Ana səhifə

Hüquqi Yardım” İB-nin resurslarından istifadə edə bilərsiniz


Yüklə 5.92 Kb.
tarix15.06.2016
ölçüsü5.92 Kb.
Hüquqi Yardım” İB-nin resurslarından istifadə edə bilərsiniz.
“Hüquqi Yardım” İB-yi 2003-cü ildə əhalinin aztəminatlı təbəqələrinə (əlil, təqaüdçü, hərbçi və şəhid ailələrinin üzvlərinə) pulsuz hüquq xidmətinin göstərilməsi və cənub regionunda əhalinin hüquqi marifləndirməsini həyata keçirmək məqsədi ilə Lənkəran şəhərində yaradılmışdır. Birlik 2004-cü ilin iyul ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınmışdır. Birlik qeyri –siyasi, qeyri- kommersiya və qeyri – dini təşkilatdır. Bu günədək birlik 10-dan yuxarı layihə və proqram həyata keçirmişdir və bir çox hüquq assosiasiyaların üzvüdür

“Hüquqi Yardım” İB-nin Lənkəran şəhərinin mərkəzində yerləşən ofisi fəaliyyət göstərir. Ofisdə müxtəlif seminar-treninq, dəyirmi-masa və konfransların keçirilməsi üçün konfrans zalı vardır. 20 nəfər iştirakçı tutan konfrans zalında hər cür şərait vardır. Burada kompüter avadanlığından, skaynerdən, printerdən, proyektordan, fotoaparatdan, lövhədən və s. istifadə etmək olar. Iştirakçıların oturub işləməsi üçün konfrans zalında rahat mebellər vardır. Iştirakçılar üçün cay-kofe fasiləsinin təşkilinə hər cür şərait yaradılmışdır. Konfrans zalı yay və qış fəsillərində normal tempratur ilə təmin edilir. Konfrans zalında müxtəlif hüquq ədəbiyyatlarından və digər kitablardan istifadə etmək olar.

“Hüquqi Yardım” İB-yi konfrans zalını digər QHT-lərin də istifadəsinə verə bilər. Bunun üçün tədbir keçirmək istəyən təşkilat azı 5 gün qabaq “Hüquqi Yardım” İB-nə konfrans zalından istifadə etmək istədiyi barədə xəbərdar etməlidir. Arzu olunduqda iştirakçıların yığılmasına “Hüquqi Yardım” İB-yinin işçiləri kömək edə bilərlər. Qiymətlər qarşılıqlı razılıq əsasında müəyyən edilir. Ödəniş nağd qaydada aparılır. Sifarişçiyə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş maliyyə qəbzi də verilir.

Əlaqə telefonları: (0171) 5 02 73 ofis.

(050) 314 60 42 mobil.

Əlaqələndirici şəxs: İlqar Qasımov.




Hüquqi Yardım” İB-nin maliyyə departamenti.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət