Ana səhifə

AZƏrbaycanin kənd yerləRİNDƏ BİznesiN İNKİŞafi (akbi) proqrami quba iQTİsadi DƏHLİZİNDƏ “Bİznes iNKİŞaf resurs məRKƏZ”LƏRİNİN (birm) İcraçilarini seçMƏK ÜÇÜn elan olunmuş İCTİMAİ tenderin səNƏDLƏRİ


Yüklə 188 Kb.
tarix11.06.2016
ölçüsü188 Kb.

ABŞ BİA Azərbaycanın Kənd Yerlərində Biznesin İnkişafı (AKBİ) Proqramı

AZƏRBAYCANIN KƏND YERLƏRİNDƏ BİZNESİN İNKİŞAFI (AKBİ) PROQRAMI QUBA İQTİSADİ DƏHLİZİNDƏ “BİZNES İNKİŞAF RESURS MƏRKƏZ”LƏRİNİN (birm) İCRAÇILARINI SEÇMƏK ÜÇÜN ELAN OLUNMUŞ İCTİMAİ TENDERİN SƏNƏDLƏRİ

1. Elan edən Təşkilat
Bu tender elanını verən təşkilat Beynəlxalq Xilasetmə Komitəsi (BXK) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (ABŞ BİA) arasında 112-A-00-04-00020-00№-li birgə razılaşmaya əsasən həyata keçirilən Azərbaycanın Kənd Yerlərində Biznesing İnkişafı (AKBİ) Programıdır. AKBİ Programı Ə. Ələkbərov küçəsi 5, 565-ci məhəllə, 2-ci mərtəbə, Bakı AZ1141, Azərbaycan ünvanında yerləşir.
2. İctimai Tender Elanının Məqsədi
Tender prosesinin məqsədi Quba dəhlizində AKBİ Biznes İnkişaf Resurs Mərkəzini (BİRM) idarə etmək üçün müsabiqə yolu ilə bir və ya bir neçə təşkilat seçməkdir. BİRM-in icraçısı iki mərhələdən ibarət olan müsabiqə prosesi vasitəsi ilə seçiləcək.
BİRM əsasən yerli bizneslə (xüsusilə, kənd təsərrüfatı istehsalçıları və başqa kiçik və orta müəssisələr) bağlı biliklərindən istifadə edərək alış-veriş, müştərilərin məhsulunu artırmaq üçün yerli və beynəlxalq texniki dəstək, avadanlıq üçün qrant, təlim və başqa münasib imkanlar təşkil edən satış təşkilatıdır. BİRM-lərin hər biri bir iqtisadi dəhlizdə, əsas dəhliz boyunca başlıca ticarət nöqtəsi sayılan şəhər və ya rayonda yerləşəcək1. BİRM-dəki biznes məsləhətçiləri onun başlıca ehtiyatıdır. BİRM-in əsas vəzifəsi iqtisadi dəhlizdə yerli istehsalçılar və digər MKM (mikro və kiçik müəssisələr) arasında yerli, regional, milli və beynəlxalq səviyyədə satış təşkil etməkdən ibarətdir. BİRM-in fəaliyyəti satış fəaliyyətinə əsaslanacaq. BİRM ABŞ BİA Kənd Yerlərində Kiçik Müəssisələrin Yarışı (KKMY) layihəsi altında emalçıları, topdansatış ticarətçilərini, pərakəndə ticarətçiləri və ixracatçıları dəstəkləyən Azərbaycan Agrobiznes Mərkəzinin (AAM) texniki məsləhətçiləri ilə yaxından əməkdaşlıq edəcək.
Hər bir BİRM mərkəzi idarə etmək imkanı uğrunda açıq müsabiqədə iştirak edəcək bir Azərbaycan müəssisəsi və ya təşkilatı tərəfindən idarə olunacaq. Namizədin iqtisadi dəhlizdə istehsalçılar və digər MKM üçün biznes imkanlarının inkişafı ilə bağlı baxışı, və hər BİRM-in heyətini təşkil edəcək biznes məsləhətçilərinin ixtisası kimi amillərə əsaslanaraq, hər bir BİRM-i idarə etmək üçün sab qrantlar veriləcək.
Hər BİRM Quba dəhlizində aşağıdakılar daxil olmaqla, lakin onunla məhdudlaşmadan istehsalçılar, mikro və kiçik müəssisələr üçün xidmət göstərəcəklər:



  1. İstehsalçılar və başqa kiçik müəssisələr üçün bazar imkanlarını müəyyən etmək;

  2. İstehsalçılar, MKM, emalçılar, vasitəçilər, topdansatış və pərakəndə satış ticarətçiləri arasında satış sövdələşmələrin aparılmasına kömək etmək (Qeyd: emalçılar və başqa alıcılarla sövdələşmə AAM köməyi ilə həyata keçiriləcək);

  3. Getdikcə BİRM-in maliyyə baxımından müstəqilliyinə nail olmaq üçün gəlir yaratmaq2;

  4. Məhsulun keyfiyyəti, miqdarı və vaxtında çatdırılması baxımından alıcıların sifarişlərinə cavab verə bilməsi üçün istehsalçılara və digər MKM-lərə texniki dəstək, məlumat, təlim və başqa münasib xidmətlər göstərmək (və ya müştərilərin bu xidmətlərlə bağlı ehtiyaclarını müəyyən etmək).

  5. Bazar tələblərini təmin etmək üçün bacarıqlarını artırmaq məqsədilə istehsalçıları və digər MKM-ləri başqa mənbələr və təşkilatlarla əlaqələndirmək (məsələn, ticarət bankları, qeyri-bank maliyyə müəssisələri/mikro-maliyyə müəssisələri, biznes və ticarət assosiasiyaları, QHT-lər, məsləhət və texnika firmaları, nəqliyyat firmaları, sığorta şirkətləri və donor tərəfindən maliyyələşdirilən layihələr);

  6. İstehsalçıların və digər MKM-lərin bazar tələblərini müəyyən etməsi və onlara cavab verməsinə kömək etmək üçün bazar təhlili aparmaq və bazar məlumatı yaymaq.

  7. Bazar məlumatlarını, alət və metodologiyaları və başqa mənbələri effektiv şəkildə bölüşərək AKBİ Proqramı BİRM-lərini və AAM-ləri əlaqələndirən şəbəkədə fəal iştirak etmək.

  8. Yerli icmalar və hökumət işçiləri, icma inkişafı təşkilatları, həmçinin yerli istehsalçılar, başqa kiçik müəssisələr və alıcılarla möhkəm, effektli, işgüzar əlaqələr saxlamaq;

  9. BİRM-lərin yerləşdiyi icmalarda İcmanın İştirakı ılə Qiymətləndirmə (İİQ) keçirmək və icma əsaslı strateji planlaşdırmaya kömək etmək (yuxarıda göstərilən bazar tələbləri);

  10. Aşağıdakı məsələlərdə AKBİ Proqramının texniki məsləhətçiləri ilə birgə işləmək:

    • Müştərilərə onlara münasib maliyyə imkanlarını müəyyən etməkdə kömək etmək və AKBİ proqramının müştərilərinə ərizə vermə prosesində bələdçilik etmək,

    • Müntəzəm təkmilləşdirmə təklifi tərtib etmək və Hökumət işçiləri üçün öz ərazilərinə “öyrənmə səfərləri” planlaşdırmaq,

    • BİRM tədbirlərinin mediya əhatəsini əlaqələndirmək,

    • AKBİ Proqramının Qrant prosesində müştərilərə bələdçilik etmək,

    • Bizneslə məşğul olan gənc qadınlara məsləhət proqramı başlamaq və BİRM-lərdə “Qadınlar Günü” təşkil etmək;


3. Muqavilə Münasibətləri
BİRM icraçıları seçildikdən sonra, AKBİ Proqramı və BİRM icraçısı təxminən 50 ay qüvvədə olan sabqrantı rəsmiləşdirəcək. Satışa kömək etməsi və müştərilərə xidmət göstərməsi nəticəsində BİRM-in nail olacağı əlavə satışların və sərmayələrin həcmi və artmış iş yerlərinin sayı bu sabqrantda aydın şəkildə göstəriləcək.
AKBİ Proqramı hər BİRM-i təlim, qaydalar və texniki köməklə və həmçinin onların aylıq xərcini odəmək üçün müəyyən olunmuş məbləğdə pulla təmin edəcək. Lakin, BİRM icraçılarının gələcəkdə müstəqil olmağı əsas məqsəd kimi qiymətləndirməsi çox vacibdir. Buna əsaslanaraq, BİRM-ə pul yardımı layihə müddəti boyunca getdikcə azalacaq, belə ki, AKBİ Proqramı birinci il fəaliyyət xərclərinin 90%, ikinci il 70%, üçüncü il 50%, dördüncü il 30% və beşinci il 10% odəyəcək. Fəaliyyət xərclərinəilkin başlanğıc xərclərindən başqa, BİRM-i idarə etmək üçün lazım olan bütün xərclər daxildir. Məsələn, fəaliyyət xərcinə maaşlar və sosial müavinatlar, ofis üçün yer, rabitə, səfər və s. daxildir (Aşağıda bölmə 8.C, bax).
Belə nəzərdə tutulur ki, AKBİ Proqramının azaltdığı pul yardımının məbləği BİRM-in müştərilər üçün satış və başqa xidmətləri hesabına əldə etdiyi gəlirlə əvəz olunacaq. Namizədlərdən xahiş olunur ki, öz fəaliyyət xərclərinin balansını müəyyən etməklə öz töhfələrini göstərsinlər və bu cür edəcəklərini təsvir edən planı da təklifin bir hissəsi kimi hazırlasınlar. BİRM töhfəsinin artımı bu cür mümkün ola bilər (1) BİRM davamlılığa nail olmağa kömək etmək məqsədi daşıyan texniki yardımdan faydalansın, (2) BİRM-in daha çox gəlir gətirən fəaliyyətlərə diqqət verməsinə imkan verən effektlilik yaradılsın və nəhayət, (3) AKBİ Proqramının təşəbbüsü kənd yerlərində gəliri artırdığına görə, müştərilər gəlirin artdığını görəcəklər, BİRM xidmətlərinin faydasını başa düşəcəklər və bu xidmətlərin bazar qiymətini ödəmək üçün həvəs və imkanları olacaq. Bundan başqa, AKBİ BİRM-ə avadanlıq, texnika və digər mallar üçün qrant verə bilər, çünki satışın artırılması və BİRM müştərilərinin işlə təmin olunmasına əlavə olaraq, qrantlar BİRM üçün gəlir gətirə bilər.
4. İctimai Tender Elanının Əhatə Dairəsi
Bu ictimai, milli səviyyəli elandır və tenderin tələblərinə cavab verən hər hansı bir müəssisə və ya təşkilat Quba ticarət dəhlizində BİRM icraçısı olmaq üçün müsabiqədə iştirak edə bilər.
5. BİRM İCRAÇISI olmaq üçün müsabiqədə iştirak edən müəssisə və ya təşkilatlar üçün tələblər

Bu tenderdə hüquqi qeydiyyatı olan və fəaliyyət göstərən özəl firmalar, və ya qeyri hökumət təşkilatları (QHT), assosiasiyalar, universitetlər və ya oxşar tədqiqat institutları, nizamnaməsi və qanunları bu müsabiqədə iştirak etməyə imkan verən və bu müsabiqənin şərtlərinə cavab verən hər bir müəssisə və təşkilat iştirak edə bilər. Üzvlərindən biri yuxarıda göstərilən tələblərə cavab verən təşkilatlar və fərdlər birlikləri konsorsiumlar kimi iştirak edə bilərlər. Konsorsium şəklində iştirak edilərsə, konsorsiuma daxil olan hər təşkilat və ya fərdin töhfəsi və vəzifələri göstərilməlidir.


Bu tenderdə iştirak edən müəssisə və ya təşkilatların ticarət və biznesin inkişafında heç olmasa beş il təcrübəsi olması daha məqsədəuyğundur. Əgər namizəd konsorsiumdursa, heç olmasa üzvlərdən birinin biznes sahəsində göstərilən müddətdə təcrübəsi olması münasib olardı. Eyni zamanda namizədlərin istehsalçılara, bazar mütəxəssislərinə və yerli özəl biznesmenlərə qeyri –maliyyə xidməti göstərmək təcrübəsi məqsədəuyğun olardı. Onlar həmçinin ticarət dəhlizinin istehsal və social vəziyyəti barədə dərin bilik nümayiş etdirməlidir. Buna görə onlar BİRM fəaliyyəti üçün biznes və fəaliyyət strategiyasını aydın müəyyən etməyə qadir olmalıdırlar.
6. İki mərhələli tender prosesinin təsviri
AKBİ Proqramı Quba ticarət dəhlizində bir və ya iki BİRM icraçısını seçmək üçün iki mərhələdən ibarət tender prosesi keçirəcək. I Mərhələnin məqsədi ondan ibarətdir ki, seçim prosesinin II Mərhələsində iştirak etmək üçün iki və ya dörd münasib namizəd seçsin.

Tender prosesi ilə bağlı son müraciət tarixi və tədbirləin vaxt cədvəli Əlavə 8-də göstərilmişdir.


Yalnız müsabiqənin I Mərhələsindən keçmiş namizədlərə Quba BİRM icraçısı(lar)nın seçiminin reallaşacağı II Mərhələ üçün tamamlanmış texniki və büdcə təklifi təqdim etməyə icazə verilir. II Mərhələdən sonra bir və ya iki BİRM icraçıları seçiləcək və Quba BİRM icraçısı kimi fəaliyyət göstərməsi üçün AKBİ Proqramı və seçilmiş təşkilat və ya müəssisə arasında sab qrant imzalanacaq.
I Mərhələnin əsas elementləri aşağıdakılardır:


    • Tender elan olunduqdan qısa müddət sonra I Mərhələnin namizədləri üçün Qubada konfrans keçiriləcək və konfransda AKBİ Proqramı nümayəndələri tender prosesi ilə bağlı namizədləri maraqlandıran suallara cavab verəcəklər.

    • İlkin elan veriləndən etibarən bütün namizədlərə I Mərhələ üçün öz təkliflərini təqdim etmək üçün təxminən üç həftə vaxt veriləcək (ətraflı məlumat aşağıda göstərilib).

    • İkinci mərhələ üçün tamamlanmış təklif təqdim etmək üçün iki və ya dörd namizəd seçiləcək və bu barədə telefonla və yazılı şəkildə seçimin bir günü ərzində xəbərdar ediləcəklər.

Müsabiqənin II Mərhələsinin əsas elementləri:




    • Seçildikləri barədə məlumat aldıqları gündən etibarən dörd gün müddətində seçilmiş namizədlərə onları maraqlandıran sualları yazılı şəkildə AKBİ Proqramı heyətinə ya e-maillə RABD@irchq.baku.az ünvanına göndərmələrinə və ya axşam saat 18:00- kimi AKBİ Proqramı ofisinə gətirmələrinə icazə veriləcək (Bax, Əlavə 8).

    • Cavablar üç gün müddətində e-mail vasitəsilə bütün namizədlərə çatdırılacaq

    • Seçildikləri barədə məlumat aldıqları gündən etibarən təxminən beş həftə müddətində namizədlər bazar tələbatı qiymətləndirməsi, texniki və büdcə hissələri daxil olmaqla tamamlanmış təkliflərini təqdim edəcəklər.

    • Tam təklif sənədinin təqdim olunmasından sonra namizədlər bazar tələbləri tapıntıları, texniki yanaşma, heyət və idarə etmə yanaşması barədə AKBİ Proqramı, AAM, ABŞ BİA-ya şifahi məlumat verəcəklər.

    • AKBİ Proqramı AAM və ABŞ BİA ilə birlikdə ən dəyərli namizədi seçəcəkdir.


7. Təklif formasının təqdim olunma qaydaları

Yarışan təşkilatlar, Əlavə 8-də qeyd olunmuş müddət ərzində, I Mərhələ üçün təkliflərini, əgər I Mərhələdən keçiblərsə, Quba ticarət dəhlizində BİRM yaradıb və işə salmaqla bağlı tamamlanmış texniki və büdcə təklifini təqdim edəcəklər. Hər iki I və II Mərhələ üçün təqdim olunan təklif formaları ingilis dilində yazılmalıdır. Təklif sənədləri aşağıdakı qaydalara cavab verməlidir. Həmin qaydalara uyğun gəlməyən təkliflər yararsız hesab olunacaq.


Təkliflər üstündə aydın şəkildə ərizəçinin adı (konsorsiumlar olarsa, konsorsiumu təmsil edən qeydiyyatı olan təşkilatın adı) yazılmış və AKBİ Proqramının direktorunun ünvanına ünvanlanmış möhürlü zərfdə təqdim olunmalı və zərfin üstündə bir kənarda aydın şəkildə yazılmalıdır “Quba Ticarət Dəhlizi BİRM Təklif Sənədi”
I Mərhələ üçün təqdim olunan bütün təkliflərin həcmi 10 səhifədən çox olmamalıdır (şriftin ölçüsü 12, fonu Times Roman, tək məsafəli olmalı; qrafiklər, cədvəllər və ya CV-lər nəzərə alınmamalıdır). I Mərhələ üçün hər namizəd təklifi beş nüsxədə təqdim etməlidir.
I Mərhələdən keçmiş bütün namizədlər II Mərhələ üçün Texniki və Büdcə təkliflərini ayrıca bağlı və möhürlü zərflərdə təqdim etməlidir. II Mərhələ üçün təqdim olunan təklifin “Texniki Yanaşma” hissəsinin həcmi 20 səhifədən çox olmamalıdır (şriftin ölçüsü 12, fonu Times Roman, tək məsafəli olmalı; qrafiklər, cədvəllər və ya CV-lər, əlavə olunmuş Bazar Tələbatı Qiymətləndirməsi nəzərə alınmamalıdır). Büdcə təklifi üçün səhifə məhdudiyyəti yoxdur. II Mərhələ üçün seçilmiş hər bir namizəd beş nüsxə Texniki təklif və beş nusxə Büdcə təklifi təqdim etməlidir.
Bütün sənədlər (I və II mərhələ) Əlavə 8-də göstərilən son təqdimat tarixində saat 18:00 –a qədər aşağıdakı ünvanlara təqdim olunmalıdır:

Azərbaycanın Kənd Yerlərində Biznesin İnkişafı (AKBİ) Proqramının Ofisi

Beynəlxalq Xilasetmə Komitəsi

Ə. Ələkbərov küçəsi 5, 565-ci məhəllə, 2-ci mərtəbə,

Bakı, AZ 1141, Azərbaycan

I Mərhələ üçün təklif sənədləri, həmçinin, son təqdim olunma tarixində saat 14:00 dən-18:00 -a kimi aşağıdakı ünvanda AKBİ Proqramının nümayəndəsinə təqdim oluna bilər:

Quba şəhərindən 2 km qərbdə, Qəçrəş yolunda yerləşən



Quba Oteli
İkinci mərhələ üçün təklif sənədləri yuxarıda göstərilən ünvanda Bakı ofisinə təqdim olunmalıdır və şifahi təqdimatlar Bakı ofisində olacaq.

Sənədlər təqdim olunarkən ərizəçilərə sənədlərin təqdim olunduğunu və vaxtını təsdiq edən möhürlənmiş qəbz veriləcək.


8. BİRM icraçısı namizədlərinin təqdim edəcəyi sənədlərin məzmunu3
A. I Mərhələnin Texniki Təklifi üçün tələb olunan məlumat
Qeyd: Təklif sənədinin üzərində təşkilatın adı yazılmış başlıq səhifəsi olmalıdır. Təklifin hər bir bolməsinin yarım başlığı aşağıda göstərilmiş başlıqlarla eyni olmalıdır. Hər bölmə aşağıda qeyd olunmuş bütün bəndlərdən bəhs etməlidir. Bu tələblərə əməl etməyən təklif sənədi yararsız hesab olunacaq.



  1. Təşkilatın tarixçəsi və namizədin statusunu təsdiq edən sənədlər və eyni zamanda:

    • Ad

    • Təşkilatın növü

    • Ünvan

    • Telefon, faks və ya e-mail

    • Direktorlar Heyətinin Üzvlərinin və Hüquqi Nümayəndənin adı (uyğun gələrsə).

    • Vergi vermək üçün identifikasiya nömrəsi

    • Əlavələr (uyğun gələrsə):

  1. Təşkilati Nizamnamənin surəti

  2. İctimai Qeydiyyatı təsdiq edən Qeydiyyat vərəqinin surəti

  3. Hüquqi Nümayəndənin vəkillik səlahiyyətini təsdiq edən sənədin surəti

  4. Hüquqi nümayəndə və təyin olunmuş ictimai mühasib tərəfindən imzalanmış son Maliyyə Şərhinin surəti (2002).

  5. Namizəd təşkilatın Sədrinin və Menecerinin iş təcrübəsinin (CV) surəti.

  6. Konsorsium halında olarsa, Assosiasiya və ya Konsorsiumun qəbul olunduğunu vəd edən, notarius tərəfindən təsdiq olunmamış, birliyi təsdiq edən bəyənnamə təqdim olunmalıdır və rəhbərlik edəcək təşkilatın adı aydın göstərilməlidir (münasib iştirak və ya faiz göstərilməli), və həmin bəyənnamə aidiyyəti olan hüquqi nümayəndələr tərəfindən rəsmiləşdirilməlidir. Həmçinin, yuxarıda qeyd olunan sənədlər qrupun üzvü olan hər bir təşkilatın adından təqdim olunmalıdır. Sab qrant imzalananda, AKBİ Proqramı sab qrantı konsorsiumu təşkil edən təşkilatlardan biri ilə imzalayacaq və həmin təşkilat konsorsiumu təmsil edəcək.




  1. Təşkilatın xüsusiyyətləri, buraya daxildir:

    • Ucqar yerlərdəki istehsalçılara, mikro və kiçik müəssisələrə, bazar mütəxəssislərinə özəl yerli sahibkarlara qeyri-maliyyə xidmətləri göstərmək təcrübəsi. Aşağıdakıları əhatə edərək təşkilatın son on ildəki təcrübəsinin siyahısını cədvəl şəklində yazın:

      • Həyata keçirilən layihənin adı

      • Fəaliyyət növləri

      • Müddəti

      • Təklif olunan vəzifələr

      • Əldə olunan nəticə

      • Layihənin dəyəri

      • Maliyyə mənbəyi

    • Quba ticarət dəhlizində yerli istehsalçılar, MKM-lər, alıcılar və yerli təşkilatlarla mövcud olan şəbəkə və əlaqələr

    • Aşağıdakı sahələr üzrə biznes inkişaf dəstəyi göstərməkdə ümumi bacarıq:

      • Bazar tələbi təhlili

      • Bazar tapma və sövdələşmə aparmaq

      • Biznes, idarəetmə, texniki və maliyyə təcrübəsi

      • Ticarət, texniki, maliyyə və idarəetmə mənbələri və əlaqələri barədə məlumat toplamaq və həmin məlumatları başqalarına çatdırmaq

      • Bazar məlumatları toplamaq və onları başqalarına çatdırmaq

      • Milli BİRM şəbəkəsi (AAM ilə sıx əməkdaşlıq vasitəsilə)

      • Strateji planlaşdırma və həyata keçirmə daxil olmaqla, icma əlaqələri və icma əsaslı inkişaf

      • Maliyyə baxımından müstəqilliyə əsaslanan qeyri-hökumət fəaliyyətinin idarə olunması

      • Quba dəhlizindəki istehsalçılar, MKM-lər, həmçinin başqa firmalar tərəfindən təmin olunan yerli, regional, milli və beynəlxalq bazarlar




  1. İdarəetmə xüsusiyyətləri, aşağıdakılar daxil olmaqla:

    • Əsas heyət (CV-lər əlavə olunmalı)

    • Hazırkı ofislər, ləvazimatlar, avadanlıq və maşınlar və s.

    • Dörd həftə müddətində Bazar Tələbi Qiymətləndirməsini başa çatdırmaq üçün metodologiya və iş planının yazılı şərhi (Bax, Əlavə 7)


B. II Mərhələnin Texniki Təklif Sənədi üçün tələb olunan məlumat
I. Kənd təsərrüfatı malları və digər MKM məhsulları barədə Quba dəhlizində bazar tələbatının xülasəsi. Ətraflı Bazar Tələbatı Qiymətləndirməsini əlavə kimi Texniki Təklifə daxil et. Bazar Tələbatı Qiymətləndirməsi ilə bağlı ətraflı məlumat üçün Əlavə 7-ə bax.
II. Tələb və bazara uyğun fəaliyyət göstərən BİRM-in müvəffəqiyyəti üçün Texniki yanaşma, buraya daxildir:

    • AKBİ Proqramı və onun bazar tələbinə uyğun yanaşmasını başa düşmək

    • Satışı artırmaq və iş yerləri açmaqda yerli istehsalçılara və MKM-lərə kömək edə bilmək üçün Quba ticarət dəhlizində regional problemlərin müəyyənləşdirilməsi

    • BİRM-ləri idarə etmək üçün strategiyanı ticarət dəhlizində xidmət göstəriləcək kompaniyaları və ya məhsulları və göstəriləcək ilkin xidmətləri aydın əks etdirən Biznes İnkişaf Planı. Buraya BİRM-in Qubada yerləşməsi təklifinin münasib olub-olmadığı barədə müzakirə də daxil olunmalıdır. Namizədlər BİRM-in Quba dəhlizində başqa və ya əlavə yerlərdə yerləşməsini təklif edə bilərlər. Burada həmçinin nəzərdə tutulan gəlir gətirən fəaliyyətlərə əsaslanaraq uzunmüddəli və maliyyə baxımından müstəqil olmağa zəmin yaradan planlar da təsvir olunmalıdır. Həmçinin, məsləhət görülür ki, ictimai sektorun başqa biznes inkişaf fəaliyyətləri ilə əlaqə və beynəlxalq əməkdaşlıq ətraflı izah olunsun.

    • Monitorinq üçün təklif olunan göstəricilər daxil olmaqla, BİRM-in Fəaliyyət Monitorinqi planı (Nümunə üçün Əlavə 6-a bax).

III. İdarəetmə planı, aşağıdakılar daxil olmaqla:



    • Fəaliyyət Strukturu, aşağıdakılar daxil olmaqla:

    • Təşkilati Struktur

    • Satışa məsul şəxs daxil olmaqla, BİRM-i idarə etmək üçün təklif olunan əsas heyət, hər heyət üzvü üçün aşağıdakıları əlavə et:

      • Tərcümeyi-hal (CV- 3 şəxsi və 3 işlə bağlı xasiyyətnamə daxil olmaqla)

      • Əgər təşkilat seçilərsə, öz vəzifə və öhdəliklərini qəbul etdiyini bəyan edən əsas heyətin hər bir üzvü tərəfindən imzalanmış məktub.

      • AKBİ Proqramının formatına uyğun olaraq əsas heyətin hər bir üzvünün gücü və potensialı

    • Aşağıdakılar daxil olmaqla əsas heyətə dəstək:

    • ləvazimat, infrastruktur, avadanlıq və təşkilatın texniki prosesləri

    • təşkilat və texniki heyətin bacarığı necə artırılacaq

    • Tez bir zamanda BİRM-i yaratmaq və potensial müştərilərə göstəriləcək ilkin xidmətləri öhdəsinə götürmək kimi birinci kvartal üçün planlaşdırılmış fəaliyyətlər haqqında ətraflı məlumatlar daxil olmaqla Qısamüddətli Başlanğıc Planı

    • Müştərilərə göstəriləcək xidmətlər haqqında ətraflı məlumat və vaxt cədvəli daxil olmaqla birinci il üçün İlkin Fəaliyyət Planı (iş planı)



C. II Mərhələ Büdcə Təklifi üçün tələb olunan məlumat (ayrıca zərf)
Maliyyə təklifi texniki və büdcə təkliflərini daha düzgün qiymətləndirmək üçün istifadə olunur və sab qrant imzalamaq üçün danışıqların əsası kimi xidmət edir. Təqdim olunan büdcə ölçü vahidlərini və aşağıda ümumiləşdirilmiş bəndlərin hər biri üçün vahidin dəyərini əks etdirməlidir:

  • Maaşlar – AKBİ iqtisadi dəhlizdəki orta aylıq maaş səviyyəsinə əsasən, hər BİRM-də üç və ya dörd tam ştatlı heyət vəzifəsini dəstəkləməyi nəzərdə tutur.

  • Sosial müavinatlar

  • Ofisin təşkili, harada münasib olarsa

  • Ofis Fəaliyyətləri (başqa yarım bəndlər arasında ayrıca nəzərdə tut, kirayə, material, mebel və avadanlıq)

  • Səfər və Səfər xərcləri - Maşın almaq üçün fond olmayacaq. Namizədlər təxmin olunan nəqliyyat ehtiyacını qarşılamaq üçün alternativlər təklif etməlidirlər.

  • İcraçının Baş Ofisinin dolayı xərcləri, münasib olarsa, ümumi dəyərin 10% -dən çox olmamalı və budcədə bəndlərlə göstərilməli (məs. ofis üçün kirayə haqqı, kommunal xidmətlər, işçi və rəhbərin maaşı)

Namizədlər yadda saxlamalıdır ki, AKBİ Proqramı birinci il fəaliyyət xərclərinin (ilkin başlanğıc xərcindən başqa, yuxarıda göstərilən bütün xərclər) 90%, ikinci il 70%, üçüncü il 50%, dördüncü il 30% və beşinci il 10% odəyəcək.


AKBİ-nin Quba iqtisadi dəhlizində bir və ya iki BİRM-in fəaliyyətini dəstəkləməyi nəzərdə tutur. Əgər yuxarıda təsvir olunan xərclərlə bağlı maliyyə çətinliyi olarsa, alternativ ofis təşkili nəzərə alınacaq.
Yuxarıda qeyd olunan bütün məsələlər təklifdə öz əksini tapmalıdır. Yuxarıda qeyd olunan məsələlər təklifdə öz əksini tapmasa, həmin təklif yararsız hesab ediləcək.



9. Qiymətləndirmə kriteriyaları
I mərhələ 60 bal sistemi ilə II mərhələ isə 400 bal sistemi ilə aşağıdakı qaydada qiymətləndiriləcək:
I Mərhələ: YARIM –FİNAL-maksimum 60 bal
30 bal  Aşağıdakılar daxil olmaqla Təşkilati xüsusiyyətlər:

10 bal: Qeyri-maliyyə xidmətləri göstərmək təcrübəsi

10 bal: Quba Ticarət dəhlizində şəbəkə və əlaqələr

10 bal: Biznes inkişaf dəstəyi göstərməkdə ümumi bacarıq

30 bal Aşağıdakılar daxil olmaqla idarəetmə xüsusiyyətləri:

10 bal: Əsas heyət

10 bal: Hazırkı imkan, şərait

10 bal: Bazar Tələbatı Qiymətləndirməsi aparmaq üçün Plan



II Mərhələ: QUBA TİCARƏT DƏHLİZİ ÜÇÜN BİRM İCRAÇILARININ SEÇİLMƏSİ
A) Texniki yanaşmanın qiymətləndirilməsi, maksimum 300 bal
50 bal  Bazar Tələbatı Qiymətləndirməsi

100 bal  Aşağıdakılar daxil olmaqla texniki yanaşma:

20 bal: AKBİ Proqramı və bazara uyğun yanaşmanı başa düşmək

20 bal: Regional problemin şərhi

40 bal: BİRM üçün Biznes İnkişaf Planı

20 bal: Fəaliyyət Monitoringi Planı

150 bal  Aşağıdakılar daxil olmaqla idarəetmə planı:

20 bal: Təşkilati struktur cədvəli

60 bal: Əsas heyət

20 bal: Locistik dəstək və imkanlar

30 bal: Qısamüddətli Başlanğıc Planı

20 bal: 1 illik Fəaliyyət Planı


Təklifləri qiymətləndirərkən nəzərə alınacaq texniki və idarəetmə baxımından yanaşmanın əsas cəhətləri aşağıdakılardır:

    • Tələbə əsaslanmaq: istehsalçılara “Nə istehsal edə bilirsən onu sat” deyil, “Nə sata bilirsən onu istehsal et” yönümlü məsləhət vermək vəzifəsi

    • Təklif olunan köməyi qiymətləndirmək: BİRM-in dəyərinə nisbətən satışda beş dəfə artım əldə etməklə BİRM dəyərinin heç olmasa müştəriyə bərabər qayıtmasını təmin etmək üçün BİRM dəyərini və müştəri satışındakı artımı qiymətləndirmək bacarığı

    • Müştərini qiymətləndirmək: BİRM təkliflərinin həyata keçirilməsini və nəticə verməsini təmin etmək üçün hər iki təchiz etmək və tələbat üçün firma səviyyəli bacarıqları, ciddiliyi, vəzifələri və mənbələri qiymətləndirmə bacarığı

    • Razılaşmaları qiymətləndirmək: razılaşmanın gəlir gətirən və cəlbedici olmasını və BİRM-in daimi dəstəyi olmadan davam etməsini təmin etmək üçün istehsalçıların və alıcıların hər ikisi üçün əhəmiyyətli olan təklifləri təhlil etmək bacarığı

    • Biznes əlaqələrini dəstəkləmək:ünsiyyət, məlumat axını, müqavilələrin bağlanması, problemlərin və münaqişələrin həll olunması, ciddi BİRM-müştəri məxfiliyinin saxlanması məsələlərinə kömək etmək və bütün faydalı mənbələr və əlaqələrə çıxışı təmin etmək bacarığı

    • Razılaşmanın faydalı olmasına kömək etmək: İqtisadi dəhlizlərin rəqabətli və regional biznesin gəlir gətirən olması üçün müştərilərə daha cəlbedici bazarlar tapmaqda, satışı genişləndirməkdə, məhsulun keyfiyyətini yaxşılaşdırmaqda və xərcləri azaltmaqda kömək etmək üçün texniki kömək və təlim vermək bacarığı

    • BİRM-in davamlılığını planlaşdırmaq: BİRM-in uzunmüddətli davamlılığını təmin etmək üçün müştərilərə satıla biləcək xidmətlər və məhsullara əsaslanmaq

Təklif sənədlərini qiymətləndirərkən nəzərə alınacaq idarəetmə planının əsas cəhətlərinə aşağıdakılar daxildir:



    • Biznes həssaslığı və təcrübəsi

    • Analitik bacarıqlar

    • Problemi həll etmə bacarığı

    • Ünsiyyət bacarıqları

    • Əlaqələr yaratmaq və istehsalçılara və kiçik müəssisələrə satışlarını artırmaqda kömək etmək vəzifəsini başa düşmək

    • Möhkəm peşəkar şəbəkə

    • Birlik və etibarlılıq



B) Büdcə təklifinin qiymətləndirilməsi maksimum 100 bal



Mərhələ III: Maliyyə Təklifi üzrə danışıqlar
II Mərhələdən sonra layihə namizədləri üstülüyünə görə sıralama sistemi yaradacaq və sıralamada birinci yerdə duran namizədlə maliyyə təklifini müzakirə edəcək. Razılıq əldə olunduqdan sonra sab qrant imzalanacaq. Əgər razılıq əldə olunmasa həmin namizədlə proses dayandırılacaq və ikinci namizədlə danışıqlara başlanılacaq və namizəd bu qayda ilə seçiləcək.
10. Tender prosesinin təqvimi
Əlavə 8-ə bax (Tender təqvimi)

ƏLAVƏ 1: AKBİ PROQRAMI HAQQINDA MƏLUMAT VƏ ONUN TƏSVİRİ
1. Tarixçə
AKBİ Proqramı Azərbaycanın kənd yerlərində biznesin inkişafına mane olan məsələlərə, xüsusilə, satışa kömək etmək üçün istehsalçılar və emalçılar arasında təchizat zənciri yaratmaq, ferma və firma səviyyəsində texniki məsləhətə ehtiyac, biznesin inkişafına inzibati əngəllər, getdikcə pisləşən infrastruktur və kənd yerlərindəki tərəfdaşların arasında əməkdaşlığın olmaması məsələlərinə müraciət edərək mikro və kiçik biznesə kömək etmək üçün tərtib olunub.
AKBİ Proqramının məqsədi biznes imkanlarını yaxşılaşdırmaq və kiçik kənd müəssisələrinin satışını artırmaqdır. Fəaliyyət aşağıdakılar da daxil olmaqla bazarla bağlı məsələləri müəyyən etməkdə fəal iştirak etməsi üçün icma üzvlərini səfərbər edərək, iqtisadi inkişafa icma inkişafı yanaşmasından istifadə edir:

  • Biznes inkişaf resurs mərkəzləri yaratmaqla hədəf icmaların istehsal bacarığını artırmaq. Bu mərkəzlər uzvlərə bazar əlaqələri yaratmaqda kömək edəcək, bazarla bağlı təlim və texniki kömək təklif edəcək və biznes/bazar haqqında məlumatları toplayacaq və yayacaq;

  • Həyati əhəmiyyətli, özəl-sektor biznes fəaliyyətinin inkişafındakı ümumi ziddiyyətlərə müraciət etmək üçün icma qrupları təşkil etmək;

  • Kənd biznesini və icmaları bazarlarla və başqa iqtisadi imkanlarla əlaqələndirmək;

  • Həyati əhəmiyyətli gəlir yaratma fəaliyyətlərinə cəlb olunmuş icma təşkilatlarını qrantla təmin etmək;

ABŞ BİA AKBİ Proqramını həyata keçirmək üçün 5 Avqust, 2004 tarixdə Beynəlxalq Xilasetmə Komitəsi ilə birgə razılaşma imzalayıb.
2. AKBİ Proqramının təsviri
AKBİ Proqramının İnkişaf Vəzifəsi:
AKBİ Proqramı o şəraitdə fəaliyyət göstərir ki, tələb təchizata zəmin yaradır, ona görə də miqdar, keyfiyyət və məhsulu vaxtında çatdırma baxımından istehsalçılar alıcıların tələbatına cavab verməlidir. Təchizatçıların rolu yalnız tələbatı olanlarla əməkdaşlıq etmək deyil, eyni zamanda yeni və dəyişən ehtiyaclara cavab verməkdir. Başqa sözlə, əsas prinsip “istehsal edə bildiyini sat” deyil, “sata bildiyini istehsal et” olmalıdır.
Taktiki baxımdan, kiçik və pərakəndə istehsalçıları və MKM-ləri alıcılarla əlaqələndirməyin ən yaxşı yolu geniş miqyaslı emalçılarla, topdansatış ticarətçilərilə, brokerlərlə və pərakəndə ticarətçilərlə razılaşmalardır. Rəqabətli bazar iqtisadiyyatında müvəffəqiyyətin əsas açarı şaquli inteqrasiya deyil, istehsal və dəyər zəncirində hər iştirakçının gücünü artırmaq üçün əlaqələr yaratmaqdır.

Fəaliyyət dairəsi

“Ticarət dəhlizləri” strategiyası mövcud yol əlaqələrini vurğulayır. Bu halda, dəhliz kasıb kənd ərazilərini şəhərlərlə birləşdirir və öz növbəsində şəhərlər onları ticarət və istehsal səviyyəsində daha çox tanınmış şəhərlərlə birləşdirir. “Ticarət Dəhlizləri” milli səviyyədə bu tərzdə müəyyən olunub.


Dəhlizlər arasında üstünlüyü müəyyən etmək üçün iki əsas meyar nəzərə alınıb: “iqtisadi potensial” və “kənd əhalisi ilə əlaqə”. AKBİ Proqramı öz fəaliyyətlərini aşağıdakı İqtisadi Dəhlizlərdə həyata keçirməyi nəzərdə tutub:


  • Lənkəran (Cənubi) Dəhlizi



  • Gəncə-Akstafa (Şimal-Qərbi) Dəhlizi



  • Zaqatala (Şimali) Dəhlizi




  • Quba (Şimal-Şərqi) Dəhlizi




  • Naxçıvan Dəhlizi

(hər Dəhlizdəki rayonların təsviri Əlavə 3-də göstərilib).


AKBİ Proqramının Təşkilati Strukturu
Zəhmət olmasa, AKBİ İdarəetmə Strukturu üçün əlavəyə baxın (ƏLAVƏ 9)
AKBİ Proqramı üzrə işçi heyətinin qısa təsviri aşağıda göstərilmişdir:
Proqramın Rəhbəri:

  • Layihənin strateji istiqamətini müəyyən edir

  • Proqramın həyata keçirilməsini qiymətləndirir


Biznes Xidmətləri:

  • BİRM-lərin işinin həyata keçirilməsini təmin edir və onlara nəzarət edir

  • BİRM-lərlə müqavilə aspektlərini idarə edir

  • BİRM-lərin təmin etdiyi yardım və biznesi qiymətləndirir və monitorinqini aparır

  • BİRM-lərin texniki yardım əldə etmək üçün təqdim etdiyi müraciətləri qiymətləndirir



Qrantların İdarə Olunması


  • Qrant əldə edəcək namizədləri müəyyən edir və qrant təkliflərinin hazırlanmasına kömək edir

  • Qrantları həyata keçirir və monitorinqini aparır



Marketinq Şəbəkəsi


  • Bazar fəaliyyətlərinin tərtibatında İcma İştirakını irəli çəkir

  • BİRM-lərin şəbəkəsi vasitəsilə məlumat yayımı vasitələrini yaradır

  • AKBİ Proqramı fəaliyyətləri haqqında məlumatı ictimaiyyətə yayımlayır və mediya vasitəsilə irəli çəkir

  • AKBİ Proqramı fəaliyyətlərində qadınların və aztəminatlı qrupların iştirakına şərait yaradır

ƏLAVƏ 2: MÜƏSSİSƏ HAQQINDA MƏLUMAT MƏKTUBU - NÜMUNƏ
<Şəhər, Tarix>
Cənab Tomas Lemli

Proqramın Rəhbəri

Azərbaycanın Kənd Yerlərində Biznesin İnkişafı (AKBİ) Proqramıe

Beynəlxalq Xilasetmə Komitəsi

Ə. Ələkbərov küç. 5, 565-ci kvartal, 2-ci mərtəbə

Bakı AZ1141, Azərbaycan

RABD@irchq.baku.az
Mövzu: BİRM İcraediciləri üçün İctimai Tender Elanı

Aidiyyəti: Quba dəhlizində BİRM-lər


Hörmətli Cənab:
Aidiyyəti üzrə təkliflərin qəbulu üçün müraciətə uyğun olaraq təklif təqdim etmək marağımızı nəzərinizə çatdırırıq. Bu məqsədlə, xahiş edirik aşağıdakı məlumatı nəzərə alasınız:

Qurumun adı: ___________________________

Qurumun növü: ___________________________

Ünvan: ___________________________

Telefon: ___________________________

Faks: ___________________________

E-mail: ___________________________
Qurum nümayəndələrinin soyadı, Adı və Atasının adı
Hörmətlə,

ƏLAVƏ 3: HƏR BİR TİCARƏT DƏHLİZİNƏ DAXİL EDİLƏN RAYONLARIN SİYAHISI



LƏNKƏRAN


  1. İmişli

  2. Saatlı

  3. Sabirabad

  4. Hacıqabul

  5. Səngəçal

  6. Qobustan

  7. Ələt

  8. Əlibayramlı

  9. Səlyan

  10. Biləsuvar

  11. Neftçala

  12. Cəlilabad

  13. Göytəpə

  14. Masallı

  15. Yardımlı

  16. Lerik

  17. Lənkəran

  18. Astara


QUBA

  1. Nabran

  2. Xudat

  3. Qusar

  4. Xaçmaz

  5. Quba

  6. Dəvəçi

  7. Siyəzən


ZAQATALA

  1. Balakən

  2. Zaqatala

  3. Qax

  4. Şəki


AKSTAFA

  1. Qazax

  2. Akstafa

  3. Tovuz


NAXÇIVAN

  1. Sədərək

  2. Şərur

  3. Şahbuz

  4. Babək

  5. Culfa

  6. Ordubad

  7. Naxçıvan


əlavə 4 (a): təxmini büdcə


BƏNDLƏR

(siyahı)


Ölçü

vahidi

Vahidin dəyəri

(US$)

Məbləğ

(36 ay müddətində tələb olunan)



Dəyəri

  1. Kompensasiya

    1. BİRM-in direktoru

    2. Başqa

Ay










2. Sosial müavinətlər

%










3. Ofisin təşkili

3.1 Mebellə təchizat

3.2 Avadanlıq


Vahid











4. Ofis fəaliyyətləri

4.1 Ofisin kirayə haqqı

4.2 Kommunal xidmətlər

4.3 Rabitə

4.4 Materiallar

4.5 Başqa



Ay











5. Səfərlər və səfər xərcləri


Ay











6. İcraçının Baş Ofisinin Dolayısı ilə Xərcləri, bəndlərlə göstərilmiş (uyğun gələrsə, 1, 2, 4 və 5 bəndlərinin yarım cəminin maksimum10%-i)

Ay











CƏMİ










Qeyd- Xahiş olunur, yəqin edəsiniz ki, heç bir bəndə Əlavə Dəyər Vergisi (ƏDV) daxil edilmir.


ƏLAVƏ 4 (B): TƏXMİNİ İLLİK BÜDCƏ, Rüblərlə


BƏNDLƏR

(siyahı)


Ölçü vahidi

Vahidin dəyəri

12 Ay

İl -1

İl -2

İl-3

AKBİ

90%


BİRM

10%


AKBİ

70%


BİRM

30%


AKBİ

50%


BİRM

50%


1. Kompensasiya

1.1.BİRM-in direktoru

1.2 Başqa

Ay


























2. Sosial müavinatlar

%

























3. Ofisin təşkili

3.1 Mebellə təchizat

3.2 Avadanlıq


Vahid


























4. Ofis fəaliyyətləri

4.1 Ofisin kirayə haqqı

4.2 Kommunal xidmətlər

4.3 Rabitə

4.4 Materiallar

4.5 Başqa



Ay


























5. Səfərlər və səfər xərcləri

Ay


























6. İcraçının Baş Ofisinin Dolayısı ilə Xərcləri, bəndlərlə göstərilmiş (uyğun gələrsə, 1, 2, 4 və 5 bəndlərinin yarım cəminin maksimum10%-i)

Ay

























CƏMİ

























Qeyd- Xahiş olunur, yəqin edəsiniz ki, heç bir bəndə Əlavə Dəyər Vergisi (ƏDV) daxil edilmir.

ƏLAVƏ 5: ƏSAS İŞÇİ HEYƏTİNİN TƏNQİDİ TƏHLİLİ





GÜCLÜ TƏRƏFLƏR

POTENSİAL

ƏSAS İŞÇİ HEYƏTİ, birlikdə:







  • BİRM-in direktoru







  • 1.







  • 2.
















ƏLAVƏ 6: İŞİN MONİTORİNQ PLANI


Vəzifələrin iyerarxiyası

Məramlar

Göstəricilər

Yoxlama mənbələri

Fərziyyələr

MƏQSƏD















NƏTİCƏ















TƏDBİRLƏR















Qeyd – AKBİ Proqramı xüsusi olaraq məqsəd və vəzifələri, həmçinin göstəriciləri nəzərə alacaqdır.
Bunula əlaqədar olaraq aşağıdakıları nəzərə alın:

  • MƏQSƏD... fəaliyyət nəticəsində nail olunacaq ən vacib dəyişikliyi (təsiri) göstərən spesifik layihə vasitəsilə bu fəaliyyəti təsdiq edən ümumi bir vəzifədir.

  • NƏTİCƏLƏR… məqsədə çatmaq üçün nail olunması lazım olan və layihə tərkibində təklif olunan spesifik vəzifələrdir. Bu səviyyədə təklif olunan dəyişikliklər fəaliyyətin arzu olunan və birbaşa məsuliyyəti özündə ehtiva edən təsirləridir.

  • MƏRAMLAR... kəmiyyət, keyfiyyət və vaxt meyarlarını özündə birləşdirən vəzifələr iyerarxiyasının kəmiyyət və fəaliyyət baxımından anlaşmasıdır. Məqsəd deyəndə əsasən layihənin ümumi təsiri nəzərdə tutulur, lakin nəticələr dedikdə layihənin konkret təsiri nəzərdə tutulur.

  • GOSTƏRİCİLƏR.... layihə tərkibində planlaşdırılmış fəaliyyətlər nəticəsində yaranan spesifik, aydın və obyektiv olaraq yoxlanıla bilən dəyişikliklərin ölçüləridir (təsir və uyğunluq).

ƏLAVƏ 7: BAZAR TƏLƏBATLARI QİYMƏTLƏNDİRMƏSİNİN DETALLARI
II Mərhələ üçün təklif verən hər bir müəssisədən Quba ticarət dəhlizində Bazar Tələbatlarının Qiymətləndirilməsini aparmaq tələb olunacaqdır. Hər bir təklif verən qurumun baxış və strategiyası tələbatlara əsasən ticarət dəhlizində istehsalçılar və MKM-lər üçün BİRM həyata keçirmək məqsədilə iqtisadi vəziyyət, bazar imkanları haqqında ilkin biliklə istiqamətləndiyini yəqin etmək vacib hesab edilir. Bu həmçinin AKBİ Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinə təklif verən hər bir qurumun biliyini və tələbat və bazar əsaslı yanaşmaya məsuliyyətini qiymətləndirməyə şərait yaradır.
Yekun texniki təklif hazırlanmasının bir hissəsi kimi təklif təqdim edən hər bir qurum tərəfindən toplanan məlumat AKBİ Proqramı (və AAM) üçün alıcılar, emalçılar, vasitəçilər və topdan və pərakəndə satıcılar haqqında məlumat yığılmasına imkan verəcəkdir.
Bazar Tələbatlarının Qiymətləndirilməsi ticarət dəhlizində iqtisadi vəziyyətin, inkişafa imkan yaradan və ya onun qarşısını alan əsas amillərin, əsas sənaye və kənd təsərrüfatı və dəhliz ərazisində bizneslə məşğul olan firmaların siyahısı təfərrüatı ilə təhlilini əhatə etməlidir. Bu həmçinin, Quba dəhlizində alıcı tələbatlarına əsasən istehsalçılar və digər MKM –lər üçün cari və potensial bazar imkanlarının ətraflı təhlilini əhatə etməlidir. Bu aşağıdakıları əhatə edəcək , lakin bununla məhdudlaşmır:


  • Əsas alıcılar üçün fərdi şirkət profilləri

  • Hər bir alıcı şirkətin iqtisadi fəaliyyət səviyyəsi

  • Hər bir alıcının alıcılıq və kənar resurs ehtiyaclarının cari və potensial dəyəri

  • Lazım olan istehsal və emal vasitələrinin cari və potensial növləri, professional xidmətlər və yerli istehsalçılar və MKM –lərin əldə edə bildiyi digər kənar bazar imkanları

  • Dəhliz ərazisində ərzaqlar, məhsullar və xidmətlər üçün cari və potensial bazar

Qiymətləndirmədə həmçinin texnologiya və kapital resurslarının cari vəziyyəti göstərilməlidir. Burada əməkdaşlıq imkanlarını, texniki yardım və maliyyə mənbələrini qiymətləndirmək məqsədilə istehsalçılar və MKM-ləri dəstəkləyən digər özəl və ictimai sektor qurumları müəyyən ediləcəkdir. Qiymətləndirmə zamanı məlumat mənbələri (nəşrlər, müsahibələr və s.) sənədləşdirilməlidir.


Bu nəticələrə əsaslanaraq Bazar Tələbatlarının Qiymətləndirilməsi istehsalçılar, istehsalçı qruplar və MKM –lər daxil olmaqla potensial müştərilərin siyahısını da əks etdirməlidir. Bu, satış artımı yaratmaq üçün daha münasib sənayelər, kənd təsərrüfatı malları, istehsalçılar və ya MKM –lərə prioritetlər təklif etməlidir.
Quba ticarət dəhlizi haqqında dərin biliyə və AKBİ proqramının bazar əsaslı yanaşmasının hərtərəfli anlaşmasına əsalanaraq bu Bazar Tələbatlarının Qiymətləndirilməsi təklif təqdim edən hər bir qurumun strateji yanaşması üçün əsas kimi xidmət etməlidir.

ƏLAVƏ 8: TENDER TƏQVİMİ – qUBA İQTİSADİ DƏHLİZİ


TARİX FƏALİYYƏT

24 Dekabr 2004 Tender elan olunub


5 Yanvar I Mərhələnin namizədləri üçün Konfrans,

11:00 – Quba Oteli


19 Yanvar, 18:00 I Mərhələ Təkliflərinin təqdim

olunması üçün son tarix


27 Yanvar I Mərhələnin seçiminin nəticələrini élan

etmək
2 Fevral, 18:00 Yazılı sualların təqdim olunması üçün son

tarix
4 Fevral Sualları cavablandırmaq

4 Mart, 18:00 II Mərhələnin Texniki və Budcə Təkliflərinin

təqdim olunması üçün son tarix
9 Mart II Mərhələ Təkliflərinin Şifahi Təqdimatı
9 Mart -15 Mart BİRM icraedicisi (ləri) ilə müqavilə barədə

danışıqlar aparmaq


5 Aprel Quba BİRM-in faliyyətinin başlaması

ƏLAVƏ 9. AKBİ İDARƏETMƏ STRUKTURU

1 Quba İqtisadi Dəhlizində və Azərbaycanın başqa iqtisadi dəhlizlərində yerləşən rayonlar əlavə 3-də göstərilmişdir..


2 Aşağıda Bölmə 3-ə Bax

3I Mərhələ üçün təqdim olunan sənədə əlavə olaraq, bütün namizədlər və gələcək namizədlər ünsiyyət yaratmaq məqsədilə Təşkilat haqqında Məlumat Məktubu (Bax, Əlavə 2) təqdim etməlidirlər.

Azərbaycanın Kənd Yerlərində Biznesin İnkişafı (AKBİ) Proqramının Ofisi

Beynəlxalq Xilasetmə Komitəsi e

Ə. Ələkbərov küçəsi 5, 565-ci məhəllə, 2-ci mərtəbə, Bakı, Azərbaycan



RABD@IRCHQ.BAKU.AZ
AKBİ Proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstəklənireRABD@IRCHQ.BAKU.AZ

e



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət