Ana səhifə

Gənclər Hərəkətdə


Yüklə 8.42 Kb.
tarix12.06.2016
ölçüsü8.42 Kb.
«ЭЯНЪЛЯР ЩЯРЯКЯТДЯ» layihəsinin davamı Lənkəranda
Məlumat üçün bildiririk ki, “Gənclər Hərəkətdə” layihəsi ABA/CEELI (Amerika Hüquqşunaslar Assosiyasiyasi/ Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsləri) təşkilatının “İnsan hüquqları Klubu-hamının məkanı” Proqramının tərkib hissəsi olaraq Gənc İnsan Hüquq Müdafiəçiləri İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin mərkəzi ideyası Avropa İnsan Hüquqları və Azadlıqlarının müdafiəsi haqqında Konvensiyası və insan hüquq və azadlıqlarının Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə olunması mexanizmləri haqqında ictimaiyyətin geniş məlumatlandırılması məqsədi ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən təşviqatçı-həmyaşıdların hazırlanmasından ibarətdir.

Adı çəkilən layihənin məntiqi davamı olaraq layihədə iştirak edən təşviqatçı-həmyaşıdların təmsil etdikləri icmalarda maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Silsilə xarakterli tədbirlərdən biri də 11 iyul 2006-cı il tarixində İqtisadi-Hüquqi Maarifçilik Mərkəzinin (İHMM) Lənkəran nümayəndəliyinin texniki və informasiya dəstəyi ilə Mərkəzin hüquqşunası Ziya İsmayılov tərəfindən Lənkəran rayonu Girdəni kənd icmasında təşkil edilən dəyirmi masa olmuşdur.

Tədbirdə Z. İsmayılov dəyirmi masa iştirakçılarına Avropa İnsan Hüquqları Konvensiyasının qəbul edilməsi, qüvvəyə minməsi, Konvensiyaya əlavə edilmiş 3, 5, 8 və 11 saylı Protokollar, habelə BMT Baş Məclisi tərəfindən bəyan edilmiş insan hüquqları haqqında Ümumi Bəyannaməsi haqqında ilkin məlumat verərək daha sonra Avropa Şurasının yaranması, məqsədi, üzvlük məsələləri, üzv ölkələrin üzərinə götürdükləri öhdəliklərdən bəhs etmişdir. Girdəni icmasında təşkil olunmuş dəyirmi masada əsas diqqət Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) və Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM), o cümlədən məhkəməyə müraciət etmə qaydaları və presedentlər haqda müfəssəl məlumatların yayılması, AŞ-na üzv olduqdan sonra Azərbaycan Respublikasının qanunvericilik və məhkəmə sistemində aparılan çox şaxəli islahatlar və onların nəticələri barədə ictimaiyyət nümayəndələrinin maarifləndirilməsinə yönəlmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapmış əsas insan hüquqları və azadlıqlarının təminatı və müdafiəsi, habelə bu sahədə Məhkəmə-Hüquq Şurası, Ombudsman Aparatı, eləcə də Ədliyyə sisteminin rolundan bəhs edildi.

Tədbir icma nümayəndələrinin fikir mübadiləsi ilə müşayiət olunurdu. Sonda tədbir iştirakçılarına İHMM-nin Lənkəran nümayəndəliyi tərəfindən təqdim olunan hüquqi ədəbiyyat paylandı.

Xatırladaq ki, bu tip növbəti tədbirin 15 iyul 2006-cı il tarixində İHMM-nin Lənkəran nümayəndəliyində gənclər qrupu, QHT və KİV nümayəndələri üçün keçiriləcəyi planlaşdırılır.



İştirak etmək arzusunda olanlar əlavə məlumat üçün İHMM-nin Lənkəran nümayəndəliyinin ofisinə müraciət edə bilərlər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət