Ana səhifə

Azərbaycan respublikasında NƏQLİyyat sektorunun iNKİŞaf strategiyasi


Yüklə 25.37 Kb.
tarix09.06.2016
ölçüsü25.37 Kb.
Azərbaycan respublikasında NƏQLİYYAT SEKTORUNUN İNKİŞAF STRATEGİYASI

Müasir dövrdə iqtisadiyyatın dirçəlişi və onun nəticəsi olaraq insanların sosial həyat səviyyəsinin sürətlə inkişafını təmin edən mühüm amillərdən biri kimi səciyyələndirilə biləcək şəhər avtobus nəqliyyatı, eyni zamanda həllini zəruri edən bir sıra elmi-texniki problemlər yaradır. Belə problemlər sırasına konkret marşrutların təsərrüfat əhəmiyyəti, yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi, ekoloji və ətraf mühitin mühafizəsi, marşrutların iqtisadi səmərəliliyi məsələləri və s. aid edilə bilər.

Şəhər nəqliyyat sistemi hər bir şəhərin sosial-iqtisadi və ümumi inkişafında çox mühüm rol oynayır. Məhz daşıma problemi hər bir şəhər üçün əsas problemli məsələlərdən biridir və problemin önəmli ünsürlərindən biri də sərnişindaşıma sistemidir. Sərnişindaşıma sistemində isə açar rolunu avtomobil nəqliyyatı, ən əsası isə avtobus nəqliyyatı ilə sərnişindaşımaları tutur. Bu yanaşma dissertasiyanın mövzusu olaraq “Bakı şəhərində avtobus sərnişin daşımalarının təşkilində müasir üsulların tətbiqi” məsələləri araşdırılmış, yerinə yetirilmiş işlər içərisində mövcud vəziyyət təhlil edilərək görülməsi-həlli vacib olan məsələlər çərçivəsində yeni üsul və modellər təklif edilmişdir. İrəli sürülərək tətbiqinin vacibliyi əsaslandırılmış yeni üsul və metodların mövcud yol-nəqliyyat şəbəkəsindəki vəziyyət planları da əyani olaraq Bakı şəhərinin xəritəsi üzərində göstərilmişdir.

Bakı şəhəri daxilində və ətraf ərazilərində avtobus nəqliyyatı ilə sərnişindaşıma xidməti ilə məşğul olan nəqliyyat vasitələrinin bu sahədəki ümumi vəziyyətinin və iş prinsiplərinin müəyyənləşdirilməsi, dayanacaq-duracaq yerlərinin təsis olunması, avtobusların xüsusi ilə nəqliyyat axınlarının sıx olduğu saatlarda boş olaraq sərnişin axtarmaq üçün hərəkət etmələrinin və maddi itkilərinin azaldılması, yolların hərəkət hissəsində dayanmaqla sərnişin götürmələrinin qarşısının alınması, dayanacaq, mindirmə-düşürmə yerlərinin müəyyənləşdirilməsi və yaradılması, yol hərəkətinin və ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlmiş texniki standartlar əsasında istifadə olunan avtobus nəqliyyatı vasitələrinə olan tələblərin tətbiq edilməsi, xidmət səviyyəsinin artırılması, sərnişin daşınması və sürücülərinin peşə fəaliyyətinə dair xüsusi qaydalara düzəliş və əlavələrin təklif edilməsi, idarəetmə baxımından yeni dövlət tənzimləmələrinin tətbiq edilməsi ilə bu sahədə daha da müasir, inkişaf etmiş, dayanıqlı və təmin olunmuş daşıma mühitinin yaradılması məqsədi ilə bu mövzuda məlumatlar çatdırmağa çalışacağıq.

Bakı şəhərində mövcud olan ictimai nəqliyyat problemlərinin həll edilməsi, o cümlədən yolların buraxılış qabiliyyətinin artırılması, yol hərəkətindəki gərginliyin, xüsusilə pik saatlarında şəhərin gündəlik həyat ahənginə mənfi təsir göstərən tıxacların aradan qaldırılması, ümumilikdə paytaxtın nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməsi üçün dünyada müasir sistem və metodologiyalar olaraq qəbul edilən təkliflər və həll yollarının müəyyənləşdirilməsi əsas məqsəd təşkil edir.

Eyni zamanda, bu sahədə əldə olunmuş müsbət nəticələrin effektivliyinin artırılması, nəqliyyatın hərəkətinin tənzimlənməsi, sərnişin daşıma marşrutlarının optimallaşdırılması və idarə olunmasının müasir tələblərə uyğun qurulması, ümumilikdə ən müasir texnologiyalar tətbiq etməklə şəhər nəqliyyat sisteminin təkmilləşdirilməsini təmin edəcək konkret, real və faktiki şəraitə uyğun həll yolları irəli sürülmüşdür.

Bakı şəhəri ərazisində ictimai nəqliyyat sisteminin tənzimlənməsi, inkişaf etdirilməsi və təhlükəsiz şəkildə sərnişindaşıma mühitinin yaradılması və bunun üçün yeni müasir dayanıqlı inkişaf modellərinin tətbiqinin zəruliliyinin öyrənilməlidir.

Bakı şəhərində şəhərdaxili sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədi ilə avtobus sərnişin nəqliyyatının işi kompleks şəkildə tədqiq edilmiş, müasir texnoloji yeniliklərdən və innovativ üsullardan istifadə edərək daha səmərəli idarəetmə sistemi yaratmaqla avtobus sərnişin nəqliyyatı xidmətinin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi imkanları müəyyən edilmişdir.

Şəhər nəqliyyatdakı sərnişindaşımanın əhəmiyyəti, bütün dünyada artan avtomobil istifadəsi və bunun yaratdığı ekoloji, iqtisadi və sosial problemlərə baxmayaraq daha da artmış, avtomobil istifadəçiləri qarşısında ən mühüm seçim olaraq sürətli, komfortlu, təhlükəsiz, və cəmiyyətin hər seqmenti tərəfindən istifadə oluna biləcək xüsusiyyətdə sərnişindaşıma sistemlərinin inkişaf etdirilməsi və bu sistemlərin istifadəsinə xüsusi diqqət yetirilməsi əsas nəqliyyat planlaşdırma hədəfləri arasında yer almışdır.

Paytaxt küçələrində hərəkəti nizama salmaq təkcə nəqliyyat problemi deyil, həm də sosial problemdir. Şəhərdə küçə-yol şəbəkəsinin buraxa biləcəyi miqdarda avtomobil nəqliyyatı hərəkət etməlidir. Əgər avtomaşınların sayı küçələrin buraxılış imkanlarından artıqdırsa, onda tıxaclar və yolda uzunmüddətli dayanmalar qaçılmazdır. İlk baxışdan vəzifə sadə görünür: tıxacöncəsi situasiyanı aşkara çıxarmaq və yol şəbəkəsinin buraxılış imkanlarına uyğun olaraq avtomobillərin şəhərə girişini məhdudlaşdırmaq. Amma bu, praktikada kompleks mühəndis-texniki, təşkilati-idarəetmə, maliyyə-iqtisadi və hüquqi tədbirlərin görülməsini tələb edir.

Respublikada iqtisadiyyatımızın yüksək templə inkişafını təmin edən, davamlı sabitliyə, tərəqqiyə və yüksəlişə doğru aparan uğurlu iqtisadi-siyasət bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı üçün də əlverişli imkanlar yaratmış, ölkəmizin yol-nəqliyyat infrastrukturunun inkişafında keyfiyyətcə yeni mərhələ başlatmışdır. Belə bir şəraitdə surətlə inkişaf edən ölkə iqtisadiyyatının və cəmiyyətimizin dinamik artan daşıma tələblərinin operativ, təhlükəsiz və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün nəqliyyat sistemində səmərəli tənzimləmələrin aparılması artıq mühüm bir zərurətə çevrilmişdir.

Bütün bunlar isə nəqliyyat sektorunda bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafa uyğun nəqliyyat işinin təşkili və hüququ əsaslarının yaradılmasını, infrastruktur sahələrinin kompleks inkişafını, əhalinin və iqtisadiyyatın nəqliyyat xidmətlərinə olan tələbatının kəmiyyət və keyfiyyət baxımından yüksəlməsini, iqtisadiyyatın inkişafı üçün müxtəlif nəqliyyat növlərinin qarşılıqlı inteqrasiyasını və s. tələb edir.

Şəhər avtobus sərnişin nəqliyyatı şəhər əhalisinin müxtəlif təbəqələrinin müxtəlif gediş məqsədli gündəlik nəqliyyat hərəkətliliyinin təmin edilməsində məxsusi rol oynayır, hətta sərnişin daşımalarındakı payına görə bu sahədə öncüllüyünü saxlamaqda davam edir və gələcəkdə də sərnişinlərə kütləvi xidmət edən nəqliyyat növü olaraq qalacaqdır. Dünyanın müxtəlif inkişaf etmiş ölkələrində və iri şəhərlərində şəhər sərnişin daşımalarında, əhalinin nəqliyyat gedişlərinin yerinə yetirilməsində avtobus nəqliyyatının payı olduqca yüksəkdir. Şəhər daxilində sərnişinlərin üçdə ikisi avtobus və ya metrodan, qalan üçdə biri isə fərdi nəqliyyat vasitələrindən istifadə edir. Orta hesabla bu göstərici 60-65 % hədlərində müəyyənləşdirilir. Şəhər avtobus marşrutlarının inkişafı şəhərin bütün təsərrüfat kompleksində inkişafına, əhalinin mədəni rifah səviyyəsinin yüksəlişinə, şəhər əhalisinin rahat yerdəyişməsinin təmin edilməsinə, əmək qabiliyyətinin intensivləşməsinə və s. bu kimi digər müsbət tendensiyalara gətirib çıxarır.

Son illər Bakı şəhərində əhalinin sürətlə artması, şəhərə iş və istirahət üçün gələnlərin sayının artımı, inkişaf edən coğrafi baxımdan böyüyən şəhərimizin sərnişindaşımaları gündəlik həyatımızın ən önəmli elementlərindən biri halına gəlmişdir. Artan ehtiyaclar fonunda, özəlliklə əhali və buna bağlı olaraq məskunlaşma ərazilərinin çox böyüməsi və genişlənməsi nəticəsində müxtəlif gedişli nəqliyyat hərəkətliliyinə ehtiyac duyan vətəndaş və bölgə sayı da getdikcə artmışdır. Ancaq artan bu tələbə doğru əhatəli olaraq sərnişindaşıma xidmətinin yetərli səviyyədə yerinə yetirilməməsi, bütün kütləvi ictimai nəqliyyat növlərinin kifayət qədər genişləndirilməməsi və inkişaf etdirilməməsi nəticədə yeganə yerüstü kütləvi sərnişindaşıma sistemi kimi, avtobus nəqliyyat ilə daşımalara və avtobus nəqliyyatı vasitələrinə tələbat artmışdır.

Şəhərin texniki infrastrukturu və şəhərdaxili nəqliyyat sistemi şəhərin davamlı inkişaf hədəfi üçün son dərəcə mühüm əhəmiyyətli, şəhərin yaşam inkişafı və keyfiyyəti baxımından isə müəyyənləşdirici amillərdir. İstər şəhərin texniki infrastrukturu, istərsədə şəhərin nəqliyyat sisteminin şəhər mühitinə, şəhər iqtisadiyyatına və əhalisinin sosial yaşayışına təsiri böyükdür və şəhərlərin ərazi baxımından inkişafında da mühüm rol oynayır. Texniki infrastrukturun fərqli xüsusiyyətləri şəhərin həyat səviyyəsi baxımından başlıca göstəricilər arasında qəbul edilir, nəqliyyat sistemlərinin təqdim etdiyi çatdırma/daşıma imkanları isə mövcudolma baxımından əsas göstəricilər arasında mühüm yerlərdən birini tutur.

Hazırda ölkənin inkişafının tamamilə yeni mərhələsində–dinamik iqtisadi inkişaf dövründə, daşıyıcılar arasında sərt rəqabətin olduğu bir şəraitdə, sözsüz ki, şəhər sərnişindaşımaları sahəsində yüksək standartların yaradılması vaxtı gəlib çatmışdır. Yəni avtobus nəqliyyatı ilə şəhərdaxili sərnişindaşımaların təşkilinin və koordinasiyasının kifayət qədər sərt və optimal qaydada tənzimlənməsi sisteminə nəzər yetirmək lazımdır.

Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarında son illərdə aparılan islahatların səmərəliliyinin artırılması, müxtəlif nəqliyyat infrastrukturunun yenidənqurulması, inkişaf etdirilməsi və yerinə yetirilən bir sıra məqsədyönlü işlər ilə yanaşı avtobus nəqliyyatı ilə sərnişindaşımaları sahəsində də yeni dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi istiqamətində mütəmadi olaraq tədbirlərin həyata keçirilməsi zəruridir. Hazırda avtobus nəqliyyatı ilə sərnişindaşımaları sahəsində pərakəndəlik və nizamsızlıq hallarına, eləcə də özəl daşıyıcılar arasında olan rəqabət gedişində sərnişinlərin faktiki olaraq hüquqlarının qorunmaması, daşıma təhlükəsizliyinin təmin olunmaması və yol hərəkəti qaydalarının pozulması, sərnişinlərə aşağı səviyyəli xidmətin göstərilməsi, sürücülərin sosial müdafiəsi tələblərinə məhəl qoyulmaması hallarına və çox vaxt bir çox daşıyıcıların səriştəsiz fəaliyyətinin mənfi aspektlərindən irəli gələn digər hallara rast gəlinir.

Ümumiyyətlə isə Bakı şəhərində avtobus ictimai nəqliyyat növü bir sıra xüsusiyyətlərinə: ən əsası sərnişindaşımalarındakı payına (~81%), tez və rahat çatdırılmaya və s. görə dünyanın bir çox inkişaf etmiş ölkələrindəki vəziyyətdən heçdə geri qalmır. Lakin bu sahədə narahatedici vəziyyət əsasən texniki təhlükəsizlik məsələləri, sürücülərin davranış mədəniyyəti və daha çox sürücülərdən asılı olan “qrafik intizamsızlığı” məsələlərindədir ki, bunların da aradan qaldırılması üçün ciddi tənzimləmələrə ehtiyac vardır.









Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət