Ana səhifə

Hələ də onun istədiyi kimi ola bilməmişəm


Yüklə 7.46 Kb.
tarix11.06.2016
ölçüsü7.46 Kb.
Emil Bədəlovun Xanımı: “... hələ də onun istədiyi kimi ola bilməmişəm”

Müğənni Emil Bədəlovun həyat yoldaşı Xanımın ailəm.az-a müsahibəsi



  • Biz Emili çox sakit və yolagedən biri kimi tanıyırıq. Bəs Emil Bədəlov ailədə necə bir insandı?

  • Çox yaxşı. Diqqətcil, qayğıkeş, mehriban..



  • Adətən kişilər önəmli günləri unudurlar.

  • Yox, o,unutmur. Hətta mən unuda bilərəm amma o yox.



  • Tarzən Firuz Əliyevin qızı və müğənni Emil Bədəlovun həyat yoldaşı Xanım... musiqi artıq sənin həyatının bir parçasına çevrilib. Bunu ailədə nə dərəcədə hiss etdirə bilirsən?

  • Mən onun evdəki prodüseriyəm. Əslində özünün prodüseri var. Amma mahnılarının sözlərini yazıram, müəyyən mahnıların seçimində kömək edirəm.



  • Siz ona dəstəksiniz. Bəs o necə? Evdə sizə kömək edir?

  • Hərdən. Çünki çox vaxt yatır. Həm də o, deyir ki, kişinin öz işi olmalıdı, qadının öz işi. Necə deyərlər malı mala qatmaq olmaz.



  • Emilin qız dostlarını tanıyırsan? Və ya onların varlığı hansısa problemlərə səbəb olur?

  • Emilin həddən çox qız dostu var. İnstagramda, Facebookda xüsusi ilə çoxdu. Amma bu, mənim üçün problem deyil. Çünki, Emil onların kimliyini məndən gizlətmir. Hətta çox vaxt onların yazdığı mesajları birgə oxuyub cavablandırırıq.



  • Emilin telefonunda parol var?

  • Heç vaxt.. Parol olsa “uje vse” ... artıq nəsə var deməkdir. Amma nə yalan deyim, Facebook parolunu bilmirəm. Sözün düzü soruşmamışam. Çünki düşünürəm ki, bu, düzgün olmaz.





  • Problemsiz ailə olmur. Yəqin cuzi də olsa problem yaşanır. Sirr deyilsə əsasən nəylə bağlı mübahisə edirsiniz?

  • Gülməli olsa da, deyəcəm. Bizdə yeganə problem köynəyin “varatnik”i ilə bağlı olur. Çünki yaxşı ütüləyə bilmirəm. Hər dəfə buna görə mübahisə edirik. Amma nə yalan deyim bu məsələdə hələ də onun istədiyi kimi ola bilməmişəm.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət