Ana səhifə

Embassy of the United States of America Office of Public Affairs


Yüklə 18.9 Kb.
tarix14.06.2016
ölçüsü18.9 Kb.
Embassy of the United States of America

Office of Public Affairs

B
Phone: +(99412) 498 03 35

Fax: +(99412) 498 93 12

URL: http://baku.usembassy.gov/
aku, Azerbaijan


83, Azadlıq Prospekti

AZ1007 Bakı, Azerbaycan

Email: HuseynguliyevMM




10.07.2007

PR/CCSP/11

PRES-RELİZ


Təhvilvermə Mərasimi
9 İyul 2007-ci ildə Uşaqların Xilası Təşkilatı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin sonuncuya təhvili haqqında saziş imzalanması ilə bağlı mərasim keçirilib. Bu təhvilvermə prosesi, xüsusi qayğıya ehtiyacı olan uşaq və ailələrə müstəsna dəstək xidmətləri göstərən Mərkəzin fəaliyyətinin davamlılığını Dövlət Proqramı çərçivəsində təmin etmək məqsədilə Azərbaycan höküməti və Uşaqların Xilası təşkilatı ilə olan sıx əməkdaşlığın yeni mərhələsidir.
Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə yaradılmış və Uşaqların Xilası Federasiyası və Azərbaycana Birgə Yardım Təşkilatının əməkdaşlığı ilə “Uşaqlara İcma-əsaslı Dəstək Proqramı” (UİDP) çərcivəsində fəaliyyət göstərən üç mərkəzdən biridir.2004-cü ilin oktyabr ayından başlayaraq Azərbaycanın üç ərazisində – Şüvəlan (Bakı), Mingəçevir və Goranboyda həyata keçirilən “Uşaqlara İcma-Əsaslı Dəstək Proqramı”nın əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə sosial inteqrasiyasını və onlara icma-əsaslı qayğının göstərilməsini təbliğ etməkdir. Mərkəzin yaradılmasının əsas məqsədi icma inkişafı fəaliyyətləri, ailə dəstək xidmətləri və müxtəlif uşaqyönümlü xidmətlər göstərməklə, dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qarşısını almaq və uşaqların ailələrə geri qaytarılmasını təbliğ etməkdir.
Alternativ dəstək xidmətləri göstərməklə, Uşaqların Xilası Təşkilatı dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramında təsbit olunduğu kimi, uşaq müəssisələri kimi qeyri-məqsədəuyğun mövcud qayğı modellərinə alternativ olan icma-əsaslı alternativ dəstək xidmətlərini nümayiş etdirir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində Uşaqların Xilası Təşkilatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq problemlərinin həlli istiqamətində birgə müxtəlif layihələr həyata keçirir. Mərkəzlərin gələcək xidmət və fəaliyyətinin davamlılığını və eyni zamanda, ehtiyac duyulan digər alternativ sosial dəstək xidmətlərinin yaradılmasını təmin etmək məqsədilə Uşaqların Xilası Təşkilatı hər üç mərkəzi Azərbaycan Hökümətinə təhvil verir. Növbəti Goranboy Mərkəzinin təhvili ilə bağlı sazişin imzalanma mərasimi 12 İyul 2007-ci ildə keçiriləcək.
Qadın, Uşaq və Ailə Problemləri üzrə Dövlət Komitəsinin Sədri Hicran Hüseynova bu əlamətdar gün münasibətilə təbrik nitqi ilə mərasimi açıq elan edərək, belə mərkəzlərin yaradılmasını və dövlətə təhvil verilməsini De-institusionalizasiya və Alternativ Qayğı Dövlət Proqramı çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilməsi və sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən mühüm addım hesab etdiyini qeyd etdi .
Uşaqların Xilası Təşkilatının Ölkə Direktoru Cef Ciakomini de-institusionalizasiya istiqamətində həyata keçirilən mühüm fəaliyyətlər haqqında məlumat vermişdir. O, öz nitqində xüsusilə qeyd etdi ki, təhvilvermə prosesi yalnız mərkəzin obyekt kimi, proqramın sonu olaraq bir mənalı qaydada Komitənin balansına verməkdən ibarət deyil; bu, xüsusi qayğıya ehtiyacı olan ailə və uşaqlar üçün yeni alternativ dəstək xidmətlərinin yaradılamsı və təkmilləşdirilməsi yönümündə Komitə, QHT-lər və aidiyyatı hökümət qurumları ilə olan sıx əməkdaşlığın yeni mərhələsidir.
Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Ələkbər Heydərov, öz nöbəsində, Şüvəlan Uşaq və Ailə Dəstək Mərkəzinə İcra Hakimiyyətinin dəstək və köməyini əsirgəməyəcəyinə və gələcəkdə bu cür mərkəzlərin Dövlət Komitəsinə təhvil verilməsinin davamlı olacağına ümid bəslədiyini bildirmişdir.
Söyıənilən təbriklərə qoşularaq , Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) prezidenti Əhməd Erentok Dövlət Komitəsinin, yarandığı gündən etibarən qısa müddət ərzində əldə etdikləri nailiyyətlərdən danışmış və bu təhvilvermə prosesini bu uğurların bariz nümunəsi kimi xüsusi vurğulamışdır.
Tədbirdə Millət vəkilləri İlham Məmmədov və Lalə Abbasova, YUNİSEF-in ölkəmizdəki nümayəndəsi Hanaa Sinqər, İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova, Bakı-Türkiyə Özəl Litseyləri Baş İdarəsinin rəisi Adəm Önal, Türkiyə Səfirliyinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, Nazirlər Kabinetinin və Milli Araşdırmalar Mərkəzinin, BMT-nin Əhali Fondunun, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişdir. Bundan əlavə, “Göy Qurşağı” Reabilitasiya Mərkəzinin, “Dəcəllər” Daun Sindromlu Şəxslərin Assosiasiyası və “Ümid Yeri” Cəmiyyətinin və bir sıra başqa yerli mərkəzlərin nümayəndələri də mərasimdə iştirak etmişdir.

Rəsmi çıxışlardan sonra Şüvəlan Mərkəzindən bəhrələnən uşaqlar tərəfindən hazırlanmış şer, rəqs, mahnı və səhnəciklərlə mərasim davam etdi. Tədbirin sonunda mərkəzlə və onun göstərdiyi xidmətlərlə ətraflı tanışlıq keçirildi.


Uşaqların Xilası Təşkilatı (ABŞ) (www.savethechildren.org), Azərbaycana Birgə Yardım Təşkilatı (www.uafa.org.uk) və ABŞ İnkişaf Agentliyi (www.usaid.gov) haqqında ətraflı məlumat almaq istəsəniz, həmin təşkilatların internet səhifələrinə baxa bilərsiniz.

Tədbirlə bağlı məlumat üçün Uşaqların Xilası Təşkilatının İnformasiya Koordinatoru, Əsgərova Sevinc ilə əlaqə saxlaya bilərsiniz: (+994 12) 498 02 13 və ya 493 73 48


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət