Ana səhifə

Gənclərin İnkişafı İctimai Birliyi


Yüklə 30.48 Kb.
tarix22.06.2016
ölçüsü30.48 Kb.
Gənclərin İnkişafı

İctimai Birliyi

İnsan Hüquqlarının Tədrİsi üzrə Mİllİ TƏLİM Kursu

14-19 dekabr 2006-cı il, Bakı, Azərbaycan
Ümumi məlumat
Avropa Şurası Gənclər və İdman Direktorluğu 2000-ci ildən İnsan Hüquqlarının Tədrisi üzrə Gənclər Proqramını həyata keçirməyə başlamışdır. Proqramın əsas məqsədləri aşağıdakılardır:


  • Sosial istisna, zorakılıq, irqçilik, dözümsüzlük və ayrıseçkilik kimi insan ləyaqətini alçaldan faktlara qarşı cavab olan vasitələrin tapılması;

  • Gəncləri üzləşdikləri irqçilik, ksenofobiya, ayrıseçkilik və cinsi mənsubiyyətə görə zorakılığa qarşı strategiya və tədbirlərin hazırlanmasına cəlb etmək;

  • İnsan hüquqlarının tədrisində praktiki istifadə üçün tədris vəsaitlərinin və metodoloji əsasların hazırlanması;

  • Avropa qitəsi üzrə insan hüquqlarını təşviq edən təlimçilər, fəallar və gənclər təşkilatlarının şəbəkələrinin qurulması və inkişafı;

  • İnsan hüquqlarının tədrisi sahəsində pilot layihələrin və tədbirlərin həyata keçirilməsinin dəstəklənməsi;

Gənclərlə iş sahəsində insan hüquqlarına xüsusi diqqət ayrılmasını qarşısında əsas vəzifə kimi qoyan proqram çərçivəsində “Kompas – gənclərin iştirakı ilə insan hüquqlarının tədrisi üzrə vəsait” nəşr olunmuşdur. İnsan hüquqlarının tədrisi sahəsində fəaliyyət göstərən gənc liderlər, təlimçilər və fəallar üçün nəzərdə tutulan bu vəsait istifadəçilərinə insan hüquqlarının tədrisi üçün əsrarəngiz yanaşma və metodologiya təqdim edir.


İyirmiyə yaxın dilə tərcümə olunan “Kompas” artıq Azərbaycan dilində də nəşr olunmuşdur. “Kompas”ı Azərbaycanda insan hüquqlarının tədrisi sahəsində fəaliyyət göstərən gənclərə təqdim etmək üçün Gənclərin İnkişafı İctimai Birliyi Avropa Şurası Gənclər və İdman Direktorluğunun dəstəyi ilə İnsan Hüquqlarının tədrisi üzrə təlim kursunu təşkil edir.
Tədbirin işçi dili
Kursun işçi dili Azərbaycan dili olacaqdır.
İştirakçılar
Azərbaycanın müxtəlif regionlarından olan insan hüquqlarının tədrisi sahəsində fəaliyyət göstərən gənc liderlər, gənclər sahəsi işçiləri, təlimçilər, fəallar, QHT təmsilçiləri.

İştirakçıların seçim meyarları:



Qeydiyyat formasının göndərilməsi və namizədlərin seçim qaydaları

Təlim kursunda iştirak etmək üçün bütün namizədlər əlavə olunmuş qeydiyyat formasını doldurub Gənclərin İnkişafı İctimai Birliyinə göndərməlidirlər. Qeydiyyat forması təmsil etdiyi təşkilatın dəstək məktubu ilə birgə göndərilir.

İştirakçıların seçimi tələb olunan sahədə təcrübənin, coğrafi və gender balansın gözlənilməsi əsasında aparılacaq. Üstünlük güclü motivasiyaya əsaslanan namizədlərə veriləcək.

Qeydiyyat formasının qəbulunun son müddəti 2006-cı il dekabr ayının 5-dir.

2006-ил dekabr ayının 10 kimi namizədlərə onların seçildiyi barədə məlumat göndəriləcək.
Yalnız bütün təlim kursu ərzində iştirak edən iştirakçılara sertifikatlar təqdim olunacaq. Əgər kimsə bu və ya digər səbəbdən təlim kursunda iştirak edə bilmirsə qabaqcadan bu haqda “Gənclərin İnkişafı İctimai Birliyinə” xəbərdarlıq etməlidir.

İştirakçıların yaşayış, yemək və yol xərcləri


İştirakçıların bütün yaşayış və yemək xərcləri ödəniləcək. Tədbirin gəlmə günü 14 dekabr gediş günü 19 dekabrdır. Yol xərcləri ödənilməyəcək.

Gənclərin İnkişafı

İctimai Birliyi

İnsan Hüquqlarının Tədrisi üzrə Milli TƏLİM Kurs

14-19 dekabr 2006-cı il, Bakı, Azərbaycan
QEYDİYYAT FORMASI

(xahiş edirik əllə doldurulduqda baş hərflərdən isatifadə edəsiniz)
I. Namizəd haqqında məlumat:

Adı: Soyadı:


Doğulduğu tarix: Cinsi: qadın kişi

İşçi dillər: Azərbaycan Rus Digər (qeyd edin):

Ünvan:
Tel: Mobil: Elektron poçtu:


Hazırki iş yeri:
II. Təşkilat haqqında məlumat:
Adı:
Ünvan:
Tel: Faks:
Elektron poçtu: İnternet ünvanı:
Təşkilatda tutduğu vəzifə:

Təşkilatın əsas fəaliyyət istiqamətləri haqqında qısa məlumat verin:



III. Təlimçi kimi təcrübəniz haqqında

3.1 Hansı təlimlərdə iştirak etmişsiniz?

3.2 Hansı tədris və təlim fəaliyyətinə təlimçi kimi cəlb olunmuşsunuz? (qısa şəkildə təlimin adı, əhatə etdiyi qrupu və məqsədlərini göstərəsiniz)

3.3 İnsan hüquqlarının tədrisi sahəsində təcrübəniz:



IV. Motivasiya və gözlənilən nəticə

4.1 Təlim kursunda iştirakınızın məqsədi:

4.2 İnsan hüquqlarının tədrisi ilə bağlı hansı bilik və bacarıqlara ehtiyacınız var?

4.3 Təlimdə əldə edəcəyiniz bilik və bacarıqları fəaliyyətinizdə necə istifadə edəcəksiniz?



Xahiş edirik bu qeydiyyat formasını doldurub 2006-cı il dekabr ayının 7–dək

bayramov77@yahoo.com ünvanına göndərəsiniz





Əlavə məlumat üçün:

Gənclərin İnkişafı İctimai Birliyi


Bakı ş. M.Hüseyn küç. 71/29

Mobil: (055) 225 76 06






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət