Ana səhifə

İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu İnsan resurslarının mahiyyəti


Yüklə 1.02 Mb.
səhifə1/14
tarix09.06.2016
ölçüsü1.02 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14


İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı


Mövzu 1. İnsan resursları: mahiyyəti və məzmunu
1.1. İnsan resurslarının mahiyyəti

1.2. İnsan resurslarının idarə edilməsinin məqsədi və

məzmunu
1.1. İnsan resurslarının mahiyyəti
İnsan resursları sosial-iqtisadi kateqoriya olub, cəmiyyətin (ölkənin ) malik olduğu fiziki və intellektual imkanların məcmusunu təşkil edir. Onun tərkibində ən mühüm və aparıcı yeri fiziki və zehni cəhətdən inkişaf etmiş əmək qabiliyyətli yaşında olan əmək qabiliyyətli əhali tutur. Bu isə o deməkdir ki, konkret sosial-iqtisadi tarixi inkişaf mərhələsində, hansı ölkədə ictimai istehsal prosesinin əsasını və subyektini təşkil edən əhalinin fiziki və zeyni cəhətdən inkişaf etmiş hissəsi çoxdursa, həmin ölkə daha çox məhsuldar insan resurslarına malikdir. İnsanlar və onların istedadı ölkənin ən qiymətli resursudur. Buna görə də hər bir ölkədə və regionda həmin resursların idarə edilməsi və onlardan səmərəli istifadə olunması strateji vəzifəyə çevrilmişdir. İnsan resurslarının xüsusiyyəti ondan ibarətdir ki, əvvəla, insanlar nə qədər çox peşə fəaliyyətinə qoşulurlarsa, onlar bir o qədər çox həyat və peşə təcrübəsi qazanır, bir o qədər az vaxt ərzində peşə vəzifələrini daha keyfiyyətlə yerinə yetirir, ölkə, müəssisə, təşkilat və s. üçün daha çox dəyərlər yaradırlar; ikincisi, insanlar sosial idarəetmənin ən mürəkkəb obyektidir; üçüncüsü, insanların peşəkar olmsı üçün fəaliyyət növlərinin peşəkarlaşması çoxlu kapital sərfini tələb edir; dördüncüsü, peşəkarların fəaliyyətinin səmərəliliyinin yüksəkliyi onların imkanlarının düzgün idarə edilməsi sisteminin yaradılması ilə əldə edilir.

İnsan resurslarının idarə edilməsinin mahiyyəti ondan ibarətdir ki, insanlar rəqabət obyekti olaraq, məqsədə çatmaq üçün başqa resurslarla yanaşı, səmərəli yerləşdirilməli, inkişaf etdirilməli və motivləşdirilməlidirlər. Vətənimizin və xarici ölkələrin müəssisələrinin təcrübəsinin ümimiləşdirilməsi insan resurslarının idarə edilməısinin qlobal məqsədinin formalaşdırılmasına, yəni ölkənin ( müəssisənin, idarə və təşkilatların və s.)

malik olduğu əmək resurslarının daha səmərəli formalaşmasına, inkişafına və reallaşmasına imkan verir. Bu isə o deməkdir ki, ölkənin ( müəssisənin, idarə və təşkilatların və s.) hər bir əmək qabiliyyətli adamının iş qabiliyyəti yaxşılaşacaq, öz əmək potensialını inkişaf etdirmək və ondan optimal qaydada istifadə etmək imkanı artacaq, bu isə, öz növbəsində bütünlükdə ölkənin ( müəssisənin, idarə və təşkilatların və s.) malik olduğu iş qüvvəsinin fiziki və intellektual imkandan daha səmərəli istifadə olunmasına müsbət təsir göstərəcəkdir.

İnsan resurslarının idarə edilməsi təşkilatçılıq mühitinin bütün aspektlərini əhatə edir və özünə inteqrasiya edilməsi baxımından yanaşılmasını tələb edir. Çünki klassik iqtisadi nəzəriyyənin bəzi nümayəndələrinin düşündüyü kimi, dünyada qlobal rəqabətin yüksəlməsinin milli rəqabət qabiliyyətinin ən mühüm amillərini torpaq, kapital və təbii resurslar deyil, yüksək ixtisaslı və motivləşdirilmiş insan resursları təşkil edir. Ölkənin ( müəssisənin, idarə və təşkilatların və s.) iqtisadi və başqa imkanları həmin resursların keyfiyyətindən və xarakterindən asılıdır.

İnsan resurslarının idarə edilməsi idarəetmə təcrübəsini biznes strategiyası ilə əlaqələndirir. Buna görə də, innovasiya xarakteri daşıyır və son məqsəd kimi ölkənin ( müəssisənin, idarənin, təşkilatın, şirkətin və s.) iqtisadi nəticələrinin yüksəldilməsi və əhalinin tələbatının ödənilməsi vəzifəsini qarşıya qoyur. Buna görə də hər hansı idarəetmə məsələsi həll edilərkən insan aspekti, yəni adamların imkanı və kadrlara təsir nəaərə alınmalıdır.
1.2. İnsan resurslarının idarə edilməsinin

məqsədi və məzmunu
İnsan resurslarının idarə edilməsində başlıca məqsəd onların potensialından, yaradıcı imkanlarından maksimum istifadə edilməsidir. Lakin sözün geniş mənasında insan resurslarının idarə edilməsi aşağıdakı kompleks məsələləri əhatə edir:

- müəssisə, firma və şirkətlərin konkret strategiyasına uyğun gələn işçi heyətinə (ümumi və kateqoriyalar üzrə) tələbatın müəyyən edilməsi;

- əmək bazarının qiymətləndirilməsi və məşğulluq amilinin təhlili;

- əməkdaşların karyerasının planlaşdırılması, onların inkişaf irəliləyişi;

- fəaliyyətin motivləşdirilməsi sisteminin hazırlanması;

- əmək məhsuldarlığının idarə edilməsi;

- əmək gəlirlərinin, müəssisə daxili əmək və istehlak ölçüsünün tənzimlənməsi;

- müəssisə daxili fəal sosial siyasətin aparılması;

- yaradıcı işin, o cümlədən texniki yaradıcılığın stimullaşdırılması;

- qabaqcıl əmək üsullarının tətbiqi;

- heyətin peşə - ixtisas hazırlığı;

- münaqişələrin yumşaldılması, idarə edilməsi;

- normal sosial- psixoloji mühitin yaradılması.

Məhz qeyd edilənlərə görə inkişaf etmiş sənaye ölkələrində, xüsusilə də ABŞ –da və Yaponiyada menecerlərin hazırlanması zamanı onların tədris planlarında yuxarıda qeyd edilənlərə xüsusi diqqət yetirilir. Məsələn, bu ölkələrdə sosial qrupların psixologiyası, təşkiletmə nəzəriyyəsi, insan davranışı, şəxsiyyətin psixologiyası, heyətin motivləşdirilməsi, rəhbərlik üslubu, situasiyaların araşdırılması, peşə fəaliyyətinin motivləşdirilməsi və s. məsələlər ayrıca fənn kimi öyrənilir.

İnsan resurslarına verilən əhəmiyyət özünü Yapon menecerlərinin qarşılarına qoyduqları vəzifələr içərisində onun nə qədər əhəmiyyət kəsb etməsində də bir daha özünü göstərir. Bunu Yaponiyada aparılan sorğunun nəticələrindən də görmək olar. Sorğu ilə əhatə olunan menecerlər özlərinin əsas vəzifələri haqqında suala aşağıdakı cavabları vermişlər ( soruşulanlar % - lə):

- insan resurslarının inkişafı - 85,3

- satış bazarının inkişafı - 72,8

- yeni məhsul və xidmətlərin yaranması - 63,8



- maliyyə strukturunun möhkəmləndirilməsi - 59,0

- yeni məhsul istehsalına cəhd etmə - 45,0

- yeni texnologiya - 44,4

- elmi – tədqiqat işləri - 43,1

- əmək münasibətlərinin sabitləşməsi - 36,2

- digər yaxın şirkətləri himayə etmə - 32,3

- təşkilati strukturun sadələşdirilməsi - 29,7



- xarici bazara şıxış - 19,4

Mövzu 2. Əhali idarəetmə və elmi dərketmənin obyekti kimi
2.1. “Əhali” anlayışının mahiyyəti və məzmunu

2.2. Demoqrafik siyasət

2.3. Demoqrafik və iqtisadiproseslərin qarşılıqlı əlaqəsi

2.4. Əhalinin təkrar istehsah və quruluşu

2.5. Demoqrafik təhlükəsizlik
Əhali problemi mürəkkət sosial, iqtisadi və bioloji problemlər sırasına daxildir. Əhali, əhali sakinliyi tarixən həmin aspektlərin fenomeni kimi təzahür etmişdir. Ona görə də əhali kompleks elmlər tərəfindən öyrənilir və bu obyektiv olaraq müxtəlif biliklərin sintezini, inteqrasiyasını tələb edir. İlk vaxtlar "əhali" anlayışı əhali sakinliyi, fiziki-coğrafi məskunlaşması, əhalinin təbii hərəkəti, təkrar istehsalı, bir sözlə, bioloji çoxalma mənasında başa düşülürdü. Lakin müasir dövr burada bioloji xassə, aspektlə yanaşı sosial, iqtisadi, urbanizasiya, ekoloji və digər cəhətlərin sistemli qaydada nəzərə alınmasını tələb edir. Həm də belə bir cəhəti də nəzərə almaq lazımdır ki, nəinki əhalinin sosial, məkan hərəkəti, hətta bioloji davranışı, "uşaq istehsalı" kimi qeyri sosial-iqtisadi proseslər xeyli dərəcədə axırıncılarla şərtləşir (doğum, ölüm, çox və az uşaqlıq məsələləri). Bu baxımdan əhalini öyrənən bioloji, sosial, demoqrafik və iqtisadi qanunların özləri də bir növ sistemli səciyyə daşıyır. Ona görə də müasir dövrdə əhali probleminin öyrənilməsinə qarşı yeni tələblər, konsepsiyalar irəli sürülür, bu daha çox iqtisadi, sosial həyatla, şəraitlə, əmək potensialı, səhiyyə problemləri ilə əlaqələndirilir. Müasir dövrdə bioloji qanunlar qəribə də olsa iqtisadi qanunlarla - məşğuliyyət qanununu, kapital yığımı qanunu, tələbatın artması qanunu, işçi qüvvəsinə tələb və təklif qanunu və s. ilə məhdudlaşır. Yuxarıda göstərilən qanunlar və digər qanunauyğunluqlar, əmək bölgüsü tarixən və müasir dovrün özündə belə əhalinin bir sıra qruplara (sosial-demoqrafık, peşə-ixtisas, milli, etnik, sosial-ərazi, sosial təbəqələr) ayrılmasına səbəb olmuşdur. Ona görə də indi əhali haqqında elmin qarşısında duran ən başhca vəzifələrdən biri demoqrafık və sosial-iqtisadi proseslər arasındakı dialektik əlaqəni, ziddiyətləri, qanunauyğunluqları aşkara çıxarmaq və onlar arasındakı vəhdətliyi təmin etməkdən ibarətdir. Demoqrafıya və iqtisadiyyat arasındakı əlaqə o dərəcə sıxdır ki, onu iqtisadi demoqrafiya adlandırmaq olar. İqtişadi demoqrafiya isə bu baxımdan əhalinin, əmək ehtiyatların iqtisadiyyatı kimi özünü göstərir. İstər iqtisadi amillər, istərsə də iqtisadiyyatən, maddi və qeyri maddi istehsal sahələrinin strukturu əmək qabiliyyətli əhalinin məşğulluğuna birbaşa təsir göstərir. Əhalinin artım səviyyəsi, demoqrafık davranışı öz növbesində iqtisadiyyata bu və ya digər dərəcədə, istiqamətlərdə təsir göstərir. Nəinki iqtisadi potensialın məhdudluğu baxımından, hətta həmin potensial, məhdudluq çərçivəsində istehsalla istehlak arasındakı əlaqə, məşğulluğun strukturu, məhsuldarlıq və miqrassiya səviyyəsi xeyli dərəcə əhalinin yaş-cins strukturundan asılı olur.

Hələ keçmiş SSRİ vaxtında əhali məsələləri ilə məşğul olan iqtisadçılar, digər mütəxəsislər arasında əhalinin artımı, onun tənzimlənməsi, doğumun stimullaşdınlmasının nə dərəcədə zəruri olması haqqında elmi diskussiyalar gedirdi. Və burada bir sıra mülahizələr əsas götürülürdü: 1) maddi məhdudluq; 2)ərzaq çatışmamazlığı; 3) normal həyat şəraitinin təmin edilə bilməməsi; 4) sovet ordusunda, ümumiyyətlə əhali içərisində müsəlman milləti nümayəndələrinin sayının artması təhlükəsi və s. Bununla belə obyektivlik xatirinə demək lazımdır ki, o vaxtlar çox uşaqlı analara yardım, on və daha çox uşağı olan anaların "qəhrəman ana" ordeni ilə təltif edilməsi və digər stimullaşdırıcı tədbirlər həyata keçirilirdi.

O vaxtlar ehali artımının tənzimlənməsi probleminə antimaltusçuluq mövqeyindən yanaşan iqtisadçılar daha çox idi. Ona görə də əhalinin artımını məhdurlaşdırmaq konsepsiyası sanki qeyri adi, son dərəcə yeni məsələ kimi irəli sürülürdü. Elə indi də belə fıkirlər səslənir. Halbuki hələ vaxtilə Platon "Dövlət" əsərində əhalinin lüzumsüz artımının əleyhinə çıxırdı. Aristotel də "Siyasət" əsərində əhalinin artımının məhdurlaşdırılmasını zəruri hesab edirdi; hər ikisi əhalinin həddindən çox artımını qeyri normal, dözümsüz bir hal kimi qiymətləndirirdilər. Əlbəttə, Platon və Aristotelin fıkirləri antik dünya, quldarlıq dövrünə təsadüf edir. Lakin bununla belə burada müəyyən bir müasirlik də vardır. Çünki müasir cəmiyyətin optimal inkişafı obyektiv olaraq əhalinin artımı məsələsini səmərəli məşğulluq, hər adam başına düşən gəlirlər və istehlakla, əməyin səmərəliliyi, əmək resurslarəndan istifadə, səhiyyə, investitsiya və s. problemlərlə üzvü halda üzlaşdırmağı tələb edir və edəcəkdir.
2.2. Demoqrafik siyasət
Bir qayda olaraq demoqrafıyanı əhali haqqında elm adlandırırlar. Bu fikirdə böyük həqiqət vardır. Lakin əhali haqqında olan elmi yalnız demoqrafıya ilə məhdudlaşdırmaq olmaz. Əhali və onun problemləri geniş və əhatəlidir. Ona görə də həmin problemlərin öyrənilməsində yalnız demoqrafık biliklə məhdudlaşmaq olmaz. Görünür, bu səbəb üzündən də son illər demoqrafıya, demoqrafık fıkirlər sahəsində də yeni keyfiyyət dəyişilikləri baş vermişdir, demoqrafıyanın özü nəzəri demoqrafıya, təsviri, regional, riyazi, statistik, iqtisadi demoqrafıya istiqamətlərində ixtisaslaşmış, əhali ilə bağlı olan sosial-iqtisadi prosesləri, proqnozları əhatə etmişdir. Çünki əhali problemlərinin mürəkkəbliyi, çoxcəhətliliyi yalnız statistik və riyazi metodların tətbiqi ilə təkamil halda araşdırıla bilməz.

Bərabər şərait daxilində əhalinin təkrar istehsalına dövlətin sosial-iqtisadi siyasəti və konkret tarixi şərait də təsir göstərir. Burada ailənin idealları ilə dövlətin iqtisadi potensialı və yaxud əksinə, bir-birilə uzlaşmaya da bilər. Bununla əlaqədar olaraq ölkənin, dövlətin demoqrafık siyasəti fəal və passiv ola bilər. Lakin demoqrafik siyasətin hansı səciyyə daşımasından asılı olmayaraq müvafiq iqtisadi amillər, əhalinin təbii hərəkəti, sosial mobilliyi, miqrasiyası kimi ən önəmli problemlər həmişə diqqət mərkəzində durmalıdır. Bunsuz ölkənin, cəmiyyətin tərəqqisi, əhalinin keyfiyyətcə artımı qeyri mümkündür,.

Demoqrafık siyasət sosial-iqtisadi siyasətlə üzvü halda bağlı olsa da onu müstəqil siyasət formasına aid etmək olar. Beləki, miqrasiya (daxili və xarici miqrasiya) siyasəti, əhalinin təbii hərəkəti ilə bağlı siyasət əhalinin yerləşdirilməsi, əhali sakinliyi, əhalinin sağlamlığı, ölüm və doğuma təsir edən amillərin, evlənmə-boşanma, mənzil, ekoloji, təhsil, təlim-tərbiyə problemlərinə, az təminatlı, çox uşaqlı ailələrə, yaşlı əhaliyə yardım məsələlərinə yeni qaydada yanaşmağı tələb edir. Lakin iqtisadi məhdudiyyətlik (cəmiyyət və hər bir ailə baxımından) ənənəvi demoqrafık ideallara, dəyərlərə əməl etməyə, statistika ifadəsində desək əhalinin təkrar istehsalı netto-əmsalını vahiddən yuxarı qaldırmağa stimul yaratmır. Ona görə də demoqrafik siyasətin həyata keçirilməsində iqtisadi, mənəvi, inzibati-hüquqi aktların, mexanizmlərin bir-birini düzgün tamamlaması son dərəcə vacibdir.

Əmək ehtiyatlarının təkrar istehsalı xərcləri və xərcləri qaytarma. Ayrı-ayrı fərdlərin və məcmuu işçi qüvvəsinin təkrar istehsalı xərclərini hesablamaq, müəyyən etmək planlı və yaxud plansız iqtisadi modeldən, iş qüvvəsinin əmtəə və qeyri əmtəə olmasından asılı olmayaraq zəruridir. Hər bir dövlət, cəmiyyət, hətta ailə gələcək əmək ehtiyatlarının nə qədər xərc tələb etməsilə maraqlanmalıdır. Müasir dövrdə əmək ehtiyatlarının təkrar istehsal xərclərinin sosial-iqtisadi formaları dəyişildiyinə, habelə bu xərclərdə dövlət və ailə xərcləri nisbətləri dəyişildiyinə görə həmin xərclər həm dövlət xərcləri və həm də özxərcini ödəmə variantında aparılmalıdır. Lakin xərclərin kimin tərəfindən aparılmasından, ödənilməsindən sərfnəzər etsək bizi maraqlandıran əsas problemi-gələcək işçinin xərclərini, dəyərini müəyyən edə bilərik. Həmin xərclər insanın inkişaf tsikli, mərhələləri ilə əlaqədar olaraq təxminən aşağıdakıları əhatə edir: uşağın anadan olan ilk dövrləri xərci; məktəbə qədər dövrdəki xərcləri; ümumi təhsil və peşə hazırlığı (ali məktəb, peşə-texniki məktəb və s.) ilə bağlı xərclər; səhiyyə ilə bağlı xərcləri; mədəni-məişət xərcləri; qidalanma xərcləri; geyim xercləri və s. Bu xərclər orta ömr illik müddəti və orta illik əmək fəaliyyəti ilə müqayisə oluna bilər. Həm də əmək fəaliyyəti dövründə əmək resurslarının resurs vermə, məhsul istehsalı qabiliyyəti göstəriciləri ilə əlaqələndirilə bilər.

Demoqrafik proseslər hər hansı bir sosial-iqtisadi sistemlərdən asılı olmayaraq baş verir. Lakin bu proseslərin formalaşması və inkişafı qanunauyğunluqları, demoqrafik optimum problemi, həmin proseslərin nəticələri, demoqrafık situasiyalar, demoqrafik siyasətin xarakteri xeyli dərəcədə iqtisadi sistemlər və hər bir ölkənin konkret inkişafından asılı olur.

Müasir dövrdə demoqrafık proqnozlaşdırmanın böyük əhəliyyəti vardır. Demoqrafik proqnozlaşdırma ölkədə, onun regionlarında demoqrafik situasiyanın müəyyənləşməsi üçün mühüm əhəliyyət kəsb edir. Ən prinsipal məsələlərdən biri demoqrafık proqnozlaşdırmaya makroiqtisadi sistemlərin, proseslərin tərkib hissəsi kimi yanaşılmasıdır, Burada vaxt kəsiyi (qısa, orta, uzun müddətli), məqsəd, prosesləri qiymətləndirmə, bu prosesləri səciyyələndirən indikatorların mahiyyətinin dərk edilməsi əsas şərtdir. Başqa sahələrdə, obyektlərdə olduğu kimi burada da demoqrafık meyillərin, mövcud olanların ehtimalı dəyişikliklərinin hipotozunun verilməsi zəruridir. Ən vacib problem sosial, iqtisadi və digər makro və mikro tədbirlərin bu və ya digər demoqrafik parametrlərə təsiri ehtimalını öyrənməkdən ibarətdir. Burada birinci növbədə konseptual, normativ, ekstrapolyasiya metodlarına əsaslanmaq lazımdır. Demoqrafik modellərdən istifadə etməklə demoqrafık proseslərin dəqiq kəmiyyət qanunauyğunluqlarını müəyyən etmək olar. Əhali artımının interval artım dinamikasını müəyyən etməkdə stasionar əhali, əhali artımının xətti modelindən, stabil əhali modelindən, əhali artımının hiporbalik modelindən geniş istifadə edilir. Sosial-demoqrafık proseslərin, əhali qruplarının öyrənilməsində matrisa modelinindən, balans metodundan istifadə edilməsi daha önəmlidir.

Demoqrafık proqnozlaşdırma perspektiv dövrdə əhalinin doğumu və ölümü ehtimalı, bunun əsasında əhalinin gələcək, ümumi, o cümlədən əmək qabiliyyətli sayı haqqında fıkir yürütmeyə imkan verir. Proqnozlaşdırmada məşğulluq strukturunun hesablanması, əhalinin müxtəlif aspektlı strukturu, miqrassıya parametrlərinin qiymətləndirilməsı, əhalinin ömür müddətinin hesablanması da həyata keçirilir.


2.3. Demoqrafik və iqtisadiproseslərin qarşılıqlı əlaqəsi
Demoqrafık və sosial-iqtisadi proseslər bir-birilə üzvü halda bağlıdır. İstər iqtisadi və istərsə də demoqrafik proseslər dinamik səciyyə daşıyır və bir çox müvafiq sosial-iqtisadi, bioloji, səhiyyə amilləri ilə şərtləşir. Bu özünü əhalinin təbii təkrar istehalında, təbii hərəkətində daha aydın halda biruzə verir.

Demoqrafık-iqtisadi proseslərin vəhdətliyi əhali strukturunun aşağıdakı istiqamətlər baxımından öyrənilməsini zəruri edir: 1) Yaş-cins strukturu; 2) sosial struktur; 3) iqtisadi struktur; 4) mülkiyyət formalarına, mənsubiyyətinə görə; 5)regional struktur; 6) ailə və etnik struktur; 7) şəhər və kənd üzrə struktur və s.

Bazar münasibətləri şəraitində əhalinin optimal demoqrafik təkrar istehsalının təmin edilməsi və onun proqnozlaşdırılması ən çətin probləmlərdən biridir. Ən çətin problemlərdən biri demoqrafık strukturun formalaşması və onların birbirilə əlaqələndirilməsi və struktura təsir edən amillərin, bütövlükdə demoqrafık situasiyanın nəzərə alınmasıdır. Əhalinin təkrar istehsalının optimal tipinin meyarları və parametrlərinin müəyyən edilməsi və onların reallaşması həm nəzəri-metodoloji və həm də praktiki cəhətdən (demoqrafık investitsiyanın məhdudluğu səbəbindən) son dərəcə çətin problemdir. Çünki burada istər kəmiyyət və istərsə də keyfıyyət göstəriciləri kəmiyyətinin və ona təsir edən amillər arasındakı əlaqə sıxlığının sistemli, kompleks təhlili və mürəkkəb demoqrafik proseslərin bütün istiqamətlərinin, tərəflərinin ardıcıl halda öyrənilməsi tələb olunur. Bütün bunlar nəticə etibarilə iqtisadi, demoqrafık və sosial sferanın (ocümlədən səhiyyənin) inkişafı ilə şərtləşir. Bu baxımdan əhalinin təkrar istehsalının optimal tipi variantlarına, demoqrafik optimuma nail olunması yolları bir sıra obyektiv və subyektiv amillərlə məhdudlaşa bilir. Ona görə də burada ən başlıca məsələ ölkənin sosial-iqtisadi vəzifələrinin, iqtisadi-sosial potensialının artırılmasıdır. Həmin vəzifələrin, problemlərin yalnız mikrosəviyyədə, bazarın öz-özünə tənzimlənməsi qaydasında həll oluna bilməsini israr etmək sadəlövlük olardı. Bu səbəbdən də burada həm demoqrafık optimum və onun indikatorlarının, göstəricilərinin seçilməsi və həm də onların reallaşa bilməsi imkanlığı vəhdət halında nəzərə alınmalıdır. Ümumi daxili məhsulun, milli gəlirin fərdi, sosial istehlak fonduna ayrılma imkanlılığı, bütövlükdə iqtisadi artım burada mühüm əhəmiyyət kəsb edir. Əmək qabiliyyətli əhalinin yeni iş yerləri ilə təmin edilməsi baxımından milli gəlirin istehsal yığımı əmsalının nəzərə alınması, onun aşağı və yuxarı həddinin proqnozlaşdırılması da vacibdir. Problemə belə yanaşıldığı təqdirdə demoqrafık proseslərlə bağlı olan riyazi-iqtisadi modellər mücərrəd, formal sxemadan real iqtisadi-demoqrafik proseslərə çevrilə bilər. Bir sözlə, real iqtisadi şərait əhalinin optimal təkrar istehsalına, artımına uyğun gəlməlidir, onun müqəddəs şərtinə çevrilməlidir. Bununla belə bütövlükdə iqtisadi və demoqrafık proseslərin, şəraitin özü də bir-birinə səmərəli halda uyğun gəlməli, uzlaşmalıdır. Göründüyü kimi, demoqrafık proseslər, demoqrafık göstəricilər sadəcə olaraq coğrafı mühitlə, sakinləşmə ilə məhdudlaşmır. O iqtisadi münasibətlərlə, əmək bölgüsü ilə (sahələr üzrə məşğulluq), əmtəə-pul münasibətləri (istehsal-bölgü) ilə, ailə, etnik, sosial-psixoloji, tibbi-bioloji problemlərlə üzləşir.

2.4. Əhalinin təkrar istehsalı və quruluşu
Əhalinin təkrar istehsalı işçi qüvvəsinin təkrar istehsalının ümumi əsasını təşkil edir. Ona görə də demoqrafık proseslərin və yaxud hadisələrin öyrənilməsinin prinsipal əhəmiyyəti vardır.

İşçi qüvvəsinin təkrar istehsalı kimi əhalinin təkrar istehsalının da bir sıra xüsusiyyətləri vardır. Çünki demoqrafık proseslər yalnız bioloji amillərlə deyil, xeyli dərəcədə və əsasən ictimai-iqtisadi şərait və amillərlə də müəyyən olunur. Bununla əlaqədar olaraq istehsal münasibətlərindən asılı olaraq əhalinin təkrar istehsalının öyrənilməsinin böyük əhəmiyyəti vardır. Əlbəttə, əhalinin təkrar istehsalı həmçinin tarixən bəşəriyyətin konkret inkişaf dövrlərindən, həmin dövrlərə müvafıq olan məhsuldar qüvvələrin inkişaf səviyyəsindən, əhalinin mədəni inkişaf səviyyəsindən, dini adətlərdən, maddi həyat şəraitindən, milli adət və ənənələrdən və sairədən də asılıdır.

Demoqrafık proseslərə, birinci növbədə, doğum hallarının miqdarı, qadının ictimai vəziyyəti, kəbin kəsdirənlərin yaşı, əhali içərisində qadınların xüsusi çəkisi, ümumi əhali içərisində kənd və şəhər əhalisinin xüsusi çəkisi, ümumi qadınlar içərisində ev təsərrüfatı və ictimai təsərrüfatda çalışanların xüsusi çəkisi, əmək qabiliyyətli əhali içərisində fıziki və zehni əməklə məşğul olanların xüsusi çəkisi, cəmiyyətin ictimai və mədəni həyatı, ailənin elmi və mədəni səviyyəsi, müharibə, abort, evlənmə səviyyəsi və s. təsir göstərir.

Əhali problemi özündə kompleks məsələləri birləşdirir. Ona görə də əhali ilə əlaqədar olan məsələlər siyasi iqtisad, əməyin iqtisadiyyatı, statistika, sosiologiya, demoqrafıya, hüquq, coğrafıya, etnoqrafıya və tibb elminin birgə köməyi ilə hərtərəfli öyrənilə bilər. Həmin elmlərin əhali haqqında olan müddəalarının inteqrasiyası əhaliyə aid məsələləri müxtəlif istiqamətlərdə öyrənməyə imkan verir.

Məlumdur ki, demoqrafık proses və ya hadisələr cəmiyyətin istehsal üsulu ilə müəyyən olunsa da hər halda insan həyatının müəyyən mərhələlərində baş verir. Belə ki, doğum, əmək fəaliyyətinə başlama, evlənmə, boşanma, əmək qabiliyyətini itirmə və ölüm kimi demoqrafık hadisələr insan ömrünün müəyyən dövrləri ilə əlaqədardır.

Bütün bunlar məhsuldar qüvvələrin və istehsal münasibətlərinin müəyyən inkişaf mərhələsində əhalinin təkrar istehsalı və quruluşunun, mexaniki hərəkəti və məskunlaşmasının, insanın ictimai-gigiyenik, mədəni-məişət şəraitinin, fiziki və mənəvi inkişafının sistemli halda öyrənilməsini tələb edir.

Əhalinin təkrar istehsalı və onun səmərələşdirilməsi aşağıdakı problemlərin həllini tələb edir: uşaq ölümünün azalması; ümumi və sanitariya mədəniyyətinin yükşəlməsi; uşaqlı analar üçün yaradılan əlverişli şərait; ailə və ictimai mənafelərin vəhdətliyi; ailə və cəmiyyətin mənafelərini nəzərə alan iqtisadi və demoqrafık siyasət; zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və xəstəliklərin azaldılması; normal maddi, mədəni, fızioloji intellektual və psixoloji həyat şəraitinin təmin olunması.

2.5. Demoqrafik təhlükəsizlik
Son vaxtlar demoqrafık təhlükəsizlik problemlərinə böyük əhəmiyyət verilir və bu milli təhlükəsizliyin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Demoqrafik təhlükəsizlik əhalinin təkrar istehsalı prosesində meydana çıxan neqativ meyillərin aradan qaldırılması üzrə xəbərdarhq tədbirlərinin görülməsi və yaxud son dərəcə kəskin olan meyillərin yumşaldılmasını nəzərdə tutur. Ona görə də demoqrafık təhlükə ən pis milli təhlükə kimi qiymətləndirilməlidir. Demoqrafık təhlükəsizlik yalnız sosial-iqtisadi tədbirlərlə deyil, həm də hüquqi normativlərlə, o cümlədən ailə məcəlləsi, əmək qanunçuluğu, səhiyyə haqqında qanun, məşğulluq qanunu, insan hüquqları haqqında konfensiya və digər sənədlərlə təmin edilir.

Demoqrafık təhlükənin ən nəzərə çarpan forması depopulyasiyadır, yəni əhalinin sayının azalmasıdır, əhalinin təkrar istehsalı parametrlərinin, əhali strukturunun pisləşməsidir, doğumun azalması, ölüm hallarının, xəstəliyin çoxalması, gözlənilən ömür müddətinin qısaldılmasıdır. Bütün bu və buna bənzər hallar nəinki əhali artımını azaldır, həm də əlillərin, yetim uşaqların, ahıl əhalinin sayını çoxaldır, tez-tez bədbəxt hadisələr doğurur, onların sosial vəziyyətini ağırlaşdırır, ana və uşaq ölümünü intensivləşdirir. Bütün bunlar gələcək nəsil üçün də potensial təhlükə yaradır. Belə hallara postsovet dövlətlərinin bəzilərində, xüsusilə Rusiyada, Moldovda, Belorusda, Qasağıstanda təsadüf etmək olar. Həmin Respublikalarda və habelə dünyanın bir çox ölkələrində ailə başçısı işlədiyi təqdirdə belə, doğulmuş bir uşağın minimum istehlak büdcəsini belə ödəyə bilmir. Ona görə də uşaq doğumu ailə yoxsulluğu amilinə çevrilmişdir. Bir çox ailələrdə uşaq doğumunu məhdudlaşdırmaq və ya dayandırmaq sosial özünü müdafıə metoduna çevrilmişdir. Demoqrafık təhlükənin neqativ təzahürlərindən biri qeyri leqal miqrasiyanın, ən təhlükəli xəstəliklərin, (ağ çiyər xəstəliyi, psixi pozğunluq, veneroloji xəstəliklər, o cümlədən siflis) cinayətkarlığın, narkotik maddələr qəbulunun çoxalmasıdır. Göründüyü kimi, demoqrafık təhlükəsizlik istər cəmiyyətin, dövlətin və istərsə də hər bir ailə, şəxs baxımından son dərəcə önəmli bir məşələdir. Bu baxımdan hər bir ölkənin səhiyyə haqqında konsepsiyası, qanunu ilə yanaşı Demoqrafık təhlükəsizlik proqramı olmalıdır. Həm də bu proqram cari və strateji səciyyə daşımalıdır.

Əhalinin təbii artım səviyyəsi yuxarıda göstərilən amillərlə yanaşı ölüm hallarının səviyyəsindən də asılıdır. Ölüm halları öz növbəsində xəstəliyə görə, bədbəxt hadisə, öldürülmə, qətl və qocalıq üzündən baş verə bilər. Ölüm hallarının səbəbləri ona görə də yalnız səhiyyə məsələləri ilə deyil, həmçinin hüquqi və digər məsələlərlə də əlaqədardır.

Ölüm hallarının öyrənilməsində və onun azaldılması üzrə müvafıq tədbirlərin işlənib hazırlanmasında əhalinin yaş qrupları üzrə ölüm səbəblərinin, habelə müxtəlif xəstəliklər üzrə ölüm hallarının təhlil edilməsinin böyük əhəmiyyəti vardır.



  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət