana səhifə

Komanda oyunlarında iştirak etmək; natiqlik və məntiqi düşüncə qabiliyyətini yüksəltmək; daha inandırıcı və özünə inamlı olmaq


Yüklə 12.25 Kb.
tarix23.06.2016
ölçüsü12.25 Kb.

Əgər sən…



və nəhayət sadəcə istirahət etmək və öyrənmək istəyirsənsə, o zaman
«GƏNCLƏR Yay Natiqlik Məktəbi» sənin üçündür!!!
Gənclər Yay Natiqlik Məktəbi – Debat proqramının ən maraqlı tədbirlərindəndir. 1999-cu ildən balayaraq hər il Azərbaycanın müxtəlif guşələrindən yüzlərlə şagird, tələbə və müəllim Şəki dağlarında – “Mustafa-bəy” İstirahət Mərkəzində toplaşırlar.
Gənclər Yay Natiqlik Məktəbi – bu ən aktual problemlərin müzakirəsi və onların həlli yollarında ən yeni və ən qeyri-adi təkliflərin verilməsidir. Sənə ən yaxşı təlimçilər öz mövqeyini müdafiə etmə, sual vermə və inandırma bacarıqlarına yiyələnməkdə kömək edə bilərlər. Bu iştirak edərək özünü sınaya biləcəyin və Sənə qələbə həzzini dadmaq imkanı verən həyəcanlandırıcı müsabiqədir.
Gənclər Yay Natiqlik Məktəbi – bu tam altı gün azadlıqdır. Gündəlik işlərdən azadlıq, lakin eyni zamanda məsuliyyət – özünü idarəetmə, yaradıcılıq, düşüncə və söz məsuliyyətidir. Bu, Şəkinin qədim Xan sarayına ekskursiya, maraqlı müsabiqələr Sənin təsəvvür və yaradıcılıq qabiliyyətinin üzə çıxdığı Kitsch-party, müxtəlif oyun və zarafatlar və sözsüz ki, səninlə bütün ömrün boyu qalacaq təkrarolunmaz təəsüratlardır.

Və bu hələ son deyil...

Əgər sən Gənclər Yay Natiqlik Məktəbi haqqında daha ətraflı

məlumat almaq istəyirsənsə,

sadəcə 4941906 və ya 050-3284741 nömrəsi ilə

bizə zəng et və ya debate@bakinter.net ünvanına məktub yaz

və səni maraqlandıran hər bir şeyi soruş.

Məhz indi zəng et və ya yaz!

BU SƏNİN avqustun 29-an senyabrın 3-mi BOŞ vaxtı KEÇİRMƏMƏK ŞANSINDIR!

Daha ətraflı təqdimatla 20 avqust tarixinədək hər çərşənbə axşamı, cümə axşamı və şənbə günləri,

saat 18:00-də Mirzə İbrahimov 44 ünvanında yerləşən “Vətəndaş Cəmiyyətində Debat” İB-in

ofisində tanış ola bilərsən (keçmiş Qorkiy küç. / Dram Teatrından

28 May metrosu istiqamətində Fizuli küç. ilə sağa birinci döngə)


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət