Ana səhifə

B №34 XƏBƏRLƏr bülleteni Azərbaycanda və dünyada


Yüklə 9.76 Kb.
tarix11.06.2016
ölçüsü9.76 Kb.

www.azpenalreform.org
29.03.2005 B № 34
XƏBƏRLƏR BÜLLETENİ
Azərbaycanda və dünyada
Avropa Şurası Rasim Əkbərovu siyasi məhbus saymır
Mərkəz qəzetinin verdiyi məlumata görə, bəzi hüquq müdafiəçiləri prezidentin axırınci əfv fərmanından sonra da siyasi məhbusların qaldığını söyləyirlər. Onların fikrincə, Rasim Əkbərov və digərləri də azad olunmalıdırlar. Prezident Aparatının hüquq-mühafizə orqanlarıyla iş şöbəsinin müdiri Fuad Ələsgərov isə bu məsələ ilə əlaqədar öz fikirlərini bildirdi. O, ümumiyyətlə “siyasi məhbus” anlayışıyla razı deyil. Onun sözlərinə görə, prezident tərəfindən imzalanmış əfv fərmanları humanizm prinsiplərə əsaslanır. Həmçinin o, bildirdi ki, Avropa Şurasının siyahısına gəlinsə bir neçə şəxs qalıb ki, onlar da qati cinayətkarlardır. Rasim Əkbərovun məsələsinə toxunaraq F.Ələsgərov qeyd etdi ki, Avropa Şurası həmin şəxsi “siyasi məhbus” hesab etmir.
Mənbə: Mərkəz qəzeti (29.03.2005)
Həbsxanalarda hələ də 52 siyasi məhbus qalır
İnformasiya mənbələrindən alınan məlumata görə, siyasi məhbus hesab olunaraq adları Hüquq-Müdafiə təşkilatları Monitorinq Qrupunun siyahısına salınan və Avropa Şurasına göndərilən 716 nəfərdən 52-si hələ də həbsdə qalır. İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun üzvü Səidə Qocamanlı bildirib ki, son əfv fərmanı ilə adları Monitorinq Qrupunun siyahısında olan məhbuslardan 53-ü azad olunub. Həmçinin hüquq müdafiəçisi 52 nəfərdən üç nəfərinin seçki məhbusu olduğunu deyib. Hüquq müdafiəçisi onlardan birinin bitərəf, qalan iki nəfərin isə biri Müsavat Partiyasının, digəri isə Demokrat Partiyasının üzvləri olduqlarını söyləyib.
Mənbə: Gün (29.03.2005)
NEWS BULLETIN
In Azerbaijan and in the world
Council of Europe does not consider Rasim Akparov political prisoner
According to the information of the “Markaz” newspaper, some right protectors even after the last President’s decree on pardon consider that not all the political prisoners have been released. In their opinion, Rasim Akparov and others should be released. Chief of the department on the work with law enforcement bodies at President’s Office Fuad Alaskarov stated his opinion regarding this matter. He does not agree at all with the “political prisoner” concept. According to his words, the acts signed by the President are based on humanistic principles. Touching the list of CE he mentioned that those who have not been released yet are guilty in grave crimes. Concerning Rasim Akparov’s case Fuad Alaskarov added that he has not been recognized by the Council of Europe a “political prisoner”.
Source: “Markaz” newspaper (29.03.2005)
52 political prisoners have not been released yet
According to the data received from the informational sources, 52 more people who have been recognized political prisoners remain in custody. Their names are included into the list of 716 people, compiled by the Monitoring Group of Right Protection Organizations and sent to the Council of Europe. The member of Bureau on human rights and protection of legality Sayida Gojamanly informed that 53 people out of the list of Monitoring Group had been released. She also added that 3 people out of the remained 52 are election prisoners. She mentioned that one of hem is a non-party person and other two are the members of “Musavat” and “Democratic” parties.
Source: Gun (29.03.2005)


Materiallar Heydərova Samirə tərəfindən hazırlanmışdır

Information was prepared by Heydarova Samira


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət