Ana səhifə

İmmun sistemin patologiyası(qazanılmış və anadangəlmə immun defisitlər). Allergiya haqqında anlayış


Yüklə 181.51 Kb.
səhifə1/3
tarix14.06.2016
ölçüsü181.51 Kb.
  1   2   3
İmmun sistemin patologiyası(qazanılmış və anadangəlmə immun defisitlər).Allergiya haqqında anlayış(allergenlərin təsnifatı,allergik reaksiyaların təsnifatı,allergiyanın ümumi patogenezi,allergik mediatorların növləri və autoallergiyalar.
İMMUN SİSTEMİNİN PATOLOGİYASI.İmmunokompetent (limfoid) toxumanm fəaliyyətinin pozulması ilə əlaqədar olan patoloji dəyişikliklər immunopatoloji proseslər ad-lanır. Bunlara orqanizmin immun sisteminin anadangəlmə və qaza-nılma qüsurları (immun çatışmazlığı sindromalrı), allergik reaksiyalar və autoimmun proseslər aiddir.

İMMUN ÇATIŞMAZLIĞISİNDROMLARI.Orqanizmin immun sisteminin zəifliyi ilə əlaqədar olan patoloji proseslər immun çatışmazhğı sindromları adlanır. Onlar ilkin (birin-cili) və qazamlmış (ikincili) olmaqla, 2 qrupa bölünür. İlkin immun çatışmazlığı sindromlarma limfoid toxumanm inkişafmm müxtəlif də-rəcədə ləngiməsi ilə (hipoplaziya, aplaziya) əlaqədar olan irsi və ana-dangəlmə çatışmazlıqlar aiddir. Qazanılmış immun çatışmazlıqları isə ya fərdi inkişaf dövründə keçirilən xəstəliklərin, ya da dərman prepa-ratlarımn təsiri nəticəsində yaranır.

İlkin immun çatışmazhğı sindromları. Bu qrupa aid olan immuno-patoloji proseslərin aşağıdakı formaları vardır: 1) hüceyrəvi immuni­ tet çatışmazlıqları; 2) humoral immunitet çatışmazhqları; 3) qarışıq (humoral və hüceyrəvi) immunitet çatışrnazhqları.

I.Hüceyrəvi immunitet çatışmazhğı sindromlarma axondroplaziyailə müşayiət edilən immun çatışmazlığını (Mak-Kyusik sindromu) və timus vəzisinin ageneziyasını (Day-Corc sindromu) misal göstərmək olar. Bu sindromlar timus vəzisinin və periferik limfoid toxumanın timusdan asılı olan zonalarmm inkişafdan qalması ilə xarakterizə edilir və müxtəlif inkişaf qüsurları ilə müşayiət olunur (cədvəl 10). Xəstə uşaqlar ya inkişaf qüsurlarmdan, ya da infeksion xəstəliklərin ağırlaşmalarmdan ölürlər.

II.Humoral immunitet çatışmazlığı sindromları nəsildən-nəslə X xromosomu ilə əlaqəli şəkildə verilir. Bunlara X xromosomu ilə əlaqəli olan aqammaqlobulinemiya (Bruton sindromu) və immunoqlobulinlərin ayn-ayn növlərinin irsi çatışmazhqları (məsələn, IgA çatışmazlığı və ya Vest sindromu) aiddir. Bruton sindromunda bütün immunoqlubinlərin sintezi pozulur. Bu, periferik limfoid toxumaların (xüsusən lirnfa düyünləri və dalaq) plazmositar hüceyrələrində fəaİlığı B-İimfositlərdən asılı olan zonalarm inkişaf etməməsi ilə əlaqədardır.IgA-nın ayrıca çatışmazlığmda limfoid toxumanm morfoloji qurulu-şu dəyişikliyə uğramır. Humoral immunitet çatışmazlığı sindromları olan xəstələrdə bakterial infeksiyalar xüsusilə ağır keçir; bronxlarda,
ağciyərlərdə, mədə-bağırsaq sistemində, dəridə və başqa toxumalarda irinli destruktiv dəyişikliklər yaranır, bunlar çox vaxt sepsisin inkişafına səbəb olur.

III.Qarışıq (hüceyrəvi və humoral) immunitet çatışmazlığı sindromlarma İsveçrə tipli aqammaqlobıdinemiya (Qlansman-Riniker sindromu) və ataksiya-teleangiektaziya (Lui-Barr sindromu) aiddir.Bu sindromlar zamanı həm timus, həm də periferik limfoid toxuma hipoplaziyaya uğradığma görə, humoral və hüceyrəvi immunitet paralel surətdə zəifləyir. Belə xəstəliyi olan uşaqlarda immun sistem zəifliyindən başqa, müxtəlif inkişaf qüsurlan və bədxassəli mezenximal şişlər (xüsusən atakasiya-teleangiektaziya xəstəliyində) müşahidə edilir.

İlkin immun çatışmazlığı sindromlarımn əsas klinik əlamətləri or-qanizmin infeksion xəstəliklərə qarşı müqavimətinin zəifləməsi ilə əla-qədardır. İmmun sisteminin fəaliyyəti zəif olan uşaqlar tez-tez infek-sion xəstəliklərə tutulur və bu xəstəlikləri öz sağlam yaşıdlarma nisbə-tən ağır keçirirlər. Onlar tez-tez tənəffüs sisteminin və sidik-cinsiyyət orqanlarmm iltihabi xəstəliklərinə tutulurlar; mədə-bağırsaq sistemi-nin ishalla müşayiət olunan xəstəliklərinə bu uşaqlarda daha çox tə-sadüf edilir. İmmun sistemi zəifləmiş orqanizmdə patogenliyi zəif olan mikroblar da asanlıqla xəstəlik törədir, iltihabi xəstəliklər çox vaxt bakterial ağırlaşmalarla (pnevmoniya, meningit, sepsis) nəticələ-nir. Bütün bunlara görə, orqanizmin fiziki inkişafı ləngiyir, əksər hal-larda damaq badamlan və limfa vəziləri zəif inkişaf edir, qida maddə-lərinin bağırsaqlardan sorulması pozulur; xəstələrdə otit, sinusit, konyunktivit, piodermiya inkişaf edir

Adətən humoral immunitet çatışmazhqhğı olan orqanizmin qram-müsbət bakteriyalara, hüceyrəvi immuniteti qüsurlu olan orqanizmin isə göbələklərə, viruslara, mikobakteriyalara və qram-mənfi bakteri-yalara qarşı müqaviməti daha artıq zəifiəyir. Xəstə uşaqlar həyatın ilk illərində ya infeksion xəstəliklərdən, ya da bədxassəli şişlərdən tə-ləf olurlar.

Qazamlmış immun çatışmazhğı sindromlaru İmmun sistem çatış-mazhğımn bu növü çox vaxt yaşh şəxslərdə ya xəstəliklər nəticəsində, ya da bəzi müalicə üsullarının təsiri nəticəsində yaranır. Bəzi xəstəlik-lər immun sistemin ikincili zəifləməsi ilə nəticələnir. Bunlara leykoz-lar, bədxassəli limfomalar (limfoqranulematoz, limfosarkoma, reti-kulosarkoma), timoma, bəzi virus infeksiyaları, sarkoidoz və b. aidir. Bu xəstəliklər zamanı T-və B-limfositlərin yaranma və inkişafı pozul-duğuna görə, həm hüceyrəvi, həm də humoral immunitet reaksiyaları zəifləyir.

Son illərdə immunitetin zəifiəməsi ilə əlaqədar olan virus etiologiyah yeni bir xəstəlik növü aşkar edilmiş və ona qazamimış immun çatış-mazlığı sindromu (QİÇS) adı verilmişdir. QİÇS virusları sağlam şəxs-lərə əsasən cinsi yolla və inyeksiya vasitəsilə (xüsusən qan və qan pre-paratları köçürüldükdə) yoluxur. Xəstəliyin patogenezində hüceyrəvi immunitetin zəifləməsinin mühüm rolu vardır. Xəstə orqaniznıində T-limfositlərin (xüsusən T-helperlərin) miqdan kəskin surətdə azalır. Çünki, QİÇS virusları seçici surətdə T-helper hüceyrələrinə daxil olub, onlan zədələyir. Bunun nəticəsində orqanizmdə immunitet zəifləyir və infeksion xəstəliklərin inkişafma şərait yaranır. QİÇS virusları ilə yo-luxmuş şəxslərdə patogenliyi zəif olan (şərti patogen) mikroorqanizm-lərin törətdiyi iltihabi xəstəliklərə tez-tez təsadüf edilir. Xəstələr adətən ikincili infeksion xəstəliklərdən ölürlər. Hazırda bu xəstəliyin profılak-tika və müalicə üsulları intensiv surətdə öyrənilməkdədir.

Bəzi müalicə üsulları orqanizmin immun sisteminin fəaliyyətini zəiflədir. Bunlara şüa müalicəsi, kortikosteroidlərlə və immunodep-ressantlarla aparılan müalicə, timektomiya, döş limfa axacağma dre naj qoyulması və s. aiddir. Bəzən immun sistemi zəiflətmək məqsədilə antiiimfositar sitotoksik serumlardan istifadə edilir

ALLERGİYA HAQQINDA ÜMUMİ ANLAYIŞ.Allergiya - orqanizmin antigen təbiətü maddələrə qarşı yüksəİmiş və təhrif olunmuş reaksiyasıdır (yunanca: allos - özgə, ergon - təsir edirəm). Bu ternıini ilk dəfə Pirke (1906) işlətmişdir. O, orqanizmin yad təbiətli amillərə qarşı, spesifık çavabvermə qabüiyyətini allergiya adlandırırdı. Pirke allerglya adı altında həm hiper-, həm də hiporeak-tivlik hallarım nəzərdə tuturdu. Hazırda isə allergiya termini ilə yal-mz orqanizmin yad xassəli (çox vaxt antigen təbiətli) amillərə qarşı yüksəlmiş reaktivlik halım ifadə edirlər.

Allergik reaksiyalar immun mexanizmlərlə əlaqədardır. Buna görə, allergik və immun reaksiyalarm oxşar və fərqli cəhətlərini aydmlaş-dırmaq lazımdır. Məlumdur ki, immun reaksiyaların mahiyyəti orqa-nizmln genetik cəhətdən yad olan amillərdən mühafizə edilməsindən, yad təbiətli maddələrin zərərsizləşdirilməsindən və orqanlzmdən kə-nar edilməslndən ibarətdir. Allergik reakslyalarm isə orqanizm üeün mühafizəedici əhəmiyyətinin olub-olmadığı hələlik mübahisəlidir. Bə-zi tədqaqatçılar bu reaksiyalarm mühafizəedici əhəmiyyətini tamami-lə inkar edirlər. Lakin bu sahədə tədqiqat aparan mütəxəssisələrin ək-səriyyəti belə hesab edir ei, allergik reaksiyalarm orqanizm üçün az və ya çox dərəcədə mühafizəedici əhəmiyyəti vardır. Aşağıdakı faktlar bu fikri sübut edir: 1) allergiyanm və immunltetin mexanizmlərinin eyniliyi; 2) allergik reaksiyalar zamam antigenlərin zərərsizləşdirilmə-si və orqanizmdən xaric edilməsi; 3) allergik reaksiyaların təkamülü.

Allergik reaksiyalar yalnız istiqanlı heyvanlarda tam formada tə-zahür edir və ən yüksək inkişaf mərhələsinə insanlarda çatır. Təbii seçmə prosesində canhlarm ətraf mühitə uyğunlaşma qabiliyyəti yük-sək olan qruplarının nəsli davam edir. Buna görə, allergik reaksiyala-rın yaranması və təkmilləşməsi növün saxlanmasma yönəlmiş əlverişli əlamətlərdən biri hesab edilməlidir.

Allergik və immun reaksiyaların fərqii cəhətiərini aydmlaşdırmaq üçün onların əsas göstəricilərini müqayisə etmək lazımdır. Bu reaksi-yalar immun mexanizmlərin iştirakı ilə baş versə də, immunitetdən fərqli olaraq, orqanizmin toxumalarmm zədələnməsi ilə nəticələnir. İmmun və allergik reaksiyalarm mexanizmləri bir-birinin eynidir. La-kin orqanizmin fərdi reaktivliyindən və bəzi keyfıyyət dəyişikliklərin-dən asılı olaraq, bu mexanizmlər orqanizm üçün patogen xarakter əl-də edə bilər; nəticədə yeni keyfiyyət dəyişiklikləri, yəni zədələnmə meydana çıxa bilər.

Beləliklə, orqanizmin antigenə qarşı verdiyi spesifık reaksiya zədə-lənmə ilə müşayiət olunmursa, onu immun reaksiya adlandınrlar; bu reaksiyaların zədələnmə ilə müşayiət edilən növləri isə allergik reaksi-yalar adlanır. Bunu nəzərə alan V.İ.Pıtski allergiyaya aşağıdakı kimi tərif vermişdir: - «Allergiya orqanizmin toxumalarının zədələnməsi ilə müşayiət olunan immun reaksiyadır».

Eyni antigenə qarşı orqanizm həm immun, həm də allergik reaksi-yalarla cavab verə bilər. Bu, bir tərəfdən antigenin miqdarmdan, digər tərəfdən isə orqanizmin reaktivliyindən asılıdır. Bəzi tədqiqatçılar or-qanizmdə immun və allergik reaksiyalar törədən antigenlərin bir-birin-dən fərqli olduğunu sübut etməyə cəhd göstərmişlər. Doğrudan da, bə-zi hallarda immun və allergik reaksiyalar antigenin xassələri ilə əlaqə-dar olur. Məsələn, askarid antigeni insan orqanizmində IgE-nin sinte-zini stimulyasiya etməklə, əsasən allergik reaksiyaların inkişafma təkan verir. Lakin bu cəhətdən allergenin miqdarmm da rolu vardır. Belə ki, hətta antigenlik xassəsi zəif olan maddələrin də böyük miqdarı orqanizmdə qüvvətli allergik reaksiyalar törədə bilər. Elə hallar da mə-lumdur ki, eyni bir antigenin bərabər miqdarı bir orqaniznıdə immun, digərində isə allergik reaksiyalara səbəb olur. Məsələn, penisillinlə müalicə edilən insanlarm əksəriyyətinin qanında bu antibiotikin əleyhi-nə təsir göstərən immun cisimciklər tapılır. Lakin penisillinə qarşı aller-gik reaksiyalar qanında antigen olan şəxslərin hamısında baş vermir.

Allergik reaksiyalarm təkamülünün, onların ontogenez və filogenez-də inkişafmın öyrənilməsi N.N.Sirotininin və onun şagirdiərinin əməyi ilə bağlıdır. Təcrübələr göstərmişdir ki, embrional dövrdə heyvanlarda anafılaksiya reaksiyaları yaratmaq mümkün olmur. Yenidoğulma döv-ründə anafilaksiya reaksiyalarmı yalnız yetişmiş halda doğulan heyvan balalannda (dəniz donuzu, keçi və s.) yaratmaq mümkündür. Lakin onlarda da anafılaksiya rcaksiyalarının əlamətləri yaşh heyvanlardakı-na nisbətən zəif keçir. Allcrgik reaksiyalar orqanizmin spesifik antici-simcik yaratmaq qabiliyyətindən asılıdır. Təkamül səviyyəsi aşağı olan onurğasız heyvanların orqanizmində spesifik anticisimciklər yaranmır. Bu xassə ali homoyoterm heyvanlann orqanizmində daha aydın təza-hür edir. İnsan orqanizminin antigenlərə qarşı spesifik anticisimcik sin-tez etməklə cavab vermək qabiliyyəti xüsusilə yüksəkdir. Buna görə, məhz insanda bu reaksiyaların növləri daha çoxdur.

Tibbi ədəbiyyatda bəzən orqanizmin yüksəlmiş həssaslığım ifadə etmək üçün «idiosinkraziya» terminindən istifadə edilir. İdiosinkra-ziya dedikdə, orqanizmin qida və dərman maddələrinə qarşı həssaslı-ğının yüksəlməsi nəzərdə tutulur. Bu ifadə Qədim Yunamstan və Ro-ma həkimlərinin xəstəlik və sağlamhq haqqmda təsəvvüıləri sayəsin-də meydana gəlmişdir. Onlar belə hesab edirdilər ki, xəstəliyin əmələ gəlməsinə orqanizmin mayelərinin bir-birinə düzgün qarışmaması (yəni diskraziya) səbəb olur. Buna görə, adi adamlarm asanlıqla qə-bul edə bildiyi xarici mühit amillərinə qarşı verilən qeyri-adi reaksiya-ları orqanizmin mayelərinin qarışmasmm fərdi pozulmaları (idiosin-kraziya) ilə izah edirdilər.Allergiya haqqmda ilk təsəvvürlər yarandıqda idiosinkraziyanı sü-rətli allergik reaksiyalarla eyniləşdirməyə cəhd göstərirdilər. Lakin XX əsrin ikinci yarısmda allergik reaksiyalarm mexanizmləri aydm­ laşdırılmış və müəyyən edilmişdir ki, dərmanlara, yaxud qida maddə-lərinə qarşı fərdi reaksiyalar bəzi hallarda immun mexanizmlərlə əla-qədar olur; belə reaksiyalarm böyük bir qrupu isə orqanizmdə müəy-yən fermentlərin çatışmazlığı nəticəsində yaranır. Buna görə, hazırda dərman və qida maddələrinə qarşı immun mexanizmlərin iştirakı ilə verilən qeyri-adi reaksiyalar dərman və qida allergiyalan hesab edilir; bu reaksiyalarm immun mexanizmlərlə əlaqədar olmayan (hər hansı bir ferment sisteminin irsi çatışmazlığı ilə əlaqədar olan) növləri «irsi enzimopatiyalar» adı altında birləşdirilir, «idiosinkraziya» terminin-dən isə nisbətən az istifadə ediür.

ALLERGİK REAKSİYALARIN ÜMUMİ ETİOLOGİYASI.Allergik reaksiyalar antigen xassəli maddəiərin təsiri ilə yaranır. Onlan törədən antigenlərə «a 11 e r g e n » adı verilmişdir. Alİergenlər başqa antigenlərdən ilk növbədə orqanizmdə yaratdığı dəyişikliklərə görə fərqlənir. Bəzi hallarda antigen təbiətli oİmayan maddələr də al-lergik reaksiyaların inkişafma səbəb olur. Belə maddələrə h a p t e n -1 ə r deyilir. Haptenlər adi allergenlərdən molekullarmm nisbətən ki-çik olmasma görə fərqlənir. Onlar bilavasitə antigen təsiri göstərə bil-mir, yalnız orqanizmin özünəməxsus olan zülallarla birləşdikdən son-ra allergen xassəsi əldə edirlər (konyuqasiyaedici və ya kompleks an-tigenlər). Haptenlər qrupuna dərman maddələri, bəzi bəsit kimyəvi maddəİər (brom, yod, nikel və s.), həmçinin zülal təbiətli olmayan bir sıra mürəkkəb üzvi birləşmələr (mikroorqanizmlərin həyat fəaliyyəti məhsuliarı, polisaxaridlər) aiddir.

Allergenlər 2 qrupa bölünür: 1) ekzoallergenhr; 2) endoallergenhr. Xarici mühitdən orqanizmə daxil ola bilən saysız-hesabsız yad təbiətli maddələr ekzogen allergenlər (ekzoallergenlər) qrupuna aiddir. A.D.Ado və A.A.Polnerin təsnifatmda (1963) ekzoallergenlərin mən-şəyi əsas götürülür. Bu prinsipə görə, ekzoallergenləri aşağıdakı qrup-lara bölmək olar:


  1. Qeyri-infeksion mənşəli allergenhr: a) məişət allergenləri (mənzil tozu, kitabxana tozu və s.); b) epidermal allergenlər (yun, tük, epider-mis hüceyrələri); c) dərman allergenləri (antibiotiklər, sulfanilamid preparatları və s.); ç) istehsalat mənşəli kimyəvi maddələr (ursol, ben-zol, formalin və s.); d) tozcuqlar (ot, çiçək və ağac tozcuqları); e) qida allergenləri.

  2. İnfeksion mənşəli allergenhr: a) bakterial allergenlər (bakteriyalar və onlarm həyat fəaliyyəti məhsulları); b) göbələkciklər; c) viruslar.

Endogen allergenlər (endoallergenlər) isə orqanizmin özündə əmə-lə gələn allergenlərdir. Onlar təbii (ilkin) və qazanılmış (ikincili) ol-maqla, 2 qrupa bölünür. Endoallergenlərin əsas növləri 4-cü sxemdə təsvir edilmişdir.

Təbii endoallergenlərə bəzi toxumalann (göz bülluru, sinir toxıı-ması, endokrin vəzilər) dəyişikliyə uğramamış zülallan aiddir. Bıı to-xumalann fızioloji izoiyasiyası pozulduqda (zədələnmə nəticəsində) immunokompetent hüceyrələrdə onların zülallarınm əleyhinə təsir göstərən autoanticisimciklər yaranır. Belə güman edilir ki, normal halda immunokompetent hüceyrələrdə orqanizmin öz zülallanna qar-şı anticisimciklərin yaranmaması xüsusi ləngidici amillərin (immuno-repressorlar) təsiri ilə əlaqədardır. Bu cəhətdən təbii endoallergenlər (autoallergenlər) qrupuna aid olan toxumalarm zülalları müstəsnalıq təşkil edir. Bu toxumalar embrional dövrdən etibarən immunokom-petent hüceyrələrlə təmasda olmur. Buna görə, orqanizmdə həınin to-xuma zülallarımn spesifık immunorepressorları əmələ gəlmir və fərdi həyatın sonrakı mərhələlərində immun sistemin hüeeyrələri göstərilən zülalları «yad» kimi qəbul edir.

Qazanılmış qeyri-infeksion autoallergenlər fiziki, kimyəvi və başqa amillərin orqanizmin toxumalarma təsiri nəticəsində əmələ gəlir. Bəzi dərman maddələri də autoallergenlərin yaranmasına səbəb ola bilər. Orqanizmin zülalları bu maddələrlə birləşdikdən sonra antigen xassə-si əldə edir.

İnfeksion mənşəli autoallcrgenlər kompleks və sadə olmaqla 2 qru-pa bölünür. Kompleks autoallergenlərə infeksion amillə toxuma zü-lallarmm kompleks (toxuma-mikrob, toxuma-toksin) birləşmələri və ya konyuqatları (toxuma və mikrob, toxuma və toksin) aiddir. Kom­ pleks autoallergenlərin təsiri ilə əmələ gələn anticisimciklər həm komplekslərin özləri ilə, həm də onların tərkibinə daxil olan mikrobla birləşə bilər. Sadə autoallergenlər viruslarm orqanizmin hüceyrələrinə təsiri nəticəsində dəyişikliyə uğramış zülallardır. Bu antigenlərin əley-hinə olan anticisimciklər yalnız onlarm özləri ilə reaksiyaya girir, ay-rılıqda na hüceyrə ilə, nə də viruslarla birləşə bilmir.

ALLERGİK REAKSİYALARIN TƏSNİFATI.Allergik reaksiyalarm müxtəlif təsnifatları məlumdur. Onlardan Kukun (1930) təsnifatı daha geniş yayılmışdır. Bu təsnifata görə, al-lergik reaksiyalar 2 qrupa bölünür: 1) sürətli və 2) ləng gedişli reaksi-yalar.

Bu təsnifatm əsas göstəricisi sensibilizaliyaya uğramış orqanizmin allergenlə təmasda olduğu dövrdən allergik reaksiyalarm meydana çıxdığı ana qədər keçən müddətdir. Antigenin təkrarən orqanizmə daxil olduğu vaxtdan sonrakı 15-20 dəqiqə ərzində yaranan reaksiya-lar sürətli, 1-2 gün sonra yaranan reaksiyalar isə ləng gedişli allergik reaksiyalar hesab edilir. Anafilaktik şok, Overi fenomeni, övrə, Kvin-ke ödemi (angionevrotik ödem), sreum xəstəliyi, bronxial astmamn qeyri-infeksion forması, pollinoz və s. sürətli allergik reaksiyalar qru-puna aiddir. Ləng gedişli allergik reaksiyalara bakterial mənşəli aller-giyaları (tuberkulin tipli reaksiyalar), transplantatm aynlma reaksi-yasını. kontakt dermatitini və b. misal gösrəmək olar.

Yuxarıda təsvir edilən təsnifat indi də işlədilir. Lakin o, allergik reaksiyalarm bütün növlərini əhatə etmir; bəzi allergik reaksiyalarm ilk təzahürləri allergenin orqanizmə daxil olduğu andan 4-18 saat sonra meydana çıxır. Buna görə, sonralar allergik reaksiyalarm pato-genetik təsnifatları təklif edilmişdir. Belə təsnifatlardan biri A.D.Adoya (1970) məxsusdur. O, orqanizmin həssashğmm yüksəl-məsi ilə əlaqədar olan reaksiyaları həqiqi və yalançı (psevdoallergiya) olmaqla, 2 qrupa bölür. Həqiqi allergik reaksiyalar qrupuna inkişaf mexanizmi immun dəyişikliklərlə əlaqədar olan yüksək həssaslıq reaksiyaları aiddir. Orqanizmin həssashğınm iımnunitetlə əiaqədar olmayan yüksəlməsi isə psevdoallergiya hesab edilir. Həqiqi allergik reaksiyalar da immunoloji mexanizmlərinə görə 2 qrupa bölünür: 1) ximergik (hymor - şirə) reaksiyalar - bunlarm inkişafı allergenlə anti-cisimciyin qarşılıqh təsirindən asıhdır; 2) kitergik reaksiyalar - aller-genin sensibilizasiya olunmuş limfositlərlə birləşməsi nəticəsində inki-şaf edir. Sonralar A.D.Ado (1978) öz təsnifatmı təkmilləşdirərək, al-lergik reaksiyalarm immunoloji mexanizmlərinə daha geniş yer ver-mişdir. Ximergik reaksiyalarm anticisimcikləri B-limfositlərin iştirakı ilə sintez edildiyinə görə, onlara «B-limfositlərlə əlaqəli reaksiyalar» deyilir. Onlar anticisimciklərinin aid olduğu immunoqlobulin sinlınə görə A, C, E və M-qlobulin reaksiyalarma bölünür. Kitergik reaksi-yalara T-limfositlərlə əlaqəli olan reaksiyalar» adı verilmişdir.

ALLERGİK REAKSİYALARIN PATOGENEZİ.Allergenin orqanizmə daxil olması sensibilizasiya ilə nəticələnir. Sensibilizasiya ilk dəfə antigen daxil olımış orqanizmdə anticisimcik-lərin və sensibilizasiyaya uğramış limfositlərin yaranmasmdan ibarət-dir. Bunun nəticəsində, orqanizmin allergenə qarşı həssaslığı yüksəlir. Sensibilizasiya lıalını allergik reaksiyalarla eyniləşdirmək oimaz. Çün-ki, sensibilizasiyaya uğramış orqanizm çox vaxt praktik cəhətdən sağ-lam olur: allergik reaksiyalar isə yalnız sensibilizasiya olunmuş orqa-nizmə təkrarən antigen daxil olduqdan sonra yaranır. Buna görə, sen-sibilizasiya vəziyyəti allergik xəstəliklərin xəstəlikönü halı hesab edil-məlidir.

Yaranma üsuluna görə, aktiv passiv sensibilizasiya ayırd edilir. Allergen təbii yollarla orqanizmə daxil olduqda və ya süni surətdə or-qanlzmə yeridildikdə aktiv sensibilizaslya halı yaranır. Passiv sensibi-lizasiyanı eksperimental şəraitdə yaratmaq üçün aktiv surətdə sensibi-lizasiya edilmiş heyvanm qan serumunu və ya limfoid hüceüyrələrini eyni növdən olan sağlam heyvanm qan dövranma daxil edlrlər. Belə-liklə, aktiv sensiblllzasiya orqanizmin öz immun sisteminin iştirakı ilə yaranır. Passiv sensibüizasiya isə immunlaşdırılmış orqanizmə hazır şəkildə daxil edilən humoral anticisimciklərlə və ya immun hüceyrə-lərlə (immunositlər) əlaqədardır. Aktiv üsulla sensibilizasiya olunmuş dəniz donuzunda allergik reaksiyanı antigenin orqanizmə ilk dəfə ye-ridilməsindən ən azı 7-8 gün keçdikdən sonra yaratmaq mümkün-dür:allergik reaksiya (anafilaktik şok) senslbilizasiyamn 2-ci həftəsi-nin sonunda xüsusilə kəskin keçir. Passiv sensibilizasiya olunmuş orqanizmdə allergik reaksiyaları anticisimciklərin Inyeksiyasmdan 24-48 saat sonra yaratmaq olar (orqanlzmə antigen yeritmək yolu ilə). Bu müddət ərzində anticisimciklər orqanizmə yayıhr və hüceyrə-lərdə təsbit olunur.

Yalnız bir növ antigenə qarşı orqanizmin həssaslığmm yüksəlməsi monovalent sensibilizasiya adlanır. Eyni vaxtda bir neçə allergenə qar-şı həssaslığa isə polivalent sensibilizasiya deyilir. Müəyyən bir allergen vasitəsilə sensibillzasiya edilmlş orqanizmdə başqa allergen növünə qarşı yüksək həssaslıq əmələ gəlməsinə çarpaz sensibilizasiya deyilir. Sensibilizasiyanın bu növü eyni determinant qıupuna malik olan an-tlgenlərlə aparılan təcrübələrdə müşahidə edilir.

Allergiyanın mexanizmində iştirak edən prosesləri 3 mərhələyə bölmək olar:



  1. İmmun reaksiyalar mərhəhsi - bu mərhələyə orqanizmə ilk dəfə allergen daxil olması, anticisimciklərin və ya sensibilizasiya olunmuş limfositlərin yaranması və təkrarən orqanizmə daxil olan allergenlərlə anticisimciklərin birləşməsi aiddir;

Patokimyəvi reaksiyalar mərhələsi - immun reaksiyalar mərhələ-sinin sonunda allergenlərlə anticisimciklərin (və ya sensibilizasiya olunmuş llmfositlərin) birləşməsi bu mərhələnin başlanğıcına təkan verir. Patokimyəvi mərhələnin əsas xüsusiyyəti orqanizmdə allergiya mediatorlarmın yaranmasından ibarətdir;

3. Patofizioloji reaksiyalar mərhələsi (və ya khnik təzahürlər mər-hələsi) - bu mərhələ allergik madiatorlarm hüceyrə, orqan və toxu-malara patogen təsiri ilə əlaqədardır.

İnımun reaksiyalar mərhələsində orqanizmə daxil ohrıuş allergen əleyhinə spesifık immun cisimciklər (anticisimciklər) yaranır. Orqa-nizmdə sintez edilən anticisimciyin xarakteri allergik reaksiyanm nö-vünü müəyyən edir. Belə ki, sürətli allergik reaksiyalar humoral anti-cisimciklərlə, ləng gedişli allergik reaksiyalar isə xüsusi anticisimciklə-rə (və ya rcseptorlara) rnalik olan immun hüceyrələrin fəaliyyəti ilə əlaqədardır. Allergik reaksiyanm əlamətləri və gedişi onu törədən an-tigenlə reaksiyaya girən immunoqlobulinin növündən asılıdır. İmmu-noqlobulinlərin 5 sinfı məlumdur: IgG, IgM, IgA, IgE, IgD.

Ällergik reaksiyalann xarakteri anticisimciklərin aşağıdakı xassə-lərindən asıhdır: 1) antigeniə biıiəşmək qabiliyyəti (bu xassə IgM-də ən yüksək, IgG-də isə ən aşağı səviyyədə olur); 2) anticisimciyin toxu-maya daxil olmaq qabiliyyəti - bu xassə immunoqlobulinlərin mole-kul ölçüləri ilə əlaqədardır, irimolekullu IgM toxumalara çətinliklə daxil olur; 3) anticisimciyin toxumalarda toplanma qabihyyəti - bu cəhətdən IgE-nin fəallığı xüsusilə yüksəkdir. Adətən IgE-nin əsas his-səsi toxumalarda toplanır, qanda isə onun qatıhğı nisbətən az olur. O, bazofilləıiə və tosqun hüceyrələrlə asanlıqla birləşir. Allergik anti-cisimciklərin fiziki-kimyəvi xassələrinə görə, presipltasiya edən və presiptasiya etməyən növləri vardır. IgM və IgG presiptasiya edən, IgE isə presipitasiya etməyən anticisimciklər qrupuna aiddir. Əvvəllər allergik reaksiyalarda iştirak edən anticisimcikləri orqanizmdə törət-dikləri dəyişikliklərə görə müxtəlif qruplara bölürdülər. Bu cəhətdən natamam anticisimciklər, reaginlər, dərl sensihilizasiyaedici anticisim-ciklər və s. ayırd edilirdi. Aniigenlə presipitasiya və aqlütinasiya reak-siyalan verməyən anticisimciklərə «natamam anticisimciklər» adı ve-rilmişdi. Onlan antiqlobulin serumlan vasitəsilə təyin edirdilər. Praustnis-Küstner smağı üzrə dəri-allergik reaksiyaları verən antici-simciklərə «reaginlər»adı verilmişdi. Bu smağm mahiyyəti belədir: al-lergik xəstəliyi olan insanm qan serumu sağlam insanın dərisi içərisi-nə yeridilir; 1 gündən sonra həmin sahəyə allergen daxil edilir. Xəstə-nin qan serumunda reagin tipli anticisimcik olduqda serumun və an-tigenin yeridildiyi sahədə ödem və hiperemiya meydana çıxır. Reagin-lərin əksəriyyəti E tipli immunoqlobulinlər sinfinə (az miqdarı isə IgG sinfinə) aiddir.

Ləng gedişli allergik reaksiyalarm törədicisi olan allergenlər orqa-nizmdə immun sistem hüceyrələri ilə əlaqəli anticisimciklərin yaran-masma səbəb olur. Güman edildiyinə görə, bu anticisimciklər sintez edildikləri limfositlərdən ayrılmır. Sensibilizasiyaya uğramış limfosit-lər orqanizmə təkrarən daxil edilən allergenin ətrafma toplanır. Onla-rm miqdarı nə qədər az olarsa, allergik reaksiyanm sürəti də bir o qə­ dər zəif olur. Lakin limfositlər toplandıqca, reaksiyanm sürəti artır. Bu reaksiyalar T-limfositlərlə əlaqədardır. T-limfositlərdə ləng gedişli allergik reaksiyalarm yaranmasmda yaxmdan iştirak edən bir sıra bioloji aktiv maddələr (limfokinlər) sintez edilir. Onlardan Lourensin keçiricilik amilini xüsusi qeyd etmək lazımdır. Bu amili sensabiüzasi-ya edilməmiş orqanizmə yetirməklə, onda passiv sensibilizasiya halı yaratmaq mümkündür.

Adətən bir sıra allergenlər orqanizmdə eyni zamanda həm humo-ral, həm də hüceyrəvi anticisimciklərin yaranmasma səbəb olur. Buna görə, allergik reaksiyalarm əksəriyyəti qarışıq xarakterli olur. Gell və Kumbs (1968) allergik reaksiyalarda hüceyrə, toxuma və orqanlarm zədələnməsinə səbəb olan immun mexanizmləri 4 əsas qrupa bölürlər:



I.Atopik reaksiyalar (yunanca: atopos - qeyri-adi, özgə) - bu reaksiyalara reagin tipli hüceyrə zədələnməlari, sürətli allergik reaksiyalar və b. adlar verilmişdir. Atopik reaksiyalarm ümumi mexanizmi belədir: orqanizmə aliergen daxil olduqda immun sistemin hüceyrələrində reagin tipli anticisimciklər sintez edilir. Onlar əsasən tosqun hüceyrələrdə və bazofillərdə fıksə olunur. Beləliklə, orqanizmdə allergenə qarşı həssaslıq (sensibilizasiya) əmələ gəlir. Orqanizmə təkrarən daxil olan allergen reaginlə birləşir. Bu birləşmələrin təsiri ilə tosqun hüceyrələrdən və bazofillərdən müxtəlif allergiya mediatorları xaric olur.Mediatorlar bir tərəfdən orqanizmin mühafizəedici reaksiyalarım stimulyasiya edir, digər tərəfdən isə ona patogen təsir göstərirlər. Onlarm patogen təsirləri allergik reaksiyalar üçün səciyyəvi olan tipik zədələnmələrin və xəstəlik əlamətlərinin meydana çıxması ilə nəticələnir. Allergik reaksiyalarm bu tipinə ümumi və yerli anafilaksiyalar aiddir. Yerli anafılaksiyalarm da 2 qrupu vardır: dərinin (övrə, Overi
fenomeni) və daxili orqanlarm (bronxial astma, pollinoz) anafiiaksiyaları.

  1. Sistotoksik tipti reaksiyalar (sitoliz reaksiyaları) - bu reaksiya-larda anticisimciklər antigen determinantma malik olan hüceyrələrlə reaksiyaya girir. Hüceyrələrin antigen determinantlarmm iştirakı ilə yaranan allergik reaksiyalara hemotransfuzion şok, yenidoğulmuşla-rm hemolitik xəstəliyi və b. aiddir.

  2. İmmun komplekslərin reaksiyaları - bunlara Artyus tipli reaksi-yalar da deyilir. Çünki, bu mexanizm Artyus fenomeninin əsasmı təş-kil edir. Bu reaksiyaları törədən antigenlərin təsiri ilə orqanizmdə presipitasiyaedici anticisimciklər sintez edilir (presipitasiyaedici anti-cisimciklər əsasən A və M tipli immunoqlobulinlərdən ibarətdir). Bu anticisimciklər qanda və hüceyrəarası mayedə müvafiq antigenlərlə reaksiyaya girir. Əmələ gələn mikropresipitatlar damar divarmda və damarətrafı sahələrdə toplanır. Bunun nəticəsində mikrosirkulyasiya pozulur və toxumalarda müxtəlif xarakterli zədələnmələr (nekroza qədər) meydana çıxır. Bu reaksiyalarda komplement sistemi, lizosom fermentləri, superoksid radikalları və kallikrein-kinin sistemi iştirak edir.

  3. IV. Ləng tipli yüksək həssaslıq reaksiyaları. Bu reaksiyalarm mexa-nizmində sensibilizasiya uğramış T-limfositlər əsas yer tutur. Güman edildiyinə görə, T-limfositlərdə xüsusi anticisimcik növləri və ya re-septoıiarı olur. T-limfositlər bu anticisimciklər vasitəsilə antigenlərlə birləşir. Ləng tipli yüksək həssaslıq reaksiyalarmm mexanizmində sərbəst anticisimciklər iştirak etmir. Bu reaksiyaİarda iştirak edən limfositlərdə xüsusi fizioloji aktiv maddələr - limfokinlər sintez edilir. Limfokinlər hüceyrələrin zədələnməsinə səbəb olur və faqositləri pro-sesə cəlb edir. Limfokinlərin bir qrupu makrofaqlarm və polimorfnü-vəli hüceyrələrin allergen olan nahiyəİərə miqrasiyasmı (xemotaksis yolu ilə) sürətləndirir, digər qrupu isə onların faqositar aktivliyini ar-tınr. Bundan əlavə. limfokinlərin sitotoksik təsir göstərən və hüceyrə fəaliyyətini zəifiədən növləri də vardır.

Patokimyəvi dəyişikliklər mərhəhsi. Sensibilizasiyaya uğramış or-qanizmə təkrarən daxil olan allergenlər spesifik anticislmciklərlə bir-ləşib, allergen-anticisimcik kompleksləri (immun komplekslər) əmələ gətirir. İmmun komplekslərin yarandığı andan etibarən allergik reak-siyaların II mərhələsi başlayır. Bu mərhələnin əsas xüsusiyyətləri or-qanizmdə bioloji aktiv maddələrin (allergiya mediatorları) yaranma-smdan ibarətdir.Allergen-anticisimcik kompleksləri orqanizmin kom-plement sistemini və qanda qeyri-aktiv şəkildə olan proteolitik fer-mentləri (tripsinogen, plazminogen, kallikreinogen) aktivləşdirir, tos-qun hüceyrələri dcqranulyasiyaya uğratmaqla, onlarda olan bioloji aktiv maddələrin ətraf mühitə çıxmasma şərait yaradır.

Tosqun hüceyrələrin və bazofillərin aktivləşməsi sürətli aüergik reak-siyalarm (atopik reaksiyalar) patogenezində əsas mərhələlərdən biridir. Bu proses həmin hüceyrələrin deqranulyasiyası və allergiya mediatorla-rının ifraz edilməsi ilə xarakterizə edilir. Tosqun hüceyrələrdə və bazofil-lərdə sintez edilən allergiya mediatorlarınm 10-a qədər növü məlumdur. Mediatorlarm bir hissəsi hüceyrə daxilində sərbəst şəkildə olur. Bir sıra mediatorlar isə yalmz hüceyrələrin aktivləşdiyi dövrdə sintez edilir (iəng təsirli anafilaksiya mediatoru - LTAM, trombositaktivləşdirici amil və s.). Onlar damar divarlarma və qan hüceyrələrinə təsir edir, tosqun hü-ceyrələri aktivləşdirir, eozinofıllərin və neytrofillərin xemotaksisinə sə-bəb olurlar.

Mediatoıiarm tosqun hüceyrələrdən azad olması mürəkkəb pro-sesdir, onun mexanizmi hələlik tam aydmlaşdırılmamışdır. 34-cü şə-kildə histaminin və başqa mediatoıiarın sekresiyasının sxemi veril-mişdir: bu prosesdə iştirak edən antigenlər IgE qrupuna aid olan spe-sifik anticisimciklər vasitəsilə tosqun hüceyrələıiə birləşir. Histaminin azad olması üçün tosqun hüceyrə azı 2 molekul IgE ilə biıiəşməlidir. Güman edildiyinə görə, bu dövrdə IgE molekulları allosterik dəyişik-liyə uğrayır. Bunun nəticəsində allergiya mediatorlarmm (xüsusən histaminin) azad edilməsində iştirak edən ferment sistemləri aktivlə-şir. İlk növbədə ximotripsin tipli proesteraza aktivləşir. O, profosfoli-paza A-nı fosfolipaza A-ya (aktiv forma) çevirir. Bu fermentin təsiri ilə tosqun hüceyrələrin membranları struktıır dəyişikliklərinə uğrayır və onlarda mikroskopik borucuqlar əmələ gəlir. Mediatorlar həmin borucuqlardan ətraf mühitə çıxır. Tosqun hüceyrələrdən histaminin azad olmasmda «tsiklik» AMF və QMF də yaxmdan iştirak edir. Tsiklik AMF bu prosesi zəiflədir, tsiklik QMF isə sürətləndirir. Ca2+ ionları profosfolipaza A-nı fosfolipaza A-ya çevirən proesterazam aktivləşdirmək və hüceyrələrin təqəllüsedici aparatım (mikroborucuq-lar, mikrofilamentlər) ehtizaza gətirmək yolu ilə mediatorların azad olmasmı sürətləndirir. Fosfolipazmm hüceyrə membranlarma təsiri bir neçə mərhələdən ibarətdir: 1) hüceyrə membranlarmda olan fosfa-tidlər lizofosfatidlərə çevrihr (fosfatidlər təbəqəşəkilli, lizofosfatidlər isə qranulyar formalı olur). Lizofosfatidlərin qranulyar forması onla-ra yüksək özlülük verir. Bunun sayəsində lizofosfatidlər tərkibində mediatoıiar olan hüceyrə dənəcikləri ilə daha möhkəm birləşir: 2) fos-folipaza adrenalattsiklaza fermentinin reseptor sahəsində olan spesi-fik fosfolipidi molekuldan ayırır. Nəticədə adenilattsklaza inaktivləşir və tosqun hüceyrələrdə «tsiklik» AMF-in sintezi azalır; 3) fosfolipaza aktivliyi Ca2+ ionlarmdan asıh olan ATF-azamn fəallığım azaldır. Histaminin toxuma mənşəli liberatoru da (azadcdici amil) bu prosesə yuxarıda təsvir edilən mexanizm üzrə təsir göstərir (bu amilə (48/80 nömrəli maddə) adı verilmişdir).

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət