Ana səhifə

Əmtəə istehsalı və pul


Yüklə 12.11 Kb.
tarix09.06.2016
ölçüsü12.11 Kb.
Əmtəə istehsalı və pul
Bazar iqtisadiyyatının əsasını xüsusimülkiyyət və əmtəə istehsalı təşkil edir.Təsərrüfat tiplərinin təşkili və onların təkamülü iqtisadi qanunauyğunluqları çərçivəsi daxilində həyata keçirilir.Təsərrüfat tiplərinin təşkili formaları bunlardır:a)natural təsərrüfat b)sadə əmtəə təsərrüfatı v)kapitalist əmtəə təsərrüfatı q)planlı əmtəə təsərrüfatı

Təsərrüfat təşkili tiplərinin tarixən ilkin forması natural istehsaldır.Natural təsərrüfat feodal mülkiyyəti ilə də çox xarakterikdir.Natural təsərrüfatın əsasını əkinçilik,maldarlıq və ev sənayesi təşkil edir.Natural təsərrüfat dağınıq idi.Natural təsərrüfatda ənənəvi istehsal,eyniadlı məhsul istehsalı xarakterik xüsusiyyət kəsb edir.Bu təsərrüfat tipində torpaq üzərində xüsusi mülkiyyət yox idi,hər şey dövlətin əlində cəmləşirdi.

Əmtəə təsərrüfatı forması natural təsərrüfatın əksi kimi yaranmışdır.Təsərrüfat tiplərinin sonrakı təkamülüi ctimai əmək bölgüsünü yaradır.İbtidai-icma istehsalında əkinçiliklə yanaşı maldarlıq da yaranır.Əlverişli ərazilərdə maldarlıq daha da inkişaf edir və əsas əmək fəaliyyətinə çevrilir.Bir çox qəbilələr əkinçilikdən maldarlığa keçirlər.Maldar tayfaların əkinçılikdən ayrılması birinci ictimai əmək bölgüsünü yaradır.Əmək alətlərinin təkmilləşdirilməsi və yayılması əməyin sonrakı ixtisaslaşmasını doğurur.Bu proses icmalarda müəyyən adamların sənətkarlıqla məşğul olmasını yaradır.İcmalarda sənətkarların formalaşması ikinci əmək bölgüsünü yaradır.Sənətkarlığın əkinçilik təsərrüfatından ayrılması epizodik xarakter daşıyan məhsul mübadilsini daimi məhsul mübadiləsinə çevirir.Əmtəə mübadiləsi ilə xüsusi qrup adamlar-tacirlər məşğul olurlar.Bu isə üçüncü ictimai əmək bölgüsünü yaradır.

Natural təsərrüfatın əmtəə təsərrüfatı ilə əvəz olunması uzunmüddətli,mürəkkəb və çoxcəhətli bir proses olmuşdur.Bu onunla izah olunur ki,natural təsərrüfat inyersiyalı və durğun təsərrüfat tipidir.Natural təsərrüfatdan fərqli olaraq əmtəə təsərrüfatı istehsalın elə bir təşkili formaısıdır ki,burada istehsal olunan məhsullar ancaq mübadilə sferasına daxil olur.

Müxtəlif əmtəələr insanların müxtəlif tələbatını ödəyir.Əmtəənin faydalılığı,insanın bu və ya digər bir tələbatını ödəmək xassəsi onu istehlak dəyəri edir.İstehlak dəyəri hər hansı bir şeyin təbii xassəsindən asılıdır.Əmtəənin istehlak dəyəri natural təsərrüfatda yaradılan məhsulun istehlak dəyərindən fərqlənir.Əmtəə isə ictimai istehlak dəyərinə malik olmalıdır.Əmtəənin istehlak dəyəri cəmiyyətin digər üzvlərinin tələbatını ödəməlidir.

Məhsulun əmtəəyə çevrilməsi üçün mübadilə dəyərinin olması şərtdir.Çünki mübadilə dəyəri kimi bütün əmtəələr müəyyən bir kəmiyyət nisbətində bir-birinə dəyişdirilməlidirlər.Belə ki,əmtəələrin mübadilə dəyərini onların istehlak dəyərilə müəyyən etmək olmur.Əgər bu belə olardısa bərabəri bərabərsizliklə,ölçüləni ölçülməyənlə eyniləşdirmək olardı.Əmtəənin mübadilə dəyəri imkan verir ki,bu əmtəələr müəyyən nisbət daxilində bir-birinə bərabərləşdirilsin.Çünki dəyəri yaradan ictimai əməkdir,bu ictimai əmək dəyər formasında mübadilə prosesində təzahür edir.Deməli,əmtəənin müəyyən bir miqdar nisbətində başqa əmtəəyə dəyişdirilmə qabiliyyəti onu mübadilə dəyəri edir.

İstehlak dəyəri və mübadilə dəyəri kateqoriyalarını elmi ədəbiyyata Aristotel,A.Smit,D.Rikardo,K.Marks və başqa alim-iqtisadçılar gətirmişdir.Əmək-dəyər nəzəriyyəsinin tərəfdarları göstərirdilər ki,keyfiyyətcə müxtəlif,kəmiyyətcə ölçülə bilməyən əmtəələr mübadilə oluna bilər.

A.Smit əmtəə istehsalına sərf edilən əməyi,alınan əməyi,mənfəəti və torpaq rentasını dəyərə aid edir.D.Rikardo vəD.R.Mak-Kullox dəyəri istehsal xərcləri kimi,J.B.Sey isə şeyin faydalılığı kimi izah edirlər.

İqtisadi ədəbiyyatda əmtəə dəyərinin kəmiyyəti və onun qiyməti haqqında da mübahisələr mövcuddur.Məsələn A.Smit dəyərin ölçü vahidi kimi bəzən onun istehsalına sərf olunan iş vaxtını,bəzən də əməyin özünün dəyərini götürür.D.Rikardo isə iddia eidrdi ki,dəyərin ölçü vahidi istehsalın ən pis şəraitində sərf olunan iş vaxtıdır.

Dəyər kateqoriyası dəyərlilik məfhumu ilə əlaqədardır.Əmtəənin dəyəri müəyyən bir konkret tarixi şəraitdə iqtisadi dəyərliliyin xüsusi təzahür formasıdır.

İnsan cəmiyyəti iqtisadi fəaliyyətsiz yaşaya bilməz,iqtisadi dəyərliliyi isə məqsədin və bu məqsədə nail olmaq vasitəsinin vəhdəti kimi götürmək lazımdır.Əmtəə istehsalı şəraitində dəyərlilik dəyər forması alır.İqtisadi dəyərlilik eyni zamanda nəticənin və məsrəflərin vəhdətidir.Deməli,iqtisadi dəyərlilik nemətlərin iqtisadi faydalılığı ilə onların istehsalına çəkilən iqtisadi məsrəflərin vəhdətidir.

Məhdud nemətlər dəyərliliyə malikdir.Odur ki,az tapılan nadir nemətlər dəyərliliyin ünsürü kimi çıxış edir.Nemətlərin iqtisadi faydalılığı onların məhdudluğundan asılıdır.



İqtisadi subyektin,istehsalçının xərclərinin nəticəsi özünü doğrultmursa,yəni yaradılmış nemətlər faydalı deyildirsə subyekt hec bir məsrəfə yol verməz.Buradan belə bir nəticəyə gəlmək olar ki,son məsrəflər və ya son nemətlər istehsalına çəkilən xərclər son faydalılıqdan artıq olmamalıdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət