Ana səhifə

Dozalar haqqinda anlayiş


Yüklə 26.81 Kb.
tarix09.06.2016
ölçüsü26.81 Kb.


DOZALAR HAQQINDA ANLAYIŞ
Dərmanların orqanizmə qəbul edilən miqdarına doza deyilir. Dərman maddələrinin orqanizmə təsirində dərman dozasının və qatılığının böyük əhəmiyyəti vardır. Dozanın kiçik və böyük olmasından asılı olaraq onun törətdiyi təsir effekti, kəmiyyət dərəcəsi də müxtəlif ola bilər.

Dərman maddəsinin dozası dedikdə onun 1 dəfəyə xəstələrə verilən miqdarı başa düşülür. Lakin, dozanın törətdiyi təsir effektinin nəticəsinə görə onlar müalicə, toksiki, zəhərləyici və ölüm dozalarına bölünür. Qəbul qaydasına görə dozalar birdəfəlik, sutkalıq, zərbə dozalara bölünür. Bundan başqa müalicənin tam başa çatması mənasında kurs dozaları da müəyyən edilir. Terapevtik dozalar dedikdə dərman maddələrinin müalicə effekti verə bilən miqdarı nəzərdə tutulur. Onlar minimal optimal və maksimal dozalardan ibarətdir. Minimal dozanın təsiri altında kiçik farmakoloji effekt alınır.



Toksiki dozada həmin dozanın təsiri altında dərman maddəsinə xas olan müalicənin xüsusiyyətlərindən kənar patoloji hallar əmələ gəlir. Qeyd etmək lazımdır ki, bəzi maddələrin dozasını artırmaqla onun təsir effektini artırmaq olur. Dərman maddələrinin dozalarının təsirindən fərdi xüsusiyyətin də əhəmiyyəti böyükdür. Məs: mərkəzi sinir sistemi zəif olan xəstələrdə kofein və bromidlərin kiçik dozaları daha təsirli olur.

Reseptdə dərmanların dozaları çəki vahidi qramlarla, həcm vahidi milli litrlə, bioloji preparatlar TV ib göstərilir.

Reseptdə yazılmış dərman maddələrinin miqdarı əksər hallarda çəki vahidi ilə göstərilir. Dərman maddələrinin reseptdə çəkilərini göstərdikdən ötrü aşağıdakı işarələr qəbul edilib.

1 qram - 1,0

1desmiqram=0.1qram

1santiqram=0.01qram

1milliqram=0.001qram

1dekoqram=10qram

1hekoqram=100qram

1kiloqram=1000qram

Duru dərman formalarının milli litrlərlə həcminə əsasən hesablayırlar. Xəstələrə maye dərmanları damcılarla, xörək, desert, çay qaşığı ilə təyin edirlər.

RESEPT NÜMUNƏLƏRİ Reseptin forması

Tibbi müəsissənin ştampı

Xastənin soyadı, adı, yaşı

Reseptin verildiyi tarix

Haikimin soyadı, adı.
Rp: Natri bromidi ' 3,0

Coffeini-natriobenzoici0,5 Aquae destillatae200.0 M.D.S, gündə3dəfə, hər dəfə 1 xörək qasığı qəbul etməli
Möhür yeri
kimin imzası
RE SEPT NÜMUNƏLƏRİ
Rp: ButadioniOJ

D.t.d. 20 in tab.

S: gündə 4 dəfə, hər dəfə

1 tab. qəbul etməli



#

Rp: Cordiamini 15,0

D.S: gündə 2 dəfə, hər dəfə 25 damcı qəbul etməli.

#

Rp: Lycopodii Talcii



Zinci oxydi aa 25,0 M.D.S: səpmək üçün.

#

Rp: Corglyconi 1,0

D.t.d. № 5 in amp.

S: 40 %-li qlükoza məhlunun 10 ml-də

gündə 1 dəfə 1 ml vena içərisinə yeritməli.

#

Rp: Sol.Euphyllini 2,4 % -10 ml D.t.d. № 10 in amp.



S: 10 ml vena daxilinə yeritməli.

#

Rp: Benzylpenicillini - Natrii 500.000tv D.t.d. № 10.



S: hər flakona 5 ml 0,5 %-li novokain məhlulu əlavə edilə qarışdırıb əzələyə yeritməli. #


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət