Ana səhifə

Azərbaycan Arxeologiyası


Yüklə 37.81 Kb.
tarix09.06.2016
ölçüsü37.81 Kb.

155

Azərbaycan Arxeologiyası 2004

Azerbaijan Archeology Vol.: 6Num.: 1-4

ARXEOLOQ - ALlM ALƏM NURİYEVtN XATİRƏSİNƏ



Gəlimli - gedimli dünyamızda сох yol- ИННШШ^Ц^Ш lar var. Dağ yolu, aran yolu, kənd yolu, şəhər yolu. Bu yollan bir birindən ayıran və bir birinə birləşdirən enli və ensiz dar cığırları da var. Bu cığırların da özünə-məxsusluğu olur. Belə cığırlardan biri də insanlan son mənzilə aparan yoldur.

Dünyanın öz qanunauyğunluğu olduğu kimi hər bir şəxsində öz həyat yolu, yaşam tərzi var.

Əbədi dünyanın özündən başqa həyat-da nə varsa hamısı müvəqqətidir. Kim bilir bəlkə elə «Dünyanın» özü də müvəqqəti-dir? Bəlkə canlı insanlarla daşlaşan, tor-pağa qarışan insanların sayı bərabərləşən-də və yer üzərində canhlarla daşlaşmışlara yer çatmayanda Yer kürəsi öz oxundan çıxır və «Dünyanın» özü də məhv olur. Kim bilir? Bunu nə biz, nə bizdən əvvəlki-lər, nə də bizdən sonra gələnlər bilməyəcəklər. Bəlkə də yaşamağın gözəlliyi və mənası bu suallara cavab tapmamağımızdadır.

Müvəqqəti sandığımız bu aləmdə isə hərə bir işıq yandırır, hərə bir iz qoyur. Dünyanın dolanbac, qarışıq yollorında hamı bir-birinə qonaqdır. Dünənin diriləri bu günün, bu günün diriləri isə sabahın qonağı. Qonağı olduğumuz bu həyatda hər kəs iki nemət qazanır. Rəhmət və Lənət. Və bu dünyada qoyduğu və apardığı nemət.

Belə bir itkini bilə - bilə hər kəs özünə doğma bildiyi, yaxın və əzizi kimi qr' etdiyi kimsəni itirdikdə dəhşətə gəlir və son mənzilə gedən yolun cığırında ' sizləşir, təklənir, nə edəcəyini bilmir.

Onu sevənlərin qəlbində daimi yaşayan Aləm Nuriyevi son mənzilə >\, da həmin gün, bax belə hisslər keçirirdilər.

Aləm Bayram oğlu Nuriyev 1936-cı ilin oktyabr ayının 7-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. O, orta məktəbi əla qiymətlə başa vurandan so­nra, 1954-cü ildə S.M.Kirov adına ADU-nun tarix fakultəsinə qəbul olmuş və 1959-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Azərbaycan elminə və maddi mə-dəniyyətinə olan məhəbbəti onu A.Bakıxanov adına AMEA-nın Tarix Institutunun arxeologiya şöbəsinə gətirmişdir. Həmin ildə A.B.Nuriyev sənədlərini aspiranturaya verib müsabiqə yolu ilə Azərbaycan arxeologiyası ixtisası üzrə aspiranturaya daxil olmuşdur.

1966-cı ildə namizədlik dissertasiyasını, 1990-cı il dekabr ayının 28-də Qafqaz Albaniyasımn problemlərinə dair yazdığı «Qafqaz Albaniyasında sənətkarlıq» möv-zusunda doktorluq dissertasiyasını müdafıə edərək, Elmi Şuranın qərarı ilə tarix elm-led doktoru adına layiq görülmüşdür. Aləm müəllim Azərbaycanın Qafqaz Albaniy-ası dövrünü dərindən və hərtərəfli öyrənməkdən ötrü 90 aya yaxın müddət ərzində


Azərbaycan Arxeologiyası 2004

Azerbaijan Archeology Vol.: 6 Num.: 1-4

ekspedisiyalarda işləmiş, Şamaxı və Bərdə arxeoloji ekspedisiyalarına rəhbərlik et-mişdir.

A.Nuriyev Azərbaycan arxeologiyasının müxtəlif problemlərinə dair «Bərdə şə-hərinin tarixi-arxeoloji oçerki», «Qafqaz Albaniyasının şüşə məmulatı və istehsalı tarixi», «Qafqaz Albaniyasının sənətkarlığı tarixindən», «Pir-Mərdəkan xanəgah kompleksi», «Orta əsr Bərdə şəhəri» və s. kimi elmi kitabların və onlarla məqalənin müəllifidir.

Lakin Azərbaycan tarixinin ən mürəkkəb dövrü olan Qafqaz Albaniyası tarixinin öyrənilməsində əvəzsiz xidmətləri olan böyük alim Aləm Nuriyev bu dünyada sadə olduğu kimi, əbədi dünyaya da arzuladığı kimi sadə yola salındı və adını göylərə qaldırdığı doğma Göylər kəndində atası Bayram kişinin yanında torpağa tapşırıldı.

Aqillərimizin dediyi kimi:
Ağ buludlar var başımda, ağ dənimdir Ağ buludlar, həm də ağ kəfənimdir Köçdüyüm məzarda da öz vətənimdir.
Bu dünyadan Aləm müəllim getdi. Hamımızın uyuyacağımız son mənzilə.

Aləm müəllimin gözlərində göyün, səmanın və dənizin mavi rəngi vardı. Adı kimi bir dünya idi Aləm müəllim.

Soy adı isə Nuriyev idi. «Nur» sözündən yaranan bu familyanın mənası işıq, isti-lik, mehribançılıq kimi qəbul edilir. Bəlkə də ona görə idi ki, Aləm Nuriyevin uzun müddət əyləşib rəhbərlik etdiyi Azərbaycanın Ilk Orta əsrlər arxeologiyası şöbəsi həmişə adamlarla dolu olardı. Nur çöhrəli, xoş xasiyyətli, səmimi rəftarlı Aləm müəllim tələbələrinə, aspirant və dissertantlarma, ümumiyyətlə hamıya ata, qardaş, əsl müəllim münasibətilə yanaşar və hamıya təmənnasız köməklik edərdi. Aləm müəllimin daxilində, iç dünyasında hər kəsdə olmayan saf bir işıqhq hissləri ya-şayırdı. Ona görə də sözün əsl mənasında ağsaqqal, nur çöhrəli, Göylər kəndinin göy göz oğlu Aləm Bayram oğlu Nuriyev hamıyla dil tapır, mehriban ünsiyyət yaradır, uşaqla uşaq, böyüklə böyük olurdu.

Məhz sadaladığımız bütün bu müsbət keyfıyyətləri Aləm Bayram oğlu Nuriyevi onu tanıyanların qəlbində həmişə yaşadacaqdır.

Arif Məmmədov, Elmira Abbasova


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət