Ana səhifə

AZƏrbaycan turizm iSTİtutunun təLƏBƏSİNİN İstehsalat təCRÜBƏSİ keçMƏSİNƏ dair müqaviLƏ


Yüklə 23.01 Kb.
tarix22.06.2016
ölçüsü23.01 Kb.


AZƏRBAYCAN TURİZM İSTİTUTUNUN TƏLƏBƏSİNİN İSTEHSALAT TƏCRÜBƏSİ KEÇMƏSİNƏ DAİR

MÜQAVİLƏ

_______________ şəhəri “_____” ___________ 2012-ci il

Bu Müqavilə bir tərəfdən ________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

şəxsində təmsil olunan, __________________________________________________ (bundan

(müəssisənin adı)

sonra “Müəssisə” adlandırılacaq), digər tərəfdən Azərbaycan Turizm İnstitutunun tələbəsi _________________________________________ (bundan sonra “Təcrübəçi” adlandırılacaq)

(soyadı, adı, atasının adı)

aşağıdakı şərtlər əsasında arasında imzalanmışdır.

1. Müqavilənin predmeti
1.1. Tərəflər bu Müqavilə ilə nəzərdə tutulmuş şərtlər əsasında Təcrübəçinin Müəssisədə _____ həftəlik istehsalat təcrübəsi keçməsinin təmin edilməsi barədə öz üzərilərinə öhdəliklər götürürlər.

1.2. İstehsalat təcrübəsinin keçirilməsində əsas məqsəd Təcrübəçinin nəzəri biliklərinin praktikada tətbiqi, bu sahədə peşə vərdişləri və bacarıqlarının təkmilləşdirilməsi, əmək kollektivində iş təcrübəsi qazanmasını təmin etməkdir.


2. Tərəflərin hüquq və öhdəlikləri
2.1.Təcrübəçi aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

2.1.1. Müəssisənin daxili intizam və davranış qaydalarına riayət etmək;

2.1.2.Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, həmçinin ümumi əxlaq və etik davranış qaydalarını pozmamaq;

2.1.3.Bu və ya digər səbəbdən təcrübəyə gedə bilmədikdə Müəssisədən və Azərbaycan Turizm İnstitutundan (bundan sonra “İnstitut” adlandırılacaq) olan təcrübə rəhbərlərini yazılı şəkildə öncədən xəbərdar etmək, xəstə olduğu halda tibbi arayışın əslini Müəssisədən olan təcrübə rəhbərinə, surətini isə İnstitutdan təcrübə rəhbərinə təqdim etmək;

2.2. Təcrübəçinin Müəssisədən bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.
2.3. Müəssisə aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

2.3.1.Təcrübəçinin istehsalat təcrübəsi proqramını yerinə yetirməsi üçün lazımi şərait yaratmaq və Təcrübəçinin təcrübə proqramı ilə nəzərdə tutulmayan və ixtisasına aidiyyəti olmayan vəzifələrdə işlədilməsinə yol verməmək;

2.3.2. Təcrübəçini əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə tanış etmək və həmin qaydalara riayət etməsini təmin etmək;

2.3.3. Təcrübə müddətində Təcrübəçi Müəssisənin fəaliyyəti ilə əlaqədar səfər edərsə, onun yerləşdirilməsi və qida ilə təchizatını təmin etmək;

2.3.4. Təcrübəçinin işə davamiyyətini nəzarətdə saxlamaq, Təcrübəçi tərəfindən əmək intizamının və Müəssisənin daxili nizam qaydalarının pozulması hallarına yol verilərsə, və ya Təcrübəçinin fəaliyyətinə son qoyularsa bu barədə İnstituta (Tel.: (012)5644233, (012)5645411, faks: (012)5644234) yazılı məlumat vermək;

2.3.5.Təcrübənin sonunda Təcrübəçinin Müəssisədə təcrübə keçməsinə dair arayışı və rəy- xasiyyətnaməni (müvafiq formalar əlavə olunur) İnstituta (AZ 1072, Bakı ş., Koroğlu Rəhimov küç., 822/23) göndərmək;

2.3.6.Təcrübə müddəti bitdikdən sonra Müəssisə Təcrübəçini, onun istəyi olmadan işlədə bilməz.

2.4. Müəssisənin Təcrübəçidən təcrübə müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.


3. Təcrübəçinin əmək funksiyası və iş vaxtı
3.1. Təcrübəçinin həftəlik iş saatı _____________

3.2. Təcrübəçi aşağıdakı şöbədə (şöbələrdə) müvafiq əmək funksiyasının icrasını öz üzərinə götürür:



  1. ____________________________________________________________________________

  2. ____________________________________________________________________________

  3. ____________________________________________________________________________

3.2. Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir.

3.3. Təcrübəçi əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir.


4. Müqavilənin müddəti və ləğv edilməsi qaydası
4.1.Hazırkı Müqavilə __________________________________ tarixindən ________________

(gün, ay və il) (gün, ay və il)

__________________ tarixinədək olan müddətə bağlanmışdır.

4.2. Müqavilə, tərəflərin onu imzaladığı andan qüvvəyə minir.

4.3. Hazırkı Müqavilə, imzalandığı gündən sonrakı ilk 4 həftə müddətində, yazılı şəkildə əsaslı səbəb göstərilməklə ləğv edilə bilər. Bu halda, Müqaviləni ləğv edən tərəf bu barədə İnstitutu xəbərdar etməlidir.
5.Mübahisələrin həlli qaydası
5.1. Hazırkı Müqavilənin icrası zamanı tərəflər arasında yaranan hər hansı mübahisə və narazılıqlar tərəflər arasında, lazım gələrsə İnstitutun Tədris şöbəsi də cəlb edilməklə, danışıqlar yolu ilə həll olunacaqdır.
6. Yekun müddəalar
6.1. İstehsalat təcrübəsinin keçirilməsi üçün Müəssisədən təcrübə rəhbəri ______________________

(soyadı, adı, atasının adı,

_______________________________________, Azərbaycan Turizm İnstitutundan təcrübə

əlaqə nömrəsi) rəhbəri ___________________________________________________________________________

(soyadı, adı, atasının adı, əlaqə nömrəsi)

6.2. Bu Müqaviləyə əlavə olunacaq əlavələr onun ayrılmaz tərkib hissəsi sayılır.

6.3.Bu Müqavilə Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib olunmuşdur. Nüsxələrdən biri Müəssisədə, biri Təcrübəçidə və biri Azərbaycan Turizm İnstitutunda saxlanılacaqdır.

7.Tərəflərin rekvizitləri və imzaları

MÜƏSSİSƏ TƏCRÜBƏÇİ

___________________________________ ____________________________________

(səlahiyyətli şəxsin soyadı, adı atasının adı), (soyadı, adı, atasının adı)

___________________________________ ____________________________________

(vəzifəsi) (ünvanı və telefon nömrəsi)

___________________________________ ___________________________________

(Müəssisənin hüquqi ünvanı və telefon nömrəsi)
İmza _____________________ İmza _______________________________

M.Y.


İNSTİTUT
Azərbaycan Turizm İnstitutu

AZ 1072, Bakı ş., K.Rəhimov küç., 822/23,

tel.: (012)5644233, faks: (012)5644234

İmza ______________________


M.Y.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət