Ana səhifə

Elektrotexnikanin əsaslari fənnindən test suallarina hazirlaşmaq üÇÜn metodik vəsait


Yüklə 132.88 Kb.
tarix09.06.2016
ölçüsü132.88 Kb.
ELEKTROTEXNIKANIN ƏSASLARI FƏNNINDƏN TEST

SUALLARINA HAZIRLAŞMAQ ÜÇÜN
METODIK VƏSAIT
Dinləyicilər ixtisas artırma kursunda elektrotexnikanın əsasları fənnini keçirlər. Məlumdur ki, bu fənn bütün mühəndis-elektriklər keçən ixtisas fənlərin bünövrəsini təşkil edir. Bu metodik vəsaitin məqsədi sabit və dəyişən cərəyan dövrələri üçün elektrotexnikanın əsas qanun və prinsiplərini dinləyicilərin yaddaşında canlandırmaqdır. Fənnin qavrayıb mənimsənilməsi məqsədilə dinləyicilərə elektrotexnikanın hər vacib bölməsinə aid bir necə praktiki əhəmiyyət daşıyan həlli ilə məsələ təqdim olunur.Məsələlər konkret rəqəmlərlə iki variant üçün həll olunub. Dinləyicilər metodik vəsaitdəki məsələləri araşdırıb öyrəndikdən sonra məqbuldakı hesabat suallarına asanlıqla cavab verə biləcəklər.

Sabit cərəyan dövrələri
Məsələ №1 Om qanunu
Bir çox hallarda tələb olunur mürəkkəb elektrik dövrənin hansısa ardıcıl birləşmiş bir hissəsində bir neçə elektrik mənbələri (e.h.q.)iştirak edən budağından axan cərəyanı təyin etmək. Bu halda Om qanunu aşağıdakı şəkildə istifadə olunur.

(1)

Burada:∑ Rk - budaqda olan müqavimətlərin cəmidi;

φa –“a” düyünün potensialidir;

φb –“b” düyünün potensialidir;

Uab=( φa- φb)

∑Ek- budaqda olan e.h.q-lərin cəbri cəmidiR

E.h.q. mənbəyinin istiqaməti gərginliklə üst-üstə düşərsə, bu zaman müsbət götürülür. Əks halda - mənfi götürülür.

Praktikada belə məsələlərlə tez-tez akkumulyator batareyasının (AB) gərginliyini və yaxud AB-in goşulduğu dövrələrdən axan cərəyanını hesablayanda rastlaşırlar . Əgər AB–da bir və yaxud bir necə elementlərində yenidən gutbləşmə baş veribsə, (1)-ci düsturda həmin elementlərin e.h.q. mənfi götürülür.

Iki variantın həllinə baxaq:
Birinci variant

Aşağıdaki dövrə hissəsi üçün verilən qiymətləri nəzərə alaraq, cərəyanı hesablayaq.

φa= - 60V; φb= - 10V; E1=30V; E2=10V; R1 = R2 = 10 Om; R3 =30Om; I = ?

Burada E1 müsbət götürülür, çünki istiqaməti Uab gərginliyin istiqamətilə eynidir, E2 isə mənfi götürülür, çünki istiqaməti Uab gərginliyin istiqamətilə əksdir.


Cərəyanın qiyməti mənfi alınıb. Bu o deməkdir ki bu sxemə uyğun real dövrədə cərəyan istiqamətcə işarə olunana əksdir.
Ikinci variant

Aşağıdaki dövrə hissəsi üçün verilən qiymətləri nəzərə alaraq, cərəyanı hesablayaq.


φa= 0V; φb= - 50V; E1=20V; E2=10V; R1 = 5; R2 = 5Om; R3 =30Om; I = ?


Məsələ №2 Kirxhofun ikinci qanunu

Kirxhofun 2-ci qanununa əsasən elektrik dövrəsinin hər bir konturunda istənilən zaman gərginlik düşgülərinin cəbri cəmi bu konturdakı mənbələrin e.h.q – lərinin cəbri cəminə bərabərdir.

Verilən sadə sxemdə Kirxhofun 2-ci qanunu tətbiq edək:




Burada:-mənbənin

daxilindəki gərginlik düşgüsü -işlədicidə yaranan

gərginlik düşgüsü.Iki variantın həllinə baxaq:

Birinci variant

Verilib: E=20V; I=1A; Ris=19 Om; Uis=19 V


Mənbənin daxilindəki gərginlik düşgüsünü təyin edin

Buradan alınır:




Ikinci variant

Verilib: Rdax=1Om; I=2A; Ris=19 Om; Udax=2V; Uis=38 V

Mənbənin e.h.q. təyin edin:

E= Udax+ Uis

Qiymətləri yerinə yazdıqda alınır

E= Udax+ Uis=2+38=40 V



Məsələ №3 Elektrik dövrələrində ampermetrin tətbiqi
Məsələnin həllində nəzərə alınmalıdır ki, ölçü zamanı cıhazları dövrədə gərginlik və cərəyanların paylanmasına təsir etməməlidilər. Adətən voltmetrin müqaviməti ampermetrin müqaviməti isə qəbul edilir.

Ampermetr dövrənin hansı hissəni şuntladığını müəyyən edərək, Om qanunu tətbiq edilir və cıhazın göstəricisi müəyyən olur.

Iki variantın həllinə baxaq:

Birinci variant:

Sxemdən görürük ki, ampermetr R2; R3; R4; müqavimətləri şuntlayıb. Bu zaman ampermetrin göstəricisi bərabərdir.



Verlib: U=10V; R1=5 Om;

R2=20 Om; R3=25 Om; R4=5 Om;





İkinci variant:
Sxemdən görürük ki, ampermetr R1vəR2;müqavimətləri şuntlayıb. Bu zaman ampermetrin göstəricisi bərabərdir.


Verlib: U=20V; R1=10 Om;

R2=20 Om; R3=20 Om;



Məsələ № 4 və № 5 izahat
Çox vaxt dövrənin ekvivalent müqavimətini hesablayanda dörənin hansısa hissəsinin konfiqurasiyasını dəyişmək tələb olunur. Bu dəişmə elə aparılmalıdır ki, dörənin qalan hissəsindəki cərəyahların qiyməti dəyişməsin.

Adətən elektrotexnikada ulduz birləşmədən ekvivalent üçbucaq birləşməsinə vəya əksinə keçid istifadə olunur.

Xüsusən bu keçidlərdən tez-tez üçfazlı dövrələrdə istifadə olunur.

Əgər ulduz birləşmənin şüaların müqavimətləri R1, R2 və R3 verilibsə ekvivalent üçbucağın tərəflərinin müqavimətləri R12, R23 və R31 aşağıdakı düsturlar vasitəsiə təyin olunur.













Əgər üçbucaq birləşmənin tərəflərinin müqaviməti R12, R23 və R31 verilibsə, ekvivalent ulduz birləşmənin şüalarınin müqavimətləri R1, R2 və R3 aşağıdakı düsturlar vasitəsiə təyin olunur.









Məsələ №6 Sabit cərəyan dövrəsində güc
Əvvəlcə yadımıza salırıq ki, sabit cərəyan dövrələrində ancaq aktiv güc mövcuddur və aktivn gücün ölçü vahidi Vt-dir.

Sabit cərəyan dövrələrində güc verilənlərdən asılı olaraq aşağadakı düsturlar vasitəsilə təyin olunur.

1.Gərginlik U və cərəyan İ verilibsə, güc P bərabərdir:

P=U∙İ (Vt)


2. Cərəyan İ və müqavimət R verilibsə, güc P bərabərdir.
P=İ2∙R (Vt)
3.Gərginlik U və müqavimət R verilibsə, güc P bərabərdir.

Cədvəldə verilənlərə əsasən bir neçə variantın həllinə baxaq:






U

R1

R2

İ1

İ2

P1

P2




V

Om

Om

A

A

Vt

Vt

1

20

10

-

-

-

?

-

2

20

-

-

-

3

-

?

3

-

10

-

2

-

?

-

4

-

-

?

-

2




200-



Birinci variant
Ikinci variant
Üçüncü variant
Dördüncü variant buradan

Bir fazalı dəyişən cərəyan dövrələri.

Sinusoidal dəyişən e.h.q., gərginlik, cərəyan və onları

xarakterizə edən əsas kəmiyyətlər
Fərz edək ki, verilən sinusoidal gərginlik və cərəyanın riyazi ifadələri aşağıdakılardır:

(1)

İzahat daha aydin olmaq ücün bu kəmiyyətləri konkret rəqəmlərlə köstərək:



(V)

(A) (2)

Verilən gərginlik və cərəyan ücün zaman diaqramlarını cəkək. Bunun ücün miqyas seçilir. Absis oxunda ya zaman (t) köstərilir, onda period T-ilə kötürülür və ya zamana proporsional (ωt), bu halda period 2π (3600) kötürülür.

Zaman oxunda miqyasi mωt = 300/sm qəbul edək

Gərginlik ücün miqyası mu = 5,0V/sm götürək.

Cərəyan ücün miqyası mi = 1,0A/sm götürək.

Şək. 3.1 Gərginlik və cərəyanın zamandan asıllıq diaqrami (Zaman diaqramı)

Burada:

, i–gərginliyin və cərəyanın ani qiymətləridir. Zaman diaqramında gərginliyin t=t1 anındakı və cərəyanin t=t2 anındakı qiymətləri köstərilib.

,Im–gərginliyin və cərəyanın maksimal (amplitud) qiymətləridir. (Um = 25V , Im = 4A)

olub bucaq tezliyi adlanır. Ölcü vahidi rad/san və ya san-1.

T–perioddur, ölcü vahidi saniyədir.



- tezlikdir, ölcü vahidi Hersdir, (Hs).

(t+u) – gərginliyin fazasıdır;

(t+i) - cərəyanın fazasıdır;

u – gərginliyin başlanğıc fazasıdır;

i - cərəyanın başlanğıc fazasıdır;

Başlanğıc faza həmin kəmiyyətin zaman t=0 halda qiyməti göstərir.

φ =u-i -faza sürüşmə bucağı və ya faza fərqi adlanır.

Sinusoidal cərəyanın təsiredici və orta qiyməti
Sinusoidal cərəyanın təsiredici qiyməti bərabərdir:

(1)

Bu ifadədən görürük ki kimi sinusoidal cərəyanın təsiredici qiyməti onun amplitud qiymətindən dəfə kiçikdir. Eyni ilə gərginlik və e.h.q. üçün yaza bilərik ki,




Cərəyanın təsiredici qiymətini elektromaqnit və elektrodinamik sistemli cıhazlar ölçür.
Sinusoidal cərəyanın orta qiyməti bərabərdir:

(2)

Eyni ilə gərginlik və e.h.q. üçün yaza bilərik:



;

Cərəyanın orta qiymətini maqnitoelektrik sistemli cıhazlar ölçür.
Sinisoidal kəmiyyətlərin cərəyanın, gərginliyin və e.h.q.-nin təsiredici və orta qiymətləri arasında aşağıdakı əlaqə var:
I=1,1∙Ior ; U=1,1∙Uor; E=1,1∙Eor;

Bu nisbəti ölçülər vaxtı mütləq nəzərə almaq lazımdır.


Məsələ №7
Varianta uyğun gərginliyin və yaxud cərəyanın təsiredici qiyməti U və İ, onların başlanğıc fazaların u və i və faza fərqinin (φ) qiymətləri verilib, tələb olunan kəmiyyətin (u və i) ani qiymətini təyin edin.


Var-t

u

i

U

İ

φ



i

V

A

V

A










1

?

-

20

-

300

?

600

2

-

?

-

2

300

600

?


Birinci variant

Gərginliyin amplitud qiyməti bərabərdir:


Gərginliyin başlanğıc fazası belə təyin edilir:


Beləliklə gərginliyin ani qiyməti alınır:


İkinci variant

Cərəyanın amplitud qiyməti bərabərdir:

Cərəyanin başlanğıc fazası belə təyin edilir:


Beləliklə cərəyanin ani qiyməti alınır:



OM QANUNU KOMPLEKS ŞƏKILINDƏ
Sinusoidal dəyişən cərəyan dövrələrində əksər hallarda hesabatlar simvolik kompleks metodla aparılır. Bu metoda əsasən bütün sinusoidal kəmiyyətlər (cərəyan, gərginlik, e.h.q.) kompleks təsvirlər ilə əvəz edilir.

Müvafiq olaraq:

cərəyan üçün
misal kimi: ;
gərginlik üçün
( ;
müqavimət üçün .

Hesabat aparılanda nəzərə alınmalıdır ki üstlü şəkildə kompleks kəmiyyətlərin hasili tapılanda onların modulları bir birinə vurulur, arqumemtləri (dərəcələri) isə toplanır:

Cərəyan və müqavimətin verilən qiymətlərindən istifadə edərək Om qanuna əsasən gərginliyin kompleks təsiredici qiymətini tapırıq. Misal kimi

Üstlü şəkildə kompleks kəmiyyətləri böləndə isə onların modulları bir birinə bölünür, arqumentləri (dərəcələri) isə çıxılır.

Misal üçün


Om qanuna əsasən kompleks müqavimət alınır

Burada

Yəni kompleks müqavimətin modulu Z=20 Om, arqumenti isə φ=600

Qeyd etmək lazımdır ki, kompleks müqavimətin arqumenti φ gərginliklə cərəyan arasındakı faza fərqini təyin edir .

Dəyişən cərəyan dövrəsində tam güc bərabərdir

S = U·I VA

Aktiv güc P = U·I·cosφ= S·cosφ Vt


Reaktiv güc Q = U·I·sinφ = S·sinφ VAr


Dəyişən cərəyan dövrələrində aktiv, reaktiv və tam kompleks müqavimətlər
Sabit cərəyan dövrələrindən fərqli olaraq dəyişən cərəyan dövrələrində elementlər aktiv və reaktiv müqavimətlərə malikdirlər. Bu müqavimətlər birlikdə dövrənin tam kompleks müqavimətini təşkil edirlər.

Dəyişən cərəyan dövrəsində rezistorun müqavimətinə (R) aktiv müqavimət deyilir.

Reaktiv müqavimətlər isə tezlikdən asılıdırlar.

Reaktiv induktiv müqavimət XL tezliklə düz mütənasibdir.



Реактив тутум мцгавимяти тезликля тярс мцтянасибдир

Beləliklə dəyişən cərəyan dövrəsinin tam kompleks müqaviməti olur:



Bu düzbucaqlı müqavimətlər ücbucağı təşkil edirlər:






Burada: -tam müqavimətdir və kompleks müqavimətin moduludur.



tam kompleks müqavimətin arqumentidir gərginlik və cərəyan arasındakı faza fərqini müəyyən edir.

Dəyişən cərəyan dövrələrində müqavimətlər ücbucağına uyğun olaraq gərginliklər və cərəyanlar üçbucaqları mövcuddur:







Burada: U-dövrəninin sıxaclarındakı tam gərginlikdir;.

Ua-dövrəninin aktiv müqavimətindəki gərginlik

düşküsüdür;

Ur-dövrəninin reaktiv müqavimətindəki gərginlik

düşküsüdür;

İ-dövrədən axan tam cərəyanıdır;

İa-dövrədən axan cərəyanın aktiv hissəsidir;

İr-dövrədən axan cərəyanın reaktiv hissəsidir;

Gərginliklər və cərəyanlar üçbucaqlarına uyğun olaraq dəyişən cərəyan dövrələrində güclər ücbucağıda mövcuddur.

Burada:


Там эцж

Актив эцж

Реактив эцж


Актив эцж мянбянин истещсал етдийи эцжцн башга эцж нювляриня чевриля биляндир (истилик, механики гцввя).

Реактив индуктив эцж магнит сащясинин йаранмасына сярф олунан эцждцр.

Реактив tutum эцж elektrik сащясинин йаранмасына сярф олунан эцждцр.
Məsələ №8
Verilmiş dəyişən cərəyan dövrəsinə induktiv aktiv xarakterli (sarğsc, mühərrik və s.)yük qoşulub. Dövrənin tezliyi =50 Hs-dir. Ölçü cihazların göstərişləri: voltmetr-100 V; Ampermetr-2A və Vattmetr-160 Vt: Yükün aktiv, reaktiv, tam müqavimətini güc əmsalı cosφ və induktivliyi L-i təyin edin:



Dəyişən cərəyan dövrəsinə sarğaç (induktiv-aktiv yük) qoşulub. Ölçü cıhazlarının göstəriciləri vasitəsi ilə tam Z, aktiv R, reaktiv X müqavimətlər və güc əmsalı müəyyən edilməlidir.

Nümunə üçün aşağıdakı dövrənin hesabatını aparaq. Elektromaqnin sistemli cıhazların göstəriciləri verilib:

Voltmetr – UV = 100 V;

Ampermetr – IA = 2 A;

Vattmetr – PW = 160 Vt.

Məlumdur ki, gərginliyin təsiredici qiymətinin cərəyanın təsiredici qiymətinə nisbəti kompleks müqavimətin moduluna və ya tam müqavimətə bərabərdir.

Om

Aktiv güc isə


XL

P=I2R

Buradan aktiv müqavimət

Om

Tam Z və aktiv R müqavimətləri təyin etdikdən sonra, müqavimətlər üçbucağından reaktiv induktiv XL-i müqaviməti təyin edirik.



Güc əmsalı cos φ olur:




Reaktiv induktiv müqavimət aşağıdakı kimi ifadə olunur:

Buradan induktivlik L bərabərdir:



Qeyd etmək lazımdır ki, hesabatı asnlaşdırmaq məqsədilə rəqəmlər sadə seçilib (reallığa uyğun deyillər)


Məsələ №9
Verilmiş dəyişən cərəyan dövrəsinə tutum-aktiv xarakterli (kabel) yük qoşulub. Dövrənin tezliyi =50 Hs-dir. Ölçü cihazların göstərişləri: voltmetr-10 V; Ampermetr-2 A və Vattmetr-16 Vt: kabelin aktiv, reaktiv, tam müqavimətlərini və tutumunu təyin edin:

Kabelin tam müqaviməti Z bərabərdir:



Aktiv gücün ifadəsindən , Aktiv müqaviməti tapırıq:



Müqavimətlər üçbucağından tutum müqavimət XC



R

φ

XC

Z


Reaktiv tutum müqavimət aşağıdakı kimi ifadə olunur:


Buradan kabelin tutumu C bərabərdir:



Qeyd etmək lazımdır ki, hesabatı asnlaşdırmaq məqsədilə rəqəmlər sadə seçilib (reallığa uyğun deyillər)


ÜÇFAZLI DÖVRƏLƏR (SISTEMLƏR)
Enerji sistemlərində elektrik enerjisinin istehsalı, çevrilməsi, uzaq məsafəyə ötürülməsi işlədici qruplarına paylanması məqsədilə bir qayda olaraq üçfazlı sistemlərdən istifadə edilir. Buna səbəb üçfazlı sistemlərin bir sıra üstünlükləridir:

1.Eletrik enerjisini uzaq məsəfəya ötürmədə ücfazli sistemlər ən qənaətli və sərfəlidirlər.

2. Ücfazli sistemin işlədici tərəfdən əsas elementləri olan – ücfazli transformatorlar və üçfazlı asinxron mühərriklərin istehsalı olduqca sadədir və onlar istismarda kifayət qədər ehtibarlı və qənaətlidilər.

3. Ücfazli sistemlər, müəyyən şərtlər ödənildikdə,(simmetrik olduqda) dayanaqlı sistemlərdır. (Ani gücü zamandan asılı olmayan çoxfazlı sistemlərə dayanaqlı sistemlər deyilir).

Üçfazlı dövrələrdə generatorun faz dolaqları və işlədicilərin fazaları iki cür birləşə bilərlər: Ulduz və üçbucaq birləşmə.

Üçfazlı generatorun faz dolaqlarının və yaxud işlədicilərin sonları bir nöqtədə birləşdikdə belə birləşmə ulduz birləşmə adlanır (şək.1.)




UAB = UBC = UCA = UX

IA = IB = IC = IX = If

Üçfazlı generatorun birinci fazasının başlanğıcı ikinci fazasının sonu ilə, ikinci fazasının başlanğıcı üçüncü fazasının sonu ilə, üçüncü fazasının başlanğıcı birinci fazasının sonu ilə birləşdikdə belə birləşmə üçbucaq birləşmə adlanır. Şək.2-də işlədicilərin üçbucaq birləşməsi göstərilib.





UAB = UBC = UCA = UX = Uf

IAB = IBC = ICA = If

Simmetrik üçfazli sistemdə güc
Simmetrik üçfazlı sistemin gücü faza və ya xətt gərginliy və cərəyanları ilə ifadə edilə bilər. Faza cərəyan və gərginliklərini istifadə etdikdə aktiv güc üçün alınır

(1)

Məlumdur ki ulduz birləşmədə


, (2)

Üçbucaq birləşmədə isə



(3)

(2) və (3) ifadələrini nəzərə alsaq, birləşmənin növündən asılı olmayaraq aktiv güc aşağıdakı kimi təyin olunur



(4)

Burada: - faza gərginliyi ilə uyğun faza cərəyanı arasındakı bucaqdır.

Simmetrik üçfazlı sistemin reaktiv və tam gücləri də buna uyğun təyin edilir
(5)
Qeyd edək ki, üçfazlı sistemdə işlədicinin birləşmə sxemini ulduzdan üçbucağa deyişsək, bu işlədicinin aktiv gücü üç dəfə artır.
Məsələ 10
Üçfazlı dövrələrə aid bir praktiki məsələ həll edək: Üçfazlı sistemə bir asinxron mühərrik qoşulub. Sistemin xətt gərginliyi Ux-380 V mühərrikin faz dolağının aktiv müqaviməti R=40 Om və reaktiv müqaviməti X=30 Om

Mühərrikin faz dolağının müqavimətini Z, mühərrikin güc əmsalının cosφ və aktiv gücü, P təyin edin.

Məsələni iki hal üçün həll edək: dolaqların ulduz və üçbucaq birləşməsi halı üçün.

Əvvəlcə birləşmədən asılı olmadan kəmiyyətləri hesablayaq.

Dolağın tam müqaviməti Z bərabərdir:

Güc əmsalı cosφ alınır:





Ulduz birləşmədə hesabat: Ulduz birləşmə zamanı xətt və faza gərginlikləri və cərəyanları arasında aəağıdakı asılılq var:



Buradan faza gərginliyi alınır: V

Xətt cərəyanı alınır:

Asinxron mühərrikin aktiv gücü alınır:


Üçbucaq birləşmədə hesabat:Üçbucaq birləşmə zamanı xətt və faza gərginlikləri və cərəyanları arasında aəağıdakı asılılq var:


Buradan faza cərəyanı alınır:



V

Xətt cərəyanı alınır:


Asinxron mühərrikin aktiv gücü alınır:


Dinləyicilərə məqbulda təqdim olunan tipik misalların nümunələri.

Burada qeyd etmək lazımdır ki, məqbulda təqdim olunan misallar nümunəvi tipik misallardan qat-qat asandır və hər misalda bir naməlumu təyin etmək lazım olacaq
Misal 1.

Mürəkkəb elektrik dövrənin ayrılmış budağında axan cərəyanları İ təyin edin.



Verilib: “a” və “b” düyünlərin potensialları

φa= -10V;φb= 5V

E=21V;

Rdax=2 Om;R =4 Om;



I = ?
Misal 2.

Mənbəyin sıxaclarına müqavimət R qoşulub. Verilənləri nəzərə alaraq mənbənin daxili müqavimətindəki gərginlik düşgüsünü tapın.


İ


R

Udax



E=20V;

R=19 Om;

U=18 V

Udax=?



Misal 3.

Aşağıda ki, sxemdə ampermetrin göstərişini təyin edin.



Verilib: U=20 V; R1=10 Om;

R2=20 Om və R3=20 Om;

İ=?


Misal 4.

Müqavimətlər ulduz birləşiblər və onların qiymətləri verilib: R1=R2= R3=10 Om. Ekvivalent üçbucaq birləşmənin müqaviməti R12-ni təyin edin






Misal 5.

Müqavimətlər üçbucaq birləşiblər və onların qiymətləri verilib: R12=R23= R31=10 Om. Ekvivalent ulduz birləşmənin müqaviməti R1-i təyin edin





Misal 6.

İki aktiv müqavimət paralel qoşulub. Verilənlərə əsasən R1 aktiv müqavimətdə sərf olunan aktiv P1 gücü tapin.



U=20V; R1=10 Om;

R2=20 V


İ2
İ2=2A

P1=?

İ1=?

P2=?


Misal 7.

Dəyişən cərəyan dövrəsində müqavimətdən axan cərəyanın və onun sıxacları arasındakı gərginliyin ani qiymətlərinin ifadələri verilib. Gərginlik və cərəyan arasında faza fərqini tapın.


u=50 sin(ωt+450) V

i=2sin(ωt+150) A

φ=?


Misal 8.

Verilmiş dəyişən cərəyan dövrəsinə induktiv-aktiv xarakterli (sarğsc, mühərrik və s.)yük qoşulub. Dövrənin tezliyi =50 Hs-dir. Ölçü cihazların göstərişləri: voltmetr-UV; Ampermetr-İA Vattmetr-Pw:

U

V = 100 V;

IA = 2 A;

PW = 160 Vt.

Tam müqaviməti Z, aktiv müqaviməti R, reaktiv induktiv müqaviməti XL, güc əmsalı cosφ və induktivliyi L-i təyin edin:


Misal 9.

Verilmiş dəyişən cərəyan dövrəsinə tutum-aktiv xarakterli (kabel) yük qoşulub. Dövrənin tezliyi =50 Hs-dir. Ölçü cihazların göstərişləri: voltmetr-UV; Ampermetr-İA Vattmetr-Pw:


U

V = 100 V;

IA = 2 A;

PW = 160 Vt.
Kabelin tam müqaviməti Z, aktiv müqaviməti R, reaktiv tutum müqaviməti XC-in, güc əmsalı cosφ və tutumu C-i təyin edin:
Misal 10.

Üçfazlı sistemə bir asinxron mühərrik qoşulub. Mühərrikin dolaqları ulduz birləşib.





UAB = UBC = UCA = UX

IA = IB = IC = IX = If
Verilib: Ux=380 V, mühərrikin faz dolağının aktiv müqaviməti R=4 Om və reaktiv müqaviməti X=3 Om

Mühərrikin tam müqaviməti Z, güc əmsalı cosφ-i, faza və xətt cərəyanlarını (İf və İx), aktiv gücünü Pλ təyin edin.


Üçfazlı sistemə bir asinxron mühərrik qoşulub. Mühərrikin dolaqları üçbucaq birləşib.


UAB = UBC = UCA = UX = Uf

IAB = IBC = ICA = If
Verilib: Ux=380 V, mühərrikin faz dolağının aktiv müqaviməti R=4 Om və reaktiv müqaviməti X=3 Om

Mühərrikin tam müqaviməti Z, güc əmsalı cosφ-i, faza və xətt cərəyanlarını (İf və İx), aktiv gücünü P təyin edin.



Tədris Mərkəzinin rəisi, professor E.M. Fərhadzadə






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət