Ana səhifə

1. Aşağıdakı köməkçi nitq hissələrindən hansının sinonimi səhv verilmişdir?


Yüklə 24.67 Kb.
tarix23.06.2016
ölçüsü24.67 Kb.
1. Aşağıdakı köməkçi nitq hissələrindən hansının sinonimi səhv verilmişdir?

A) və-ki B) kimi-qədər C) lap-ən

D) görə-ötrü E) və-ilə
2. Aşağıdakı köməkçi nitq hissəsələrindən hansıları əsas nitq hissəsi kimi də işlətmək mümkündür?

1. artıq 2. elə 3. lap 4. xülasə 5. məhz

A) 1,2,3 B) 2,3,4 C) 1,2,4 D) 2,3,5 E) 1,4,5
3. Səndə yer qaldımı at oynatmağa,

Mənim qarış-qarış azalan, yurdum?!

Səndə göy qaldımı bəxt oyatmağa

Taletək alnıma yazılan, yurdum?!

Mənim qarış-qarış azalan, yurdum?! (H.Bağırlı)

Şeir parçasında hansı köməkçi nitq hissəsi işlənmişdir?

A) ədat, bağlayıcı B) ədat, qoşma

C) nida, qoşma D) modal sözlər, bağlayıcı

E) bağlayıcı, qoşma


4. İşlənmə yerinə görə həm zərf, həm sifət, həm də köməkçi nitq hissəsi ola bilən sözlər hansıdır?

A) əlbəttə B) yaxşı, tək C) gözəl, qəşəng

D) gec, incə E) maraqlı, yavaş
5. ………. danışanın ifadə etdiyi fikrə münasibətini bildirir.

A) ədat B) nida C) qoşma

D) modal sözlər E) baglayıcı
6. «Hər kəs öz nəfsini tanısa, Allahını da tanıyır» (İmam Əli) cümləsində hansı köməkçi nitq hissəsi işlənmişdir?

A) ədat B) qoşma C) bağlayıcı

D) modal sözlər E) nida
7. Qüvvətləndirici ədatın işləndiyi cümlə hansıdır?

A) Sabah sən də gəl ha.

B) Qoy həmişə günəş olsun.

C) Sən ki bunu bilirsən.

D) Bəs onlar niyə bunu aparmadılar?

E) Məgər insanlar bir-birini öldürməkdən zövq alır?


8. Hansı zərfin mənaca növü deyil?

A) yer zərfi B) məqsəd zərfi C) kəmiyyət zərfi

D) zaman zərfi E) tərzi-hərəkət zərfi
9. Verilmiş bağlayıcılardan neçəsi həm sözlər arasında, həm də tabesiz mürəkkəb cümlənin tərəfləri arasında işlənə bilməz?

Və, ilə , ki , da , çünki, amma, ya

A) biri B) dördü C) üçü D) beşi E) ikisi
10. Köməkçi nitq hissələrindən hansı sözlərə qoşularaq cümlə üzvü ola bilər?

A) ədat B) qoşma C) nida

D) heç biri E) hamısı

11. Köməkçi nitq hissəsi ilə işlənmiş düzəlt­mə isim hansı cümlədədir?

A) Məktəblilərin fikri yeməkxanada idi.

B) Mən ona dedim ki, bu işdə mənə kömək etsin.

C) Yaşıl meşələr insanı valeh edirdi.

D) Hətta Ramin də onun pis adam olduğunu yəqin bilirdi.

E) Səndən xahiş edirəm ki, məni görünən çəmənliyə qədər aparasan.



  1. Bənzətmə mənalı qoşmalar hansı cərgədədir?

A) kimi, qədər, tərəf B) sarı, doğru, tərəf

C) başqa, savayı, qeyri D) kimi, qədər, tək

E) qeyri, qədər, -dək


  1. Mwstəqil lüğəvi mənası olmayan sözlər hansı sıradadır?

A) ki, çünki, hətta B) kitab, qələm, daş

C) sadə, dəli, bir D) heyvan, it, ot

E) gəlmək, getmək, görmək


  1. Tabelilik bağlayıcıları hansı cərgədədir?

A) çünki, əgər, hərçənd ki

B) amma, ancaq, ya

C) ya, ya da, yaxud

D) yəni, yəni ki, məsələn

E) və, ilə, hətta


  1. Hansı cümlədə ədat işlənib? (Durğu işarəsi buraxılıb).

A) Mən bilirəm ki haqq-ədalət qalib gələcək.

B) İndiki gənclər hərtərəfli biliyə malik olmalıdır.

C) Madam ki gəlmisən bu haqda söhbət edə bilərik.

D) Axşamkı veriliş çox maraqlı idi.

E) Mən ki hər şeyi izah etmişdim.


  1. Hansı cümlədə ədat var?

A) Sən də gələrsən.

B) Bəs baş əymədiniz?

C) Məncə, o, düz danışmır.

D) Mən dedim, ancaq o eşitmədi.

E) Dərdlisən, çünki hər şeyi düşünən insansan.


  1. Həm köməkçi nitq hissəsi, həm də əsas nitq hissəsi ola bilən sözlər hansı sıradadır?

A) kimi, tək, sözsüz B) ki, və, lap

C) ilə, da, həm D) –dək, -ca2, hətta

E) ən, ötrü, idi


  1. Qoşmalar ismin hansı halları ilə işlənir?

A) yiyəlik, yönlük, çıxışlıq.

B) yiyəlik, təsirlik, yönlük.

C) yerlik, çıxışlıq, adlıq.

D) yiyəlik, yönlük, yerlik.

E) təsirlik, yönlük, yerlik.


  1. Aşağıdakı modal sözlərdən hansı qoşma kimi işlənə bilir?

A) sözsüz ki B) deyilən C) yəqin ki

D) deməli E) əsasən




  1. Aşağıdakı cümlələrin hansında fikrin mənbəyini bildirən modal söz işlənmişdir?

A) Deyirəm ki, vətən təkcə hava, su deyildir

B) Vətən, məncə, azadlıqdır, xoşbəxtlikdir

C) De, kim sevər səni məncə

D) Kim, görəsən, qürbəti icad edib

E) Əlbəttə, uşaqlar çoxdan çatmış olarlar


  1. Sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq həssəsi hansıdır?

A) ədat B) bağlayıcı C) modal sözlər

D) nida E) qoşma



22. Aşağıdakı cümlələrdən hansında qüvvətləndirici ədat var?

A) Bəs sən ona demədin ki, vətən dardadır?

B) Sən ki bunu atana demisən.

C) Kaş o, bunu əvvəldən bilə idi.

D) Deyəsən, məktəblilər sabah Şəhidlər xiyabanına yürüş təşkil edəcəklər.

E) Hər insan millətini sevməli və digər millətlərə də hörmət etməlidir.



23. Yalnız qoşma kimi işlənə bilən sözlər hansılardır?

A) çünki, və, ilə B) üçün, görə, ötrü



C) görə, başqa, ilə D) əvvəl, sarı, tək

E) ayrı, kimi, qədər


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət