Ana səhifə

1. İnformasiya və informasiya prosesləri Şagird: informasiyanın xassələri haqqında biliklərini nümayiş etdirir


Yüklə 113.69 Kb.
tarix09.06.2016
ölçüsü113.69 Kb.
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün informatika fənn kurikulumu (V-XI siniflər)

 

Təhsil pillələri üzrə təlim nəticələri

 

 Əsas təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri



 

1.         İnformasiya və informasiya prosesləri

            Şagird:



* informasiyanın xassələri haqqında biliklərini nümayiş etdirir;

* informasiyanın kodlaşdırılmasını izah edir;

* informasiyanın qəbul edilməsi və ötürülməsini nümunələr əsasında izah edir;

* informasiyanın təsvir üsullarını sadalayır;

* informasiyaların həcmini müəyyənləşdirir, ölçür və onları əlamətlərinə görə sistemləşdirir.

2.         Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

            Şagird:



* modelləşdirmənin əsas mərhələləri haqqında biliklərini nümayiş etdirir;

* informasiya modellərinin təsviri formalarını sadalayır, müxtəlif informasiya modelləri qurur və onları təhlil edir;

* alqoritmin mahiyyətini aydınlaşdırır, növlərini sadalayır və müxtəlif məsələlərin həlli alqoritmini qurur;

* proqramlaşdırma dillərindən istifadə etməklə məsələlərin həlli alqoritminin proqramını tərtib edir;

* sadə veb-səhifələr yaradır.

3.         Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri

            Şagird:



* kompüterdə istifadə olunan əməliyyat sistemlərini tənzimləyir;

* mətn və qrafiki redaktorda müvafiq nümunələr hazırlayır;

* multimedia təqdimatları hazırlayır;

* elektron cədvəldə iş nümayiş etdirir;

* müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təminatından, İnternetin xidməti proqramlarından istifadə edir.

4.         Cəmiyyətin informasiyalaşdırılması

            Şagird:



* informasiya resurslarını toplayır, sistemləşdirir və təhlil edir;

* informasiya cəmiyyətinin formalaşdırılmasına dair layihələr hazırlayır.

 

Orta təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri

 

1.         İnformasiya və informasiya prosesləri

            Şagird:



* informasiya proseslərinin mahiyyətini şərh edir;

* informasiya sistemləri haqqında bilik və bacarıqlarını nümayiş etdirir;

* müxtəlif növ informasiyalarla işləyir və onlardan istifadə edir.

2.         Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

            Şagird:



* kompüter-informasiya modelinin yaradılmasının əsas mərhələlərini şərh edir;

* verilmiş informasiya prosesinin modelini qurur, onu kompüterdə tədqiq edir;

* veb-proqramlaşdırmanın mahiyyətini izah edir, veb-saytlar hazırlayır.

3.         Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri

            Şagird:



* situasiyalara uyğun olaraq kompüterdə əməliyyatlar nümayiş etdirir;

* müəyyən sahəyə aid verilənlər bazasını layihələndirir;

* müxtəlif İnternet xidmətlərinə aid təqdimatlar edir.

4.         Cəmiyyətin informasiyalaşdırılması

            Şagird:



* informasiya cəmiyyətini xarakterizə edən əsas fəaliyyət sahələrindən (informasiya inqilabları, informasiya təhlükəsizliyi, informasiya mədəniyyəti, elektron hökumət, elektron təhsil, elektron seçki, elektron kitabxana, elektron ticarət) istifadə bacarıqları nümayiş etdirir;

* informasiya cəmiyyətinin əsas əlamətlərinə aid nümunələr gətirir və onlardan fəaliyyətində istifadə edir.

 

Siniflər üzrə məzmun standartları

 

V SİNİF

 

   V sinfin sonunda şagird:



* informasiyaların sadə işarələrlə kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir;

* informasiyaların qəbul edilməsi üsulları haqqında biliklərini nümayiş etdirir;

* obyektin informasiya modelinin növləri ilə işləmək bacarıqları nümayiş etdirir;

* alqoritmləşdirmə və sadə proqramlaşdırma mühitində tətbiq bacarıqları nümayiş etdirir;

* kompüterin əməliyyat sistemlərinə dair bacarıqlar nümayiş etdirir;

* mətn və qrafiki redaktorda işləmək bacarıqları nümayiş etdirir;

* İnternetdə sadə tapşırıqları icra edir;

* informasiya resurslarının əlamətləri və əhəmiyyətinə dair biliklərini nümayiş etdirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1.         İnformasiya və informasiya prosesləri

            Şagird:

1.1.      İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.

1.1.1.   İnformasiyaların sadə işarələrlə kodlaşdırılmasını izah edir.

1.1.2.   İnformasiyaların sadə işarələrlə kodlaşdırılmasına aid nümunələr göstərir.

1.1.3.   İnformasiyaların həcminin ölçülməsini nümunələrlə izah edir.

1.2.      İnformasiya və  informasiya emalı haqqında biliklərini nümayiş etdirir.

1.2.1.   İnformasiyaların qəbul edilməsinin üsullarını sadalayır.

1.2.2.   İnformasiyaların qəbul edilməsi üsullarını fərqləndirir.

1.2.3.   İnformasiyaların qəbul edilməsi üsullarını nümunələrlə şərh edir.



2.         Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

            Şagird:

2.1.      Obyektin informasiya modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.

2.1.1.   Obyektin informasiya modelini izah edir.

2.1.2.   İnformasiya modelinin növlərini fərqləndirir.

2.1.3.   Obyektin informasiya modelinin növlərini nümunələrlə şərh edir.

2.2.      Alqoritmləşdirmə  və sadə proqramlaşdırmaya dair bacarıqlara yiyələndiyini nümayiş etdirir.

2.2.1.   Alqoritmin təsviri üsullarını izah edir.

2.2.2.   Sadə proqramlaşdırma mühitində proqramlaşdırma haqqında elementar biliklərini izah edir.

2.2.3.   Sadə proqramlaşdırma mühitində "İcraçı"nın hərəkətini idarə edir.

2.2.4.   Sadə proqramlaşdırma mühitində elementar fiqurlar çəkir.

3.         Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri

            Şagird:

3.1.      Kompüterin, sistem proqramlarının ümumi iş prinsiplərinə dair bacarıqlar nümayiş etdirir.

3.1.1.   Fərdi kompüterlərin təsnifatını şərh edir.

3.1.2.   Kompüterin əməliyyat sistemlərinə dair  sadə anlayışları izah edir.

3.1.3.   Proqramın icrasına dair bacarıqlar nümayiş etdirir.

3.2.      Tətbiqi proqramlarla işləmək bacarıqları  nümayiş etdirir.

3.2.1.   Qrafiki redaktorda rəsmlərin fraqmentləri üzərində işləyir.

3.2.2.   Mətni yadda saxlamaq və çap etmək bacarıqları nümayiş etdirir.

3.2.3.   Şəkilləri mətnə əlavə edir.

3.3.      Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir.

3.3.1.   İnternet haqqında ilkin biliklərini izah edir.

3.3.2.   İnternetdə sadə iş bacarıqları nümayiş etdirir.

4.         Cəmiyyətin informasiyalaşdırılması

            Şagird:

4.1.      İnformasiya cəmiyyətinin formalaşdırılmasına dair biliklər nümayiş etdirir.

4.1.1.   İnformasiya  resurslarını əlamətlərinə görə təsnif edir.

4.1.2.   İnformasiya  resurslarını əsas  əlamətlərinə görə qruplaşdırır.

4.1.3.   Təbiətlə əlaqədar informasiya resurslarının əhəmiyyətini izah edir.

 

VI SİNİF

 

            VI sinfin sonunda şagird:



* ikilik say sistemində kodlaşdırmaya dair bacarıqlar nümayiş etdirir;

* informasiyaların əlamətlərə görə qruplaşdırılmasına dair biliklərini nümayiş etdirir;

* obyektin informasiya  modelinin təsviri  formalarını şərh edir;

* sadə proqramlaşdırma mühitində müxtəlif alqoritmləri icra edir;

* fərdi kompüterin əsas və yaddaş qurğuları ilə işləyir;

* mətn, qrafiki və təqdimat proqramlarında işləyir;

* İnternetdə sadə axtarışlar aparır, elektron poçtla işləyir;

* informasiya resursları ilə işləməyin mərhələlərini, əhəmiyyətini izah edir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1.         İnformasiya və informasiya prosesləri

            Şagird:

1.1.      İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.

1.1.1.   İkilik say sisteminin  mahiyyətini izah edir.

1.1.2.   Natural ədədlərin ikilik say sistemində kodlaşdırılmasını nümunələrlə şərh edir.

1.1.3.   İkilik say sistemində kodlaşdırılmış informasiyanın həcmini ölçür. 

1.2.      İnformasiya və informasiya emalı haqqında biliklərini nümayiş etdirir.

1.2.1.   İnformasiyaların qruplaşdırılmasının müxtəlif əlamətlərini sadalayır.

1.2.2.   Müxtəlif əlamətlərə görə informasiyaların qruplaşdırılmasını izah edir.

1.2.3.   İnformasiyaların müxtəlif əlamətlərə görə qruplaşdırılmasını nümunələrlə şərh edir.



2.         Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

            Şagird:

2.1.      Obyektin informasiya modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.

2.1.1.   Obyektin informasiya modelinin təsvir formalarını sadalayır.

2.1.2.   İnformasiya modellərinin təsvir formalarını fərqləndirir.

2.1.3.   İnformasiya modelinin təsvir formalarını nümunələrlə şərh edir.

2.2.      Alqoritmləşdirmə  və sadə proqramlaşdırmaya dair bacarıqlara yiyələndiyini nümayiş etdirir.

2.2.1.   Alqoritmin xassələrini izah edir.

2.2.2.   Alqoritmin növlərini nümunələrlə şərh edir.

2.2.3.   Sadə proqramlaşdırma mühitində budaqlanan və dövri alqoritmləri icra edir.

2.2.4.   Klaviatura vasitəsilə proqramda səslərdən istifadə bacarıqları nümayiş etdirir.

3.         Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri

            Şagird:

3.1.      Kompüterin, sistem proqramlarının ümumi iş prinsiplərinə dair bacarıqlar nümayiş etdirir.

3.1.1.   Fərdi kompüterin əsas qurğularının iş prinsiplərini şərh edir.

3.1.2.   Müxtəlif disk qurğuları haqqında biliklərini nümayiş etdirir.

3.1.3.   Proqramların müxtəlif variantlarla icrasını şərh edir.

3.2.      Tətbiqi proqramlarla işləmək bacarıqları nümayiş etdirir.

3.2.1.   Qrafiki redaktorda şəkli yadda saxlamaq və çap etmək bacarıqlarını nümayiş etdirir.

3.2.2.   Mətni müvafiq qaydada formatlaşdırır.

3.2.3.   Təqdimat proqramında ilkin işləmək bacarığı nümayış etdirir.

3.3.      Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir.

3.3.1.   İnternetdə sadə axtarışları icra edir.

3.3.2.   Elektron poçtu ilə sadə işləmək bacarığı nümayiş etdirir.

4.         Cəmiyyətin informasiyalaşdırılması

            Şagird:

4.1.      İnformasiya cəmiyyətinin formalaşdırılmasına dair biliklər nümayiş etdirir.

4.1.1.   İnformasiya  resursları ilə işləməyin mərhələlərini izah edir.

4.1.2.   İnformasiya  resursları ilə işləməyin əhəmiyyətini izah edir.

4.1.3.   İnformasiya  resursları ilə işləməyin əhəmiyyətini nümunələrlə əsaslandırır.

 

VII SİNİF

 

            VII sinfin sonunda şagird:



* müxtəlif say sistemlərində kodlaşdırmaya dair bacarıqlar nümayiş etdirir;

* müxtəlif xassələrinə görə informasiyaların qruplaşdırılmasına dair biliklər nümayiş etdirir;

* obyektin informasiya  modelinin cədvəl formasının yaradılmasına dair bacarıqlar  nümayiş etdirir;

* sadə proqramlaşdırma mühitində proqram tərtib edir;

* proqram təminatı sisteminin tərkib hissələrini izah edir, fayl və qovluqlarla işləyir;

* təqdimat proqramında müxtəlif üsullarla slaydlar hazırlayır;

* İnternetə qoşulma qaydalarını şərh edir, elektron poçtda fayllarla işləyir;

* İKT-nin  tətbiqinin xüsusiyyətləri, əhəmiyyəti  və sahələri haqqında biliklərini nümayiş etdirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1.         İnformasiya və informasiya prosesləri

            Şagird:

1.1.      İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.

1.1.1.   Müxtəlif say sistemlərinin xüsusiyyətlərini izah edir.

1.1.2.   Natural ədədlərin  müxtəlif say sistemlərində  kodlaşdırılmasını  nümunələrlə şərh edir.

1.1.3.   Müxtəlif say sistemlərində kodlaşdırılmış informasiyanın həcmini ölçür. 

1.2.      İnformasiya və  informasiya emalı haqqında biliklərini nümayiş etdirir.

1.2.1.   İnformasiyaların xassələrini sadalayır.

1.2.2.   İnformasiyaları xassələrinə görə  qruplaşdırır.

1.2.3.   İnformasiyaların müxtəlif xassələrinə  görə  qruplaşdırılmasını nümunələrlə  şərh edir.



2.         Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

            Şagird:

2.1.      Obyektin informasiya  modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.

2.1.1.   Obyektin  informasiya modelinin  cədvəl formasını izah edir.

2.1.2.   İnformasiya modelinin cədvəl  formasında  təsvirini nümunələrlə şərh edir.

2.1.3.   Obyektin informasiya modelini cədvəl formasında ifadə edir.

2.2.      Alqoritmləşdirmə  və sadə proqramlaşdırmaya dair bacarıqlara yiyələndiyini nümayiş etdirir.

2.2.1.   Məsələnin həlli mərhələlərini izah edir.

2.2.2.   Məsələnin həlli alqoritmini qurur.

2.2.3.   Sadə proqramlaşdırma mühitində verilmiş məsələnin proqramını tərtib edir.

2.2.4.   Sadə proqramlaşdırma mühitində bəzi riyazi əməllərin proqramlarını hazırlayır.

3.         Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri

            Şagird:

3.1.      Kompüterin, sistem proqramlarının ümumi iş prinsiplərinə dair bacarıqlar nümayiş etdirir.

3.1.1.   Fərdi kompüterin əsas və əlavə qurğularının iş prinsiplərini şərh edir.

3.1.2.   Proqram təminatı sisteminin tərkib hissələrini təsnif edir.

3.1.3.   Fayl və qovluqlar üzərində əməliyyatları icra edir.

3.2.      Tətbiqi proqramlarla işləmək bacarıqları  nümayiş etdirir.

3.2.1.   Qrafiki redaktorda şəkillərin atributlarını dəyişir.

3.2.2.   Mətn redaktorunda cədvəl və diaqramlar qurur.

3.2.3.   Müxtəlif üsullarla slaydlar yaradır.

3.3.      Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir.

3.3.1.   İnternetə qoşulma qaydalarını şərh edir.

3.3.2.   Elektron poçtda fayllarla işləyir.

4.         Cəmiyyətin informasiyalaşdırılması

            Şagird:

4.1.      İnformasiya cəmiyyətinin formalaşdırılmasına dair biliklər nümayiş etdirir.

4.1.1.   İKT-nin tətbiq olunduğu əsas sahələri təsnif edir.

4.1.2.   İKT-nin müxtəlif sahələrdə tətbiqi xüsusiyyətlərini fərqləndirir.

4.1.3.   İKT-nin tətbiqinin əhəmiyyətini nümunələrlə əsaslandırır.

 

VIII SİNİF

 

            VIII sinfin sonunda şagird:



* informasiyaların kodlaşdırılması üsullarını izah edir və bir say sistemindən digərinə keçidə aid nümunələr göstərir;

* informasiyanın emalı mərhələlərinə dair biliklərini nümayiş etdirir;

* obyektin informasiya modelinin "ağac" formasında təsvirinə dair bacarıqlar nümayiş etdirir;

* proqramın hazırlanması mərhələlərini izah edir və tərtib etdiyi proqramı kompüterdə icra edir;

* multimedia qurğularının funksiyalarını, iş prinsiplərini, fayl və qovluqların axtarışı prosesini şərh edir, iş masasını nizamlayır;

* qrafiki və mətn redaktorunda obyektlərlə işləyir, elektron cədvəlin əsas elementlərini  nümayiş etdirir;

* şəbəkələrin növlərini, strukturlarını izah edir, İnternetin əsas xidmət proqramları ilə işləyir;

* informasiyalaşdırma proseslərinin mahiyyəti və mərhələlərinə aid biliklər nümayiş etdirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1.         İnformasiya və informasiya prosesləri

            Şagird:

1.1.      İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.

1.1.1.   İnformasiyaların kodlaşdırılması üsullarını izah edir.

1.1.2.   İnformasiyanın bir say sistemindən digərinə keçirilməsinə aid nümunələr göstərir.

1.1.3.   Müəyyən üsullarla kodlaşdırılmış informasiyanın həcmini ölçür.

1.2.      İnformasiya və  informasiya emalı haqqında biliklərini nümayiş etdirir.

1.2.1.   İnformasiyaların emalı mərhələlərini sadalayır.

1.2.2.   İnformasiyaların emalı mərhələlərini  izah edir.

1.2.3.   İnformasiyaların emalı mərhələlərini nümunələrlə  şərh edir.



2.         Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

            Şagird:

2.1.      Obyektin informasiya  modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.

2.1.1.   Obyektin informasiya modelinin "ağac" formasını izah edir.

2.1.2.   İnformasiya modelinin "ağac" formasında  təsvirini nümunələrlə şərh edir.

2.1.3.   Obyektin informasiya modelini "ağac" formasında ifadə edir.

2.2.      Alqoritmləşdirmə  və proqramlaşdırmaya dair bacarıqlara yiyələndiyini nümayiş etdirir.

2.2.1.   Proqram təminatının mahiyyətini şərh edir.

2.2.2.   Proqramların hazırlanması mərhələlərini izah edir.

2.2.3.   Verilmiş məsələnin proqramını tərtib edir.

2.2.4.   Tərtib edilmiş proqramın kompüterdə icrasını nümayiş  etdirir.

3.         Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri

            Şagird:

3.1.      Kompüterin, sistem proqramlarının ümumi iş prinsiplərinə dair bacarıqlar nümayiş etdirir.

3.1.1.   Multimedia qurğularının funksiyalarını, iş prinsiplərini şərh edir.

3.1.2.   Qovluq və faylların axtarışı prosesini müxtəlif əlamətlərə görə şərh edir.

3.1.3.   İş masasını müxtəlif parametrlərə görə nizamlayır.

3.2.      Tətbiqi proqramlarla işləmək bacarıqları nümayiş etdirir.

3.2.1.   Qrafiki redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır.

3.2.2.   Mətn redaktorunda obyektlərlə işləmək bacarığını nümayiş etdirir.

3.2.3.   Slaydlara yeni komponentlər, effektlər əlavə edir.

3.2.4.   Elektron cədvəlin əsas elementlərini nümayiş etdirir.

3.3.      Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir.

3.3.1.   Kompüter şəbəkələrinin növlərini, strukturlarını izah edir.

3.3.2.   İnternetin əsas xidmət proqramları ilə işləyir.



4.         Cəmiyyətin informasiyalaşdırılması

            Şagird:

4.1.      İnformasiya cəmiyyətinin formalaşdırılmasına dair biliklər nümayiş etdirir.

4.1.1.   İnformasiyalaşdırma proseslərinin mahiyyətini izah edir.

4.1.2.   İnformasiyalaşdırma proseslərinin mərhələlərini fərqləndirir.

4.1.3.   İnformasiyalaşdırma proseslərinin mərhələlərinə aid sadə layihələr hazırlayır.

 

IX SİNİF

 

            IX sinfin sonunda şagird:



* müxtəlif xarakterli informasiyaların həcmini ölçür və  kompüterdə kodlaşdırır;

* informasiyaların qəbulu və ötürülməsi üsullarına dair biliklərini nümayiş etdirir;

* informasiya  modelinin  şəbəkə formasında təsvirinə dair bacarıqlar  nümayiş etdirir;

* öyrənilmiş proqramlaşdırma mühitində  işləyir;

* idarəetmə paneli və xidməti proqramlarla işləyir;

* rastr və vektor qrafikləri, elektron cədvəl ilə işləyir, multimedia təqdimatları hazırlayır;

* İnternetdə informasiya resurslarını ünvanlaşdırır;

* informasiya cəmiyyətinin formalaşdırılmasının mahiyyəti və  əsas istiqamətlərinə dair biliklər nümayiş etdirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1.         İnformasiya və informasiya prosesləri

            Şagird:

1.1.      İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.

1.1.1.   Müxtəlif xarakterli informasiyaların kodlaşdırılmasını fərqləndirir.

1.1.2.   Müxtəlif xarakterli informasiyaların kompüterdə kodlaşdırılmasına aid nümunələr  göstərir.

1.1.3.   Müxtəlif xarakterli informasiyaların həcmini ölçür.

1.2.      İnformasiya və informasiya emalı haqqında  biliklərini nümayiş etdirir.

1.2.1.   İnformasiyaların qəbulu və ötürülməsi üsullarını sadalayır.

1.2.2.   İnformasiyaların qəbulu və ötürülməsi üsullarını izah edir.

1.2.3.   İnformasiyaların qəbulu və ötürülməsi üsullarını nümunələrlə şərh edir.



2.         Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

            Şagird:

2.1.      Obyektin informasiya  modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.

2.1.1.   İnformasiya modelinin şəbəkə formasını izah edir.

2.1.2.   İnformasiya modelinin şəbəkə formasında təsvirini nümunələrlə şərh edir.

2.1.3.   İnformasiya modelini şəbəkə formasında ifadə edir.

2.2.      Alqoritmləşdirmə və proqramlaşdırmaya dair bacarıqlara yiyələndiyini nümayiş etdirir.

2.2.1.   Proqramlaşdırma dillərini təsnif edir.

2.2.2.   Proqramın ümumi strukturunu izah edir.

2.2.3.   Proqramlaşdırma dilinin əsas əmrlərini izah edir.

2.2.4.   öyrənilən proqramlaşdırma mühitində işləmək bacarıqları nümayiş etdirir.

2.2.5.   Şablonla sadə veb-səhifələr yaradır.



3.         Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri

            Şagird:

3.1.      Kompüterin, sistem proqramlarının ümumi iş prinsiplərinə dair bacarıqlar nümayiş etdirir.

3.1.1.   Müxtəlif kompüter modellərinin imkanlarını parametrlərinə görə müqayisə edir.

3.1.2.   İdarəetmə paneli ilə işləmək bacarığını nümayiş etdirir.

3.1.3.   Xidməti proqramlarla işləyir.

3.2.      Tətbiqi proqramlarla işləmək bacarıqları nümayiş etdirir.

3.2.1.   Rastr və vektor qrafikləri ilə işləmək bacarığı nümayiş etdirir.

3.2.2.   Mətn redaktorunda müxtəlif çətinlik dərəcəli sənədlər hazırlayır.

3.3.3.   Multimedia təqdimatları hazırlayır.

3.3.4.   Elektron cədvəldə diaqramlar, qrafiklər qurur.

3.3.      Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir.

3.3.1.   Kompüter şəbəkələrinin  iş prinsiplərini izah edir.

3.3.2.   İnternetdə informasiya resurslarının ünvanlaşdırılmasına dair nümunələr göstərir.



4.         Cəmiyyətin informasiyalaşdırılması

            Şagird:

4.1.      İnformasiya cəmiyyətinin formalaşdırılmasına dair biliklər nümayiş etdirir.

4.1.1.   İnformasiya cəmiyyətinin formalaşdırılmasının mahiyyətini şərh edir.

4.1.2.   İnformasiya cəmiyyətinin formalaşdırılmasının əsas istiqamətlərini fərqləndirir. 

4.1.3.   İnformasiya cəmiyyətinin formalaşdırılması istiqamətlərinə aid sadə layihələr hazırlayır.

 

X SİNİF

 

            X  sinfin sonunda şagird:



* informasiya proseslərinin mərhələlərinə dair biliklərini nümayiş etdirir;

* kompüter-informasiya modelinin xüsusiyyətləri, yaradılmasının mərhələlərinə dair bacarıqlar  nümayiş etdirir;

* veb-səhifələr hazırlayır;

* kompüterin şəbəkəyə qoşulmasını tənzimləyir, diaqnostik proqramlarla işləyir;

* verilənlər bazasının əsas tərkib elementlərini, formalarını hazırlayır;

* internetdə telekonfranslar təşkil edir;

* informasiya cəmiyyətini xarakterizə edən əsas fəaliyyət sahələrinə dair biliklər nümayiş etdirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1.         İnformasiya və informasiya prosesləri

            Şagird:

1.1.      İnformasiya prosesləri və sistemləri haqqında biliklərini nümayiş etdirir.

1.1.1.   İnformasiya proseslərinin mərhələlərini təsnif edir.

1.1.2.   İnformasiya proseslərinin əsas mərhələlərini fərqləndirir.

1.1.3.   İnformasiya proseslərinin əsas mərhələlərini nümunələrlə şərh edir.



2.         Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

            Şagird:

2.1.      Kompüter-informasiya modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.

2.1.1.   Kompüter-informasiya modelinin xüsusiyyətlərini şərh edir.

2.1.2.   Kompüter-informasiya modelinin yaradılmasının əsas mərhələlərini şərh edir.

2.1.3.   Kompüter-informasiya modelinin yaradılmasına dair təqdimatlar edir.

2.2.      Alqoritmləşdirmə  və veb-proqramlaşdırma üzrə bacarıqlara yiyələndiyini nümayiş etdirir.

2.2.1.   Veb-proqramlaşdırmanın mahiyyətini izah edir.

2.2.2.   Veb-proqramlaşdırmanın əsas əmrlərini şərh edir.

2.2.3.   Veb-səhifə hazırlayır.

2.2.4.   Hazırladığı veb-səhifə üzrə təqdimatlar edir.

3.         Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri

            Şagird:

3.1.      Kompüter və sistem proqramları ilə işləmək bacarıqları nümayiş etdirir.

3.1.1.   Yeni proqramların yükləməsinə aid bacarıqlar nümayiş etdirir .

3.1.2.   Əməliyyat sisteminin köməyi ilə  kompüterin şəbəkəyə qoşulmasının tənzimlənməsini nümayiş etdirir.

3.1.3.   Kompüterdə diaqnostik proqramlarla işləyir.

3.2.      Tətbiqi proqramlarla işləyir.

3.2.1.   Verilənlər bazasının obyektlərini nümayiş etdirir.

3.2.2.   Verilənlər bazasının əsas tərkib elementlərini, formalarını yaradır.

3.3.      Müasir kommunikasiya texnologiyaları ilə işləmək bacarıqları nümayiş etdirir.

3.3.1.   Şəbəkə qurğularının iş prinsiplərini izah edir.

3.3.2.   İnternetdə telekonfransları təşkil etmə bacarıqları nümayiş etdirir.



4.         Cəmiyyətin informasiyalaşdırılması

            Şagird:

4.1.      İnformasiya cəmiyyətinə dair biliklər nümayiş etdirir.

4.1.1.   İnformasiya cəmiyyətini xarakterizə edən əsas fəaliyyət sahələrini (informasiya  inqilabları, informasiya təhlükəsizliyi, informasiya mədəniyyəti, elektron hökumət, elektron təhsil, elektron seçki, elektron kitabxana, elektron ticarət) şərh edir.

4.1.2.   İnformasiya cəmiyyətini xarakterizə edən  əsas fəaliyyət sahələrinə aid təqdimatlar edir.

 

XI SİNİF

 

            XI  sinfin sonunda şagird:



* müxtəlif informasiya sistemləri haqqında  biliklərini nümayiş etdirir;

* verilmiş informasiya prosesini modelləşdirir;

* veb-sayt hazırlayır;

* əməliyyat sistemini tənzimləyir, şəbəkə proqram təminatından istifadə edir;

* müəyyən sahəyə aid verilənlər bazasının layihəsini hazırlayır;

* müasir şəbəkə texnologiyalarından istifadə edir;

* informasiya cəmiyyətinin əsas əlamətlərinə dair biliklər nümayiş etdirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1.         İnformasiya və informasiya prosesləri

            Şagird:

1.1.      İnformasiya prosesləri və sistemləri haqqında biliklərini nümayiş etdirir.

1.1.1.   İnformasiya  sistemlərini  təyinatına görə təsnif  edir.

1.1.2.   İnformasiya  sistemlərini  fərqləndirir.

1.1.3.   Müxtəlif informasiya sistemlərini nümunələrlə şərh edir.



2.         Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

            Şagird:

2.1.      Modelləşdirmə haqqında biliklərini nümayiş etdirir.

2.1.1.   Verilmiş informasiya prosesinin modelləşdirilməsi üçün zəruri əlamətləri  müəyyənləşdirir.

2.1.2.   Verilmiş informasiya prosesi üçün müvafiq modelləşdirmə formasını seçir.

2.1.3.   Verilmiş informasiya prosesinin modelini qurur.

2.2.      Alqoritmləşdirmə  və veb-proqramlaşdırma üzrə bacarıqlara yiyələndiyini nümayiş etdirir.

2.2.1.   Veb-layihələrin hazırlanmasının əsas mərhələlərini şərh edir.

2.2.2.   Seçilmiş mövzu üzrə veb-layihə hazırlayır.

2.2.3.   Veb-sayt yaradır.

2.2.4.   Hazırlanmış veb-saytı İnternet şəbəkəsində yerləşdirir.

3.         Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri

            Şagird:

3.1.      Kompüter və sistem proqramları ilə işləmək bacarıqları nümayiş etdirir.

3.1.1.   Əməliyyat sisteminin işini idarəetmə paneli vasitəsilə müxtəlif situasiyalara uyğun  olaraq tənzimləyir.

3.1.2.   Şəbəkə proqram təminatından istifadə edir.

3.2.      Tətbiqi proqramlarla işləyir.

3.2.1.   Müəyyən sahəyə aid verilənlər bazasını layihələndirir.

3.2.2.   Hazırlanmış verilənlər bazası layihəsini nümayiş etdirir.

3.3.      Müasir kommunikasiya texnologiyaları ilə işləmək bacarıqları nümayiş etdirir.

3.3.1.   Müasir  şəbəkə texnologiyalarını izah  edir.

3.3.2.   Müxtəlif İnternet xidmətlərinə aid təqdimatlar edir.

4.         Cəmiyyətin informasiyalaşdırılması

            Şagird:

4.1.      İnformasiya cəmiyyətinə dair biliklər nümayiş etdirir

4.1.1.   İnformasiya cəmiyyətini xarakterizə edən əsas əlamətləri  şərh  edir.



4.1.2.   İnformasiya cəmiyyətini xarakterizə edən əsas əlamətlərə aid təqdimatlar edir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət