Ana səhifə

BakteroiDLƏRİn töRƏTDİYİ XƏSTƏLİKLƏr və onlarin diaqnostikasi


Yüklə 61.39 Kb.
tarix14.06.2016
ölçüsü61.39 Kb.

BAKTEROİDLƏRİN TÖRƏTDİYİ XƏSTƏLİKLƏR VƏ ONLARIN DİAQNOSTİKASI

Bakteroidtar fəsiləsinə Qram mənfi, kiçik, spor əmələgətirməyən anaerob bakteriyalar aiddir. Bunların 13 cinsi məlumdur, lakin təbabət üçün maraq doğuran 2 cinsdir: Bakteroides və Fuzibakterium. Bunlar ətraf mühitdə çox yayilmişdir. Ən çox isə ağız boşluğunun selikli qişasmda, mədə-bağirsaq traktının, sidik- cinsiyyət yollarının selikli qişalarında rast gəlinir. Müəyyən şəraitdə onlar apendisit, peritanit, sepsis, parapraktid, yara infeksiyaları va s. Kimi xəstəliklər törədirlər.



Bakteroides cinsi 22 novdan ibarətdir, obliqat anaeroblardır . Düz və ya azca əyri olub tək-tək, cüt-cüt, zəncir şəklində yerləşir

.Bəzi növləri kapsulludur, bəzisi isə hərəkətlidir. Əsas xəstəlik törədən növləri B. fragilis va B. melaninagenicusdur.

B. fragilis maye va bərk mühitlərda 5-7 günə çoxalır, mühitə qan zərdabi əlavə edildikda onlarm inkişafı sürətlənir. Qanli aqarda «S» formalı hemoliz zonası olmayan koloniyalar əmələ gətirir, jelatini əritmir, zülalları parçalamır, bulyonu bulandirir.



B. melaninogenicus, qanli aqarda hemoliz zonali koloniya əmələ gətirir, jelatini aridir, zülalları parçalayaraq indol əmələ gətirir, koloniyasi tünd qəhvəyi rəngdə olur. Bakteroidlərin əmələ gətirdiyi xəstəliklərə mikrobioloji diaqnoz qoymaq üçün patoloji materialdan əvvəlcə yaxma hazirlanır, Qram iisulu ilə rəng- lənir va mikroskopiya zamani solğun çəhrayi, bəzən bipolyar boyanmiş çöplər gorünür. Əsas diaqnostika iisulu bakterioloji üsul sayilir. Belə ki, material anaerob şəraitda qanlı aqara, eləcə də qanlı-ödlü aqara (kanamisin qatilmiş) əkilir, 37 °C temperaturlu termostatda 2-3 gün inkubasiya edilir. Yuxarida qeyd olunan kultural xassələrə əsasən diaqnoz təsdiq edilir.

Fuzibakterium cinsinə isə 16 növ bakteroidlar daxildir. Bunlar iltihabi-nekrotik proseslər törədirlər. Əsas növləri F. necrophorum, F. nucleatumdur. Bunlar Qrammənfi, polimorf, hərəkətsiz, kapsulsuz coplərdir. Qara ciyərli bulyonu bulandirir va iylanmiş pendir iyi əmələ gətirir. Qanli aqarda hemoliz zonasi ilə əhatə olunmuş «S» formalı koloniyalar əmələ gətirir, zülalları parçalayaraq indol və H2S əmələ gətirirlər, Fuzibakteriyaların törətdiyi xəstəliklərə diaqnoz qoymaq üçün əvvəlcə mikroskopik üsuldan istifadə edilir, yəni dəri və selikli qişalardan material götürüb yaxma hazirlanır, Qram üsulu ilə rənglənir. Bakterioloji üsulda isa material qanlı aqara əkilməklə təmiz kultura alınir və identifikasiya olunmur. Bəzən bioloji üsuldan da istifadə olunur, bunun üçün ağ siçanlar yoluxdurulur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət