Ana səhifə

Balalar-Az. Com Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar


Yüklə 6.93 Kb.
tarix12.06.2016
ölçüsü6.93 Kb.

Balalar-Az.Com

Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar.

1907.
Vay, vay! Nə yaman müşgülə düşdü işim, allah!
Vay, vay! Nə yaman müşgülə düşdü işim, allah!
Fəryadimə yet kim, yanıram atəşə, billah!
İslamə xələl qatmadadır bir neçə bədxah,
İstərlər ola bəndələrin taği və gumrah,
Etdim nə yaman əsrə təsadüf, aman, ey vah!
Lahövlə vəla qüvvətə illa və billah!

Məktəblər açıb eyləyin ehsanı, - deyirlər,


Məktəbdə qoyun ustulu, dasqanı, - deyirlər,
Pərpuç eləyin çubi-fələqqanı, - deyirlər,
Dişrə çıxarın həzrəti-mollanı, - deyirlər,
Molla qovula, yəni müəllim gələ, vah-vah!
Lahövlə vəla qüvvətə illa və billah!

Mən anlamıram kim, nola mənayi-müəllim?


Qırx-əlli manat pul ala hər ay müəllim?
Bir tazə üsulə ola ifayi-müəllim?
Pulları ala, söyləyə, “oxqay”, - müəllim?
Molla ona həsrətlə çəkə kuçədə ah!.. ah!..
Lahövlə vəla qüvvətə illa və billah!

Bir ildi, bir az çox da olur, yoxdu damağım,


Nə çatmır əlim bir işə, nə getmir ayağım,
Hərdən yeni bir söz danışar oğlan-uşağım,
Taqqıldayır, allah da şahiddi, qulağım,
Port-Artur, hürriyyəti-Mancuriya, qah-qah...*
Lahövlə vəla qüvvətə illa və billah!

And olsun ötən günlərə, divanə olublar!


İslamə də, imanə də biganə olublar!
Billahi başım çıxmayır, aya, nə olublar?
Hürriyyətə-mürriyyətə məstanə olublar...
Bah! bah... yenə bah-bah!.. yenə bah-bah!.. yenə bah-bah!..
Lahövlə vəla qüvvətə illa və billah!

Ax, ay keçən illər, nola bir də dolaneydin,


Tazə yenə beş yüz il olunca dayaneydin,
Elmi, ədəbi, fəzli, kəmalati daneydi!
Ey bildir, inişal,* nola odlarə yaneydin!
Ta eyləmiyəydin də bu qafilləri agah!
Lahövlə vəla qüvvətə illa və billah!

Bilməm nə işim vardı, başım harda qarışdı,


Elm ilə belə düşmən olan qövm barışdı,
Təcdidi-vəfa birlə məariflə sarışdı,
Rahət yata bilməm, mənə qəm muri darışdı,
Etməkmi olar bir də bu uymuşları ikrah?
Lahövlə vəla qüvvətə illa və billah!..



Balalar-Az.Com


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət