Ana səhifə

BİZİm diNİ ƏQİDƏMİz mütərcim: İlahiyyat elmləri doktoru Əfzələddin Rəhimov


Yüklə 0.49 Mb.
səhifə1/7
tarix14.06.2016
ölçüsü0.49 Mb.
  1   2   3   4   5   6   7


BİZİM DİNİ ƏQİDƏMİZ
Mütərcim: İlahiyyat elmləri doktoru Əfzələddin Rəhimov

Ön Söz


Mü­a­sir əs­ri­miz­də dün­ya­da bö­yük bir də­yi­şik­lik və irə­li­lə­yi­şin şa­hi­di­yik. Bu də­yi­şik­lik ən möh­tə­şəm və sə­ma­vi din­lər­dən bi­ri olan İs­lam di­nin­dən sər­çeş­mə tu­tur.

İs­lam di­ni ha­zır­kı əsr­də ye­ni bir dir­çə­li­şə və tə­rəq­qi­yə qə­dəm qoy­muş­dur. Dün­ya mü­səl­man­la­rı ar­tıq ayı­la­raq, öz əs­li­nə, kö­kü­nə qa­yı­dıb, baş­qa yer­lər­də ca­vab ta­pa bil­mə­dik­lə­ri prob­lem­lə­rin həl­li­ni İs­lam di­ni­nin tə­li­mat­la­rın­da ax­ta­rır­lar.

Bəs bu də­yi­şik­li­yin sə­bə­bi nə­dir? Bu su­a­lı ay­rı bir bəhs­də, müs­tə­qil şə­kil­də araş­dır­maq la­zım­dır. Ən əhə­miy­yət­li olan bu­dur ki, biz İs­la­ma qar­şı ya­ra­nan bu qı­ğıl­cım­la­rı, də­yi­şik­lik­lə­ri bü­tün mü­səl­man öl­kə­lə­rin­də mü­şa­hi­də edi­rik. Elə bu sə­bəb­dən də, dün­ya xalq­la­rı İs­la­mın nə de­di­yi­ni, nə ki­mi ye­ni­lik­lər bəxş et­di­yi­ni an­la­maq is­tə­yir­lər. Be­lə bir əhə­miy­yət­li və həs­sas bir za­man­da bi­zim və­zi­fə­miz İs­la­mı ol­du­ğu ki­mi, sa­də iba­rə­lər­lə xal­qa çat­dır­maq, ol­duq­ca ali el­mi ter­min­lər və ba­şa dü­şül­mə­si çə­tin olan kəl­mə­lər­dən is­ti­fa­də et­mə­dən, İs­la­mı in­san­la­ra öy­rət­mək­dir.

Bu yol­la biz, İs­lam­dan düz­gün mə­lu­ma­tı ol­ma­yan di­gər şəxs­lə­rin bi­zim əvə­zi­miz­də, di­ni əqi­də­miz ba­rə­sin­də qə­rəz­li şə­kil­də söz söy­lə­mə­si­nə, yan­lış fi­kir yü­rüt­mə­si­nə ma­ne ola bi­lə­rik.



İn­kar edi­lə­si de­yil­dir ki, İs­lam di­ni di­gər din­lər ki­mi müx­tə­lif məz­həb­lə­rə bö­lün­müş­dür. Və bu məz­həb­lər bir sı­ra əqi­də­vi və əmə­li mə­sə­lə­lər­də bir-bi­rin­dən fərq­li xü­su­siy­yət­lə­rə ma­lik­dir­lər. Am­ma bu tə­fa­vüt­lə­rin heç bi­ri­si mü­səl­man­la­rın vəh­də­ti­nə ma­ne ola­caq həd­də de­yil­dir. Doğ­ru­su, mü­səl­man­lar qar­şı­lıq­lı an­laş­ma və sə­mi­miy­yət yo­lu­nu se­çməlidirlər.

Bir­lik və qar­daş­lıq yo­lu­nu se­çən mü­səl­man xal­qları öz müş­tə­rək mü­xa­lif­lə­ri­nə çir­kin niy­yət­lə­ri­ni ye­ri­nə ye­tir­mə­si­nə yol ver­mə­mə­li­dir.

Bü­tün bu söy­lə­dik­lə­ri­miz yal­nız bir sı­ra qa­nun­la­rın ri­a­yət olun­ma­sı ilə sıx bağ­lı­dır. On­la­rın ən əhə­miy­yət­li­si isə is­lam məz­həb­lə­ri­nin bir-bi­ri­ni yax­şı ta­nı­ma­sı, on­la­rın hər bi­ri­nin han­sı xü­su­siy­yət­lə­rə ma­lik ol­du­ğu­nu, ol­du­ğu ki­mi dərk et­mə­si­dir. Çün­ki mü­səl­man fir­qə­lə­ri ara­sın­da qar­şı­lıq­lı an­laş­ma və eti­mad yal­nız na­ra­hat­lıq­la­ra son qoy­duq­dan, bir-bir­lə­ri­ni ol­du­ğu ki­mi ta­nı­ya­raq müx­tə­lif an­la­şıl­maz­lıq­la­rı ara­dan qal­dır­dıq­dan son­ra müm­kün­dür. De­mə­li, bu məq­səd uğ­run­da ən doğ­ru se­çim, hər bir məz­hə­bin is­lam di­ni­nin əs­li və fə­ri mə­sə­lə­lə­rin­də olan əqi­də­si­ni, yal­nız və yal­nız on­la­rın ta­nın­mış, məş­hur alim­lə­rin­dən öy­rən­mək­dir. Çün­ki hər han­sı bir məz­hə­bin əqi­də­si­ni yan­lış an­la­yan kəs­lər­dən, ya­xud on­la­rın mü­xa­lif­lə­rin­dən və sə­la­hiy­yət­siz şəxs­lər­dən öy­rə­ni­rik­sə bir-bi­ri­mi­zi düz­gün ta­nı­ma­ya­raq, nə­ti­cə­də yer­siz düş­mən­çi­lik və dost­luq­la üz­lə­şə­rək xo­şa­gəl­məz son­lu­ğa dü­çar ola bi­lə­rik. Və bu da, ay­rı­lıq, təf­ri­qə, çə­kiş­mə və cür­bə­cür na­ra­hat­lıq­la­ra gə­ti­rib çı­xa­ra bi­lər. Bü­tün bun­la­ra əsa­sən biz bu ki­tab­da müx­tə­sər ola­raq si­zi is­lam məz­həb­lə­rin­dən bi­ri olan şiə məz­hə­bi­nin is­la­mın əs­li və fə­ri mə­sə­lə­lə­rin­də ma­lik ol­du­ğu xü­su­siy­yət­lər­lə ta­nış edə­cə­yik. Be­lə­lik­lə «Bİ­ZİM Dİ­Nİ ƏQİ­DƏ­MİZ» ki­ta­bı aşa­ğı­da­kı xü­su­siy­yət­lə­rə ma­lik­dir:

1 - La­zım olan mət­ləb­lə­rin qı­sa və müx­tə­sər şə­kil­də bə­ya­nı, əziz oxu­cu­la­rı müx­tə­lif ki­tab­la­rı araş­dır­maq zəh­mə­tin­dən xi­las et­miş­dir.

2 - Bəhs­lə­rin ay­dın və sa­də şə­kil­də açıq­lan­ma­sı, yal­nız el­mi höv­zə mü­hit­lə­rin­də ya­rar­lı olan kəl­mə­lə­rin iş­lə­dil­mə­mə­si, bu­nun­la be­lə la­zı­mi miq­dar­da bəhs­lə­rin də­rin­li­yi qo­ru­nub sax­la­nıl­mış­dır.

3 - Təq­dim olu­nan ki­tab­da məq­səd, yal­nız si­zi şiə əqi­də­si­lə ta­nış et­mək­dir. Elə bu sə­bəb­dən də, bir çox sü­but və də­lil­lər­dən is­ti­fa­də olun­ma­mış­dır. Yal­nız bir ne­cə yer­də im­kan da­i­rə­sin­də Qu­ra­ni-Kə­rim­dən bə­zi ayə­lər, sün­nə və əq­li də­lil­lə­rə ol­duq­ca məh­dud şə­kil­də yer ve­ril­miş­dir.

4 - Əqi­də­lər ol­du­ğu ki­mi əks et­di­ril­miş­dir. Heç bir tə­rəf­keş­li­yə, gö­zəl cil­və­lən­dir­mə­yə və qa­pa­lı­lı­ğa yol ve­ril­mə­miş­dir. Bir söz­lə məq­səd hə­qi­qət­lə­ri ol­du­ğu ki­mi bə­yan et­mək­dir.

5 - Di­gər məz­həb­lə­rə son də­rə­cə­də hör­mət və eh­ti­ram­la ya­na­şıl­mış­dır.


Bİrİncİ fəsİl




Allahşünaslıq və tovhİd


1 – Uca Allahın Varlığı


Biz, Al­lah-Ta­a­la­nın bü­tün var­lıq­la­rı ya­rat­dı­ğı­na və baş­qa söz­lə de­sək, Onun var­lıq dün­ya­sı­nın ya­ra­da­nı ol­du­ğu­na ina­nı­rıq. Onun Əzə­mə­ti, El­mi və Qüd­rə­ti­nin əsər­lə­ri dün­ya­nın bü­tün var­lıq­la­rın­da aş­kar ol­muş­dur. Uca Ya­ra­da­nın əzə­mə­ti, el­mi və qüd­rə­ti bi­zim vü­cu­du­muz­da (həm­çi­nin fit­rə­ti­miz­də), can­lı­lar və bit­ki­lər alə­min­də, sə­ma­nın bi­tib - tü­kən­mə­yən ul­duz­la­rın­da və da­ha yük­sək aləm­lər­də, bir söz­lə hər yer­də aş­kar­dır.

Biz ina­nı­rıq ki, gör­dü­yü­müz bu bö­yük dün­ya­nın var­lıq­la­rı­nın sir­lə­ri ba­rə­sin­də da­ha çox fi­kir­ləş­sək, Onun Pak Za­tı­nın əzə­mə­ti­nə, elm və qüd­rə­ti­nin son­suz ol­du­ğu­na bir o qə­dər agah ola­rıq. Müx­tə­lif kəşf və ix­ti­ra­lar­la və el­min in­ki­şa­fı ilə, hə­qi­qət­də Al­la­hın elm və hik­mə­ti­nin ye­ni-ye­ni qa­pı­la­rı bi­zim üzü­mü­zə açı­lır. Bə­şə­rin Al­lah ba­rə­sin­də dü­şün­cə­si və eti­qa­dı ar­ta­raq ye­ni-ye­ni el­mi kəşf­lər edir. Be­lə ki, təbi­ə­tin bir çox sir­lə­ri­nə agah ol­duq­da, is­tər-is­tə­məz onun ya­ra­da­nı ba­rə­sin­də fi­kir­lə­şir, Onun pak za­tı­nın əzə­mə­ti və el­mi­nin qüd­rə­ti­nin, ge­niş ol­du­ğu­nu hey­ran­lıq­la eti­raf edi­rik. Bu tə­fək­kür bi­zim Al­la­ha olan eş­qi­mi­zi gün­bə­gün ar­tı­rır, bu­nun­la da, Ona da­ha çox ya­xın­laş­dı­ra­raq, tü­kən­məz Cə­lal və Cə­mal si­fət­lə­ri­nin nu­ru­na bo­ya­yır. Qu­ra­ni-Kə­rim bu­yu­rur:

«Yer üzə­rin­də inam, yə­qin ax­ta­ran kəs­lər üçün ni­şa­nə­lər -ib­rət­lər var­dır. Və si­zin öz vü­cu­du­nuz­da da, ni­şa­nə­lər möv­cud­dur. (mə­gər) Gör­mür­sü­nüz­mü?» (Zari­at, 20-21)

Ali-İm­ran su­rə­si­nin 90-91-ci ayə­lə­rin­də bu­yu­ru­lur: Şüb­hə­siz, ye­rin və göy­lə­rin ya­ra­dı­lı­şın­da və ge­cə-gün­dü­zün gə­li­şin­də ağıl sa­hib­le­ri üçün ni­şa­nə­lər var­dır. On­lar ayaq üs­tə, otu­ran hal­da, bö­yür­lə­ri üs­tə ya­tar­kən Al­la­hı zikr edib (hər vaxt Onun ba­rə­sin­də fi­kir­lə­şər­lər), göy­lə­rin və ye­rin ya­ra­nı­şı­nı tə­fək­kür edər və de­yər­lər: «Ey Rəb­bi­miz, bu dün­ya­nı boş-bo­şu­na ya­rat­ma­mı­san.»


2 - Al­la­hın Cə­lal və Ca­mal si­fət­lə­ri (xüsusiyətləri)


Biz ina­nı­rıq ki, Al­la­hın Pak Za­tı hər bir eyib və nöq­san­dan uzaq­dır və O, bü­tün ka­mal si­fət­lə­ri­nin sa­hi­bi­dir. Hə­qi­qət­də O, müt­ləq ka­mil­li­yin özü və ka­i­na­tın ya­ra­da­nı­dır. Baş­qa bir söz­lə de­sək, dün­ya­da möv­cud olan hər bir gö­zəl­lik və ka­mal bu­la­ğı On­dan çeş­mə­lən­miş­dir. Qu­ra­ni-Kə­rim bu­yu­rur: «Odur ye­ga­nə Al­lah, On­dan baş­qa bir mə­bud yox­dur! Əsl hökm­ran­dır! Pak­dır. Hər bir eyib­dən uzaq­dır. Heç bir kə­sə zülm et­məz, əmin-aman­lıq ba­ğış­la­yan­dır. Hər bir şe­yi qo­ru­yan­dır. Qüd­rət­li və məğ­lu­be­dil­məz bir Al­lah­dır ki, öz nü­fuz­lu ira­də­si ilə hər bir işi is­lah edir. Cə­bə­rud­lu­dur, əzə­mət­li­dir, ulu­dur! Ona or­taq-şə­rik edi­lən hər bir şey­dən uzaq­dır. O bir Al­lah­dır ki, mi­sil­siz ya­ra­dan heç bir nü­mu­nə ol­ma­dan xəlq edən­dir, mi­sil­siz su­rət ve­rən­dir. Gö­zəl ad­lar Ona məx­sus­dur. Göy­lər­də və yer­də hər nə var­sa Ona təs­bih de­yər­lər. O, əziz və hə­kim­dir.» (Həşr, 22-23)

3 - Al­la­hın Pak Za­tı nə­ha­yət­siz, hü­dud­suz­dur


Biz ina­nı­rıq ki, Al­lah-Ta­a­la son­suz və nə­ha­yət­siz bir var­lıq­dır. İs­tər elm, is­tər qüd­rət, is­tər­sə də, əbə­di hə­yat, əzə­liy­yət cə­hə­tin­dən son­suz və nə­ha­yət­siz­dir. Elə bu sə­bəb­dən də, za­man və mə­kan məh­du­də­si­nə sığ­maz­dır. Çün­ki za­man və mə­kan Onun­la mü­qa­yi­sə olun­maz də­rə­cə­də məh­dud, na­qis və tə­səv­vü­ro­lun­ma qa­bi­liy­yə­ti­nə ma­lik de­yil­dir. Al­lah-Ta­a­la za­man və mə­ka­nı ya­ra­dan, ona hökm edən­dir. Bu­nun­la be­lə O, ey­ni hal­da (za­ma­na və mə­ka­na eh­ti­ya­cı ol­ma­dan) hər bir yer­də və za­man­da möv­cud­dur. Çün­ki za­man və mə­ka­nı əha­tə edə­rək, bun­lar­dan da­ha uca və yük­sək­dir. Qu­ra­ni-Kə­rim bu­yu­rur:

«O, həm yer­də Al­lah­dır, həm də, göy­də Al­lah­dır (mə­bud­dur). Hik­mət­li və bi­li­ci­dir.» (Zux­ruf, 84)

Ya­xud; «Hər bir yer­də ol­sa­nız, O, da­im si­zin­lə­dir. Al­lah ən­cam ver­di­yi­niz hər bir işi gö­rür.» (Hə­did, 4)

Bə­li, Uca Tan­rı bi­zə bi­zim özü­müz­dən də, ya­xın­dır. O, da­im bi­zim­lə­dir. Bi­zim fit­rə­ti­miz­də­dir. O, mə­ka­na, za­ma­na eh­ti­ya­cı ol­ma­dı­ğı hal­da, hər bir yer­də­dir. (Ağıl­lar bu hə­qi­qə­ti ol­du­ğu ki­mi dərk et­mək­dən aciz­dir.) Ne­cə ki, Qu­ra­ni-Kə­rim bu­yu­rur: «Biz (Al­lah), in­sa­na onun şah da­ma­rın­dan da, ya­xı­nıq.» (Qaf, 16) Və ya; «Əv­vəl və axır Odur, za­hir (aş­kar) və ba­tin (giz­li) Odur! O hər şe­yi bi­lir.»

Be­lə­lik­lə, əgər biz Qu­ra­ni-Kə­rim­də: «Odur şə­rəf­li ər­şin sa­hi­bi.» və ya; «Meh­ri­ban Al­lah ər­şin üzə­rin­də qə­rar tu­tub­dur.» (Bu­ruc, 15, Ta­ha, 5) ki­mi ayə­lə­rə rast gə­li­rik­sə də, bu o de­mək de­yil­dir ki, Al­la­hın ərş adın­da xü­su­si bir mə­ka­nı (tax­tı) var­dır və ora­da qa­lır. Ək­si­nə «ərş»-dən məq­səd Al­la­hın son­suz və na­məh­dud ha­ki­miy­yə­ti­dir. Yə­ni Al­la­hın nə­ha­yət­siz qüd­rət və ha­ki­miy­yə­ti bü­tün mad­di ca­ha­nı və mə­nə­vi aləm­lə­ri əha­tə et­miş­dir. Əgər biz, Al­lah-Ta­a­la­nın xü­su­si bir mə­kan­da yer­ləş­di­yi­ni söy­lə­sək, hə­qi­qət­də, Onu məh­dud bir var­lıq say­mış ola­rıq. Al­la­ha məx­lu­qa­tın xü­su­siy­yət­lə­ri­ni nis­bət ver­mək­lə, Uca Tan­rı­nı ki­çilt­miş və məh­dud et­miş ola­rıq. Bir hal­da ki, Qu­ra­ni-Kə­rim bu­yu­rur: «Hec nə Ona tay ola bil­məz.» (Şu­ra, 11) ya­xud, İs­ra su­rə­sin­də 4-cü ayə; «Heç bir kəs Ona tay ola bil­məz.»

4 - Al­lah ci­sim de­yil­dir və heç vaxt göz­lə müşahidə olunmaz


Biz ina­nı­rıq ki, Al­lah-Ta­a­la heç bir vaxt göz­lə gö­rül­məz.

Çün­ki göz­lə gö­rül­mək cis­min xü­su­siy­yət­lə­rin­dən­dir. Göz­lə gö­rü­lən hər bir var­lıq, mə­kan və za­man hü­dud­la­rın­da qə­rar­laş­ma­lı, mü­əy­yən bir rən­gə və su­rə­tə ma­lik ol­ma­lı­dır. Bü­tün bu xü­su­siy­yət­lər Al­la­hın ya­rat­dı­ğı ci­sim­lə­rə, var­lıq­la­ra məx­sus olan xü­su­siy­yət­lər­dir. Al­lah-Ta­a­la isə öz ya­rat­dı­ğı məx­luq­la­rın mad­di xü­su­siy­yət­lə­rin­dən uzaq və pak­dır. (Çün­ki məx­lu­qa­tın ma­lik ol­du­ğu bu si­fət­lər, bir­ba­şa on­la­rın na­qis və öz mə­kan, za­man, for­ma və rəng­lə­ri­nə eh­ti­yac­lı ol­du­ğu­nu ye­ti­rir. Al­lah-Ta­a­la isə hər növ miq­yas və öl­çü­dən uzaq­dır, eh­ti­yac­sız­dır.)

De­mə­li, Al­lah-Ta­a­la­nı gör­mə­yə, mü­şa­hi­də et­mə­yə olan eti­qad, bir növ şir­kə dü­çar ol­maq de­mək­dir. Qu­ra­ni-Kə­rim bu­yu­rur; «Göz­lər Onu gör­məz. La­kin O, bü­tün göz­lə­ri gö­rür. O, ba­ğış­la­yan və meh­ri­ban­dır.» (Ənam, 103)

Məhz elə bu­na gö­rə də, Bə­ni-İsra­il qöv­mi­nin bə­ha­nə ax­ta­ran baş­bi­lən­lə­ri Mu­sa (ə)-a Al­la­hı gör­mək is­tə­dik­lə­ri­ni bil­dir­di­lər. Və on­dan Al­la­hı on­la­ra gös­tər­mə­si­ni tə­ləb et­di­lər; «Əgər Al­la­hı aş­kar ola­raq gör­mə­sək, sə­nə iman gə­tir­mə­yə­cə­yik!» (Bə­qə­rə, 55) Mu­sa (ə) on­la­rı Tur da­ğı­na apar­dı və on­la­rın tə­ləb­lə­ri­ni Al­la­ha söy­lə­di. Al­lah-Ta­a­la isə on­la­ra be­lə ca­vab ver­di:

«Əs­la (heç vaxt) mə­ni gö­rə bil­mə­yə­cək­sən! O da­ğa bax. Əgər o, ye­rin­də sa­lim qa­lar­sa, sən də, mə­ni gö­rə­cək­sən. Son­ra Rəb­bi da­ğa tə­cəl­li edib, onu yer­lə-yek­san et­di. Mu­sa ba­yı­lıb ye­rə düş­dü. O, özü­nə gə­lər­kən de­di: «Ey Tan­rım, Sən göz­lə gö­rül­mək­dən uzaq və pak­san! Sə­nə tə­rəf qa­yıt­dım (töv­bə et­dim). Mən iman gə­ti­rən­lə­rin il­ki­yəm.» (Əraf, 143).

Əziz oxu­cu, bü­tün bun­lar Al­la­hın göz­lə gö­rül­mə­si­nin qey­ri-müm­kün­lü­yü­nə bir də­lil­dir.

Bi­zim eti­qa­dı­mı­za əsa­sən, əgər bə­zi ayə­lər­də və is­la­mi rə­va­yət­lər­də «Al­la­hı gör­mək­dən» söh­bət olu­nur­sa da, bun­dan məq­səd Al­lah-Ta­a­la­nı ba­ti­ni göz­lə gör­mək­dir. Onu qəl­bən «gö­rüb» dərk et­mək­dir.1

«Bir nə­fər Həz­rət Əli. (ə)-dan so­ruş­du: «Ey mö­min­lə­rin ağa­sı, söy­lə gö­rüm, heç öz Al­la­hı­nı gör­mü­sən­mi?.» İmam Əli (ə) be­lə ca­vab ver­di: «Gör­mə­di­yim var­lı­ğa­mı iba­dət edim?» (Yə­ni mən gör­mə­di­yim var­lı­ğa iba­dət et­mə­rəm!) Son­ra isə bu­yur­du: «Əs­la Onu göz­lər gör­məz, mü­şa­hi­də edə bil­məz. Am­ma qəlb­lər Onu iman gü­cü ilə dərk edər.» (Nəh­cul-bə­la­ğə, 179-cu xüt­bə).

Biz ina­nı­rıq ki, məx­lu­qa­tın xü­su­siy­yət­lə­ri­ni (mə­kan, za­man, cis­miy­yət, göz­lə gö­rül­mək, for­ma, qu­ru­luş və s.) Al­la­ha nis­bət ver­mək, bir da­ha Onu düz­gün ta­nı­ma­dı­ğı­mız­dan xə­bər ve­rir. Və bu iş bir növ şirk sa­yı­lır. O, bü­tün var­lıq­lar­dan və on­la­ra nis­bət ve­ri­lən si­fət­lər­dən uca və pak­dır. Heç bir var­lıq Ona bən­zə­mə­yir. O, bən­zər­siz bir xa­liq­dir.

5 - Tov­hid1 bü­tün İs­lam tə­lim­lə­ri­nin ru­hu və əsasdır


Biz ina­nı­rıq ki, ila­hi mə­ri­fə­ti ba­rə­sin­də olan mə­sə­lə­lə­rin ən əhə­miy­yət­li­si və əsa­sı, Tov­hi­di ol­du­ğu ki­mi ta­nı­maq və an­la­maq­dır. Hə­qi­qət­də, tov­hid, yal­nız di­nin əsas­la­rı­nın bi­ri ki­mi de­yil, ək­si­nə bü­töv is­lam əqi­də­lə­ri­nin bü­növ­rə­si, kö­kü və da­yaq nöq­tə­si de­mək­dir. İs­lam di­ni­nin əsas­la­rı və fər­lə­ri2 tov­hi­də bağ­lı ola­raq, onun­la for­ma­la­şır.

Di­ni­mi­zin hər bir böl­mə­si bir növ tov­hid­lə, Al­la­hın ye­ga­nə­li­yi­lə sıx bağ­lı­dır. Al­la­hın pak za­tı­nın vəh­də­ti və mi­sil­siz ol­ma­sı, Al­la­hın si­fət­lə­ri­nin və fel­lə­ri­nin bir ol­ma­sı tov­hi­də əsas­la­nır. İla­hi pey­ğəm­bər­lə­ri­nin bir Al­la­ha doğ­ru ça­ğı­rış­la­rı ila­hi di­ni­nin və ayin­lə­ri­nin bir ol­ma­sı, mü­səl­man­la­rın qib­lə­si­nin, həm­çi­nin Mü­qəd­dəs ki­ta­bı­mı­zın bir ol­ma­sı, ila­hi qa­nun­ve­ri­ci­li­yi­nin və hökm­lə­rin bə­şər öv­lad­la­rı üçün vəh­də­ti, qi­ya­mət gü­nü­nə olan eti­qa­dın bir­li­yi də, Tov­hid­dən xə­bər ve­rir.

Elə bu­na gö­rə də, Qu­ra­ni-Kə­rim ila­hi tov­hid­dən uzaq düş­mək və şir­kə doğ­ru meyl et­mə­yi ba­ğış­la­nıl­ma­yan gü­nah sa­ya­raq bu­yu­rur:

«Al­lah-Ta­a­la heç vaxt ona şə­rik qoş­ma­ğı ba­ğış­la­maz. İs­tə­di­yi kim­sə­nin (bun­dan sa­va­yı) baş­qa gü­nah­la­rı­nı (əgər la­yiq­li bil­sə) ba­ğış­la­yar. Al­la­ha şə­rik qo­şan şəxs ya­lan uy­dur­muş və bö­yük gü­nah et­miş­dir.» (Ni­sa, 48)

Baş­qa bir ayə­də bu­yu­ru­lur: «Sə­nə və sən­dən əv­vəl­ki bü­tün pey­ğəm­bər­lə­rə vəhy olun­muş­dur ki, əgər müş­rik ol­sa­nız, əməl­lə­ri­ni­zin ha­mı­sı hə­dər ola­caq­dır. Və əl­bət­tə, zi­yan­kar­lar­dan ola­caq­sı­nız.» (Zu­mər, 65)

6 - Tov­hid və onun mər­tə­bə­lə­ri


Tov­hid bir ne­çə qis­mə ay­rı­lır ki, si­zə təq­dim et­di­yi­miz bu dörd qi­sim, on­la­rın ən əhə­miy­yət­li­si­dir.

1. Tov­hi­de - za­ti:


Al­la­hın Pak Za­tı tək və ye­ga­nə­dir. Heç bir var­lıq Ona ox­şa­maz. O, şə­rik­siz və mi­sil­siz bir Al­lah­dır.1

2. Tov­hi­de - si­fa­ti (si­fət­lər­də tov­hid):


Tov­hi­de-si­fa­ti bu­dur ki, Al­lah-Ta­a­la bü­tün ka­mal si­fət­lə­ri­nə ma­lik­dir. Al­la­hın elm, qüd­rət, əbə­diy­yət, və s. bu ki­mi si­fət­lə­ri (xü­su­siy­yət­lə­ri) ha­mı­sı Onun Pak Za­tın­da cəm­lən­miş­dir. Və bu xü­su­siy­yət­lər Onun va­hid, bö­lün­məz və bir olan za­tı­nın ey­ni­dir. Məx­lu­qa­tın si­fət­lə­ri isə bir-bi­rin­dən ay­rı ol­maq­la bə­ra­bər, on­la­rın za­tın­dan da, ay­rı­dır. Al­la­hın si­fət­lə­ri isə be­lə de­yil­dir. Əl­bət­tə, «Al­la­hın si­fət­lə­ri ilə Onun za­tı­nın ey­ni ol­ma­sı bəh­si­ni» da­ha yax­şı an­la­maq (üçün bir sı­ra el­mi və fəl­sə­fi zə­rif­lik­lə­rə diq­qət et­mək la­zım­dır) xü­su­si in­cə­lik­lə dü­şün­mək və diq­qət tə­ləb edir.

3. Tov­hi­de - əfa­li (fel­lər­də tov­hid):


Dün­ya­da baş ve­rən hər iş, hə­rə­kət və hər bir var­lı­ğın tə­si­re­di­ci qüv­və­si Al­lah-Ta­a­la­nın ira­də­si­nə bağ­lı­dır. Və Onun ira­də­sin­dən çeş­mə­lə­nir. Qu­ra­ni-Kə­rim bu­yu­rur: «Al­lah-Ta­a­la hər bir şe­yin ya­ra­da­nı­dır və bü­tün var­lıq­la­ra nə­za­rət edən Odur!» (Zu­mər, 62) Ya­xud baş­qa bir ayə­də bu­yu­ru­lur: «Göy­lə­rin və ye­rin açar­la­rı Ona məx­sus­dur. (Bü­tün iş­lər Onun qüd­rə­ti­nə bağ­lı­dır.)» (Şu­ra, 12)

Bə­li, Al­lah­dan qey­ri heç bir tə­sir qo­yan qüv­və yox­dur! La­kin bu bi­zim iş­lə­ri­miz­də, ən­cam ver­di­yi­miz əməl­lə­ri­miz­də məc­bur ol­ma­ğı­mız mə­na­sın­da de­yil­dir. Hər bir in­san öz əməl­lə­ri­ni ən­cam ver­mək­də və qə­rar qə­bul et­mək­də azad­dır. Ne­cə ki, Qu­ra­ni-Kə­rim bu­yu­rur: «Biz in­sa­na doğ­ru yo­lu ni­şan ver­dik. İs­tər şü­kür et­sin, is­tər­sə də küfr et­sin!» (İn­san, 3) Ya­xud; «Və ger­çək­də in­san üçün öz sə­yin­dən baş­qa mü­ka­fat yox­dur.» (Nəcm, 39)

Qeyd olu­nan ayə­lər aş­kar­ca­sı­na bə­yan edir ki, in­san azad ira­də­yə ma­lik­dir. La­kin bu azad ira­də­ni və qüd­rə­ti ona öz Rəb­bi ver­miş­dir. İn­sa­nın bü­tün iş­lə­ri Al­la­hın ona bəxş et­di­yi ira­də və ba­ca­rıq va­si­tə­si ilə baş tu­tur. De­mə­li, bi­zim əməl­lə­ri­miz Al­la­ha is­ti­nad olu­na­raq bir növ, hə­qi­qət­də ona bağ­lı­dır. Və bu bağ­lı­lıq bi­zim əməl­lə­ri­mi­zə gö­rə da­şı­dı­ğı­mız mə­su­liy­yə­ti heç də azalt­mır.

Əziz oxu­cu, Al­lah ira­də et­miş­dir ki, biz öz əməl­lə­ri­mi­zi azad ix­ti­ya­ra ma­lik ola­raq ən­cam ve­rək və bu va­si­tə ilə, Al­lah-Ta­a­la, in­san­la­rı im­ta­ha­na çə­kə­rək on­la­rı «mə­nə­vi tə­ka­mül» yo­lun­da ucalt­maq is­tə­miş­dir. Çün­ki yal­nız azad ira­də­yə ma­lik olan in­san, öz ix­ti­ya­rı ilə Tan­rı­ya ita­ət et­dik­də, İla­hi ka­mil­li­yə uca­la bi­lər. Əgər Al­lah in­sa­nı heç bir ix­ti­ya­ra və azad ira­də­yə sa­hib et­mə­sə və onu öz əməl­lə­rin­də məc­bur edər­sə, in­sa­nın əməl­lə­ri heç bir də­yə­rə ma­lik ol­ma­ya­caq­dır. Azad ira­də sa­hi­bi ol­ma­yan, yal­nız va­si­tə-alət ro­lu­nu oy­na­yan in­sa­nın ic­ba­rən gör­dü­yü iş­lər onun yax­şı və pis ol­ma­sı­na heç bir şə­kil­də də­la­lət edə bil­məz.

Əs­lin­də əgər biz in­san­lar, öz əməl­lə­ri­mi­zi ən­cam ver­mək­də məc­bur ol­say­dıq, pey­ğəm­bər­lə­rin gə­li­şi, mü­qəd­dəs ki­tab­la­rın gön­də­ril­mə­si və həm­çi­nin di­ni hökm­lər, tə­lim-tər­bi­yə və s. puç və mə­na­sız bir iş olar­dı. Cən­nət-Cə­hən­nəm, cə­za və mü­ka­fat mə­na­sız bir iş sa­yı­lar­dı. Bu bi­zim Əh­li-Beyt (ə)-dan öy­rən­di­yi­miz bir əqi­də­dir; «İn­sa­nın əməl­lə­rin­də müt­ləq şə­kil­də ic­bar yox­dur. Həm­çi­nin, in­sa­nın öz ən­cam ver­di­yi iş­lər­də tam azad ol­du­ğu (Al­la­ha heç bir eh­ti­ya­cı ol­ma­ma­ğı) səhv bir əqi­də­dir. Hə­qi­qə­tən bu iki əqi­də­nin ara­sın­da mö­tə­dil­lik; «Nə ic­bar, nə sırf azad­lıq doğ­ru de­yil­dir. İn­san Al­la­ha eh­ti­yac­lı ola­raq öz iş­lə­rin­də azad ira­də­yə ma­lik­dir.»

4. Tov­hi­de - iba­di:


İba­dət­də Tov­hid, yə­ni iba­dət fə­qət Al­la­ha məx­sus­dur. On­dan qey­ri bir var­lıq iba­dət olun­ma­ğa la­yiq de­yil­dir. Yal­nız Al­la­ha iba­dət edə­rək, yal­nız Onu iba­də­tə la­yiq say­maq, Tov­hi­de- iba­di ad­la­nır. Tov­hi­din bu qis­mi onun di­gər bö­lüm­lə­rin­dən ən əhə­miy­yət­li­si­dir. Be­lə ki, ila­hi pey­ğəm­bər­lər ha­mı­sı da­ha çox iba­dət­də olan tov­hi­də tə­kid et­miş­lər. Və in­san­la­rı yal­nız və yal­nız bir olan Al­la­ha iba­dət et­mə­yə səs­lə­miş­lər. Qu­ra­ni-Kə­rim bu­yu­rur: «On­la­ra, yal­nız Al­la­ha iba­dət et­mək əmr olun­du. Və öz din­lə­ri­ni fə­qət Al­la­ha iba­dət et­mək­lə xi­las et­mək (şirk­dən tov­hi­də qa­yıt­maq) tap­şı­rıl­dı. Və bu­dur doğ­ru-düz­gün din.» (Bəy­yi­nə, 5)

İn­san öv­la­dı ür­fan və əx­la­qi ka­mil­li­yin mər­hə­lə­lə­ri­ni ke­çə­rək, mə­nə­vi cə­hət­dən da­ha uca mə­qam­la­ra yük­səl­mək is­tə­dik­də, «Tov­hid mə­sə­lə­si»da­ha çox mü­rək­kəb­lə­şir. Elə bir də­rə­cə­də ki, in­san Al­la­ha kö­nül bağ­la­ya­raq hər bir mə­kan­da onun ra­zı­lı­ğı­nı dü­şü­nür. Onun ra­zı­lı­ğın­dan qey­ri heç bir şe­yin ba­rə­sin­də fi­kir­ləş­mir. Al­lah­dan baş­qa bir var­lıq onun diq­qə­ti­ni cəlb et­mir. Baş­qa bir iba­rət­lə de­sək; «Al­lah­dan baş­qa sə­nin diq­qə­ti­ni cəlb edən, sə­nin bü­tün­dür.» də­rə­cə­si­nə ye­ti­şir.

Əziz oxu­cu, tov­hi­din qi­sim­lə­ri bu dörd bö­lüm­lə məh­dud­laş­mır: Bun­lar­dan baş­qa, di­gər bö­lüm­lə­ri də, qeyd et­mək olar; «Ma­li­kiy­yət­də Tov­hid,» (tov­hi­de-ma­li­kiy­yət - hər bir şe­yin hə­qi­qi ma­li­ki Al­lah­dır.), Qu­ra­ni-Kə­rim: «Göy­lər­də və yer­də hər nə var­dır­sa Al­la­hın­dır» (Bə­qə­rə, 284). Ha­ki­miy­yət­də Tov­hid: (tov­hi­de- ha­ki­miy­yət: hə­qi­qi ha­kim və hökm edən yal­nız Al­lah­dır. Hökm yal­nız ona məx­sus­dur.) (Ma­i­də, 44)

7 -Tov­hid və mö­cü­zə­lər


İla­hi pey­ğəm­bər­lə­rin ən­cam ver­dik­lə­ri bü­tün xa­ri­qü­la­də iş­lər və mö­cü­zə­lər (ölü di­rilt­mək, ana­dan­gəl­mə ko­ru sa­ğalt­maq və s.) yal­nız Al­la­hın ica­zə­si, iz­ni­lə baş tu­tur. Və bu mö­cü­zə­lə­rin tov­hi­di - əfa­li ilə heç bir zid­diy­yə­ti yox­dur. Ne­cə ki, Qu­ra­ni-Kə­rim İsa (ə)-a bu­yu­rur: «Ana­dan­gəl­mə ko­ra və (əla­cı müm­kün ol­ma­yan) ala­ca xəs­tə­li­yi­nə tu­tul­mu­şa mə­nim iz­nim­lə şə­fa ve­rir­din. Və ölü­lə­ri mə­nim əm­rim­lə di­ril­dir­din.» (Ma­i­də, 110)

Sü­ley­man (ə)-ın və­zir­lə­rin­dən bi­ri ba­rə­sin­də Qu­ra­ni-Kə­rim­də be­lə bu­yu­ru­lur: İla­hi ki­ta­bın­dan bir az el­mi bəh­rə­si olan şəxs de­di: «Sən gö­zü­nü qırp­ma­mış­dan ön­cə mən onu sə­nin ya­nı­na gə­ti­rə­rəm.» Sü­ley­man (ə) tax­tı öz ya­nın­da gör­cək de­di: «Bu, Tan­rı­mın mər­hə­mə­tin­dən­dir.» (Nəml, 40)

Be­lə­lik­lə, Qu­ran aş­kar şə­kil­də əla­cı müm­kün ol­ma­yan xəs­tə­lə­rə şə­fa ver­mək, ölü­lə­ri di­rilt­mək və s. bu ki­mi mö­cü­zə­lə­ri, yal­nız Al­la­hın iz­ni­nə bağ­la­yır. Və bu iş tov­hid­lə zid­diy­yət da­şı­ma­ya­raq, əs­lin­də onun ey­ni­dir.

8 - Al­la­hın mə­lək­lə­ri


Biz ila­hi mə­lək­lə­ri­nin var­lı­ğı­na ina­nı­rıq. Və bu mə­lək­lər ne­çə qru­pa, dəs­tə­yə bö­lü­nür­lər. Mə­lək­lə­rin hər bir dəs­tə­si özü­nə məx­sus mə­mu­riy­yə­tə ma­lik­dir.

1- Bə­zi mə­lək­lər pey­ğəm­bər­lə­rə Al­la­hın vəh­yi­ni ye­tir­mə­yə mə­mur olub­lar. (Bə­qə­rə, 98)

2- Bə­zi­lə­ri in­san­la­rın əməl­lə­ri­nə nə­za­rət edir­lər. (İn­fi­tar, 10)

3- Mə­lək­lə­rin bir dəs­tə­si in­san­la­rın ru­hu­nu al­ma­ğa mə­mur­dur­lar. (Əraf, 37)

4- Baş­qa bir qrup mə­lək­lər mü­ha­ri­bə za­ma­nı mö­min şəxs­lə­rə yar­dım edir­lər. (Əh­zab, 9)

5- On­la­rın bir dəs­tə­si isə düz yol­da olan mö­min­lə­rə yar­dım edir­lər. (Fus­si­lət, 30)

6- Bə­zi mə­lək­lər tüğ­yan­gər və dik­baş tay­fa­la­rı cə­za­lan­dır­ma­ğa mə­mur­dur­lar. (Hud, 77)

7- Di­gər mə­lək­lər isə ya­ra­nış alə­min­də olan müx­tə­lif mə­mu­riy­yət­lə­rə ma­lik­dir­lər.

Şüb­hə­siz, mə­lək­lə­rin söy­lə­ni­lən mə­mu­riyyt­lə­rə ma­lik olam­sı Al­la­hın ica­zə­si, ra­zı­lıq və fər­ma­nı ilə baş tu­tur. Və Tov­hid­lə (is­tər iba­di, is­tər­sə də əfa­li) heç bir zid­diy­yə­ti yox­dur. Hə­qi­qət­də, bü­tün bun­lar tov­hi­din aş­kar nü­mu­nə­si və onu tə­yid edən bir sü­but­dur. Və elə bu­ra­da­ca ay­dın olur ki, pey­ğəm­bər­lə­rin, mə­sum­la­rın və mə­lək­lə­rin (la­yiq­li) in­san­la­ra şəfa­ət (va­si­tə­çi­lik) et­mə­si, bir­ba­şa Al­la­hın ira­də­si və ica­zə­si­nə bağ­lı ol­du­ğun­dan, tov­hid­lə heç bir tə­zad da­şı­ma­ya­raq, tov­hi­din özü ilə ey­ni­dir. Qu­ra­ni-Kə­rim bu­yu­rur: «Al­la­hın ica­zə­si ol­ma­dan heç bir kəs şəfa­ət edə bil­məz.» (Yu­nis, 3) (Şəfa­ət və tə­vəs­sül mə­sə­lə­si­nin ge­niş bəh­si «nü­büv­vət bö­lü­mün­də şərh edi­lə­cək­dir).

9 - İba­dət yal­nız Al­la­ha məx­sus­dur


İba­dət yal­nız Al­la­ha məx­sus­dur. De­mə­li, Al­lah-Ta­a­la­dan baş­qa­sı­na (qey­ri­si­nə) iba­dət edən şəxs «müş­rik »ad­la­nır. Qu­ra­ni-Kə­rim bu­yu­rur: «Al­la­ha pə­rəs­tiş edin. On­dan baş­qa mə­bud yox­dur.»

Bu elə bir kə­lam­dır ki, Qu­ra­ni-Kə­rim­də də­fə­lər­lə pey­ğəm­bər­lər tə­rə­fin­dən nəql edi­lə­rək, da­im tə­kid olun­muş­dur.

Ol­duq­ca ma­raq­lı və cəl­be­di­ci­dir ki, biz mü­səl­man­lar hə­mi­şə öz gün­də­lik na­maz­la­rı­mız­da «Həmd» su­rə­si­ni oxu­yar­kən «İba­dət­də Tov­hi­di» (tov­hi­de-iba­di) təs­diq­lə­yə­rək, onu tək­rar edi­rik: «Yal­nız sə­nə iba­dət edir və yal­nız sən­dən yar­dım di­lə­yi­rik» (Həmd, 5)

Ay­dın­dır ki, Al­la­hın iz­ni­lə «pey­ğəm­bər­lə­rin və mə­lək­lə­rin şəfa­ət edə­cək­lə­ri­nə» olan inam (ki, Qu­ran­da da, möv­cud­dur), on­la­ra iba­dət et­mək mə­na­sın­da de­yil­dir.

Və həm­çi­nin, Pey­ğəm­bər­lə­rə olu­nan «tə­vəs­sül» (yə­ni Pey­ğəm­bər­lə­ri və Əh­li-bey­ti (ə) Al­lah ya­nın­da va­si­tə qə­rar ver­mək, öz ha­cət­lə­ri­ni on­la­ra söy­lə­yə­rək, Al­la­hın bu is­tək­lə­ri tez ye­ri­nə ye­tir­mə­si üçün, on­lar­dan dua et­mə­lə­ri­ni, Tan­rı­ya xa­hiş et­mə­lə­ri­ni tə­mən­na et­mək) tov­hid­lə heç bir zid­diy­yət-tə­zad da­şı­mır. Tə­vəs­sül mə­sə­lə­si­nin ge­niş şər­hi «Nü­büv­vət» böl­mə­sin­də si­zə təq­dim olu­na­caq­dır.

10 - Al­la­hın pak za­tının hə­qi­qə­ti hər bir kəsə məxfidir


Al­la­hın vü­cu­du­nun, var­lı­ğı­nın əsər­lə­ri bü­tün dün­ya­nı əha­tə et­miş­dir. Əv­vəl­də söy­lə­di­yi­miz ki­mi, hər bir ya­ran­mı­şın vü­cu­du, bi­zə ulu, qa­dir, və əzə­mət­li Ya­ra­da­nın var­lı­ğın­dan söz açır. La­kin bu­nun­la be­lə Al­la­hın za­tı­nın hə­qi­qə­ti (Onun ne­cə ol­du­ğu) heç bir kə­sə mə­lum de­yil­dir. İn­san Al­la­hın pak za­tı­nı dərk edə­rək, Onu ol­du­ğu ki­mi an­la­ya, tə­səv­vür edə bil­məz. Çün­ki O, hər bir cə­hət­dən na­məh­dud, in­tə­ha­sız və hü­dud­suz­dur. Am­ma biz in­san­lar məh­dud, son­lu və hü­dud çər­çi­və­sin­də məh­dud­la­şan məx­luq­la­rıq. Bi­zim məh­dud və mü­əy­yən bir da­i­rə­də (za­man və mə­kan qey­di­nə bağ­lı olan) el­mi­miz, hər bir cə­hət­dən na­məh­dud son­suz olan Uca Ya­ra­da­nı dərk et­mək qüv­və­si­nə qa­dir de­yil­dir. (Məh­dud bir var­lı­ğın na­məh­dud, son­suz olan Uca Ya­ra­da­nı hər han­sı bir cə­hət­dən əha­tə et­mə­si qey­ri-müm­kün­dür.)

Qu­ra­ni-Kə­rim bu­yu­rur:

«Agah olun! Onun hər bir şe­yə əha­tə­si var­dır.» (Fus­si­lət, 54) Ya­xud: «Al­lah on­la­rın ha­mı­sı­nı (hər tə­rəf­dən) əha­tə edib­dir.» (Bu­ruc, 20)

Mə­həm­məd Pey­ğəm­bə­rin (s) ta­nın­mış bir hə­di­sin­də oxu­yu­ruq: «İla­hi, biz Sə­ni pak za­tı­na la­yiq şə­kil­də iba­dət edə bil­mə­dik. Sə­ni ol­du­ğun ki­mi (hə­qi­qə­ti­ni) ta­nı­ya bil­mə­dik.» (Bi­ha­rul-ən­var 68 c, səh-23)

La­kin bü­tün bu söy­lə­dik­lə­ri­miz, o mə­na­ya de­yil­dir ki, biz Al­la­hı heç bir for­ma­da ta­ni­ya bil­mə­rik. (Hə­qi­qət­də in­san öz Al­la­hı­nın cə­lal və ca­mal si­fət­lə­rin­dən agah ol­maq im­ka­nı­na ma­lik­dir. Hət­ta, təbi­ə­tin özü də, bi­zə Al­la­hı ta­nı­ma­da gö­zəl yar­dım­çı­dır. Biz təbi­ə­tə bax­dıq­da Al­la­hın qüd­rə­ti­ni, əzə­mə­ti­ni, əda­lə­ti­ni, gö­zəl­li­yi­ni və s. dərk edi­rik.)

Əgər biz Al­la­hı heç bir şə­kil­də ta­nı­ya bil­mə­sək, onun xü­su­siy­yət­lə­rin­dən, si­fət­lə­rin­dən xə­bər­dar ol­ma­saq, ila­hi mə­ri­fə­ti yo­lun­da yal­nız bir ne­cə mə­na­sız söz­lə­rə ki­fa­yət et­mə­li ola­ca­ğıq. Bu isə ila­hi mə­ri­fə­ti­nin tə­til ol­ma­sı de­mək­dir. Və qə­bul olu­na­sı müm­kün ol­ma­yan bir əqi­də­dir. Çün­ki Qu­ra­ni-Kə­rim və di­gər sə­ma­vi ki­tab­lar məhz ila­hi mə­ri­fə­ti­ni bə­yan et­mək üçün (Al­la­hı ta­nıt­maq məq­sə­di­lə) na­zil ol­muş­dur.

Bu ba­rə­də çox­lu ox­şar mi­sal­lar gə­tir­mək olar. Mə­sə­lən; Biz «ru­hun» hə­qi­qə­ti­ni ol­du­ğu ki­mi an­la­ya bil­mə­rik. La­kin ey­ni hal­da onun xü­su­siy­yət­lə­rin­dən xə­bər­da­rıq. Və onun əsər­lə­ri­ni (tə­sir­lə­ri­ni) mü­şa­hi­də edə­rək çox yax­şı an­la­yı­rıq İmam Ba­qir (ə) özü­nün bir hə­di­sin­də bu­yu­rur:

«Al­lah ba­rə­sin­də (Onun hə­qi­qə­ti ba­rə­sin­də) öz fi­kir və xə­yal­la­rı­nız­la ən də­qiq mə­na­da və şə­kil­də et­di­yi­niz tə­səv­vür­lər, yal­nız si­zin ağ­lı­nı­zın ya­rat­dıq­la­rı­dır (Yə­ni hə­qi­qət de­yil­dir). Və si­zin özü­nüz ki­mi na­qis və məh­dud­dur. (Al­lah-Ta­a­la­nın hə­qi­qə­ti bu xə­yal­lar­dan da­ha uca və üs­tün­dür («Bi­ha­rul-ən­var» c- 66, səh 293)

Həz­rət Əli (ə)-dan nəql edi­lən baş­qa bir hə­dis­də ila­hi mə­ri­fə­ti ən gö­zəl və ay­dın tə­bir­lər­lə bə­yan olun­muş­dur: «Al­lah-Ta­a­la ağıl­la­rı öz si­fət­lə­ri­nin (və za­tı­nın) hü­dud­la­rın­dan (hə­qi­qət­lə­rin­dən) agah et­mə­miş­dir. Və am­ma ey­ni hal­da on­la­rı la­zım olan miq­dar­da an­la­yış­dan və mə­ri­fət­dən məh­rum da, et­mə­miş­dir. (Ğu­rə­rul - hi­kəm)

11 - Nə ağ­lın qüv­və­dən sa­lın­ma­sı və nə də «təş­bih» (Al­la­hı, Onun bən­də­si­nə ox­şat­maq) düz­gün de­yil­dir


İla­hi mə­ri­fə­tin­də ağ­lın qüv­və­dən sa­lın­ma­sı ol­ma­dı­ğı ki­mi, «təş­bih» də, düz­gün de­yil­dir. Al­la­hı, bən­də­lə­ri­nə ox­şat­maq, bən­də­nin - məx­lu­qa­tın si­fət­lə­ri­ni Ona nis­bət ver­mək doğ­ru de­yil­dir. Və elə­cə də, Al­la­hı ta­nı­ma yo­lun­da in­san ağ­lı­nın ta­ma­mi­lə aciz və tə­til ol­ma­sı da, qey­ri-sə­hih­dir. Bun­la­rın bi­ri təf­rit, di­gə­ri isə if­ra­ta var­maq de­mək­dir.

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət