Ana səhifə

İqtisadi təhlil aşağıdakı formada təşkil edilə bilər


Yüklə 6.25 Kb.
tarix12.06.2016
ölçüsü6.25 Kb.
Fərzəliyev İsmət-Ümumi iqtisadiyyat fakültəsi. Qrup 8b

Mövzu.2-Kompleks iqtisadi təhlil sistemi və onun təşkili metodologiyası

Analitik işin müvəffəqiyyətlə həyata keçirilməsi onun təşkil edilməsinin səviyyəsindən asılıdır. Firmada daxili analitik iş bütöv və düşünülmüş sistem kimi təşkil edilməlidir. Bura istehsal və maliyyə, retrospektiv, operativ və prespektiv, kompleks və tematik təhlil daxil edilməlidir

İqtisadi təhlil aşağıdakı formada təşkil edilə bilər

*İri firmalarda-Xüsusi bölmələr, maliyyə direktoru yanında qruplar

*Orta firmalar-Maliyyə məsələləri üzrə qrup və ya heç olmazsa bir mütəxəssis

*Kiçik firmalarda-Baş mühasib
İqtisadi təhlilin ən mühüm prinsiplərini aşağıdakı kimi ümumiləşdirə bilərik

1)Təhlil elmi xarakter daşımalıdır

2)Təhlil kompleks olmaıdır

3)Təhlil sistemli yanaşma əsasında aparılmalıdır. Bu zaman hər bir öyrənilən obyekt müəyyən üsulla öz aralarında və xarici mühitlə əlaqəli olan bir sıra elementlərdən ibarət mürəkkəb dinamik sistem kimi qəbul edilir

4)Təhlil obyektiv, konkret, dəqiq olmalıdır

5)Təhlil təsirli olmalıdır. İstehsal və satış proseslərinə, habelə onların nəticələrinə fəal təsir etməlidir, yəni işdə olan nöqsanları, səhvləri, xətaları vaxtlı-vaxtında aşkar edilməlidir

6)Təhlil təsadüfi hallarda deyil, vaxtaşırı aparılmalıdır

7)Təhlil operativ olmalıdır. Bu təhlilin tez və dəqiq aparılması və onun əsasında idarəetmə qərarları qəbul etmək bacarığı deməkdir

8)Təhlil səmərəli olmalıdır, yəni onun aparılmasına çəkilən xərclər çoxdəfəli səmərə verməlidir
Analitik iş aşağıda verilən ardıcıllıqla həyata keçirilən bir neçə mərhələlərdən yaranır

*Təhlilin məqsədli istiqamətinin və obyektinin müəyyən edilməsi

*Obyektlə ümumi tanışlıq və təhlilin ilk planının işlənib hazırlanması

*İnformasiya sistemi, onun möteberliyinin və keyfiyyətinin ilkin yoxlanılması

*İnformasiyanın öyrənilməsi, təhlilin konkret metodikasının tətbiqi, hesablama aparılması

*Yekunlaşdırma



*İqtisadi, texniki, təşkili qərarların formalaşdırılması


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət